Məhkəmə qərarları › İş №1(102)-1488/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1488/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1488/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 1(107)-282/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kass asiya protestinə, habelə zərərçəkmiş şəxsin hüquqi varisi X3 verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 1(075)-50/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim E.Y.Vəliyev) xx.xx.1974-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, F.H.Vəliyev barəsind ə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından həbsə alınmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 31 may 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı Lalayev Rəmzi Mikayıl oğlu tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükükrov (sədrlik edən), E.M.Mehdiyev və X.H.Səmədov) apellyasiya şikayəti və protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz-21011» markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Aşağı Göynük kənd yolunda Şəki rayonunun Baş Göynük kəndi istiqamətində yolun orta hissəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, nəqliyyat vasitəsinin yükünün xüsusiyyətlərini və vəziyyətini, yol və metio roloji şəraiti, xüsusi hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək, 20 metr məsafədən yolun sağ kənarından sol kənarına keçməkdə olan piyada Zərərçəkmiş şəxs görüb təhlükəni hiss etsə də hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, etinasızlıq edərək hərəkəti üçün qarşısında yaranmış qəza təhlükəsini qabaqcadan gördüyü və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək əvvəlcədən görməli olduğu halda, bu təhlükəyə əhəmiyyət vermədən avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə hərəkəti davam etdirib ehtiyatsızlıqdan avtomobilin sol ö n hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəlləəsası sümüyünün sınığı, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, qaşətrafı və sol bazunun aşağı 1/3-nin geniş ölçülü hematoması, sağ İ və İİ barmaqların qançırı ilə nəticələnən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Şahmərdan oğlunun ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi məhkuma birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə əsas cəzası ilə razılaşaraq, Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin edilmiş, bununla da məhkəmələr tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən Cinayət Məcəlləsinin 8, 58.3, 41.2, 59-cu maddələrinin, CPM-in 139.0.5-ci maddəsinin tələblərini pozmuşlar. Protest müəllifi həmçinin kassasiya şikayətində məhkəmələrin məhkum tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməməsini və onların arasında barışığın olmamasını nəzərə alınmadığını qeyd edərək, nəticədə həmin şəxsə əsassız olaraq yüngül cəzanın təyin edil diyini bildirmişidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən ona vurulmuş ziyan məbləği, həmçinin aralarında barışığın olmaması, ondan şikayətçi olduğu nəzərə alınmamış, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictim ai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayə tinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum münasibətdə məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ic timai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 verdiyi kassasiya şikayətini faktiki olaraq Cinayət-Prosessual Məcəlləsinin eyni müddəaları ilə əsaslandırmışlar. Odur ki, kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kass asiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağ ırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaql a qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, iştirakçılıqla törədilən cinayətlərdə isə həm də hər bir iştirakçının rolunun, ictimai-təhlükəli nəticələrə təsirinin düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirka ra münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Kollegiya onu da, vurğulayır ki, hər hansı məsələ, o cümlədən cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsində cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, həmçinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi ilə bağlı təməl prinsiplər məhkəmələr tərəfindən gözlənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlük əlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qeyd olunan hüquqi normaların işığında və məhkəmə kollegiyasının yuxarıda gətirilən mülahizələrinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müraciətlərin əsaslı olduğu müəyyən olunur. Belə ki, Faiq Vəliyev ehtiyatsızlıqdan bir nəfərin ölümü nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə (yol hərəkəti qaydalar ını pozmaqda) təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, məhkumun törətdiyi bu əməl avtomobil nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət kimi qiymətləndirilərək CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətə görə əsas cəza qismində 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələri isə cəzaçəkmə yeri kimi ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssəsisələrini, beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün isə - ümumi rejimli cəzaçəkmə müəssisələrini müəyyən edir. Beləliklə, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş ilədək və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 ilədək cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın CM-in 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilibbilməyəcəyini düzgün qiymətləndi rmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir. Və yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər. Belə olan halda həmin cəza (yüngül olmasına və cinayətin törədilməsinədək şəxsin olduğu vəziyyəti, həyat şəraitini ciddi şəkildə dəyişmədiyinə görə cəmiyyətin ədalətli saymadığı tədbir) digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz. Xüsusi ilə diqqət çəkən məqam ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Məhkum 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, onun daha mülayim saxlanma şərtləri olan məntəqə tipli cəzaçəkmə mü əssisəsində cəza çəkməsi müəyyən etdiyi halda, heç bir əsaslandırma aparmadan Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz etmiş, onu məhkəmə iclas zalından həbsə almaqla (təyin olunmuş cəzanın hüquqi nəticələrindən, o cümlədən cəzaçəkmə yerindən məlumatsız olan şikayətçı zərərçəkmiş şəxsin hüquqi varisini sanki yanıltmağa çalışmış), təyin etdiyi cəza ilə mütənasib olmayan, təzad təşkil edən (bir tərəfdən şəxsə məntəqə tipli müəssisəsində saxlanılma şərtləri ilə əhatə olan cəza təyin edir, digər tərəfdən şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına daha ağır məhdudiyyətlər nəzərdə tutan müəssisədə saxlanması barədə qənaətə gəlir) və formalaşmış ümumi məhkəmə praktikasına zidd olan mövqe nümayış etdirmişdir. Ha lbuki ümumi formalaşmış praktikaya uyğun olaraq məhkəmə belə situasiyada, şəxsin barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri dəyişmədən, cəzaçəkmə müddətinin başlanğıcını isə onun özünün bilavasitə cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması barədə yekun məhkəmə aktı qəbul edilir. Digər tərəfdən baxılan işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onun şəxsiyyəti, həmçinin sonuncunun cəzasını yüngülləşdirən hallar barədə qənaətlərini bu məsələ üzrə düzgün nəticəyə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onun şəxsiyyətinin və cəzasına təsir edəcək yünüglləşdirici halların düzgün qiymətləndirilməsini təmin edə bilməmişlər. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmünə görə məhkəmə Məhkum cəza təyin edərkən CM-nin 59.1.14-cü maddəsinə əsasən onun himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həmin hallara əsaslandığını göstərmiş, lakin Faiq Vəliyevin apellyasiya instansiyası məhkəməsində verdiyi özünün də ifadələrindən göründüyü kimi, onun heç bir cinayət törətmədiyini, ibtidai və məhkəmə istintaqın düzgün apa rılmadığını bildirərək, bu dəlillərlə bağlı hökmdən apellyasiya şikayəti vermiş və ona CMnin 263.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının fikrincə, cinayət törətməsini qəbul etməyən şəxsin cinayətə görə peşman olmasını bildirməsinin həqiqət kimi qəbul edilməsi ziddiyyətli və əsassız yanaşma kimi qiymətləndirilməlidir ona görə ki, səmimi peşmançılıq şəxsin öz davranışına tənqidi münasibətindən, o cümlədən belə davranışın yolverilməz olmasını qəbul etməsindən, bu davranışa görə özü-özünü məzəmmət etməsindən irəli gəlməlidir. Eyni zamanda birinci və apellyasiya məhkəməsində onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması yüngülləşdirici hal kimi nəzərə alınsa da, qeyd olunan halın hansı hərəkətlərdə ifadə olunması məhkəmələr tərəfindən əsaslandırılmamışdır. Göstərilənlərlə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək sadalanmış bütün digər hallarla yanaşı, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsi kimi hallar araşdırılmalıdır və cəza təyini zamanı nəzərə alınmalıdır. Lakin, məhkəmə Məhkum cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisinin Məhkum şikayətçi olduğunu, onunla barışıq əldə edilməməsini və ümumiyyətlə onun mövqeyini nəzərə almayaraq cəza təyin etmişdir. Ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının bu fikirləri ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarını müqayisə etdikdə isə, görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını dəyişdirilmədən saxlayarkən, CM-in 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və cəzanın məqsədlərini müstəsna olaraq cəzanın müddəti ilə müqayisə etmiş, onun şəxsiyyətinin düzgün qiymətləndirilməsinə, cəzasının yüngülləşdirən halların tam, obyektiv və hərtərəfli yoxlanılmış sübutlar vasitəsi ilə əsaslandırılmalı olm asına və Faiq Vəliyevin cəzasını çəkməli olduğu müəssisənin növünə isə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin növ cəzaçəkmə müəssisəsinin təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimaitəhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını araşdırmamışdır. Halbuki, cinayətkarcasına özünəgüvənmə cinayətkarcasına etinasızlıqla müqayisədə ehtiyatsızlığın daha ictimai-təhlükəli forması kimi çıxış etməklə özünəgüvənmə formasında ehtiyatsılıqdan cinayət törətmiş şəxsin özünün də ictimai təhlükəliliyinin daha yüksək olmasını göstərir və müvafiq olaraq cəza təyini məsələ sində bu faktorun da nəzərə alınmasını bir zərurət kimi meydana gətirir. Lakin, apellyasiya məhkəməsi Məhkum təyin edilmiş cəzanı araşdırarkən bu məsələni nəzərdən keçirməmişdir). Həm məhkumun şəxsiyyətini, həm də cinayətin ictimai-təhlükəliyini, xarakterizə edən həmin halların fonunda apellyasiya məhkəməsinin Faiq Vəliyevin cəzasını dəyişdirilmədən saxlaması onu göstərir ki, məhkəmə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın qanuniliyini yoxlayarkən hökmlə təyin olunmuş cəza və məntəqə tipli cəzaçəkmə müəssisəsi vasitəsi ilə cəzanın məqsədlərinin təmin edilib – edilməyəcəyinə kifayət qədər əhəmiyyət verməmişdir. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti əsaslıdır, baxılan işdə məhkəmələr tərəfindən Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59-cu maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hallara yol verilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi haqqında dövlət ittihamçısı çıxışını dinləyərək belə nəticəyə gəlir ki, hazırki qərarda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməli və Məhkum CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməs ini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 1(107)-282/2023 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar