Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1487/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş kassasi ya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2008-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi üçün hökm qanuni qüvvəyə minmişdir.
2. Məhkum müdafiəçisi apellyasiya şikayəti və apellyasiya şikayəti üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin 11 mart 2008-ci il tarixl i hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə vəsatət təmin edilməmişdir.
4. Həmin qərardan Məhkum müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.A.Qaraqurbanlı, hakimlər M.Ə.Abbasov və A.F.İbrahimovdan ibarət tərkibdə) 21 fevral 2023-cü il tarixli, 1(103)-461/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin olunmamasına dair Bakı Şəhəri Qaradağ Rayon Məh kəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, ittiham hökmündən şikayət etmə qaydası və müddəti real olaraq təqsirləndirilən şəxsə izah edilməmişdir. Həmçinin, ittiham hökmü elan edilərkən təqsirləndirilən şəxs hökmün mənfi hüquqi nəticələrini anlamamışdır. Bundan əlavə, Məhku m keyfiyyətli hüquqi yardım göstərilməsi üçün müdafiəçisi olmamış və bu səbəbdən apellyasiya şikayəti verə bilməmişdir. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmaqla qərar qəbul etmişdir.
8. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin müəllifləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-461/2023 saylı qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1 və 384.1.12-ci maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya prote stinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərar çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
10. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmunundan aydın olur ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə b uraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
12. İş materiallarından və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş və hökm məhkuma qəbz vasitəsi ilə təqdim edilmişdir. Həmin hökmdən on dörd ildən sonra müdafiəçi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət verilmişdir.
13. Beləliklə də, məhkum tərəfindən apellyasiya şikayəti həmin müddət keçdikdən müvafiq olaraq 3 il 5 ay 1 gün sonra verildiyindən qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, verilmiş yazılı vəsatətdə Məhkum keyfiyyətli hüquqi yardım göstərilməsi üçün müdafiəçisi olmaması və bu səbəbdən apellyasiya şikayəti verə bilməməsi göstərilmişdir. Halbuki, cinayət işinin materiallarının 147-ci səhifəsində olan ərizədən görünür ki, Məhkum məhkəməyə ərizə verərək müdafiəçidən imtina etmiş və bunun səbəbinin maddi vəziyyəti ilə bağlı olmadığını göstərmişdir. Bundan əlavə apellyasiya icraatı zamanı təqdim edilmiş ekspert rəyinə münasibətdə kollegiya bildirir ki, məhkəmə hökmü ilə nəzərdə tutulmuş məbləğin kimin tərəfindən ödənilməsinin hazırkı iş üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü sayılması üçün əsas deyildir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə hökmü elan edilən zaman Məhkum məhkəmə iclasından iştirak etmiş, işə baxan məhkəmə ona hökmün elan olunmasından sonra 20 gün ərzində apellyasiya şikayəti verməli olması hüququnu izah etmiş və Məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti vermək niyyətində olmayaraq 14 ildən çox müddət ərzində hökmü mübahisələndirməmişdir.
15. Qeyd edilənlər hazırki işdə Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinin təsbit etdiyi halların, eləcə də məhkumu vaxtın da apellyasiya şikayəti vermək imkanından məhrum edən digər hər hansı digər halların müəyyən edilmədiyini təsdiq edir və bununla bağlı birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin mövqeyinin əsaslılığına dəlalət edir.
16. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, p erspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını al maq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax,X5rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012)
17. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araş dırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(103)-461/2023 nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.