Məhkəmə qərarları › İş №1(102)-1488/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1488/2023

22.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1488/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X1, Məhkum və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Az ərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Süleymanov Mərdəli Binəli oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmü ilə (hakim Rauf Daşdəmirov) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərd ə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 5 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tarverdiyev (sədrlik edən), Q.X.Babayev və İ.M.Murquzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum idarə etdiyi avtomob il ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 13 iyun 2022-ci il tarixdə saat 23:41 dəqiqədə “B" kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Porshe Cayenne Turbo” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərim pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 2 ünvanının qarşısında yolu sağdan sola doğru keçən piyada X4 idarə etdiyi “Porshe Cayenne Turbo” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tin hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyinin toxunmasına, yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərin sınıqları, onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin sınığı, təpə nahiyəsinin qançırı, sol qaşın əzilmiş yarası, sol dirsək oynağının, solda qoltuqaltı xətt üzrə İX-X qabırğa səviyyəsinin, belin sol yarısını sol qalça tini nahiyəsinə kim i əhatə edən, sol budun, sağ diz oynağının, sağ saidin, sol baldırın, sol içəri topuq nahiyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2023-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı məhkuma cəza təyin edilməsinə dair hissədə açıq-aydın ədalətsiz və sərtdir. Belə ki, aşağı instansiya məhkəmələri Məhkum baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini, əməlin ehtiyyatsızlıqdan törənməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunması üçün dəfələrlə cəhd etməsini, əvvəllər məhkum olunmamasını kifayət qədər nəzərə almamışlar. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2175 saylı, 25 avqust 2022-ci il tarixli rəyinin işin gerçək hallarının ibtidai araşdırma orqanı tərəfindən araşdırılmadan təyin edilmiş qərar əsasında keçirilməsi mübahisələndirilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə Məhkum və müdafiəçi M.Süleymanovun, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi M.Səlimovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bil dirir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş birgə kassasiya şikayətində X5 məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sərt olması bildirilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə isə, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2175 saylı, 25 avqust 2022-ci il tarixli rəyinin işin gerçək hallarının ibtidai araşdırma orqanı tərəfindən araşdırılmadan təyin edilmiş qərar əsasında keçirilməsi mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şə xsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib edilməməsi məsələlərinə münasibət bildirilm əsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələləri nə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə tə qsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiym ət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə olunur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunveric ilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edil ərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəyl ərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessua l normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin t ələblərini pozaraq Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Belə ki: - İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Palmeros” restoranının qarşısında “Porsche Cayenne” markalı **UG-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada keçidinin üzərində dayanmışdı və avtomobildən 5 metr irəlidə naməlum kişi meydi var idi. Yolun eni 12 metr, iki tərəflidir və bir tərəfin eni 6 metrdir. Yolun kənarlarında iaşə obyektləri var. Yolun kənarında səkinin eni 1 metrdir. Yolda naməlum kişi meyitinə məxsus qana bənzər ləkələr var idi. Yolu düzünə qoşa xətt ayırır və yerdə piyada keçidi x ətti var. Avtomobilin ön sağ farası qırılıb və kapot hissəsi əzilib. Bufer əzilmiş vəziyyətdədir. Avtomobil özü saz vəziyyətdədir və işə salına bilir. Avtomobil yolun yoxuş istiqamətində hərəkətdə olmuş və yol təxmini 02 faiz yoxuşdur. (vərəqə 5-13) - Məhkum hadisədən bilavasitə sonra 14 iyun 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, “Porcshe Cayenne Turbo” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi mülkiyyətçisi anası X10 dir, lakin həmin avtomobil ona məxsusdur və o həmin avtomobili etibarnamə əsasında idarə edirdi. xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Şeyx Məhəmməd Xiyabani küçəsi ilə avtomobili 70-80 km/saat sürətlə idarə edən zaman yolun hərəkət hissəsini sağ tərəfdən sol tərəfə keçmək istəyən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi görmüşdür. O Zərərçəkmiş şəxsı gördükdən dərhal sonra eyni anda avtomobilin səs siqnalından istifadə etmiş və ayağı ilə tormuz əyləcinə basaraq avtomobilini sol tərəfə qaçırtmışdır. Lakin Zərərçəkmiş şəxs dayanmayaraq onun avtomobilinə tərəf qaçmış və o, Zərərçəkmiş şəxsı avtomobilinin qabaq sağ yan tərəfi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan dərhal sonra idarə etdiyi avtomobili saxlayıb Zərərçəkmiş şəxsa yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olmuş və ondan qan axmışdır. O, həyəcanlı olduğundan xatırlamadığı şəxslər hadısə yerinə təcili tibbi yardım çağırmışlar. Bundan sonra hadisə yerinə həkimlər gəlmişlər və ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsinə vəfat etmişdir. (vərəqə 16-17) İş material larında olan “İfadənin yerində yoxlanılması haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan və protokola edilmiş əlavələrdən görünür ki, Məhkum ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində təkrar etmiş, lakin Yasamal RPİnin müstəntiqi Fuad Bağırov tərəfindən tərtib olunmuş protokolda zərərçəkmiş şəxsin onun avtomobilinə tərəf qaçması protokolda qeyd olunmamışdır. (vərəqə 2021) Yasamal RPİ-nin müstəntiqi X11 tərəfindən 16 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Yağlama Mərkəzi-də olan müşahidə kameralarından xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində olan video görüntülərin götürülməsinə qərar verilmişdir.(vərəqə 34) Cinayət işinin materiallarında ünvan 4 ünvanında yerləşən “Yağlama Mərkəzi-də olan müşahidə kameralarından xx.xx.2022-ci il tarixdə saat 23: 40 radələrində olan video görüntülərin götürülməsini təsdiq edən protokol yoxdur. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinə əsasən: “247.1. Axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, ad ı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. 247.2. Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. 247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya ba şqa məlumat daşıyıcıları protokola əlavə edilir.” Bundan başqa, hansı qaydada götürülməsi məlum olmayan “CD” diskdəki görüntüyə baxış keçirilməsinə dair 16 iyun 2022-ci il tarixli protokolda baxışın Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinə əsasən keçirildiyi qeyd olunsa da, baxış həmin qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinə əsasən baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda digər məlumatlarla yanaşı, “236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd” göstərilməlidir. İş materiallarında olan “Video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda “Yasamal r ayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Yağlama Mərkəzidə olan müşahidə kameralarından götürülmüş xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində olan video görüntülərə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində Məhkum özünə məxsus “Porshe Cayenne Turbo” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsindən Yeni Yasamal Şeyx Məhəmməd Xiyabani küçəsi istiqamətində hərəkətdə olarkən Şeyx Məhəmməd Xiyabani küçəsi 117 ünvanında yerləşən “Palmeras” restoranının qarşısında yolun hərəkət hissəsini sağ tərəfdən sol tərəfə iti yeriyişlə keçmək istəyən piyada X4 avtomobilin qabaq sağ yan hissəsi ilə vurması müəyyən edilməsi” göstərilməsi göstərilsə də, baxışın hansı texniki vasitələrdən istifadə olunmaqla keçirilməsi göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum ifadəsi ilə Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Yağlama Mərkəzi-də olan müşahidə kameralarından cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə götürülmüş və baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində olan video görüntülər arasında ziddiyyətlər araşdırılmadan yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və qərarda “piyadanın yolun səkisindən yola doğru iti yerişlə keçdiyi göstərilmişdir.” İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi baxışı zamanı müstəntiq tərəfindən tərtib olunmuş “Video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol tədqiq olunmuş, lakin həmin protokolda göstərilənlərin əks olunduğu “CD” disk tədqiq olunmamış, protokolda göstərilənlərin “CD” disklə eynilik təşkil edib-etməməsi yoxlanmamış, təqsirləndirilən şəxs Məhkum verdiyi ifadələrlə ibtidai araşdırma orqanının gəldiyi nəticə arasında olan ziddiyyətlər araşdırılmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2175 saylı, 25 avqust 2022-ci il tarixli rəyini vermiş və “Porshe Cayenne Turbo” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin hissəsinin tələblərinə uyğunsuzluğun olması, sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbayc an Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına dair rəyi vermiş ekspertlərin dindirilməsi və ya əlavə ekspertiza təyin olunması yolu ilə həmin xüsusatlar araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin ziddiyyətlər araşdırılmadan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar tədq iq olunmaqla, baş vermiş yol nəqliyyat hadisəsinin obyektiv məlumatları müəyyən edilməli və zərurət yaranarsa, təkrar yol-nəqliyyat hadisələri ekspertizası təyin olunmaqla rəy alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. İnsan Hüquqları ü zrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qar şı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hər tərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göründüyü kimi Məhkum ittiham edildiyi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, baş vermiş cinayət hadisəsinə düzgün hüqu qi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası A zərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar