Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1485/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Hüseynov Vasif Vaqif oğunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsin in 29 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.V.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul ol muş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserinde qeydiyyata götürülməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, q abaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs və “Cabir” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək 01 iyul 2021-ci il tarixdə, günorta saatlarında Bakı-Ələt şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsinə gedərək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş Azpetrol YDM-nin yaxınlığında dəmir reklam lövhəsinin altından Təqsirləndirilən şəxs ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 95,165 qram çəkidə psixotrop maddə - metamfetamini əldə etmiş, həmin metamfetaminin 1,760 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs, 4,187 qram çəkidə hissəsini o, üzərində saxlamış, 89,218 qramını isə Təqsirlənd irilən şəxs idarə etdiyi **-TT*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobildə saxlayaraq daşımış, 01 iyul 2021-ci il tarixdə, saat 18:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsində yeləşən “İron otel”in yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilmiş, orada hər birinin üzərinə baxış keçirilərkən onun əynindəki göy rəngli qısa şortun sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,187 qram olan, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şortun sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,760 qram olan, sonuncunun idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilin salonunda sürətlər qutusu ötürücüsün yanında olan qəhvəyi rəngli əl çantasının içərisindən qırmızı rəngli qapağı olan şəffaf plastik qabın içərisində külli miqdarda təmiz çəkisi 4,218 qram olan və üzəri səffaf rəngli yapışqanla bağlı halda olan qara rəngli sellofanın içərisində külli miqdarda təmiz çəkisi 85,0 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi V.V.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 14 mart 2022- ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilərək Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.V.Hüseynov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdfiə etdiyi şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi V.V.Hüseynov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsini təsdiq edən sübutlar əldə edilməmiş və məhkəmələr tərəfindən də araşdırılmamış, məhkəmələr isə araşdırılmış sübutlara düzgün qiymət verməyərək iş üzrə düzgün nəticəyə gəlməmişlər. Belə ki, Məhkum ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrində özünə məxsus «Kapital» banka aid «Birbank» kartı olduğunu, tutulmamışdan təxminən 4-5 ay əvvəl həmin kartı tanışı Təqsirləndirilən şəxs verdiyini, ka rtdan məhz İlqarın istifadə etdiyini, İlqar kartı 2-3 günlük istifadə üçün götürsə də, sonradan qaytarmadığını, bu kartın mobil proqramı telefonunda olduğu üçün karta pul köçürüldükdə, ona bu barədə bildiriş gəldiyini qeyd etməsinə baxmayaraq məhkəmə bu vacib xüsusata hüquqi qiymət verməmişdir. Nəzərə alınsa ki, digər məhkum Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında yuxarıda qeyd edilənlərin əksi barədə heç bir ifadə verməmiş, faktiki olaraq Məhkum məxsus bank kartının onun istifadəsində olduğunu qəbul etmişdir. Bu da onu deməyə əsas verir ki, hüquqlarını müdafiə etdiyi Məhkum psixotrop maddənin satışını təşkil etməmiş və bu mənada hər hansı bir qazancı da olmamışdır. Məhkum adına bank kartının olması və həmin kartın özündə deyil, Təqsirləndirilən şəxs ol ması və məhz onun tərəfindən istifadə edilməsi aydınlaşdırılmamışdır. Nəticədə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız ittiham elan edilmiş, lakin onun psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə araşdırması zamanı da narkomaniya xəstəliyindən əziyyət çəkən Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Buna baxmayaraq, nə Bakı Ağır Cinayətlər Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bu vacib xüsusatı nəzərə almamışlar. İbtidai istintaq orqanı tərəfindən Məhkum əməli ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiyası məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, şəxsi axtarış və götürmə haqqında protokolu sübut növü kimi qiymətləndirərək yekun qənaətə gəlmişdir. Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir, əksinə, bu sübutlar yalnız CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Məhkum psixotrop maddəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləsdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, ibtidai araşdırmanın bütün müddəti ərzində Məhkum psixotrop maddəni özünün şəxsi istehlakı üçün əldə etdiyini və saxlamasını bildirmiş, onu saxlamış və şahid kimi dindirilmiş polis əməkdaşlarının da ifadələrində satış məqsədini ehtiva etməyə imkan verə biləcək heç bir məqam müəyyən edilməmişdir və bu baxımdan məhkəmələr Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsi haqda əsassız qənaətə gəlmişlər. Ona görə də cinayətprosessual qanunvericiliyin sübutlar v ə sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq şikayət müəllifi hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı onun təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Həmçinin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadığı halda, hər iki məhkəmə bu vacib xüsusatlara da məhəl qoymamış və nəticədə Məhkum qanunsuz olaraq mə hkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası onun qeyd olunan maddələrlə əməlin sübuta yetirilməsi arasında hər hansı bir uzlaşma olmadığını nəzərə almamış, CPM-nin müvafiq maddələrinin tələblərini müzakirə etmədən, iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmadan, iş üçün əhəmiyyətli olan hallara qiymət vermədən, məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları tam nəzərə almadan yalnız məhkuma təyin olunmuş cəzanın müddətini bir il azaltmaqla kifayətlənmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi V.V.Hüseynov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanunamüvafiq qaydada və müddətdə məlumatlandırılmaların a baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi V.V.Hüseynovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş, onun törətdiyi əməl düzgün tövsif edilməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrin görə isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi V.V.Hüseynovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 41 9.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilm əsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 41 6-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və a zadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsə dlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsasla ndırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət k əsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəs inin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqs irli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiy i ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gediş ində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü madd ələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərini n pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsi ndən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mən bəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquq i mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibət də cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o demə kdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsir i qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzə rdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxi lində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsin i yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərək ətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs və “Cabir” adlı İİR-nın vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 iyul 2021-ci il tarixdə, günorta saatlarında Bakı-Ələt şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsinə gedərək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş Azpetrol YDM-nin yaxınlığında dəmir reklam lövhəsinin altından Təqsirləndirilən şəxs ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 95,165 qram çəkidə psixotrop maddə - metamfetamini əldə etmiş, həmin metamfetaminin 1,760 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs, 4,187 qram çəkidə hissəsini o, üzərində saxlamış, 89,218 qramını isə Təqsirləndirilən şəxs idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı, KİA Optima markalı avtomobildə saxlayaraq daşımış, 01 iyul 2021-ci il tarixdə, saat 18:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsində yeləşən İron otelin yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilmiş, orada hər birinin üzərinə baxış keçirilərkən onun əynindəki göy rəngli qısa şortun sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,187 qram olan, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şortun sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,760 qram olan, sonuncunun idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtomobilin salonunda sürətlər qutusu ötürücüsün yanında olan qəhvəyi rəngli əl çantasının içərisindən qırmızı rəngli qapağı olan şəffaf plastik qabın içəri sində külli miqdarda təmiz çəkisi 4,218 qram olan və üzəri səffaf rəngli yapışqanla bağlı halda olan qara rəngli sellofanın içərisində külli miqdarda təmiz çəkisi 85,0 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmələrin iş üzrə gəldikləri bu nəticə ilə bağlı və eyni zamanda kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası bu sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum ibtidai araşdırma zamanı özünün seçdiyi müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi haqda qismən etirafedici ifadələr vermiş, bu ifadələr isə həm digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, şahidlərin ifadələri, həm də bir sıra istintaq hərəkət lərinin aparılması haqqında prossesual sənədlərlə və ekspertiza rəyləri ilə, habelə toplanmış digər sübutlara tamamilə uzlaşmışdır. Məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən isə Məhkum göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 4-5 ildir ki, ortaq tanışları vasitəsilə tanış olmuş və aralarında dostluq münasibəti var. Onun «Kapital» banka aid «Birbank» kartı olmuş, tutulmazdan təxminən 4-5 ay əvvəl Təqsirləndirilən şəxs ondan həmin kartı ona xahiş etmiş və müəyyən şəxslərin ona pul göndərəcəklərini bildirmişdir. O, da kartını ona vermiş, Təqsirləndirilən şəxs ondan kartı 2-3 günlük istifadə üçün götürsə də, sonradan qaytarmamışdır. Həmin kartın mobil proqramı onun telefonunda olduğu üçün karta pul köçürüldükdə o, bunu bilib T əqsirləndirilən şəxsə məlumat vermiş, karta isə gün ərzində təxminən 2-3 dəfə 50-100 manat civarında pullar köçürülmüşdür. Həmin pulları Təqsirləndirilən şəxs özü bankomat vasitəsilə çıxarmış və puldan heç vaxt ona verməmişdir. O, özü təxminən 5 aydır ki, psixotrop maddə metamfetamini çəkmə yolu ilə istifadə edir. Onun kartının İlqarda olması qarşılığında Təqsirləndirilən şəxs ona 4-5 gündən bir istifadə etməsi üçün təxminən bir qram həcmində metamfetamin vermiş, o, da metamfetamini özü təklikdə istifadə etmişdir. 01 iyul 2021-ci il tarixdə saat təxminən 12 radələrində Təqsirləndirilən şəxslə Nərimanov rayonu ərazisində görüşmüşlər. İlqar «rent-a-car» şirkətindən icarəyə götürdüyü «Kia Optima» markalı **– TT-*** nömrəli avtomobillə təklikdə gəlmiş və o, avtomobilə qabaq oturacağa əyləşdikd ən sonra sonuncu Ələt yolunda bir İran vətəndaşından metamfetamin götürəcəyini və harasa çatdıracağını demiş və ona da birlikdə həmin yerə gedib metamfetamini oradan götürməyi təklif etmiş və həmin psixotrop maddədən ona verəcəini də vəd etmişdir. O, bu təkliflə razılaşaraq Təqsirləndirilən şəxslə birlikdə onun idarə etdiyi avtomaşında Bakı-Ələt yolunda yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına getmiş və oradan Təqsirləndirilən şəxs bir ədəd selofan torba götürüb avtomaşın qoymuş, həmin yerdən də Bakı istiqamətində yola düşmüşlər. Yolda Təqsirləndirilən şəxs salafanı açaraq onun içərisində olan metamfetamindən bir qədərini götürüb maşında olan adi salafana bükərək ona vermiş, o, da bükümü maşının qapısındakı cibə qoymuşdur. Təqsirləndirilən şəxs götürdüyü metametamini hara qo yacağını və ya kimə verəcəyini bilməmişdir. Daha sonra onlar birlikdə Binəqədi rayonu ərazisində olan «İron» otelin yanına getmiş, otelə az qalmış dairədə Təqsirləndirilən şəxs avtomobili saxlamış və maşından düşüb harasa getmişdir. Həmin vaxtı əyləşdiyi avtomobilə iki nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, həmin vaxtı Təqsirləndirilən şəxs da qayıtmışdır. Təqsirləndirilən şəxs qayıtdıqdan sonra polis əməkdaşları onların üzərini axtarmış və onun əynində olan şortunun sağ yan cibindən Təqsirləndirilən şəxsin ona verdiyi metamfetamin bükümü çıxmış, lakin həmin büküm onun cibində qalmış, polis əməkdaşları onu götürməmişlər. Daha sonra onu polis əməkdaşları öz avtomobillərinə əyləşdirərək hər ikisini 4-cü Polis bölməsinə aparmışlar. Az müddət sonra vəkil q ismində adım orada bildiyi Famil müəllim dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra polis əməkdaşı videoçəkiliş aparmaqla onun üzərində axtarış aparmış və onun təklifi ilə o, şortunun sağ yan cibində olan salafana bükülmüş metamfetamini çıxardıb stolun üzərinə qoymuşdur. Həmçinin cibindən mobil telefonunu və 30 manat puluqu təqdim etmişdir. Polis əməkdaşı salafan bükümdə nə olduğunu soruşmuş, o, da bükümdə metamfetamin olduğunu və dostu Təqsirləndirilən şəxsin ona pay verdiyini demişdir. Daha sonra metamfetamin olan büküm ağ zərfə qoyulub möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokolu da o, imzalamışdır. Verilən suallara cavab olaraq Məhkum bildirmişdir ki, onun istifadə etdiyi metamfetamini ona ancaq İlqar vermiş, başqa heç kimdən almamış, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, İlqar ona verdiyi metamfetamindən özü də istifadə edəcəyinə görə onun götürdüyü metamfetaminin miqdarı çox olmuşdur. Həmçinin X bildirmişdir ki, o metamfetamini göndərən İran İslam Respublikasının vətəndaşını tanımır və onunla heç bir əlqəsi yoxdur, həmin şəxsi isə yalnız Təqsirləndirilən şəxs tanıyır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, bir ay müddətdir ki, metamfetamindən istifadə edir, tutulmazdan təxminən iki ay əvvəl instagram sosial şəbəkəsində Seyid olaraq tanıdığı İran vətəndaşı ilə tanış olaraq onunla arabir sosial şəbəkəd ə söhbət etmişdir. Həmin şəxs onun işləmədiyini bildikdə ona bir neçə bağlamanın yerini deyib həmin bağlamaları onun deyəcəyi ünvanlara çatdıracağı müqabilində pul verəcəyini təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. İlk vaxtlarda həmin şəxs ona kiçik ölçüdə bağlamaların yerini bildirmiş və o, həmin bağlamaları şəhərin müxtəlif ünvanlarına çatdırmış, əvəzində ona 50 daha sonra 150 manat olmaqla pul göndərilmişdir. 30 iyun 2021 -ci il tarixdə Seyid yenidən onunla əlaqə yaradıb Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisində yerləşən Azpetrol YDM-nin yaxınlığında olan bağlamanı götürmək lazım olduğunu bildirmiş və həmin yerin şəklini göndərmişdir. 01 iyul 2021-ci il tarixdə o, bir neçə günlük, kirayə götürüb sürdüyü “Kia Optima” markalı avtomaşınla olmuş, bağlamanı götürməyə gedərkən dostu Məhkum zəng etmiş və onunla görüşüb bağlamanın qoyulduğu yerə birlikdə getmişlər.dir. O, bağlamanı təxminən günorta saatlarında Məhkumla birlikdə ona bildirilən Qaradağ rayonu ərazisindəki Azpetrol YDMnin yaxınlığından götürmüş, şəhərə qayıdan zaman götürdükləri bağlamanın kənarından kəsərək bağlamada olan psixotrop maddə - metamfetaminin bir hissəsini qırmızı rəngli qapağı olan qaba boşaltmışdır. Özləri narkotik vasitələrin və psixotrop maddələrin istifadəçiləri olduqlarına görə üçün həm Məhkum, həm də o, həmin metamfetaminin digər hissəsini də özləri üçün götürmüşlər. Həmin gün saat 18:00 radələrində Məhkumla o, idarə etdiyi “Kia Optima” markalı avtomobillə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə gəlib “İron otel”in qarşısında dayanmış və İran vətəndaşının göndərdiyi metamfetamini yerl əşdirməli olduğu ünvanı deməsini gözləmişlər. Onlar avtomobildə gözləyən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və özlərini təqdim etmələrini istəmişlər. Hər ikisi özlərini təqdim etdikdən sonra həmin şəxslər də onlara polis əməkdaşları olduqlarını bildirib onların narkotik vasitə əldə edib daşımaqda şübhəli olduqlarını deyərək polis şöbəsinə dəvət edmişlər. Bundan sonra o, və Məhkum polis əməkdaşları ilə birlikdə idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə 4-cü polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman o, vəkillə təmin edilməsi barədə ərizə yazmış və vəkil dəvət edilib ona təqdim olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla ona üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş və o, əynindəki ağ rəngli şörtikinin sağ yan cibi ndən 01 ədəd ağ rəngli sellofanda olan bükülünü və avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin ağ rəngli bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda o həmin maddənin metamfetamin olduğunu, həmin maddəni Seyid kimi tanıdığı İran vətəndaşının göndərdiyi bağlamanın üzərindən götürməklə əldə etdiyini demişdir. Həmçinin həmin metamfetaminin çox hissəsinin idarə etdiyi Kia markalı maşında saxlamasını qeyd etmişdir. Polis əməkdaşları tərəfindən şöbənin həyətində saxladığı avtomaşına da baxış keçirilmiş, baxış zamanı avtomaşında sürətlər qutusunun yanında qoyduğu qəhvəyi rəngli çantanı və mobil telefonunu maşından götürərək yerə qoymuş, həmin çantanın kilidi açılmış və içərisində olan plastik qablar, ona məxsus pul kisəsi, bir ədəd tərəzi, mobil telefon, İranlının ona göndərdiyi, içərisində metamfetamin olan bir ədəd bağlama çıxarılaraq yerə düzülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyul 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə Məhkum və Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitə əldə etmələri, saxlamaları və üzərlərində gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə baş əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş, onun və əməliyyat müvəkkili Xin iştirakları ilə əməliyyat qrupu yaradılaraq həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs və Məhkum adlı şəxslərin qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər. İlqar və Anar adlı şəxslərin idarə etdiyi **-TT-*** dövlət qeydiyyat nişanlı Kia markalı avtomobildə olmalarını müəyyən etdikdən sonra tədbir iştirakçıları ilə birlikdə həmin avtomobilə yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrimizi göstərib, həmin şəxslərdən özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslərin hazırda təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs və Anar olduqlarını müəyyən edərək qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə üzərlərində gəzdirməkdə şübhəli olduqlarını bildirib onları Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Və birlikdə Bundan İlqar və Anar idarə etdikləri avtomaşınla birlikdə 4-cü PŞ-yə getmişlər. Bölmədə Təqsirləndirilən şəxs vəkillə təmin olunduqdan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Ax tarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş. Təqsirləndirilən şəxs ayağa qalxıb əynindəki ağ rəngli qısa şortun sol yan cibindən bir ədəd “KİA” markalı avtomobilə məxsus açarı və həmin şortun sağ yan cibindən bir ədəd şəffaf sellafonda olan bükülünü çıxarıb masanın üzərinə qoyub həmin bükülünün içərisində olan maddənin metamfetamin olduğunu, həmin maddəni Qaradağ rayonu, Bakı-Ələt yolununda yerləşən “Azpetrol” YDM-nin yaxınlığında adını Seyid kimi bildiyi İran vətəndaşının ona bildirdiyi yerdən götürdüyünü, maddənin bir hissəsini öz istifadəsi üçün ayırmaqla götürməsini və üzərində daşıdığını, psixotrop maddəni Məhkum adlı dostu ilə birlikdə götürməyə getdiklərini, götürdükləri maddəni İran vətəndaşının onlara bildirdiyi ünvanlara qoymalarını, bunun müqabilində Mə hkum istifadəsində olan bank kartına pul köçürüləcəyini, metamfetaminin çox hissənin idarə etdiyi avtomobilin içərisində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu da bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi və polis şöbəsinin həyətində saxlanılan **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşına da baxış keçirilmişdir. Baxış zamanı avtomobilin içərisində sürətlər qutusunun yanında yerləşən 01 ədəd açıq qəhvəyi rəngli əl çantası və onun yanında olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi note 8” markalı mobil telefon aşkar edilmişdi. Əl çanta sı açılıb içərisində olan əşyalar bir-bir çıxarılmış, çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 02 ədəd çəhrayı rəngli plastik qab, 01 ədəd qara rəngli “Redmi 9” markalı mobil telefon, 01 ədəd qırmızı rəngli qapağı olan şəffaf kiçik ölçülü plastik qab, 01 ədəd üzəri şəffaf rəngli yağışqanla bağlanmış qara rəngli sellofan bükülü, 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin 02 ədəd çəhrayı rəngli plastik qabların qapaqları açılmış və hər birinin içərisindən 02 ədəd şəffaf rəngli plastik qaşıqlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin plastik qaşıqlardan psixotrop maddənin qəbulunda istifadə edilir. Bundan sonra aşkar edilmiş qırmızı qapaqlı kiçik şəffaf plastik qabın ağzı açıldıqda içərisində ağ rəngli kristallara bənz ər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olmasını, 01 ədəd tərəzinin satılan psixotrop maddənin ölçüsünün müəyyən edilməsində istifadə etdiyini demişdir. Bundan sonra o, 01 ədəd üzəri şəffaf yapışqanla bağlanmış qara rəngli bükülünü kəsib açmış və içərisindən ağ rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə olan maddənin şüşə kimi tanıdığı metamfetamin adlanan psixotrop maddə olmasını, eyni zamanda 01 ədəd qırmızı rəngli qapağı olan şəffaf plastik qabdakı maddəni həmin bükümdə olan maddədən ayırmaqla götürdüyünü demişdir. 02 ədəd plastik çəhrayı rəngli plastik qablar, 01 ədəd qırmızı qapaqlı şəffaf plastik qab, 01 ədəd eletron tərəzi, 01 ədəd üzəri şəffaf yapışqanla bağlanmış qara rəngli bükülü, 01 ədəd kapital banka məxsus plastik kar t, 02 ədəd mobil telefon zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 həmçinin qeyd etmişdir ki, yuxarıda təsvir etdiyi qaydada Məhkum da polis bölməsində şəxsi axtarışı aparılmış və onun da üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma zamanı isə adı çəkilən şəxs həmçinin göstərmişdir ki, əməliyyat məlumatına əsasən saxlanılmış Məhkum bildirmişdir ki, bəzi hallarda İran vətəndaşının göndərdiyi narkotik vasitələri və psixotrop maddələri o, Təqsirləndirilən şəxs təklifi ilə müəyyən yerlərə qoyub həmin yerlərin şəklini sonuncuya göndərmiş, bunun da müqabilində İlqar ona istifadə etməsi üçün metamfetamin vermişdir. Pul kartı isə Təqsirləndirilən şəxs olsa da, həmin karta göndərilən puldan hər hansı məbləğini ona verməmi şdir. İş materialarından göründüyü kimi, Şahid2 ifadələrinə uğun ifadələri ibtidai araşdırma zamanı və məhkəmə iclasında dindirilərkən həmçinin şahidlər Şahid1 Cavaşir oğlu və Şahid3 da vermişlər. Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə 01 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkilişdən istifadə etməklə Məhkum üzərinə keçirilmiş axtarış zamanı Məhkum üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, Məhkum əynindəki göy rəngli qısa şortun sağ yan cibindən bir ədəd şəffaf selofan bükülünü təqdim edib, həmin bükülünün içərisində metamfetamin olduğunu, həmin metamfetamini İlqar adlı dostunun ona istifadə üçün pay verməsini bildirmişdir. Bu istintaq hərəkətinin aparılmasını özündə əks etdirən video çəkilişin yazıldığı disk məhkəmə icl asında tədqiq olunarkən müəyyən edilmişdir ki, diskdə 1 ədəd videofayl vardır. Müddəti 10 dəqiqə 34 saniyə olan videofayla baxıldıqda görünür ki, 4-cü Polis şöbəsinin təhqiqatçısı Xözünü və daha sonra şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, o cümlədən barəsində şəxsi axtarış aparılan Məhkum təqdim edir, onların anket məlumatlarını elan edir. Həmçinin təhqiqatçı şəxsi axtarış zamanı Binəqədi RPİ-nin KTQ-nun inspektor-kriminalisti X9 tərəfindən videoçəkiliş aparıldığını bildirir. Təhqiqatçı məlumat verir ki, Məhkum 01 iyul 2021-ci il tarixdə saat 18:00-də 4-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən “İron” otelin yaxınlığında “Kia Optima” markalı ** TT *** nömrəli avtomobildə saxlanılara q Polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı Məhkum üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edir, Məhkum əynində olan göy rəngli qısa şortun qabaq sol yan cibindən 30 manat pul əskinası və mobil telefon, sağ yan cibindən isə ağ rəngli şəffaf salafan bükülünü çıxarıb stolun üzərinə qoyur. Daha sonra Məhkum üzərində şəxsi axtarış aparılır, lakin başqa hər hansı əşya tapılmır. Təhqiqatçı Məhkum şəffaf salafanda nə olduğunu soruşur. Məhkum bildirir ki, bükümdəki metamfetamindir. Təhqiqatçı Məhkum metamfetamini haradan əldə etdiyini soruşur. Məhkum bildirir ki, metamfetamini dostu İlqardan şəxsi istifadəsi üçün əldə etmişdir, belə ki, Təqsirləndirilən şəxslə birlikdə Bakı-Qazax yolunda İran vətəndaşının göndərdiyi bir yumruq boyda büküm metamfetamin əldə etmişlər. Məhkum bildirdi ki, onun “Birkart” bank kartı İlqardadır və sonuncu həmin kartdan istifadə edir, yəni İlqardan onlayn formada metamfetamin alan şəxslər metamfetaminin pulunu həmin karta köçürürlər, pulu isə Təqsirləndirilən şəxs özü çıxarır. Daha sonra Məhkum verilmiş suallara cavab olaraq bildirir ki, bəzən Təqsirləndirilən şəxs ona verdiyi metamfetamini sonuncunun satdığı şəxslərə çatdırması üçün onun özünün dediyi yerə qoyub şəklini çəkib ona göndərmiş, onun qarşılığında da İlqar ona metamfetamin vermişdir. Məhkum daha sonra göstərir ki, 23 aydır ki, bu işlə məşğuldur. Şəffaf salafan büküm açıldıqda onun içərisində ağ rəngli maddə olduğu məlum olur. Təhqiqatçı Məhkum təqdim etdiyi içərisində ağ rəngli maddə olan həmin bükümü və mobil telefonu iki ayrı ağ zərflərə qoyub möhürləyir və zərflərin üzərinə iştir akçılar imza edirlər. Məhkum təqdim etdiyi pul isə onun özünə qaytarılır. Daha sonra təhqiqatçı istintaq hərəkətinin başa çatığını elan edir. Məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2021-ci il tarixli 6/2671 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №173» dairəvi möhür əksi olan soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,187 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 3901 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Məhkum psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar ol unur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əvvəla, məhkəmə kollegiyası təsvir edilmiş sübutların fonunda belə nəticəyə gəlir ki, Məhkum Təqsirləndirilən şəxsla və istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı il qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 01 iyul 2021ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə külli miqdarda psixotrop maddə olan metamfetamini götürərkən əvvəllər də olduğu kimi, həmin maddəni məhz mənfəət müqabilində, yəni istifadəsi üçün təmənnasız olaraq psixotrop maddə əldə etmək məqsədilə həmin maddənin yayılmasına yönəlmiş hərəkətlər etmiş, lakin polis əməkdaşları tərəfindən yaxalandığından sonadək həmin hərəkətləri başa çatdıra bilməmişdir. Bununla belə o, ittihamda göstərilən miqdarda psixotrop maddəni satış məqsədilə əldə edərək saxlamış və daşımışdır. Digər tərəfdən onun bu əməli törətməsi həmçinin elə kassasiya şikayətində göstərilən dəlillərlə də sübuta yetirilir. Belə ki, Məhkum Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğu olması, bunun əvəzində müəyyən məbləğlərdə qazanc əldə etməsini bildiyi halda, özünün adına olan bank kartını ona verməklə həmin karta başqa işlərə görə deyil, məhz narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunmuş pul vəsaitlərinin köçürülməsi barədə məlumatı olmuş, bu əməliyyatların həyata keçirilməsinə də razılığını vermiş, bunun müqabilində isə Təqsirləndirilən şəxs ona istifadəsi üçün psixotrop maddə verməsinə nail olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar da Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə cinayət əməlini törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu halların arxasında duran həm yuxarıda göstərilən, həm də digər sübutların toplanması və araşdırılması zamanı ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və cinyət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və onun təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edi lir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bu nəticə həmçinin aşağıda göstərilənlərə də tam uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və p sixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi V.V.Hüseynovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqların ın təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi V.V.Hüseynovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməlində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi V.V.Hüseynovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə sonuncunun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3cü maddələri il ə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1485/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1485/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver