Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1487/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublika sı CM-nin 126.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən), Allahverdiyeva Ramella Allahverdi qızı və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) xx xxxxxx 1984-cü ildə CX6labad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1-də qeydiyyatda olub, ünvan 2-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətm əkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 29,120.2.1 və 29,120.2.2-ci maddələri xaric edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvX6 30 mart 2018-ci il tarixdən hesab edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə X12 və X17 təsdirli bilinərək məhkum edilmişdirlər. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov MirzX6 ƏbdülX6 oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 01 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılaraq Məhkum qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvX6 30 mart 2018-ci il tarixdən hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarından müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum əmisi oğlu X13 28 mart 2018-ci il tarixdə, saat 18:00 radələrində sonuncunun tanışı Zərərçəkmiş şəxs tərəfindən telefon danışığı zamanı söyüldüyünü bilib bunun səbəbini telefon vasitəsi ilə Zərərçəkmiş şəxs soruşduqd a Zərərçəkmiş şəxs bunun səbəbini demədən onu görüşə çağırıb orada aydınlaşdıracağını bildirdiyindən onunla görüşməyə razılıq verərək, həmin tarixdə, saat 23:20 dəqiqə radələrində tanışları X14 və X17 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunun Təbriz və F.Məmmədov küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs təyin etdiyi yerdə onunla görüşüb ondan X2 səbəbini soruşduqda Zərərçəkmiş şəxs bunu inkar etdiyi səbəbindən ona mobil telefonda Zərərçəkmiş şəxs söyüşlərlə təhqir etməsi barədə səs yazısını nümayiş etdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bunu etiraf edib düzgün hərəkət etdiyini bildirdikdə Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib onun sifət nahiyəsinə yumruqla vurmuşdur. X14 və X17 da həmin qaydada hərəkət edərək, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib onu söymüşlər. X30 Məhəmmədovun sifət nahiyəsinə, X6 isə gözaltı nahiyəsinə yumruqla zərbələr vuraraq, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid - sağ göz ətrafının şişkinli hematoması, göz yarığının daralması və ağlı qişaya qansızma ilə nəticələnən bədən xəsarəti və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən - sol göz ətrafının qançırı, sol göz bucağının və hər iki diz oynağının sıyrıqları, alt və üst dodaqların şişkinliyi və iç selikli qişasının qansızması ilə müşayiət olunan bədən xəsarətləri yetirmişlər, Zərərçəkmiş şəxs da üzərində gəzdirdiyi bıçaqla onları vurmaq istəyərkən, Məhkum Zərərçəkmiş şəxs bıça q tutduğu X6nə təpiklə vurub bıçağın onun X6ndən yerə düşməsinə nail olub həmin bıçağı yerdən götürüb Zərərçəkmiş şəxs döş qəfəsinə bıçaqla qəsdən bir zərbə vurub ona dərəcəsinə görə həyat üçün təhlükX6 olan sağlamlığa ağır zərər vurmaya aid hemopnevmotoroksla müşayiət olunan döş boşluğuna nüfuz edən, döş qəfəsinin sağ yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin dX6lləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur, cinayət işi üzrə mövcud sübutlarla Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda o, əsassız olaraq ağır, uzunmüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs birbaşa olaraq ona Məhkum tərəfindən xəsarət yetirilmədiyini göstərməsinə baxmayaraq, məhkəmə öz hökmünü yalnız ibtidai istintaq zamanı verilmiş ifadələrlə əsaslandırmış və məhkəmə istintaqı zamanı toplanmış sübutları nəzərə almamışdır.. Halbuki, zərərçəkmiş şəxsin və ümumiyyətlə cinayət işi üzrə şahidlərin ifadələrinə diqqət yetirdikdə görünür ki, həmin sübut növlərində Məhkum irX6 sürülmüş ittihamlarla bağlı təqsirliliyini təsdiq edən hər hansı bir xüsusat yoxdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dX6llərini müzakirə edib, k assasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktlar ı müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gX6r ki, kassasiya şikayəti təmin edilməmX6dir. Müdafiəçi kassasiya şikayətində cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkum özünü hər iki instansiya Məhkəməsində də qeyd olunan ittihamda təqsirli bilməmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir “...Həmin gün saat 23:15 radələrində X4 sözlərinə “ayd ınlıq” verməsini istədikdə o, X4a X6nin “yaxşı oğlan” olmadığını bildiyini demişdir. X4 ona X6ni söyməyinin səbəbini soruşduqda o, ilk olaraq, X6yə nalayiq ifadə dediyini, sonuncunun isə ona cavab olaraq, eyni təhqiri etdiyini, buna görə X6ni görüşə çağırdığını demişdir. Bundan sonra X4 avtomobilə gedərək, X6ndə telefon geri qayıtmış və səs yazısını qoşaraq, ona X6 ilə danışığına qulaq asdırmışdır. Onun söyüş söydüyü hissə keçdikdə X4 onun sifət nahiyəsindən qüvvətli yumruq zərbəsi vurmuş və o, cavab olaraq, X4ın sifətindən sol X6 ilə yumruq vursa da, həmin vaxt yanında olan digər şəxslər x3 və X5 də köməyə gələrək, ona yumruq, təpik zərbələri vurmağa başlamışlar. X4 yumruqla onun sifət nahiyəsinə zərbələr vurduqdan sonra x3 də yumruqla onun sifət nahiyəsinə, ardınca X5 də gözaltı nahiyəsi nə yumruq zərbələri vurmuş, təpik zərbələrini isə onların hansının vurduğunu görə bilməmişdir. O, artıq X4 və yanındakı şəxslərə gücü çatmadığı üçün yerə əyilmiş və özünü qorumağa çalışmışdır. Lakin o, həmin şəxslərin dayanmadıqlarını görüb cibində gəzdirdiyi, qara rəngli qatlanan bıçağı çıxarıb həmin şəxsləri qorxutmaq üçün X6ndə bıçaq olduğunu demişdir. O, həmin bıçaqla X6ni tərpədərək, onu daha döyməmələrini istəmişdir. Bu zaman X6 kənara çəkilmiş, x3 Kərimov isə təpiklə onun bel nahiyəsindən zərbə vurmuşdur. O, həmin zərbənin təsirindən yerə yıxılmasa da, müvazinətini itirmiş və əyilmişdir. Ardınca X4 təpiklə onun bıçağı tutduğu sol X6nə zərbə vurmuş və onun X6ndəki bıçaq X4ın sol ayağına dəyib yerə düşmüşdür. x3 ona yumruq zərbələri vurmaqda davam edərək, bıçağı ayağı ilə X4 istiqam ətində itələyib sonuncunun yerə düşən bıçağı götürməsinə şərait yaratmış, X4 da X6ndə bıçaq ona tərəf gələrək, bıçaqla onun sinə nahiyəsindən zərbə endirmişdir. Həmin vaxt ətrafdakı adamlar araya girib həmin şəxsləri ondan aralamağa çalışmışlar. Bu vaxt x3 və X4 ona əlavə zərbələr vurmağa cəhd etsələr də, ətrafdakılar həmin şəxslərə imkan verməmişlər və o, yerdə uzanmış vəziyyətdə ola-ola həmin şəxslər hadisə yerini tərk edib qaçmışlar. Bundan sonra dostu İbrəhim və digər şəxslər ona kömək etmək üçün yaxınlaşsalar da, o özü ayağa qalxıb İbrəhimlə birlikdə Qarabağ küçəsi ilə hərəkət etmişdir. Yarasının qanı dayanmadığından İbrəhim onu taksiyə oturdub “Semaşko” xəstəxanasına aparmış və orada onu əmX6yyata götürmüşlər. Baş vermiş hadisə zamanı Məhkum, x3 və X6 ona fiziki zor tətbiq etmişlər “ X3 zərərçəkmiş şəxsin göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadəsində onun döyülməsini və məhkum tərəfindən bıçaqla xəsarət yetirilməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X23X16 Nərimanov rayon şöbəsinin 30.03.2018-ci il tarixli 279 nömrX6 ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş “hemopnevmotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin sağ yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası” deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən, “sağ göz ətrafının şişkinli hematoması, göz yarığının daralması və ağlı qişaya qansızma, sol göz ətrafının qançırı, sol göz bucağının və hər iki diz oynağının sıyrıqları, alt və üst dodaqların şişkinliyi və iç selikli qişas ının qansızması” isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 28.03.2018-ci il tarixə uyğun X6, dərəcələrinə görə “hemopnevmotoroksla müşayiət olunan döş boşluğuna nüfuz edən döş qəfəsinin sağ yarısının bir ədəd deşilmiş - kesimiş yarası” həyat üçün təhlükX6 olan sağlamlığa AĞİR zərər vurmaya, “sağ göz ətrafının şişkinli hematoması, göz yarığının daralması və ağlı qişaya qansızıma” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, “sol göz ətrafının qançırı, sol göz bucağının və hər iki diz oynağının sıyrıqları, alt və üst dodaqların şişkinliyi və iç selikli qişasının qansızması” isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan deşilmiş- kəsilmiş yarası yastı tipli deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən törənməklə köndələn kəsiyinin ölçüsü 2,5x1,5 sm-dir. Yara kanalının istiqaməti öndən-arxaya doğru olmuş, yara kanalının dərinliyi barədə tibbi sənəddə qeydiyyat aparılmamışdır. Zərərçəkmiş şəxs xəsarəti alarkən xəsarət yetirən şəxsə qarşı müxtX6f vəziyyətlərdə (ayaqüstü, yarım oturaq, oturaq, uzanıqlı, qarşı - qarşıya və s.) ola bilərdi. Məhkəmələr şərh olunan ifadələri işin faktiki halları və digər sübutlarla müqayisX6 təhlil edib həmin ifadələrin obyektiv həqiqətə uyğun olması qənaətinə gələrək mötəbər sübut kimi qiymətləndirmişlər. BelX6klə, Məhkum əmX6 zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, ekspertin ifadəsi, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə təsdiq olunmasını nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əmX6 düzgün qiymətləndirilmişdir. Həmin Məcəllənin 126.1-ci maddəsində isə Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükX6 olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamilX6yin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərə cədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq cinayət tərkibi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əmX6ni həm CM-in 126.1 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir Göstərilənlərə əsasən Məhkum oğlunun barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cuil tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində göstərilən əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti tə min edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1487/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1487/2019
03.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver