Məhkəmə qərarları › İş №1(102)-1487/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1487/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1487/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxs X9, Məhkum və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim Etibar Quliyev) 1(017)-60/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli hökmü ilə 21 mart 1958-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Ağcabədi rayonunun Aran kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri, Zülfi Adıgözəlov küçəsi, ev 92-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. İş üzrə mülki iddia qismən təmin edilmiş, Məhkum 20000 manat məbləğində pulun alınaraq X10 ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 01.01.2000-ci ildən 30.01.2010-cu ilədək Ağcabədi rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində, sonuncu tarixdən 2011-ci ilin sonuna qədər isə həmin bələdiyyənin sədr müavini vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03.04.2000-cu il tarixli 923 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ağcabədi rayonunun X4”nə əsasən, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və sair təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə, torpaq sahəsi almaq üçün 2011-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə özünə müraciət edən-Ağcabədi rayonu Aran kəndində faktiki məskunlaşmış Laçın rayonu Qarakeçdi kənd sakini X10 həmin kənd ərazisində yerləşən Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin balansında olan Aran 1 sunasos stansiyasının, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasınının 30 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Ağcabədi rayonu Aran kənd sakinləri X11, X12, X16, X24, X32, X25, X13, X5, X18, X19, X14 və X6 mülkiyyətinə (pay torpağı) verilmiş, lakin faktiki olaraq Ağcabədi rayonu Aran Bələdiyyəsinin istifadəsində olan 19 ha və 11 ha olmaqla cəmi 30 hektar torpaq sahələrini guya özünün mülkiyyətində olan sahə kimi və Aran kəndində istifadəsi ndə olan 0,80 hektar torpaq sahəsində yerləşməklə faktiki istifadəsində olan qoyun fermasını bütün tikililəri ilə birlikdə 20.000 manata satışa çıxardığını və ona sata biləcəyini sonuncuya bildirib inandırmaq üçün guya 23 fevral 2006-cı il tarixli Aran Bələdiyyəsinin əmri ilə və eyni tarixli icarə müqavilələri ilə qohumları X8, X20, X7 və X15 Aran bələdiyyəsi tərəfindən torpaq sahəsinin icarəyə verilməsi görüntüsü yaradan 23 fevral 2006-cı il tarixli 2 №-li əmrləri və eyni tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələri 2011-ci ildə mart ayında istintaqla müəyyən edilməyən gündə tərtib edib X10 nümayiş etdirməklə sonuncunu aldadıb, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə Ağcabədi rayonu Aran kənd sakinləri o cümlədən, cinayətdən xəbərsiz ola n arvadı X21 ilə X22 arasında 4 ha torpaq sahəsinin 11 il müddətinə illik 1000 manat icarə haqqı ödəmək şərti ilə müvəqqəti icarəyə verilməsi barədə, cinayətdən xəbərsiz olan qardaşı oğlu X7 ilə X22 arasında 5 ha torpaq sahəsinin 11 il müddətinə illik 400 manat icarə haqqı ödəmək şərti ilə müvəqqəti icarəyə verilməsi barədə, qohumluq münasibəti olan cinayətdən xəbərsiz X8 ilə X22 arasında 5 ha torpaq sahəsinin 11 il müddətinə illik 400 manat icarə haqqı ödəmək şərti ilə müvəqqəti icarəyə verilməsi barədə və qohumluq münasibəti olan cinayətdən xəbərsiz Ağcabədi rayonu Aran kənd sakini X20 ilə X22 arasında 5 ha torpaq sahəsinin 11 il müddətinə illik 400 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verilməsi barədə tarixi “2011-ci ilin mart ayı” kimi göstərilən 4 ədəd nömrəsiz icarə müqavilələr ini 2011-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə və yerdə tərtib edib icarəyə verənlərin adından qəsdən saxta fərqli imza ilə imzalamaqla X10 işlədiyi Ağcabədi rayonu Aran kəndində yerləşən Aran Bələdiyyəsində təqdim edib, həmin torpaq sahələrindən maneəsiz istifadə etməklə sonradan xüsusi mülkiyyətə keçirə biləcəyini vəd verib, yaranmış etibardan sui-istifadə edərək 2011-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə ünvan 1 ünvanında Misir Misirovdan 20.000 (iyirmi min) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Misir Misirova məxsus 20.000 (iyirmi min) manat məbləğində pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)146/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs M.S.Misirov və məhkumun müdafiəçisi Ə.H.Əmirov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və onun barəsində təqsirli bilindiyi maddələr üzrə bəraət verilməsi haqqında qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassator Məhk um kassasiya şikayətin dəlilərini onunla əsaslandırır ki, onun ifadəsindən və iş materiallarında olan maddi sübut kimi saxlanılan qəbzdən də görünür ki, Məhkum Misir Misirova torpaq sahəsi satmamış, yalnız fermanın tikililərini və su nasos stansiyasını (özünə məxsus əmlak paylarını) satmışdır. Bu hal iş üzrə dindirilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Qəbzdən də birbaşa olaraq torpaq sahələrinin istifadədə olması öz əksini tapmışdır. Eyni zamanda iş üzrə zərərçəkmiş şəxs Misir Misirov 2011-ci ildən bu günə kimi əldə etmiş olduğu fermadan və istifadədə olan torpaq sahələrindən bu günə kimi istifadə etməkdə davam edir. Hər il həmin fermadan 35-40 min manat arasında gəlir götürür. Belə olan halda Məhkum ona 20.000 manat məbləğində maddi ziyan vurması və bundan irəli gələrək mad di ziyan kimi mülki iddianın qismən təmin edilməsi tam şəkildə ədalətsiz olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşki l etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin başlıca dəlili hazırkı cinayət işi üzrə təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, zərərç əkmiş şəxsin, şahidlərin ifadələri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət-prosessual normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlunun əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilmə sini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələ ri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirilmiş və barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməməsi qanuna uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən ed ilərsə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1.2-ci maddəsinə əsasən az ağır cinayət törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətə cəlb edilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum tərəfindən cinayət törədildiyi vaxtdan hökm çıxarılanadək yeddi ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və y a dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətinə baxaraq, kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni məhkumun cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilm ədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar