Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1487/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X2, (sədrlik edən və məruzəçi) X7 və X5 ibarət tərkibdə) 1(101)-881/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatyda olmaqla, ünvan 2 Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 10 noyabr 2021-ci il tarixdən hesab edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində qətimkan tədbirinin qismində seçilmiş həbs hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsinin həmin məbləğin məhkəmə məsrəfləri qismində Məhkum tutulub dövlət büdcəsinə qaytarılması,iş üzrə maddi sübut kimi tanınıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin NH-yə təhvil verilmiş, Məhkum üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 32,323 qram kustar üsulla hazır lanmış psixotrop maddə metamfetaminin qalıq miqdarını təşkil edən 32,273 qram ağ rəngli metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsi, Məhkum üzərində şəxsi axtarış aparılan zaman çəkilişi özündə əks etdirən videogörünütləri bir ədəd rəqəmsal video diskin (DVD disk) cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Həmin hökmdən məhkumun özü tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)-168/2024 saylı qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) məhkumun özü tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllə nin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)-168/2024 saylı qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 10 noyabr 2021-ci il tarixdə Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə külli mirdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayıb, daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-in və NMB-in əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 10 noyabr 2021ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı 14 iyul küçəsində saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan tünd boz rəngli gödəkçəsinin sol ön döş cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 32,323 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, mübahisələndirilən qərarda qeyd olunmuşdur ki, Məhkum narkotik vasitələrin satılması barədə məlumatlar qeyrimüəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud deyildir. Bu hissəyə dair aşağıdakıları göstərmək istərdim. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Məhkum narkomaniya xəstəiiyi aşkar olunmamış və məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 123-124). Belə oian haida 32 qram həcmdə metamfetaminin üzərində gəzdirməsi satış məqsədi ilə deyilsə, hansı məqsədlə ola bilər? Bundan başqa, Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı bütün ifadələrində göstərmişdir ki, tutulmamışdan təxminən yeddi gün qabaq yaşadığı ünvanın həyətində dayanan vaxt bir neçə nəfərin bir-biri ilə dalaşdığını, sonra isə onlardan birinin qaçdığını görmüşdür. O, həmin yerə yaxınlaşaraq ağacların arasına baxmış və həmin vaxt ağacların arasında bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli maddəni görmüşdür. Özü uzun müddət polis orqanlarında kiçik əməliyyat müvəkkili vəzifəsində işlədiyindən həmin bükümdə narkotik maddənin olduğunu bilmiş və uşaqların həmin maddəni narkotik maddə olduğunu bilmədən götürüb hər hansı təyinatına uyğun olmayan formada istifadə etməsindən ehtiyat edərək zibil qabına və ya kanala atmaq məqsədilə götürərək əynindəki gödəkçənin cibinə qoyaraq üzərində daşımışdır. Sonra həmin narkotik maddəni cibində olduğunu unutmuş və təxminən bir həftəyə yaxın onun cibində qalmışdır. 10 noyabr 2021-ci il tarixdə saat 19:50 radələrində küçədə durub dostunu gözləyərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb onun narkotik maddələrin əldə edib gəzdirilməsi və daşınmasında şübhəli olduğunu bildirib Suraxanı RPl-nə dəvət etmiş, orada onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmtein olub-olmaması soruşulduqda könüllü olaraq əynindəki gödəkçənin sol döş cibindən 7 gün əvvəl yerdən tapdığı bükümü çıxararaq stolun üstünə qoymuşdur. Ondan həmin sellofan bükümün içərisində nə olması, haradan, kimdən və nə məqsədlə əldə etməsi soruşulduqda, həmin bükümdə narkotik maddə metamfetamin olduğunu, onu yaşadığı ünvanın yaxınlığından tapdığını bildirmişdir. Hesab edirəm ki, bu ifadə də tamamilə yalan və müdafiə xarakterlidir. Belə ki, Məhkum bildirmişdir ki, narkotik vasitəni büküm şəklində yerdə tapmışdır. Burada artıq şübhələr yaranır. Məgər insan piyada hərəkətdə olarkən rastına çıxan bütün bükümləri yerdən qaldırıb yoxlayır? ikincisi, Məhkum həmin ifadədə bildirmişdir ki, bükümdə metamfetamin olduğunu təyin etdikdə (yeri gəlmişkən bu məqam da şübhə doğurur, yəni bir baxışla maddənin duz, yuyucu tozu v s. deyil, məhz metamfetamin olması nə ilə təyin etməsi də qeyrimüəyyəndir) məhəllədə yaşayan balaca uşaqlar tərəfindən həmin metamfetamindən istifadə etməsindən ehtiyatlanıb onu tullamaq üçün cibinə qoymuşdur. Burada da bir sual yaranır: maddənin məhv edilməsi məqsədi varsa, həmin toz şəklində metamfetamini sadəcə yerə töküb məhv edilməsində nə maneə var idi? Məhkum bu məhv prosesini hansısa mürəkkəb bir şəkildə aparmaq niyyətindədir və bunun üçün xüsusi bir zibii qabı və ya hansısa bir kanal axta rmaq məqsədilə bükümü götürərək əynindəki gödəkçənin cibinə qoyması absurd deyilmi? Üçüncü şübhəli məqam isə ondan ibarətdir ki, Məhkum poiis idarəsinə gətirilib axtarış aparılmamışdan öncə ona üzərində olan qanunsuz maddələrin könüllü təqdim edilməsi təklif olunduqda, guya cibində ununtduğu və 7 gün ərzində bilmədən üzərində gəzdirdiyi metamfetamin nədənsə dərhal yadına düşür və həmin bükümü “könüllü” şəkildə polisə təqdim edir. Dördüncüsü: iş materiallarından göründüyü kimi, Məhkum keçmiş polis işçisidir. Fərz edək ki, keçmiş polis işçisi deyil, sadə vətəndaş həyətə düşüb bir sıra cavan uşaqlarının bir-biri ilə dalaşdığını görür. Həmin yerə yaxınlaşdıqda hətta bir büküm psixotrop maddə (və ya narkotik vasitə) tapır. Vətəndaşın sonrakı hərəkətlərini sadə formada proqnoz etmək olar, təbii ki, vətəndaş bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verməklə hadisə yerində polis əməkdaşlarını gözləyəcək və sonda tapdığı maddəni polis əməkdaşlarına təqdim edəcəkdir. Məhkum isə, hansı mövqedən çıxış edir, qeyrimüəyyəndir. Dava-dalaş barədə məlumat vermir, tapdığı psixotrop maddəni isə məhv etmək niyyətindədir. Belə olan halda onun ifadəsinin bu hissəsi nə dərəcədə inandırıcıdır? Sonda bir məsələni də qeyd etmək istərdim. Birinci instansiya məhkəməsi məhkəmə istintaqında toplanılmış sübutları rəhbər tutub, təqsirləndirilən şəxsi CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Apellyasiya instansiya məhkəməsi ondan fərqli olaraq, məhkəmə baxışının heç qismən də olsa istintaqla aparmamış, birinci instansiya məhkəməsi tərəfindən toplanılmış eyni sübutlara istinad etmiş və he ç bir əsaslandırma aparmadan, fərqli mövqedən çıxış edərək təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan hallan nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai İstintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə yekun qərarının çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə Məhkum, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmi şdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəməinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müra ciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yal nız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğu n və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosess ual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə ilə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəki ldə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bakı Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...Məhkum əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması, yəni onun üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrpop maddə metamfetaminin məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab etmir. İstintaq orqanı Məhkum narkotik vasitələri n satılmasında şübhəli olmasını göstərsələr də, əslində həmin məlumatın mənbəyi cinayət işi üzrə qeyrimüəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud deyildir. Bundan başqa, nəzərə alınmalıdır ki, Məhkum şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş psixotrop maddə bir bükümdə olmuşdur, ümumiyyətlə, istintaq orqanının və birinci instansiya məhkəməsinin hansı sübutlara və hansı ehtimallara əsasən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, bu məqsədlə əldə etməsi nəticəsinə gəlmələrini söyləmək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət q ədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır, narkotik vasitənin və ya psixotrp maddənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir, bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrə də uyğundur. Beləliklə, hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olunmuşdur ki, Məhkum üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur, odur ki, Məhkum 10 noyabr 2021-ci il tarixdə bir bükümdə olan psixotrop maddə aşkar edilərək götürüldüyündən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilib ona cəza təyin edilməlidir....” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 noyabr 2021ci il tarixli 6/4995 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN-nin “Zərflər üçün N 45” möhür əksi, “Vət.Məhkum...” və sair yazıla r olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 32,323 qram, ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2022-ci il tarixli 341 saylı rəydən görünür ki, müayinə zamanı Məhkum hal-hazırda hər hansı bir psixi xəstəliyin əlaməti aşkar olunmur. Məhkum qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Məhkum cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür.Məhkum barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tar ixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış keçirilmiş və təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. Məhkum bu təklifdən sonra əynində olan tünd boz rəngli gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü, sağ yan cibindən isə bir ədəd qonur rəngli cüzdan, 01 ədəd “Samsung” və “Nokia” markalı mobil telefonları çıxarıb təqdim edir. Sorğu zamanı Məhkum bildirmişdir ki, tünd boz rəngli gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içə risində psixtrop maddə metamfetamin vardır və həmin narkotik maddəni bir həftə əvvəl yaşadığı evin yaxınlığında yerdən tapmış tullantı qabına atmaq üçün gödəkçəsinin sol döş cibinə qoymuş və yaddan çıxardığı üçün həmin narkotik maddə gödəkçəsinin döş cibində qalmışdır. Məhkum təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik maddəyə oxşar kütlələr bir ədəd Zərfə cüzdan və “samsung” və “nokia” markalı mobil telefonlar digər zərfə qablaşdırılaraq zərflər möhürlənir və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Məhkum üzərində Suraxanı RPİ-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət rəqəmsal video diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdəki faylda olan videogörü ntü 10 noyabr 2021-ci tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, Suraxanı RPİ-nin inzibati binasının içərisində Məhkum üzərində şəxsi axtarış keçirilmiş və təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. Məhkum bu təklifdən sonra əynində olan tünd boz rəngli gödəkçəsinin sol döş cibindən 01(bir) ədəd şəffaf sellofana bükülmüş bükümü, sağ yan cibindən isə bir ədəd qonur rəngli cüzdan, 01 ədəd Samsung və nokia markalı mobil telefonları təqdim edir. Sorğu zamanı Məhkum bildirmişdir ki, tünd boz rəngli gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin vardır və həmin narkotik maddəni bir həftə yaşadığı evin yaxınlığında yerdən tapmış tullantı qabına atmaq üçün gödəkçəsinin sol döş cibinə qoymuş və yaddan çıxardığı üçün həmin narkotik maddə gödəkçəsinin döş cibində qalmışdır. Məhkum təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik maddəyə oxşar kütlələr bir ədəd Zərfə cüzdan və “samsung” və “nokia” markalı mobil telefonlar digər zərfə qablaşdırılaraq zərflər möhürlənir və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 03 dekabr 2021ci il tarixli, BKC/LGL-15784/21 saylı məktubundan görünür ki, Məhkum adına Bakcell şəbəkəsində nömrə qeydiyyatdan keçməmişdir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiy yətinin 07 dekabr 2021-ci il tarixli, AZF/LGL-20563/21 saylı məktubundan görünür ki, Məhkum adına "xxxx" MMC-də nömrə qeydiyyatdan keçməmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Məhkum adına "xxxx" şəbəkəsində nömrə qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən müəyyən olur ki, Məhkum olunmamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkum ibtidai araşdırma dövründə verdiyi ifadələri, iş üzrə t oplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edərək və məhz həmin ifadələr əsas götürülərək Məhkum əməli (qanunsiz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsindən ibarət ittiham üzrə) apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu mаddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsu z olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyə ti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyekti v yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılı r. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanun i hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsin in şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyr ənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi il ə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)-168/2024 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1487/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1487/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver