Məhkəmə qərarları › İş №1(102)-1486/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1486/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1486/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, X7 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üz rə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli hökmündən məhkum X3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim Tahir Qubadov) 19 noyabr 2021ci il tarixli hökmü ilə xx.xx.1976-cı ildə Zərdab rayonu Alcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, şəxsi təsərrüfatı ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Zərdab rayonunun Alcanlı kəndində qeydiyyatda olub yaşamış X7 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən) X9 və X1 ibarət tərkibdə) 20 may 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 1(035)-10/2021 nömrəli hökmü X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 106.49 (bir yüz altı manat 49 qəpik) manat məbləğində pulun təqsirləndirilən şəxs Məhkum tutularaq dövlət m ədaxilinə ödənilməsi hissəsində ləğv edilmişdir. X3 barəsində ittiham hökmü çıxarılmışdır. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X3 ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X7 dərhal məhkəmə iclas zalında həbs edilmişdir. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının 20 may 2022-ci il tarixdən hesablanması, X4 narkomaniyadan məcburi müalicə təyin edilməsi, cinayət işi üzrə məhkəmə eksp ertiza xərcini təşkil edən 106.49 (bir yüz altı manat 49 qəpik) manat X7 və Məhkum hər birindən 53,25 AZN (əlli üç manat 25 qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X4 CM-in 234.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 20 iyun 2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı Zərdab rayonu Alcanlı kəndinin yaxınlığında "Qara su”yun kənarı adlanan yerdə, yabanı halda bitmiş, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, bitki mənşəli, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərininin hissələrindən satış məqsədi ilə qanunsuz olaraq yığmaqla, orada da qurutma yolu ilə hazırlayıb 1 kibrit qutusunda və kağız bükümdə qablaşdırdığı 10,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsuNa hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və daşıyıb 21 iyun 2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Zərdab rayonu Alcanlı kəndindəki X5 yaxınlığında tanışı Məhkum 60 manata satmış, Məhkum isə həmin narkotik vasitənin üzərindən 0,66 qramını götürərək daşıyıb 21 iyun 2020-ci il tarixdə saat 20:30 radələrində həmin yerdə tenışı Şahid2 10 manata satmış, daxil olmuş əməliyyat məlumatına əsasən 25 iyun 2020-ci il tarixdə, saat 20:20-də Zərdab RPŞ-nin əməkdaşları tərəfindən Şahid2 şübhəli şəxs qismində tutulmuş, həmin gün saat 20:40da üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın qarşı sağ ön cibinin üzərindəki kiçik cibdən bir ədəd kağız bükümdə 0,66 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün saat 22:40-da isə Məhkum Zərdab RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, saat 23:20-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman isə əynindəki şalvarın qarşı sol cibindən bir ədəd kağız bükümdəki kibrit qutusunda təmiz çəkisi 6,59 qram və sağ cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 3,42 qram, ümumilikdə təmiz çəkisi 10,01 qaram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, iş üzrə ibtidai araşdırma zamanı Məhkum, Vasif Əliyev, Bəxtiyar Cəbiyev və Şahid2 barəsində narkotik vasitələrin saxlanması və istifadəsi barəsində məlumatın daxil olmasına baxmayaraq istintaq orqanı həmin şəxslərin ətrafında sonradan sübutların mötəbərliyinin möhkəmləndirilməsinə xidmət edə biləcək yaşayış və həyətyanı sahələrinə baxış və axtarış keçirilməsi üçün zəruri istintaq hərəkətləri həyata keçirməmişdir. Bununla da ibtidai istintaq orqanı cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla yanaşı mümkün sübutların mötəbərliyini kifayət qədər şübhə altına salmışdır. İstintaq orqanı tərəfindən narkotik vasitənin Məhkum Vasif Əliyev tərəfindən satıldığı iddia edilsə də, məhkəmə is tintaqı zamanı tədqiq edilən Məhkum ibtidai araşdırma zamanı ona təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən sərbəst şəkildə verdiyi (videoçəkilişə dair DİSK-dəki məlumatlardan) izahatından müəyyən olunmuşdur ki, o, üzərindən aşkar olunan 01 ədəd kibrit qutusundakı narkotik vasitəni Zərdab şəhər sakini Bəxtiyara (burada Şahid2 nəzərdə tutulur) satmaq üçün bir gün əvvəl həmkəndlisi olan Bəxtiyardan (burada sonradan barəsində iş üzrə icraata xitam verilən Bəxtiyar Cəbiyev nəzərdə tutulur) 60 manata aldığını, üzərindən aşkar olunan 01 ədəd kağız bükümdəki narkotik vasitənin isə pay olaraq həmkəndlisi Bəxtiyar (Bəxtiyar Cəbiyev) tərəfindən ona verildiyini qəti və aydın şəkildə bildirmişdir. Eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən Məhkum ibtida i araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunmuşdur ki, o, həmin ifadələrində “həmişə narkotik vasitəni həmkəndlisi olan Bəxtiyar adlı şəxsdən aldığını”, “həmkəndlisi Bəxtiyardan alıb Zərdab şəhər sakini olan Bəxtiyara marixuana satdığını polislərin bildiyini başa düşdüyünü” bildirmiş, ifadələrin sonunda isə müstəntiqin sualına cavab olaraq narkotik vasitəni Vasif adlı şəxsdən aldığını vurğulamışdır. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilən Vasif Əliyev təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən, habelə ifadənin yerində yoxlanması zamanı vermiş olduğu ifadəsindən müəyyən olunmuşdur ki, o, Məhkum narkotik vasitə satmadığını, sonuncunun yalan ifadə verdiyini və onunla üzləşməyə hazır olduğunu bildirsə də cinayət işinin ist intaqını aparan müstəntiq onlar arasında üzləşdirmə aparmamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı həmçinin müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkum fərqli olaraq Vasif Əliyevin üzərindən bilavasitə narkotik vasitə aşkar olunmamışdır. Onun Məhkum narkotik vasitə satması barədə Məhkum ibtidai istintaq zamanı verdiyi ziddiyyətli və şübhə doğuran ifadəsindən başqa ibtidai istintaq orqanı tərəfindən hər hansı bir digər sübut əldə olunmamışdır. İş üzrə əməliyyat tədbirlərinin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşı Muradlı Murad isə ifadəsində Vasif Əliyevin narkotik vasitə satması barədə onlarda əməliyyat məlumatının olduğunu, lakin konkret kimlərə narkotik vasitə satması barədə dəqiq məlumatlarının olmadığını bildirmişdir. Digər polis əməkdaşları da Muradlı Muradın ifadəsinə uyğun ifadələr vermişlər. Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bir mənalı şəkildə Vasif Əliyevdən narkotik vasitə almadığını və sonuncunun ona narkotik vasitə satmadığını bildirmişdir. X15 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Məhkum narkotik vasitə satmadığını bildirmişdir. Həm Məhkum, həm də Vasif Əliyevin məhkəmə baxışı zamanı Vasif Əliyevə münasibətdə ittihamı təkzib edən ifadələri dövlət ittihamı tərəfindən məhkəmə baxışı zamanı hər hansı bir şübhədənkənar sübutlar məcmusu ilə təkzib edilməmişdir. Şahidlərdən heç kim ifadəsində X16 Bayramova narkotik vasitə satmasını bilavasitə gördüyünü bildirməmişdir. Polis əməkdaşlarının verdikləri ifadələrindəki məlumatlar isə iş üzrə digər təqsirləndirilən şəxs Məhkum verdiyi məlumatdan irəli gəlmişdir ki, həmi n məlumatlar da məhkəmə istintaqı zamanı sonuncunun özünün ifadəsi ilə təkzib edildiyindən mötəbər hesab edilə bilməz. Şahid1 isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Vasif adlı şəxsi ümumiyyətlə tanımadığını və onun adını çəkmədiyini, onu birinci dəfə burada - məhkəmə iclasında gördüyünü, “sadəcə onun adından müstəntiq tərəfindən yazılan ifadəni” imza etdiyini bildirərək ittihamın əsasına qoyulmuş ifadəsini təsdiq etməmişdir. İş materiallarında olan sübutlar X3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işinin ibtidai istntaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, yəni iş üzrə ən azı dörd nəfərin - Məhkum, Vasif Əliyev, Bəxtiyar Cəbiyev v ə Şahid2 barəsində narkotik vasitələrin saxlanması və istifadəsi haqqında məlumatın daxil olmasına baxmayaraq həmin şəxslərin yaşayış və həyətyanı sahələrinə baxış və axtarışın keçirilməsi, təqsirləndirilən şəxs Vasif Əliyevin tələb etməsinə baxmayaraq ifadələri ziddiyyəti aradan qaldırmaq üçün təqsirləndirilən şəxslər arasında üzləşdirmə aparılmaqla ifadələrinin alınmaması həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2022-ci il tarixli, 1(107)- 81/2022 saylı ittiham hökmünü ləğv edərək Zərdab Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 1(035)-10/2021 nömrəli hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikay ətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiy a protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instan siyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərba ycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasın ın Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi X3 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə baraət verilməsi barədə gəldiyi yekun qənaətlə razılaşmayaraq hesab etmişdir ki, Vasif Əliyev cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən ifadələr vermiş və məhkəmə Vasif Əliyevin ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünü müdafiə xarakterli olmasını nəzərə almadan, qeyd olunan ifadələrə tənqidi yanaşmadan həmin ifadəyə əsaslanaraq sonuncuya irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verməklə yanlış nəticəyə gəl mişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün m üvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tari xli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir.Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. İbtidai istintaqda əvvəlcə şübhəli şəxs, daha sonra dəfələrlə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum göstərmişdir ki, 25 iyun 2020-ci il tarixdə saat 20:40-də Zərdab RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş 6,59 qram və 3,42 qram qurudulmuş marixuananı və Şahid2 10 manata satdığı 0,66 qram qurudulmuş marixuananı həmkəndlisi Vasif Əliyevdən 21 iyun 2020-ci il tarix də saat 18:30da 60 manata almış, Vasif Əliyev ona satdığı narkotik vasitə olan qurudulmuş marixuananı "Qara su” adlanan yerdən yığıb gətirdiyini demiş, tutulsa da, narkotik vasitəni ondan almasını heç kimə deməməsini dediyi üçün sonuncuya söz verdiyindən və onu arxayın etdiyindən əvvəlki ifadəsində başqa şəxsin adını çəkmiş, Vasif Əliyevlə üzləşmək istəməmişdir. Məhkum bu xüsusatları bir dəfə deyil, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi sərbəst, ardıcıl ifadələrində təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ona ibtidai istintaqda verdiyi ifadələrini təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirsə də, həmin təzyiqlərin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, istintaq zamanı kifayət qədər vaxta malik olmasına baxmayaraq, aidiyyəti orqanlara bu barədə heç bir şikayət və müraciəti olmamış, habelə belə təzyiqlərin olmasına dair nə məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizası rəyləri ilə tanış olarkən, nə müdafiəçisinin iştiakı ilə cinayət işinin materialları ilə tanış olma vaxtı, məhkəmə hazırlıq iclasında özü və müdafiəçisi tərəfindən hər hansı vəsatət verilməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cinayət işinə əlavə edilmiş Zərdab rayon prokuroruna Vasif Əliyev tərəfindən ünvanlanmış teleqramın məzmununda Məhkum narkotik vasitəni pulsuz verdiyi, Məhkum tərəfindən ünvanlanmış teleqramın məzmununda isə Vasif Əliyevdən narkotik vasitə alarkən ona pul vermədiyi qeyd edilmişdir. Həmin teleqramlar eyni poçt şöbəsində, eyni gündə, yəni xx.xx.2020-ci il tarixdə, eyni saatda, yəni 09:44 və 09:57-də 13 dəqiqə fərqilə vurulmuşdur. Buradan da açıq-aş kar görünür ki, təqsirləndirilən şəxslər poçta birlikdə getmişlər. Digər tərəfdən işdə olan məhkəmə kimyəvi-bioloji ekspertizasının rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində "Zərdab rayon Alıcanlı kəndinin yaxınlığından götürülmüş nümunə.” yazısı yazılmış zərfin içərisindəki ümumi təmiz çəkiləri - 52,88 qram (tədqiqatdan sonra qalıq çəkisi 52.84 qram) olan 02 (iki) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd çətənə bitkiləri ilə 02 (iki) ədəd kağız bükümdə və 0l (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar (tədqiqata təqdim olunmuş 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan marixuanaların ümumi təmiz çəkisi 9.97 qram tədqiqatdan sonra qalıq çəkisi 9.93 qram; 0 1 ədəd kağız bükümdə olan marixuananın təmiz çəkisi 0.62 qram tədqiqatdan sonra qalıq çəkisi 0.60 qram olmaqla) tərkiblərinə görə eynidirlər. Bundan əlavə cinayət işinə əlavə edilmiş "Azercell Telekom MMC”-dən alınmış telefon danışıqları ilə bağlı diskə baxış keçirilən zaman 20 iyun 2020-ci il tarixdə saat 22:22-də və 22:40-da təqsirləndirilən şəxs Vasif Əliyevin istifadəsində olan ***-******* saylı telefon nömrəsindən digər təqsirləndirilən şəxs Məhkum istifadəsində olan ***-******* saylı telefon nömrəsinə zənglər edildiyi müəyyən edilmiş, qeyd edilən zənglərlə bağlı Vasif Əliyev özü də ifadəsində təsdiq etmişdir ki, Məhkum onda olan narkotik vasitə barədə soruşmuşdur. Kassasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edə n bütün sübutlar və işin obyektiv hallarının, Məhkum və Vasif Əliyevin verdiyi ziddiyyətli ifadələrin, sonuncuya qarşı irəli sürülmüş ittihamın xarakteri, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər halların hərtərəfli araşdırılmaması, cinayət işi üzrə məhkəmə baxışının olduqca səthi, natamam, birtərəfli, qeyri-obyektiv və qərəzli aparılması, iş üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktların tədqiq edilməməsi və araşdırılmaması, bütün bunların isə son nəticədə təqsirləndirilən şəxsə əsassız olaraq irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verilməsinə səbəb olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayır və hesab edir ki, göstərilən məhkəmə Vasif Əliyevin əməlində CM-in 234.2-ci maddə sində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, digər təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X3 Məhkum narkotik vasitə satması cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla müdafiəçi qəbul olunmasının yolverilməzliyini iddia etsə də öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi X3 ibtidai araşdırma zamanı təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd etmişdir ki, məhkum ibtidai istintaq dövründə bu barədə hər hansi şikayətlə qanun vericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamışdır. Belə ki, ibtidai istintaq zamanı ifadə vermiş Vasif Əliyev də şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən ifadələrində 20 iyun 2020-ci il tarixdə "Qara su” adlanan ərazidən yabanı halda bitmiş narkotik vasitə olan marixuana yığdığını və daşıyıb yaşadığı kəndə gətirərək həmkəndlisi Məhkum satdığını bildirmiş, (Vasif Əliyev ifadəsində qeyd etdiklərini ifadənin yerində yoxlanması zamanı da bildirmişdir) bu xüsusatları müdafiəçinin iştirakı ilə sərbəst bildirmişdir. Lakin buna baxmayaraq, məhkəmə istintaqında 20 iyun 2020-ci il tarixdə "Qara su” adlanan ərazidən yabanı halda bitmiş narkotik vasitə olan marixuana yığıb daşıyaraq gətirdiyini etiraf etsə də, Mə hkum narkotik vasitə satmadığını, gətirdiyi narkotik vasitəni evlərinin yaxınlığındakı zibilliyə atdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ibtidai istintaqda Məhkum narkotik vasitə satması barədə verdiyi ifadələrini təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirsə də, həmin təzyiqlərin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, istintaq zamanı kifayət qədər vaxta malik olmasına baxmayaraq, aidiyyəti orqanlara bu barədə heç bir şikayət və müraciəti olmamış, həmçinin belə təzyiqlərin olmasına dair nə məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizası rəyləri ilə tanış olarkən, nə müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olma vaxtı, məhkəmə hazırlıq iclasında özü və müdafiəçisi tərəfindən hər hansı müraciət və vəsatət verilməmiş, bundan başqa, həmkəndlisi Mə hkum narkotik vasitə satması barədə ibtidai istintaqda verdiyi ifadəsini gah təzyiqlərə məruz qalaraq, gah da həyəcanlı olması ilə əlaqələndirmiş və fərqinə varmadan verdiyini bildirmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqs irləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırıl maması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci m addəsi ilə təqsirli olması barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, X3 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, X4 istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəx sin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübu tlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən olunan hallar əsasında məhkumun CM-in 234.2-cü maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkuma bəraət ve rilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədi lməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, apellyasiya instansiyası məhkəməsinin tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkuma CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiya sı hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin hökm qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum X3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci madd əsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar