Məhkəmə qərarları › İş №1(102)-1488/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1488/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1488/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aş ağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, x daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq x, nömrəsiz evdə yaşamışdır. 2. 12 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 iyun 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı İran İslan Respublikasının vətəndaşı və “Elnur” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək təmiz çəkisi 1503 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 08 mart 2023-cü il tarixdə, saat 17:00-da Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən “Nərimanov” istirahət parkında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünva n 3 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sağ əlində olan qara rəngli sellofanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 1.503,00 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-438/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 mart 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məh kəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədova Adilə İsa qızı apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-438/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində məhkum apellyasiya şikayətində göstərilənlər ilə eyni dəlillər irəli sürərək qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı qaldırdığı vəsatətlər heç bir əsas göstərilmədən təmin edilməmiş, faktlar sübuta yetirilməmiş, nəticədə də barəsində qanunsuz məhkəmə qərarları qəbul edilmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəməyədək və məhkəmə istintaqı dövründə verdikləri ifadələrində olan kəskin ziddiyyətlər aradan qaldırılmamışdır. Hökmdə onun bir qrup şəxs halında narkotik vasitənin külli miqdarda satışını təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmişdir. İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxslə və ya digər şəxslərlə onun arasında hər hansı bir əlaqə və ya telefon danışığının olması müəyyən edilməmişdir. Onun istifadəsində ümumiyyətlə telefon olmamışdır. O, narkotik vasitə istifadəçisidir, bununla bağlı könüllü müalicə olunmuşdur. Bundan başqa ona Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbləri, həmçinin humanizm prinsipi nəzərə alınmadan ağır cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya barəsində bəraət hökmünün çıxarılması, bunlar mümkün olmadıqda əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, bu mümkün olmadıqda isə onun yalnız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək, daha humanist, daha yüngü l cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı madd əsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməli olduğunu, bəraət üçün əsaslar müəyyən edilmədiyi halda əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini, bu mümkün olmadıqda isə onun yalnız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, daha yüngül cəza təyin edilməsini xahiş etmiş, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsin i şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu nor mada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törə tməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair iddiası əsassızdır, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən onun həmin maddə ilə təqsirli bilinməsi və cəzalandırılması əsaslı və qanunidir.

22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarınd a ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri onun məhkəməyədək icraat dövründə verdiyi tam, məhkəmə qarşısında isə qismən etirafedici ifadələri ilə yanaşı, eləcə də şahidlərin ifadələri, video çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübut və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müə yyən edilmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində müəyyən edilən cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsində təsbit edilm iş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin Məhkum verilən ittihamın bu hissəsinə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.503,00 qram qəhvəyi rəngli tozşəki lli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamasında ifadə olunmuş əməlinə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yanaşı eyni Məcəllənin 234.4.1- ci maddəsinin (qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin) şamil edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər.

26. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür.

27. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şər hi isə Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsində verilmişdir.

28. Həmin maddənin tələblərindən görünür ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İşt irakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

29. Məsələyə eyni cür hüquqi yanaşma “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 06 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır.

30. Eləcə də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 8 nömrəli, 14 iyun 2024-cü il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına müvafiq izah və tövsiyələr vermişdir.

31. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəl ərində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Belə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən h ərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.

32. Lakin baxılan cinayət işinin materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nədə ki, məhkəmələr tərəfindən Məhkum külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma məqs ədilə şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı İran İslam Respublikasının vətəndaşı və “Elnur” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməsi, narkotik vasitələrin və psixotrop maddələrin satılması və əldə ediləcək mənfəətin bölünməsi, ümumiyyətlə belə bir razılığın olması ilə bağlı hər hansı mötəbər sübuta istinad edilməmişdir.

33. Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün, yuxarıda göstərildiyi kimi, tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edərək saxlanılması və daşınması ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirildiyi halda, məhkumun ona istinad əməli istintaqla müəyyən edilmə miş digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur.

34. İbtidai araşdırma orqanı Məhkum başqa şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə bununla bağlı əsaslı şübhə yaratmayan mötəbər sübutlar təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı da Məhkum istinad olunan cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir.

35. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

36. Cinayət-Prosessual Məcəlləsinin istinad edilən maddəsinə əsaslanıb yuxarıda təfsir edilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik və psixotrop maddələri əldə edərək saxlaması və daşıması cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti və bu əlaməti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi Məhkum birinc i instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında istinad edilən maddələrin sırasından xaric edilməlidir.

37. Məhkum cəzasının yüngülləşdirilməsi ilə bağlı kassasiya şikayətində istinad etmiş olduğu dəlillərə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yaratdığından, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir.

38. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun tö rətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdı r (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

39. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

40. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

41. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqs ədi ilə tətbiq edilir.

42. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhlərindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cina yət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

43. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə məhkumun cəzasını yüngülləşdirən hallar olaraq himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması və cəzasını ağırlaşdıran halların olmaması müəyyən edilsə də, bu hallar cəza təyin edilməsi zamanı yetərli dərəcədə nəzərə alınmamışlar.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyinə görə, məhkəmələr cəza təyini zamanı təqsirka ra həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də şəxsin azadlıqdan məhrum edilməsinə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı elə cə də həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

46. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).

47. İstinad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş cinayət əməlinin törədilməsi halları, 43-cü paraqrafda sadalana n məsuliyyəti yüngülləşdirici halların mövcud olması və cəzanı ağırlaşdıran hər hansı halın olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

48. Məhkəmə kollegiyasının fikrincə, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın d igər məqsədlərinə çatmaq mümkündür.

49. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-438/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli hökmündən xaric edilməli, hökmlə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-438/202 4 nömrəli, 01 fevral 2024-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair müddəalar xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-438/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azaldılsın və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı qalan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar