Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1486/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum və məhkumun müdafiəçisi X15 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsini n cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim D.H.İmanov, hakimlər M.Ə.Bağırov və N.T.Əliyevdən ibarət tərkibdə) 1(100)-08/2020 nömrəli 10 yanvar 2020-ci il tarixli hökmü ilə 06 sentyabr 1995-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Alpout kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şü bhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzasından çıxmaqla üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 03 fevral 2018-ci il tarixdə saat 19:50 radələrində Qazax rayonu Ağköynək kəndində yaşayan dostu X4 yaşadığı evin həyətində ertəsi gün keçiriləcək toy mərasiminin hazırlıq işləri görülən zaman, həmin kənd sakini X10 ilə birlikdə spirtli içki qəbul etdikdən sonra hadisə baş verməmişdən təxminən 1 saat əvvəl məclisdən kənarda qarşılıq lı olaraq bir-birilərinə yumruq vurmalarını bəhanə edib məclisdən çıxıb birlikdə siqaret çəkmək adı ilə yaxınlıqdan keçən su kanalının kənarına apararaq, sərxoş vəziyyətdə, ictimai yerdə mübahisə edib, əxlaqa və hüquqa zidd davranıb, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoyub, heç bir əsaslı səbəblər olmadan, sağ diz zərbəsi ilə sonuncunun sinə nahiyəsindən bir dəfə qəsdən vurub, daha sonra hündürlükdən dərinliyi 4 metr olan su kanalına yıxaraq, başı kanalın beton divarına və dibindəki daşlara dəyməsi nəticəsində sonuncuya başın təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, aşağı paraplegiya, yuxarı dərin paraparez, çanaq üzvlərinin funksiyasının pozulması, C6 fəqərənin kompression qəlpəli fəsadlaşmış sınığı ilə müşayiət olunan fəqərə sütunu və onurğa beynin qapalı travması ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirib, xuliqanlıq niyyəti ilə Elçin İsgəndərovun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə) 1(104)-11/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs X10 və zərərçəkmiş şəxsin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətlərində xahiş edi rlər ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarını ləğv edilərək, məhkumun barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırır ki, hər iki instansiya məhkəməsi törətmədiyi cinayət əməli ilə onu təqsirli bilərək ədalətsiz hökm və qərar çıxarmışlar. Belə ki, məhkəmələr iş üzrə zərərçəkmiş şəxsin notarial qaydada verdiyi izahatını və işdə olan ekspertiza rəylərinə məhəl qoymamışdır. Kassator şikayətində heç kimə xəsarət yetirmədiyini, əksinə zərərçəkmiş şəxsi ölümdən xilas etdiyini bütün instansiyalarda bildirmiş, lakin məhkəmələr onun təqdim və istinad etdiyi dəlillərə məhəl qoymamışdır. Məhkumun müdafiəçisi Müd afiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz, qanunsuz və əsassız olmuşdur. Belə ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum heç bir cinayət əməli törətməmişdir və ona qarşı verilmiş ittiham tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarət bir ittiham olmuşdur. Məhkəmələr də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu ittihamı öz hökm və qərarı ilə təsdiq edərək Məhkum təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin təqsirliliyi heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. İstintaq orqanı məhkəmə qarşısına Məhkum təqsirli olmasını sübuta yetirə biləcək heç bir mötəbər sübut çıxara bilməmişdir. Yalnız zərər çəkmiş şəxsin sonradan birinci instansiya məhkəmə baxışında və apellyasiya baxışında təkzib etdiyi həqiqətə uyğun olmayan ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas alınaraq Məhkum ağır ittihamda təqsirli bilinmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya məhkəməsi hökmdə öz mövqeyini əsaslandırarkən müdafiə tərəfinin dəlillərinə qarşı qeyd edir ki, müdafiə tərəfinin dəlil kimi istinad etdiyi zərərçəkmiş şəxs Elçin İsgəndərovun birinci instansiya məhkəməsində ifadə verərkən Məhkum onu vurmaması ilə bağlı ifadələrinin, həmçinin notarial qaydada təsdiq olunmuş Məhkum ona qarşı cinayət törətməməsi barədə ərizəsinin, həmçinin hadisədən əvvəl Babəklə aralarında hər hansı mübahisənin olmaması, digər şəxslərlə mübahisəsinin olması ilə bağlı ifadələri və qeyd edilən hallar iş materialları ilə müəyyən edilməmişdir. Lakin iş materiallarında qeyd olunanlar şübhəsiz ki, mövcuddur. Məhkəmə həmin halları görməli və sübut kimi tədqiq edərək qiymətləndirməli olduğu halda ya həmin halları görməmiş, ya da görmüş lakin sübut kimi tədqiqindən imtina etmişdir. Zərərçəkmiş şəxs E.İsgəndərov birinci instansiya məhkəməsində ifadə verərkən qəti olaraq Məhkum onu vurmamasını, kanala yıxılan vaxt onu başqa şəxsin arxadan vurduğunu, həmin anda Babəkin ondan uzaqda olmasını bildirmiş, eləcə də həmin ifadəsində ibtidai istintaq zamanı Babəkin əleyhinə yazılmış ifadələrini təsdiq etmədiyini, hətta həmin ifadələrindəki imzaların ona aid olmadığını bildirmiş və məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini də tələb etmişdir (cild 4, i.v. 135-140). Həmçinin notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd edilənləri bir daha ərizəsində vurğulamış və hətta Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir (cild 4, i.v. 114). Bundan başqa apellyasiya instansiyası məhkəməsində də zərərçəkmiş şəxs ifadəsində onu başqa şəxsin vurmasını, ona başqa şəxs tərəfindən arxadan xəsarət yetirilərkən Babəkin ondan uzaqlaşmış olduğunu demiş, "Bəlkə də Babək məni sonradan yerdə təpiklə vurub? bilmirəm” kimi ifadələr işlətmişdir. Xüsusilə diqqət yetirməli məqam odur ki, dəfələrlə ona suallar verilməsinə baxmayaraq Babəkin üzünə qarşı sonuncunun onu vurduğunu deyə bilməmişdir. Lakin məhkəmə iclasının audio yazısının aparılmasına baxmayaraq onun ifadələri məhkəmənin iclas protokoluna düzg ün, lazımı və dolğun şəkildə qeyd olunmamış və hökmdə də düzgün şəkildə öz əksini tapmamışdır. İş üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının 06 mart 2018-ci il tarixli 66 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər başın təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, onurğa beyninin boyun şöbəsinin zədələnməsi ilə müşayiət olunan, 6-cı boyun fəqərəsinin qəlpəli qapalı sınığı, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.02.2018-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə ibtidai istintaq zamanı keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 31.07.2018-ci il tarixli T 199/2018 saylı rəyindən görünür ki, E.E.İsgəndərovda başın təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, aşağı paraplegiya, yuxarı dərin paraparez, çanaq üzvlərinin funksiyasının pozulması. C6 fəqərənin kompression qəlpəli fəsadlaşmış sınığı ilə müşayiət olunan fəqərə sütunu və onurğa beynin qapalı travması bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən 03.02.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin dayaz suyu olan kanala öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində deyil, sürətlənmiş yıxılma, yəni kənar qüvvə təsirindən yetirilən zərbədən sonra yaranmaya daha uyğun gəlir. Qeyd olunan həmin rəylər aras ında ziddiyyətlər olduğundan, yəni 06 mart 2018-ci il tarixli 66 nömrəli rəydə xəsarətlərin hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilməsi, 31.07.2018-ci il tarixli T 199/2018 saylı rəydə isə dayaz suyu olan kanala öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində deyil, sürətlənmiş yıxılma, yəni kənar qüvvə təsirindən yetirilən zərbədən sonra yaranmaya daha uyğun gəlməsi qeyd olunduğundan, qeyd olunan ekspertiza rəyləri həm biri-birinə zidd olmaqla yanaşı həm də yaranan suallara tam olaraq cavab vermədiyindən, zərərçəkmiş şəxsin özünün sürətlənmiş hərəkəti zamanı yıxılması nəticəsində həmin xəsarətlərin yarana bilməsi və digər məsələlər aydınlaşdırılmadığından iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə vəsatət verilmiş, təkrar ekspertiza təyin edilmiş, lakin vəsatətdə xüsusilə vurğulanmasına baxmayaraq yenə də zərərçəkmiş şəxs E.E.İsgəndərovun bədəni üzərində olan xəsarətlərin onun özünün sürətli hərəkəti zamanı sərbəst yıxılmasının mümkünlüyü aydınlaşdırmamışdır. Belə olan halda həmin ekspertiza rəyləri Məhkum qarşı ittihamı təsdiq edən mötəbər sübutlar hesab edilə bilməz. Nəticə etibarilə verilmiş ittihamda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi əvvəlcə sinəsindən təpiklə vurub, sonra hansısa formada su kanalına atılması ilə bağlıdır, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bir zərbə ilə vurub sürətlənmiş şəkildə kanala yıxması ilə bağlıdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin bəzi ifadələrində isə əvvəlcə vurulması, sonra boynunun sındırılması, sonra isə kanala a tılması qeyd olunmuşdur. Göründüyü kimi verilmiş ittiham tamamilə ziddiyyətlərlə doludur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar kassasiya şikayətlərində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini Məhkum elan edilmiş ittihamda təqsirinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi ilə əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirə rək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki cinayət işi Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə başlanmasına səbəb kimi X9 Nəbiyevin evində toy mərasimi ilə əlaqədar təşkil olunmuş məclisdə yeyib içdikdən sonra özünü həmin evin yaxınlığından keçən suvarma kanalına atması nəticəsində ağır bədən xəsarətinin alması olmuşdur. İstintaq orqanı Elçin İsgəndərovun cinayət işi üzrə verdiyi ifadəyə əsasən onun sağlamlığına ağır zərərin Məhkum tərəfindən vurulmasına dair nəticəyə gəlmiş və Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutlara əsasən istintaq orqanın mövqeyi ilə razılaşa raq, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə hökm və qərar qəbul etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, o heç bir cinayət törətməmiş, əksinə kanala düşmüş Elçin İsgəndərovu sudan çıxararaq sonuncunun həyatını xilas etmişdir. Belə ki, Məhkum həm ibtidai istintaq zamanı, həm birinci və apellyasiya məhkəməsində verdiyi ifadələrdə göstərmişdir ki, o, 03 fevral 2018-ci il tarixdə dostu Məhəmmədin yaşadığı evin həyətində keçiriləcək “Ciyər axşamı” məclisinə gəlmişdir. Məhəmməd onu dostu və sinif yoldaşı olan X10 ilə tanış etmişdir. Saat 15 radələrində o, Elçin və digər tanımadığı qonaqlar masa arxasında əyləşib yeyib-içməyə başlamışlar. Təxmi nən bir saatdan sonra, Məhəmməd kənddə olan çayxanaların birində çay içməyi təklif etmiş və o, Məhəmməd, Nəsib, Məhəmmədin xalası oğlu Baba (Hüseyn) və Elçin ilə birlikdə həmin “Məşdinin çayxanası” deyilən çay evinə gedib təxminən yarım saat orada çay içmişlər. Daha sonra onlar birlikdə çayxanadan çıxıb Məhəmmədin yaşadığı evə getmişlər. O, saat 19:20 radələrində Elçinin özünü pis hiss etdiyini görmüş və bu səbəbdən də o, Məhəmməd, Məhəmmədin qohumu Baba ilə birlikdə Elçini evdən çıxararaq həmin evin yaxınlığından keçən kanala tərəf aparmışlar. Orada Elçin kanalın kənarında olan oturacaqda əyləşmişdir. Elçin ürəyi bulandığı üçün qaytarmış və bir qədər özünə gəldikdən sonra o, Elçinlə Məhəmmədin yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqdan sonra Məhəmməd Sumqayıt şəhərindən dostlarının gəldi yini demiş və ona Elçini tək qoymamağı tapşırmışdır. Onlar evin həyətində olan zaman Nəsib çay gətirmiş, Elçin bir stəkan içib, ikinci stəkanda olan çayı yarıya kimi içdikdən sonra həmin stəkanı dişi ilə sındıraraq, şüşə parçalarını ağzında çeynəməyə başlamışdır. Bu zaman Nəsib Elçini yenidən çölə çıxarmış, həmin evin qarşısında olan su çəninin yanına aparmış, Nəsib barmağını Elçinin ağzına salaraq şüşə qırığını onun ağzından çıxartmışdır. Elçin həmin vaxt çox sərxoş vəziyyətdə olmuşdur. Sonra yenidən onlar içəri qayıtmış, Elçin sərxoş olduğu üçün kənarda olan oturacaqlardan birində əyləşmiş və oturacağı yumruqla vurmağa başlamış, əynindəki gödəkcəsini çıxarıb kənardakı oturacağın üzərinə atmışdır. Bir qədər sonra Elçin darvazadan bayıra çıxmış, həmin vaxt Nəsib Elçinin arxası ilə çölə çıx maq istəsə də, o, Nəsibin qonaqlara qulluq etdiyini nəzərə alıb, özü Elçinin arxası ilə gedəcəyini bildirmişdir. O, Elçini darvazanın çöl tərəfində saxlayaraq sonuncudan hara getdiyini soruşmuş, Elçin ona heç bir cavab verməyib kanala tərəf getmişdir. O da Elçinin arxası ilə gedərək, sonuncu sərxoş olduğundan onun yıxılmaması üçün sağ qolunu boynuna ataraq, onun sol tərəfində birlikdə getmişdir. Yolda Elçinə onu yaşadığı evə aparmağı təklif etmiş, evlərinin yerini soruşmuş, Elçin isə onun başa düşmədiyi səbəblərə görə razılaşmamış və əli ilə işarə edərək ondan siqaret istəmişdir. O, siqareti yandırıb Elçinə vermiş, özü də bir siqaret yandırmış və birlikdə kanalın kənarında olan torpaq sahəsinə gəlmişlər. Həmin vaxt o, Elçinə “gözlə gedim Məhəmmədin qardaşı Pösüyə deyim gəlib səni evinizə a parsın” demiş və Elçinə arxasını çevirib getmişdir. O, bir qədər getdikdən sonra «Allahu Əkbər» səsi eşitmiş və həmin vaxt nəsə guppultu səsi gəlmişdir. Bu zaman o, geri dönüb “kimiydi, nə oldu” demişdir.Həmin vaxt Toğrul telefonun işığını onun üzünə salaraq, “Elçin özünü kanala atdı” demişdir. O, kanala tullanmaq istədikdə Toğrul ona kanalın dayaz olmasını dediyindən o, telefonunu və pul qabını Toğrula verib, əynindəki paltarını çıxarıb Elçini kanaldan çıxarmaq üçün kanala girmiş, onu yarıya qədər sudan çıxarandan sonra gücü çatmadığından Toğrula “get atangili köməyə çağır” demişdir. Daha sonra Toğrulun atası və Məhəmməd gəlib ona kömək edib Elçini kanaldan çıxarmışlar. Həmin vaxt Elçinin huşu yerində olmuş, ona “qaqa ölürəm” demişdir. O, sonuncunun halı pisləşdiyindən ona bir neçə dəfə s üni nəfəs vermiş və bundan sonra təcili-tibbi yardım çağırmışlar. Təcili-tibbi yardım Elçini xəstəxanaya aparmışdır. Bundan sonra o, paltarlarını geyinərək yenidən toy evinə getmişdir. O, Elçini hadisə günü tanımış, onunla arasında heç bir mübahisə olmamış, sərxoş olduğu üçün Məhəmmədin ona Elçindən muğayat olmasını tapşırdığından, Elçin evdən çıxıb gedərkən özünə xəsarət yetirməsin deyə və ona kömək etmək məqsədi ilə onun arxasınca getmişdir. Elçini vurmamış və sonuncunu kanala necə düşdüyünü görməmişdir. Cinayət işinin materiallarından görünür ki, Elçin İsgəndərov cinayət işi üzrə həm şahid, həm zərərçəkmiş şəxs qismində dindirilərkən bədən xəsarətlərinin alınması ilə əlaqədar ziddiyyətli və ardıcıl olmayan ifadələr vermişdir. Belə ki, ibtidai istintaq zamanı 14 fevral 2018-ci il tarixdə şahid qismində ilk dəfə dindirilmiş Elçin İsgəndərov ifadəsində heç nəyi xatırlamadığını bildirmiş, lakin ona xəsarət yetirənin Məhkum olduğunu hesab etmişdir. O, hesab etmişdir ki, Məhkum əvvəl bilmədiyi formada onun boynunu sındırmış, sonra isə onu kanala atmışdır. Ola bilsin ki, orada başqa şəxslər də olmuşlar və Məhkum kömək etmişlər. O, hadisəni xatırlamır lakin belə nəticəyə ona görə gəlmişdir ki, onun yadında qalmışdır ki, hadisədən əvvəl o, Məhkumla birlikdə kanalın qırağında siqaret çəkmişdir. Həmçinin o, həmin kənddə yaşayır, kanalın üzərində hər gün gəzir və kanalda suyun dayaz olmasını bilir, ona görə də o, kanala özü yıxıla bilməz. Həmçinin o, ifadəsində göstərmişdir ki, onun Məhkumla və digər şəxslərlə məclis zamanı və ya ondan əvvəl hər hansı bir mübahisə və söz söhbət, olm amış, onların arasında ədavət və ya düşmənçilik yoxdur. İkinci dəfə 28 fevral 2018-ci il tarixdə şahid qismində dindirilərkən Elçin İsgəndərov ifadəsində göstərmişdir ki, sərxoş halda Babəklə birlikdə kanalın qırağına gəlmiş, orada Babəkdən bir siqaret alıb çəkən zaman ona zərbə dəydi, bu zərbə nəticəsində o huşunu itirmişdir. Onun xatırladığı qədəri ilə zərbə onun mədə nahiyəsinə dəydi. Bir müddətdən sonra boyun nahiyəsində olan ağrıdan özünə gəldi, həmin vaxt onun yanında olan adamlar onun qolundan tutaraq gözlərinə işıq salırdılar. O, nə baş verdiyi soruşanda Babək ona “Allahu Əkbər deyib özünü kanala atdın” cavab vermişdir. Sərxoş olduğu üçün hadisədən əvvəl onun davranışı barədə sahidlərin göstərdiyi xüsusatları xatırlamır. 01 mart 2018-ci il tarixdə X17 Məhərrəmovun arasında keçiri lmiş üzləşdirmə zamanı X19 Məhərrəmov tərəfindən ona zərbə vurulmasını təsdiq etsə də, həmin zərbənin əl ilə və ya ayaqla vurmasını xatırlamadığını göstərmişdir. 15 mart 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən X19 Məhərrəmovun ona dizi ilə zərbəni endirməsini göstərmişdir. 28 mart 2018-ci il tarixdə Elçin İsgəndərovla şahid Məhəmməd Nəbiyevin arasında keçirilmiş üzləşdirmə zamanı Elçin İsgəndərov göstərmişdir ki, onu tək Məhkum vurmamışdır. Babəkin zərbədən sonra o huşunu itirmiş və yerə yıxılmışdır. Bundan sonra hadisə yerinə gəlmiş Məhəmməd, Nəsib, Məhəmmədin əmisi Şahin, Şahinin oğlu Toğrul və Məhəmmədin xalasının kiçik oğlu birlikdə onun başına hansısa küt alətlə xəsarət yetirib, boynunu sındıraraq birlikdə onu su kanalına atmışlar. Analoji ifadə Elçin İsgəndərov 16 noyabr 2018-ci il tarixdə şahid Toğrul Nəbiyevlə üzləşmədə vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilərkən Elçin İsgəndərov göstərmişdir ki, keçmiş sinif yoldaşı Məhəmməd ona zəng edib toyuna çağırmış və toy münasibəti ilə təşkil olunacaq ciyər axşamı məclisinə onu dəvət etmişdir. O da 03.02.2019-cu il tarixdə səhər tezdən ciyər axşamı məclisində iştirak etmək üçün Məhəmmədin yaşadığı evə getmişdir. Orada onu Məhəmmədin xalası oğlu Baba qarşılamış və o da toy hazırlıqlarına kömək etməyə başlamışdır. Günorta saatlarında yeyib-içmək başlamış və həmin vaxt Babəkin dostu Nəsib onun qohumunun barəsində artıq-əskik danışmış, o da ona iradını bildirən zaman aralarında sözlə mübahisə olmuşdur. Bundan sonra yenə masa arxasında oturmuş, bir qədər sonra Baba, Babək, Nəsib və başqaları ilə birlikdə çay evinə getmiş, ikinci dəfə çayçıdan qayıdanda Məhəmməd onunla əsəbi danışaraq, ona qarşı aqressiv olmuşdur. Həmin vaxt o, Məhəmmədə “mənə elə baxma vurub çənəni qıraram” demişdir. Bu vaxt Nəsib, Babək, Məhəmməd, Məhəmmədin 2 xalası oğlu və o, birlikdə olmuşlar. Onlar çayxanadan evə gələn zaman yolda mübahisə etmişlər. Məhəmmədin evinə gəlib, yenidən yeyib-içməyə başlamışlar. Həmin vaxt Şahin də onlarla birlikdə yeyib-içmişdir. Məhəmməd ondan niyə əsəbi olduğunu soruşmuş, o da cavabında “sənlik deyil” demişdir. Mübahisə edən zaman Məhəmmədin nənəsi onu qapıdan qovmaq istədiyinə görə o, əsəbdən söyüş işlədərək stəkanı qırmış və Məhəmmədlə Toğrulun nənəsi Məleykə onu qapıdan qovduğundan o, özü qapıdan çıxmışdır. Bu zaman Babək də onunla birgə evdən çıxıb bi rlikdə kanala tərəf getmişdir. Həmin vaxt kiminsə arxadan gəldiyini görməmişdir. Lakin sonradan kamerada Toğrulun arxaları ilə gəldiyini görmüşdür. Kanalın yanında Babəkdən siqaret istəmiş və Babək bir siqaret yandırıb ona vermişdir. Bundan bir dəqiqə sonra kimsə onu arxadan vurmuş, bir zərbə də döş nahiyəsinə dəymişdir. Bundan sonra nə baş verdiyini xatırlamır. Babək onu sudan çıxaran zaman içib özünü suya atdığını dediklərini eşitmişdir. Birinci zərbə kürəyindən, ikinci zərbə isə sinəsindən dəymişdir. Kanalın yanında olan zaman Babək gedəndən bir dəqiqə sonra onu vurmuşlar, lakin həmin vaxt onu arxadan vurduqları üçün kimin vurduğunu görməmişdir. O, sonradan kameraya baxan zaman Toğrulun arxadan gəldiyini görmüşdür. Həmin vaxt qaranlıq olduğundan Babəkin düşdüyünü, ayaq səsini və ya hans ısa başqa bir səs eşitməmişdir. Kanala düşdüyünü xatırlamır. Müstəntiqə evdə olan zaman da ifadə versə də, həmin ifadələr ona oxunmadığından o, həmin ifadələri imza etməmişdir. Bu səbəbdən ifadələrində olan imzaların ona məxsus olub olmamasını müəyyən olunması üçün müvafiq ekspertizanın keçirilməsini məhkəmədən xahiş edir. Məhəmməddən, Şahindən, Toğruldan və onların digər qohumlarından şikayətçidir, lakin Babəkdən şikayətçi deyildir. Cinayət prosesi iştirakçıların suallarına cavab olaraq Elçin İsgəndərov göstərmişdir ki, kanalın yanında o Babəkin verdiyi siqaretdən 1-2 tüstü çəkdikdən sonra Babək getdi və o Babəkin getdiyini görmüşdür. Babəkin getməsindən 1 dəqiqə sonra onu vurdular. Kim onu vurub o görməyib. Birinci zərbə kürəyindən dəydi, sonra ani olaraq sinəsindən də zərbə vuruldu. K ürəyindən zərbə küt alətlə - dəmir və ya taxta ilə vurulmuşdur. Lakin kanala düşdüyünü xatırlamır. O dəqiq bilir ki, Babək onu vurmayıb və bu barədə müstəntiqə demişdir. Apellyasiya məhkəməsində zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində Elçin İsgəndərov göstərmişdir ki, Məhkum və onunla birlikdə olan bir neçə şəxs hadisə günü saat 22 radələrində əvvəlcə onu döymüşlər, daha sonra qıraqları beton olan və suyu dayaz olan kanalın içərisinə atmışlar. Cinayət prosesi iştirakçıların suallarına cavab olaraq Elçin İsgəndərov göstərmişdir ki, kanalın yanında onunla birlikdə Babək və Toğrul olmuşlar. O, Babəkdən siqaret alıb, Babək telefonla danışanda gəlirəm dedi, elə o anda onu vurdular. Onu Toğrul vurmuş, zərbədən sonra özündə olmamış, belkə Babək də onu yerdə vurmuşdur. Babəklə onun mübahisəsi düşməmişdir. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə toplanmış digər sübutlar nəinki, Məhkum cinayəti törətməməsi barədə ifadələri təkzib etmir, hətta zərərçəkmiş şəxsin ifadələri və istintaq tərəfindən müəyyən edilmiş hallarla ziddiyyət təşkil edir. Belə ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qazax RMX-ın Təcili-Tibbi Stansiyasının həkimi Nazilə Abdullayeva ifadəsində göstərmişdir ki, o, 03 fevral 2018-ci il tarixdə saat 21 radələrində tibb bacısı Aidə Xasayeva ilə birlikdə çağırış əsasında hadisə yerinə gəlmiş və xəsarət almış Elçin İsgəndərova ilkin yardım göstərmişdir. Elçinə baxış keçirərək onun başının təpə nahiyəsində cırılmış, qan içində olan yara aşkar edilmiş, digər xəsarətlər aşkar olunmamışdır. Həmin vaxt Elçinin huşunu açıq idi. Ətrafda olan şəxslər Elçinin kanala yıxıldığını bildirdilər. Onun “Səni kimsə yıxıbmı?” sualına zərərçəkmiş başı ilə onu heç kimin yıxmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qazax RMX-ın Təcili-Tibbi Stansiyasının tibb bacısı Aidə Xasayeva öz ifadəsində şahid N.Abdullayevanın ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı və məhkəmədə şahid qismində dindirilmiş T.Ş.Nəbiyev, M.S.Nəbiyev, Ş.M.Nəbiyev, C.Ş.Nəbiyev, F.Ş.Nəbiyeva, N.İ.Nəsibov və M.B.Əliyev öz ifadəsində Babək X2rşı ittihamda göstərilən cinayət əməlinin törətməsini təsdiq edən və ya Məhkum həmin cinayət əməlinin törətməməsi barədə ifadəsini təkzib edən hallar göstərməmişlər. Şahid Ş.M.Nəbiyev həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında, şahid T.Ş.Nəbiyev isə ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərmişlər ki, kanaldan çıxardıqdan sonra Elçinin başının təpə nahiyəsində yara olmuş, yaradan qan axırdı və yaranın içərisi torpaqla dolmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin atası Elşan İsgəndərov hadisə barədə oğlu Elçinin sözlərindən bildiyini, Elçin məclisdə nalayiq ifadə işlətmiş, Şahinin oğlu Toğrul da oğlunu arxadan vurmuşdur və həmin vaxt Babək də yanlarında olmuşdur. Oğlunun müalicəsində kim kömək etsə onu bağışlayacaq. Zərərçəkmiş şəxsin anası Mehbarə İsgəndərova öz ifadəsində şahid Elşan İsgəndərovun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi X13 göstərmişdir ki, 03 fevral 2018-ci il tarixdə onun işdə o lduğu zaman huşsuz halda xəstə gətirilmişdir. Xəstə daxil olarkən boyun fəqərələri sınmış və hissiyyatı olmamışdır. Paltarları su olmuş, ağzından spirtli içki iyi gəlmişdir. Xəstənin hər iki xəsarəti baş üstə yıxılmaya uyğun gəlir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 06 mart 2018-ci il tarixli 66 nömrəli rəyindən görünür ki, X7 məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər başın təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, onurğa beyninin boyun şöbəsinin zədələnməsi ilə müşayiət olunan, 6-cı boyun fəqərəsinin qəlpəli, qapalı sınığı, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.02.2018-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəc əsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş təkrar məhkəmə-tibbi ekspertizasının 31.07.2018-ci il tarixli T 199/2018 saylı rəyindən görünür ki, E.E.İsgəndərovda başın təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, aşağı paraplegiya, yuxarı dərin paraparez, çanaq üzvlərinin funksiyasının pozulması, C6 fəqərənin kompression qəlpəli fəsadlaşmış sınığı ilə müşayiət olunan fəqərə sütunu və onurğa beynin qapalı travması bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən 03.02.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin dayaz suyu olan kanala öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində deyil, sürətlənmış yıxılma, yən i kənar qüvvə təsirindən yetirilən zərbədən sonra yaranmaya daha uyğun gəlir. Məhkəmə iclasında dindirilmiş ekspert X6 göstərmişdir ki, təpəsi üstünə yıxılması vaxtı X8 aşkar edilmiş hər iki xəsarətin eyni vaxtda yaranması mümkündür. Verilmiş ittihamdan və hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerində olan kanalın dərinliyi 4 (dörd) metr təşkil edir. Göründüyü kimi, istintaq orqanı və məhkəmələr Məhkum zərərçəkmiş X7 qəsdən vuraraq kanala itələməsi yalnız zərərçəkmiş şəxsin ziddiyyətli ifadələri əsasında müəyyən etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr işin düzgün həlli, yəni təqsirli bilindiyi cinayətin məhkum tərəfindən törədilməsi müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı ma ddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsi hökmdə və qərarda göstərməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-in 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144.1-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, istər istintaq orqanı, istərsə də işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum özünü təqsirsiz bilməsi barədə ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasındakı ziddiyyətlərə önəm verməmiş, ittihamı təkzibedilməz sübutlarla əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən hallar ın müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının gəldiyi nəticəyə hər bir halda məhkəmələr qiymət verir. Hakimlər isə cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələr ilə bağlı deyillər. (CPM 25.2) Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. (CPM 33.2) Yuxarıda qeyd edildiyi kimi işə baxan məhkəmələr tərəfindən isə Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X14rşı» 09 dekabr 1994-cü il və “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə qərarı əsaslandırılmış olmalı, əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğ un surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in Məcəllənin 351.3-cü maddəsinin tələblərinə görə məhkəmə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirlə ndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşıb Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun olaraq Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi haqqında bütün sübutları hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutlara CPM-in 143-145-ci maddələrinin tələbləri nəzərə alınmaqla düzgün qiymət verməli iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 6.1.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Məhkum və onun müdafiəçisinin Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlill əri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və cinayət işinin yeni apellyasiya baxışı təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 aprel 2021-ci il tarixli Məhkum barəsindəki qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1486/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1486/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver