Məhkəmə qərarları › İş №1(102)-1489/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1489/2019

04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1489/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi – “Verdiktum” Vəkil Bürosunun vəkili İbadov Zaur Fəzail oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 1 6 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ülvi Ziyadxan oğlunun iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2019cu il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim Tanrıverdiyev Anar Vəzir oğlu) xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham olunmuşdur, ona görə ki, o, 25.05.2018-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə olan 53 №-li evin qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə acıqca hörmətsizlik ifadə edərək orada olan vətəndaşların gözü qarşısında əsaslı səbəb olmadan həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə mübahisə yaradıb onu və ailə üzvlərini nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, öz hərəkətlərini davam etdirərək vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək, silah qismində istifadə etdiyi əlində olan vintaçanla Zərərçəkmiş şəxs üzərinə hücum edib həmin vintaçanın dəstəyi ilə qəsdən vurub, sonuncuya sağ saidin yuxarı və aşağı l\3-nin ön-iç səthinin qançırları və sol saidin orta-aşağı 1/3-nin ön-iç səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2019-cu tarixli hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Mirzəyev Sahibxan Arzuman oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 14 iyun 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi İbadov Zaur Fəzail oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin ye ni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin nümayəndəsi İbadov Zaur Fəzail oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Belə ki, məhkəmə hökmünə əsasən vintaçanın silah kimi istifadə olunması qeyd edilsə də, həmin vintaçan maddi sübüt kimi götürülməmiş, ümümiyyətlə onun yararlılığı, ölçüsü və digər parametrləri olmadığı üçün soyuq silah qismində olub-olmaması aydınlaşdırılmadığı üçün onun əməlini CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilməsi üçün əsas vermişdir. Məhkəmə hökmündə vintaçanın ölçüsü və digər parametrlərlə bağlı müxtəlif təzad lı fikirlər olduğundan məhkəmə ümümiyyətlə vintaçanın mövcud olmasını şübhə altına almışdır. Məhkəmə hökmündə göstərilmişirdir ki, “X1 məhkəmə iclasında verdiyi ifadəsində mübahisənin yarım saata yaxın davam etdiyini, Məhkumun əlində dəmir parçasına bənzər bir şey olduğunu, deməsinə görə 30 dəqiqəyə yaxın müddət ərzində hadisəni qapının arxasından heç kəsin görmədiyi yerdən izlədiyini, Məhkumla onun arasında məsafənin uzaq olmasına görə əlində konkret nəyin olduğunu (vintaçan və s.) seçə bilməməsini, ziddiyətli ifadə kimi qiymətləndirilərək şahidin ifadəsini qeyri-səmimi hesab edilmişdir. Ən təəccüblüsü odur ki, bu ifadəyə qeyri-səmimi kimi yanaşan hakim iş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının 26 may 2018-ci tarixli 218 saylı rəyini də şübhə altına almış, rəyi tədqiq etmədən rəy vermiş eksperti dindirmədən, xəsarətlərin yetirilmə anını və lokalizasiyasını araşdırmadan qeyri-səmimi bir hökm çıxarmışdır. Hökmə baxarkən belə bir təsəvvür yaranırki, Zərərçəkmiş şəxs bu xəsarətləri özü yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən aşağıdakı halları nəzərdə tutmuşdur... “Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs və X2 tərəfindən verilmiş ifadələr bir qədər təzadlı olmuş, yeni hallar və ziddiyətli məqamlar meydana çıxmışdır. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs mübahisə zamanı orada, Məhkumun ona vintiçanla vurduğunu, həmin vintiçanı maşından götürdüyünü, həmçinin “dəmir parçası” ilə bağlı ibtidai istintaqdakı ziddiyətli ifadələr ilə əlaqədar verilən suallara cavab olaraq, bildirmişdir ki, həmin ifadələri o deməmiş, ifadələr müstə ntiq tərəfindən təhrif edilmiş, Məhkumin anası və ya bacısı ilə danışmamış, onları tanımadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 mübahisə zamanı ətrafda heç kimin olmadığını, Məhkumin Zərərçəkmiş şəxsi vintiçanla vurduğunu, həmin vintiçanı Məhkumin cibindən çıxardığını, hadisənin 15-20 dəqiqə davam etdiyini bildirmişdir. O “dəmir parçası” ilə bağlı ibtidai istintaqdakı zidiyyətli ifadələri ilə əlaqədar verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ifadələri o deməyib, ifadələri təhrif edilib, o, lap əvvəldən Məhkumin əlində dəmir vintiçanın olduğunu demişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 oglu verdiyi ifadəsində hadisəni görmədiyini, yalnız küçədə X2 səsini eşidib çölə çıxdığını, qonşu Zərərçəkmiş şəxsgilin evinin qarşısında bi r nəfərin söyüş söydüyünü, pulunu tələb etdiyini, “axşama kimi pulumu geri qaytar” dediyini eşitdiyini, heç kimi aralamadığını və Məhkumin əlində heçnə görmədiyini, bir nəfərin”sizdən pulumu alacam” deyərək maşınına minib getdiyini görməsini bildirmişdir. Həmçinin şahid verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı orada olmayıb, heç nə görməyib, həmin vaxt o, Zərərçəkmiş şəxs qolunda xəsarət olub-olmadığına fikir verməmişdir. Lakin Zərərçəkmiş şəxs iş materiallarında olan 25.05.2018-ci il tarixli ərizəsində görünür ki, Zərərçəkmiş şəxs məhkumun onun qollarına hər hansı bir alətlə xəsarət yetirməsini qeyd etməmiş, həmçinin Zərərçəkmiş şəxs Sabail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı X3 verdiyi 25.05.2018-ci il tarixli izahatında təhqiqatçının sualına cavab olaraq Məhkumin əlində hər hansı bir alətin olmadığını və Məhkum adlı şəxsin əri Zərərçəkmiş şəxsin qollarına əli ilə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə CPM-nin tələblərinə istinad edərək yalnız məhkəmə baxışında əldə edilmiş sübutlara istinad etdiyini qeyd edərkən şahid ifadəsini qeyri-səmimi hesab edir və sübut kimi ona istinad etməkdən yan keçir. Eyni zamanda, məhkəmə istintaqının gəldiyi nəticələrə əsaslanaraq ibtidai istintaqın araşdırdığı halları yəni, işin obyektiv hallarını öz istədiyi kimi təfsir etmiş və əməli düzgün olmayaraq başqa maddəyə tövsif etmişdir. Məhkəmə hökmündə Ali Məhkəmənin xuliqanalıq işləri ilə bağlı olan qərarına istinad edən hakim vintaçanın təyinatını onun xassələrini, işin materialına uyğun olmayaraq öz istədiyi kimi təfsir etmiş, bu da son nəticədə ittihamin mahiyyətini kö kündən dəyişmişdir. Elə bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək üçün əsaslar yaratmışdır. Odur ki, göstərilənlərə əsasən, zərərçəkmiş şəxsin nümayəndəsi Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarının ləğv edilməklə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, məhkumun və onun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlar ını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2019-cu il tarixli qərarı isə zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellya siya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl A zərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində Məhkum əməlinin düzgün tövsif olunmadığı iddia edilir və buna dair dəlillərə istinad olunur. Kassasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etmək lə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işinin ibtidai istintaqını aparan ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə istintaqın səthi, dolğun aparılmadığı, istintaqın tam, obyektiv, hərtərəfli araşdırılması üçün kifayət qədər zəruri tədbirlər görülmədiyi və ittihamın işin faktiki halla rına uyğun olmadığı qənaətinə gəlmiş və təqsirləndirilən Məhkum əməlini CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə bu qənaətə gələrkən aşağıdakı halları nəzərə almışdır: Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs və şahid X2 tərəfindən verilmiş ifadələr bir qədər təzadlı olmuş, yeni hallar və ziddiyətli məqamlar meydana çıxmışdır. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs mübahisə zamanı orada, Məhkumin onu vintaçanla vurduğunu, həmin vintaçanı maşından götürdüyünü,həmçinin "dəmir parçası" ilə bağlı ibtidai istintaqdakı ziddiyətli ifadələri ilə əlaqədar verilən suallara cavab olaraq, bildirmişdir ki, həmin ifadələri o deməmiş, ifadələr müstəntiq tərəfindən təhrif edilmiş, Məhkumin anası və ya bacısı ilə danışmamış, onları tanımadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 mübahisə zamanı orada, ətrafda heç kimin olmadığını, Məhkumin Zərərçəkmiş şəxsi vintaçanla vurduğunu, həmin vintaçanı Məhkumin cibindən çıxardığını,hadisənin 15-20 dəqiqə davam etdiyini bildirmişdir. O, "dəmir parçası" ilə bağlı ibtidai istintaqdakı ziddiyətli ifadələri ilə əlaqədar verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ifadələri o deməyib, ifadələr təhrif edilib, o, lap əvvəldən Məhkumin əlində dəmir vintaçan olduğunu demişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində hadisəni görmədiyini, yalnız küçədə X2nın səsini eşidib çölə çıxdığını, qonşu Zərərçəkmiş şəxsgilin evinin qarşısında 1 nəfərin söyüş söydüyünü, pulunu tələb etdiyini “axşama kimi pulumu geri qaytar” dediyini eşitdiyini, heç kimi aralamdığını vəMəhkumin əlində heç nə görmədiyini, bir nəfərin "sizdən pulllarımı alacam" deyərək maşınına minib getdiyini görməsini bildirmişdir. Həmçinin şahid verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı orada olmayıb, heç nə görməyib, həmin vaxt o, Zərərçəkmiş şəxs qolunda xəsarət olub-olmadığına fikir verməmişdir. Lakin Zərərçəkmiş şəxs, iş materiallarında olan 25.05.2018-ci tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkumun onun qollarına hər hansı alətlə xəsarət yetirməsini qeyd etməmiş (iş vərəq 18), həmçinin Zərərçəkmiş şəxs Səbail RPİ 41-ci PB-nin təhqiqatçısı X3 verdiyi 25.05.2018-ci il tarixli izahatında təhqiqatçının sualına cavab olaraq Zərərçəkmiş şəxs Məhkumin əlində hər hansı bir alətin olmadığını və onun qolları na Məhkumin əli ilə xəsarət yetirdiyini bildirmişdir, (iş vər.12) Bundan əlavə, X2 RPİ 41-ci PB-nin təhqiqatçısı X3 verdiyi, 25.05.2018-ci il tarixli izahatında təhqiqatçnın sualına cavab olaraq, Məhkumin əlində hər hansı bir alətin olmadığını və Məhkum adlı şəxsin əri Zərərçəkmiş şəxsin qollarına əli ilə xəsarət yetirdiyini bildirmişdir (iş vər. 14). Həmçinin Zərərçəkmiş şəxs Səbail RPİ İŞ-nin müstəntiq X4 verdiyi 07.07.2018-ci il tarixli izahatında Məhkumin onu yumruqla əllərindən vurduğunu bildirmiş, Məhkumin əlində hər hansı alətin olmasından bəhs etməmişdir (iş vər.46-49). Eyni zamanda X2 RPİ İŞ-nin müstənti X4ə verdiyi 09.07.2018-ci il tarixli izahatında Məhkumin ərinə xəsarət yetirdiyini bildirmiş, lakin, Məhkumin əlində hər hansı alətin yəni vintaçan və yaxud dəmir parçasının olmas ından bəhs etməmişdir. Zərərçəkmiş şəxs Səbail RPİ İŞ-nin müstəntiqi X4ə verdiyi 07.07.2018-ci il tarixli izahatında müstəntiqin sualına cavab olaraq Məhkumin 25.05.2018-ci ildə həyətində ona xəsarət yetirdikdən sonra polisə ərizə ilə müraciət etdiyini, bunu biləndən sonra, guya Məhkumin anası, bacısı vasitəsilə yalvavaraq, bir daha onlara qarşı qanuna zidd əməllərə yol verməyəcəyinə söz verərək, dəmir alətlə ona xəsarət yetirdiyini deməməyini xahiş etdiyini, onların da Məhkumin anasının yalvarışlarına, xahişlərinə baxıb, həm də onlara qarşı bir daha şantajlara yol verməyəcəyinə inanıb, ərizə, izahat, ifadə və üzləşmə zamanı, həmçinin ekspert müayinəsində Məhkumin ona xəsarət yetirdiyi dəmir alət barədə yazmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı qeyd olunan hallar öz təsdiqin i tapmamış, belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkumin ana-bacısını tanımadığını, istintaq zamanı ifadəsindəki “anasının, bacısının xahişi ilə Məhkumin dəmir alətlə ona xəsarət yetirdiyini deməməsi” hissəsinin ona aid olmadığını, Məhkumin anası şahid X5 da həmçinin ifadəsində X2in ərini tanımadığını, ilk dəfə məhkəmədə gördüyünü bildirmişdir. Məhkəmə şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində mübahisənin yarım saata yaxın davam etdiyini, Məhkumin əlində dəmir parçasına bənzər bir şey olduğunu, deməsinə görə 30 dəqiqəyə yaxın müddət ərzində hadisəni kənardan gizlicə seyr etməsinə baxmayaraq, təqsirləndirilən şəxsin əlində konkret nəyin olduğunu (vintaçan və s.) görmədiyini, ziddiyyətli ifadə kimi qiymətləndirərək şahidin ifadəsini qeyri-səmimi hesab edir. Bundan başqa Məhkum ve rilmiş ittihamda vintaçandan silah kimi istifadə olunması qeyd edilsə də, həmin iddia olunan vintaçan maddi sübut kimi götürülməmiş, ümumiyyətlə, onun yararlılığı, ölçüsü (şahid və zərəçəkmiş şəxsin vintaçanm ölçüsü barədə dedikləri qəti üstüstə düşmür) soyuq silah olub-olmaması aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıran birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gələrək Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif etmişdir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə cavab vermiş, onlarla razılaşmamasının səbəblərini və gəldiyi nəticəni işin hallarına və qanunun tələ blərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə (zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə) məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyin şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə) dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar