Məhkəmə qərarları › İş №1(102)-1485/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1485/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1485/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi İsmayılov Sərdar Əbülfət oğlunun, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103 )-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi İsmayılov Sərdar Əbülfət oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxx 1999-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum Bahadır oğlu xx xxxxx 1998-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maş tağa qəsəbəsində fərdi yaşayış evində yaşamışdır. 2. 15 aprel 2022-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 170.3, 181.2.1 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 31 may 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 və Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Təqsirləndirilən şəxs1 09 sentyabr 2021-c i il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanının qarşısında tamah niyyəti ilə qazanc əldə edəcəyi barədə vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və tanışı Məhkum Məhkum cəlb edib, sonuncularla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək üzərində dəstəyi ağ «akula» adlanan bıçaqı silah qismində istifadə edib tətbiq edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayət qrupun üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üz nahiyyəsindən başı ilə vuraraq cibindən içində iki manat olan 20 manat dəyərində qara rəngli dəridən ibarət markası olmayan pul kisəsini, Məhkum isə dodaq nahiyy əsindən başı ilə vuraraq əlindəki üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 600 manat dəyərində “Samsung Galaxy A52” markalı **********20463 İMEİ kodlu mobil telefonunu ələ keçirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edilməsi ilə bağlı olan basqın edib üst dodağın və sol bazunun qançırları ilə nəticələn, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 627 manat maddi ziyan vurmaqla quldurluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-999/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli hökmü ilə: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bil inib, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzalarının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin ed ilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 03 (üm) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 sentyabr 2021-ci il tarixdən hesablanması; Məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 oktyabr 2021-ci il tarixdən hesablanması, ona verilən ittihamdan Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəs inin xaric edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçiləri ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

8. Hökmdən Təqsirləndirilən şəxs1 və müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

9. Hökmdən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayəti verib, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmasını və təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə yetirdiyi xəsarətə görə cəza təyin edilməsini, digərlərinin isə məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-999/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi İsmayılov Sərdar Əbülfət oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən kassasiya şikayətləri verilmi şdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

12. Müdafiəçi İsmayılov Sərdar Əbülfət oğlu kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin tərkibi olmamış, nə ibtidai istintaqda, nə də ki, məhkəmə araşdırmasında ona qarşı elan olunmuş ittihamı təsdiqləyəcək mötəbər sübutlar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yalnız zərərçəkmiş şəxsin və məhkumların ibtidai istintaq zamanı verdikləri ifadələrinə istinad etmişdir. Halbuki, zərərçəkmiş şəxs birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib etmiş və həmin ifadəni müstəntiqin təkidi ilə verdiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ibtidai ist intaq zamanı verdiyi ifadələrinin iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla uzlaşdığı və öz təsdiqini tapdığını əsas gətirib, məhz həmin ifadələri mötərəb sübut kimi qəbul etmişdir. Lakin açıq-aşkar müəyyən edilir ki, cinayət işi üzrə toplanmış digər sübutların mötəbərliyi şübhə altındadır və onlar sübutlar siyahısından xaric edilməlidir. İş materiallarına əlavə edilmiş, qanunsuz yollarla tərtib edilmiş, saxtalaşdırılmış, zorakılıqla əldə edilmiş sənədlər isə məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsini xahiş etmişdir.

13. Müdafiəçi Məmmədov Adəm Məhərrəm oğ lu kassasiya şikayətində qeyd etmişdir ki, məhkum edilmiş şəxslərin birinci və apellyasiya instansiyası məhkəmələrində verdikləri ifadələri arasında heç bir ziddiyyət olmamış, onların ifadələri eyniyyət təşkil etmişdir. Bu da onların qeyri-səmimi olmadığını təsdiq edir. Məhkum Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Həm zərərçəkmiş şəxsin, həm də məhkumların verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə yaxınlaşmamış, ona bıçaq nümayiş etdirərək hədə-qorxu gəlməmiş, hər hansı əmlakını ələ keçirməmiş, yetkinlik yaşına çatmayanı ağır cinayət törətməyə cəlb etməmişdir. Buna baxmayaraq hər iki instansiya məhkəməsi onların məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yox, ibtidai araşdırma zamanı verdikləri ifadələrini əsas gö türüb barəsində ittiham hökmü çıxarmışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkum Təqsirləndirilən şəxs1 barəsində bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiy indən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərin ə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Hər iki kassasiya şikayətində müdafiəçilər məhkumların təqsirliliyinin sübuta yetirilmədiyini, barələrində olan ittiham hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edib kassasiya xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilmə sini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Q anununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Qabaqc adan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular ) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir (“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun Qərarı, № 1, §§ 10, 15 və 25, 03 mart 2005-ci il).

26. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.

27. Belə ki, məhkumların, onların müdafiəçilərinin, eləcə də zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlill ərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələrində və Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkum edilmiş şəxslərin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələri, şahid ifadələri, “hadisə yerinə baxış”, “ifadənin yerində yoxlanılması haqqında”, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokollar, “üzləşdirmə istintaq hərəkəti” protokolları və digər istintaq hərəkəti protokolları, məhkəmətibbi, məhkəmə-psixoloji ekspertizalarının rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

28. Hər iki kassasiya şikayətində xüsusilə məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərin və zərərçəkmiş şəxsin məhkəmə qarşısında deyil, ibtidai istintaq dövründə verdikləri ifadələrinin sübut kimi qəbul edilməsinin əsassız olması vurğulanmışdır.

29. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmış və haqlı olaraq belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib əsas götürdüyü hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır, müdaf iə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri isə subyektiv mülahizələr üzərində qurulmuşdur. Zərərçəkmiş şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrinə tənqidi yanaşan məhkəmələr onları məhkumları məsuliyyətdən kənarda qoymağa yönələn cəhd kimi qiymətləndirmiş, onun ibtidai istintaq dövründə verdiyi ifadələri iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla uzlaşdığından və qarşılıqlı olaraq öz təsdiqini tapdığından, məhz əvvəl verilən ifadələr mötəbər sübut kimi qəbul edilmişdir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə münasibətdə əməlində Azərbaycan Respublikası CM-nin 297.1ci maddəsinin tərkib əlamətinin olub-olmamasının müəyyən olunması və buna dair müvafiq hüquqi qiymət verilməsi üçün xüsusi qərar qəbul edərək, bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermişdir.

30. Həmçinin, apellyasiya baxışında cinayət işinin 2-ci cildinin 13-14-cü vərəqlərində olan 28 noyabr 2021-ci il tarixli şahidin dindirilməsi protokolunda şahid X3 adından olan 3 ədəd imzanın onun yox, başqa şəxs tərəfindən icra olunduğunun müəyyən edilməsi ilə bağlı həmin şahidin məhkəmə qarşısında dindirilməsi təmin edilmiş və sonuncu ifadəsində mahiyyət etibarı ilə məhkumların törətdiyi əməlin şübhə altına almağa əsas verən hər hansı bir məlumatı bildirməmişdir. Bununla belə, aşkar edilmiş pozuntu, yəni imzanın saxtalaşdırılması ilə bağlı müstəntiq barəsində xüsusi qərar qəbul edilmişdir.

31. Proses iştirakçılarının məhkəmə qarşısında yox, ibtidai istintaq dövründə verdiyi ifadələrinə üstünlüyün verilməsi barədə məhkəmələrin qənaət i ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi sonuncu ifadəsində bildirmişdir, hadisədən sonra o DİN-nin 102 xidmətinə zəng vurmuşdur və döyülməsi barədə məlumat vermişdir. Hadisə barədə müstəntiqə bir neçə şey bildirsə də, hadisəni tam danışmamışdır. Gecə saat təxminən 2 olduğu üçün çox yorğun idi və özündən asılı olmadan, müstəntiqin otağındakı stolunun üstünə başını qoyub yatmışdır. Müstəntiq onu oyadıb, bir iki dənə kağızı qarşına qoyub demişdir ki, «hadisə ilə bağlıdı, bunu imzala». O, kağızı oxumaq istəmiş, lakin müstəntiq boş şey olduğunu deyib, oxumağa qoymamışdır. Sonra müstəntiq onu bir otağa çağırmış, otağın küncündə halsız vəziyyətdə oturan biri var idi, divarlarda qan ləkəsi var idi. Müstəntiq dedi ki, “Kamran bud u, telefonunu bu oğurlayıb, əlinlə bunu göstər, şəklinizi çəkməliyik, çünki rəsmiyyət üçün bu olmalıdır”.

32. Halbuki, məhkum Təqsirləndirilən şəxs1 özünün verdiyi ifadəsinə görə o, 09 sentyabr 2021-ci il tarixdə saxlanılmamış, 12 sentyabr 2021-ci il tarixdə evində olarkən Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir.

33. Qeyd edilənlərdən aşkar göründüyü kimi, zərəçəkmiş şəxsin məhkəmələr qarşısında verdiyi ifadəsinin işin həqiqi hallarına uyğun olmadığı barədə, eləcə də cinayət təqibi üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi məqsədilə onun məhz ibtidai istintaq dövründə verdiyi ifadələrinin ittiham hökmünün çıxarılması üçün əsas götürülməsinə dair gəldikləri qənaətd ə məhkəmələr tamamilə haqlı olmuşlar.

34. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Təqsirləndirilən şəxs1 və Məhkum Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməllərində Cinayət Məcəlləsinin ittiham edildikləri maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onların təqsirli bilinmələrini istisna edən halların, yəni Azərbaycan Resp ublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Məhkum Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

36. Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri əda lət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

37. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, t əsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi İsmayılov Sərdar Əbülfət oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar