Məhkəmə qərarları › İş №1(102)-1486/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1486/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1486/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: Xəzri Ramilə Həşim qızının sədrliyi) 22 aprel 2024-cü il tarixli 1(003)-158/2024 nömrəli hökmü ilə xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, xxx-də qeydiyyatda olan, xxx-də nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin tibbi xarakterli tədbirinin tətbiq edilməsi, maddi sübut və məhkəmə məsrəfləri ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseynov Zaur Nazim oğlu (sədrliyi və məruzəsi ilə), Ələkbərov Əfqan Qəzənfər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) 28 iyun 2024-cü il tarixli 1(103)-1299/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2024-cü il il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni 15 (on beş) manat ödəməklə 1 (bir) ədəd gümüşü rəngli kağızında təmiz çəkisi 0,236 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 11 iyul 2023-cü il tarixdə saat 22:00 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Xəzər rayonu, Alballılıq massivində yerləşən “X” marketin yaxınlığında hərəkətdə olan zaman narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman ə ynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağızında təmiz çəkisi 0,236 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham aktında həbs olunma yeri Abadlıq massivində yerləşən “X” marketin yaxınlığının olması göstərilsə də, faktiki olaraq yaşadığı evdən həbs olunmuşdur. Onunla birlikdə olan şəxslər iş üzrə şahid qismində dindirilmiş, ifadələrində onun həqiqətən də yaşadığı evdən həbs olunmasını və polis şöbəsində də üzərinə axtarış və baxış keçirilərkən narkotik vasitə aşkar olunmadığını təsdi q etmişlər. Təqsirsizliyini təsdiq edən şahidlər dindirildikdən sonra məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmələr əməldə heç bir cinayət tərkibinin olmaması, qanunsuz olaraq həbs olunması və əsassız olaraq ittiham irəli sürülməsini sübut edən kifayət qədər sübutları araşdırmaqdan əsassız imtina etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, özünə aid 36 sot torpaq sahəsi olduğunu, Xəzər rayonunda təhqiqatçı vəzifəsində işləyən polis zabitinin həmin torpaqdan 6 sotunu əvəzsiz şəkildə ona verməs ini tələb etdiyini, torpaq sahəsini ona verməyəcəyini bildirdikdən sonra əvvəldə ona şər ataraq eyni qaydada tutdurmaq istədiyini lakin bəraət aldığını, sözügedən narkotik vasitənin ona aid olmadığını bildirib, hökmdə guya ona aid olan narkotikin boz rəngli şalvarın sol yan cibindən çıxdığı qeyd edilsə də, əslində onun əynində cibləri tikilmiş idman şalvarı olduğunu, video diskdə narkotikin onun üzərindən çıxdığının görsənmədiyini bildirib verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayət inin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından h əmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll edilməsin in ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə to planmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mü mkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkum kassasiya şikayətində ona verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələbini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki hallara dair məhkəmələr tərəf indən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə gəlinən nəticə uyğun olmamış və həmin hallar Məhkum təqsirlilik məsələsində qanuni və əsaslı yekun nəticəyə gəlməyə imkan vermir. Qeyd edilən normaların tələblərindən çıxış edərək aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsində, apellyasiya şikayətində müdafiə tərəfi dəfələrlə çıxış edərək “iş üzrə maddi sübutun götürülməsinə dair videoyazıya məhkəmədə baxılarkən tədqiqatçının narkotik vasitəni əlində saxladığı və arxası kameraya əlini Məhkuma uzadıb, tez çəkərək narkotik maddəni stolun üstünə qoymasının öz təsdiqini tapdığını” qeyd etmişdir. Məhkəmələrin verilmiş ittihama uyğun gəldiyi nəticəyə görə “Məhkum...Xəzər RPİnin 2-ci PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan b oz rəngli şalvarın sol yan cibindən....narkotik vasitə heroin aşkar edilərək götürüldüyü” qeyd edilsə də məhkum dəfələrlə verdiyi ifadələrində və şikayətlərində “tutulduğu vaxt əynində “idman finkası” olduğunu və həmin idman finkasının ciblərinin tikili olduğunu, yəni faktiki cibləri olmadığını, bu halı məhkəmədə dindirilən şahidlərin də təsdiq etdiyini” qeyd etmişdir. Həmçinin həm məhkum, həm də müdafiəçisi məhkəmə çıxışlarında və şikayətlərində verilmiş ittihama və məhkəmələrin gəldiyi nəticəyə görə “Məhkumun 11 iyul 2023-cü il tarixdə saat 22:00 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Albalılıq massivində yerləşən “X” marketin yaxınlığında” deyil onun bir neçə şəxslə birlikdə evdə olduğu vaxt tutu b polis şöbəsinə aparıldığını qeyd etmişlər. Bundan əlavə məhkum kassasiya şikayətində iclasın bir hissəsinin qapalı keçirildiyini (fasiləsiz audio-video yazısı aparmadan), bunun üçün isə qanuni heç bir əsas olmadığını, bununla da cinayət prosessual qanunvericiliyin tələblərinin pozulduğunu qeyd etmişdir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qeyd edilən dəlillərə münasibətdə apellyasiya məhkəməsi Məhkum verilmiş ittiham üzrə məhkəmə iclasları həmin halların araşdırılmaması ilə aparılmış və öz yekun qərarında da qeyd olunan dəlillərə heç bir münasibət bildirməmişdir. Apellyasiya şikayətində məhkum barəsində bəraət hökmü çıxarılması xahiş edilsə də, apellyasiya məhkəmə kollegiyasının yekun qərarından da aydın göründüyü kimi işin faktiki halları üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma, hər bir sübutun mənsubiyyətinin, mümkünlüyünün və mötəbərliyinin qiymətləndirilməsi həyata keçirilməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişm əsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi iddia etdikləri faktların, o cümlədən, maddi sübutun götürülməsi barədə videoya baxış zamanı təhqiqatçının narkotik maddəni əlində saxladığı və arxası kameraya əlini Məhkum uzadıb tez çəkərək narkotik maddəni stolun üstünə qoyduğu barədə faktın, saxlanılan zaman əynində cibli boz rəngli şalvar deyil, cibləri tikilmiş “idman finkası”nın olması, göstərilən ərazidən deyil, evindən bir neçə şəxslə birlikdə öz evində tutularaq aparılması faktlarını araşdırılmasını və iddia etdikləri halların müəyyən edilməsini məhkəmə çıxışlarında və apellyasiya şikayətində xahiş etmiş, yəni apellyasiya bax ışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə faktiki olaraq məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq apellyasiya məhkəməsindən xahiş etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli ilkin baxışı iclasının qərarından görünür ki, şikayətdə qeyd edilən pozuntulara dair dəlillərə münasibət bildirilməmiş və məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən 12 iyun 2024-cü ilə təyin edilmiş və yekun qərarında apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərinin hər birinə hüquqi qiymət verilməmişdir. Halbuki, apellyasiya məhkəməsi verilmiş apellyasiya şikayətləri dəlillərini nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində şikayətlərdə gətirilən dəlillərin əksəriyyəti, o cümlədən bütün ittihamlar üzrə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv araşdırılmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların pozulması, sübutların tədqiqindən əsassız imtina edilməsi kimi dəlillər məhz Cinayət-Prosessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. İş materiallarında olan məlumatların kassasiya şikayətinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndir lməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədəmüvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiy yətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəmə si üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hallar üzrə ta m araşdırılma aparılmadan, məhkumun kassasiya şikayətində göstərdiyi sübutların tədqiqi, iş üzrə müəyyən edilmiş faktiki halları mübahisələndirdiyi və barəsində bəraət verilməsi haqqında dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmələrin gəldiyi nəticələr tədqiq edilərkən müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyası tərəfindən mübahisəli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən videogörüntünün (diskin)” mötəbərliyinin araşdırılmaması, məhkəmə baxışlarının fasiləsiz audio-video yazısı aparılmadan keçirilməsi, həmçinin yuxarıda şərh olunan digər hallar üzrə sübutların CM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməsi məhkəmə qərarının kassasi ya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində göstərilən pozuntu kimi çıxış edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllən in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində qərar verməsini - CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarı ləğv olunsun və cinayət işi apellyasiya məhkəməs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar