Məhkəmə qərarları › İş №1(102)-149/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-149/2019

27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-149/2019 27.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 149/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlundan (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlundan və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun, Müdafiəçilər – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Əhmədov Orxan Ələkbər oğlu və fərdi fəaliyyət göstərən vəkil Quliyev Feyruz Məhərrəm oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əhmədov Orxan Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Quliyev Feyruz Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) xx xxxxx 1987-ci il tarixdə Bakı şəhər ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “AqrarKredit” Bank olmayan kredit təşkilatında mütəxəssis vəzifəsində işləmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 263-1.3-cü maddəsi ilə 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 05 il müddətə nəq liyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Məhkum 11 may 2016-cı il tarixdə, saat 03 radələrində narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsi ndə sərxoş halda idarə etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mercedes-Benz S350” markalı, AZ**-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkət edib Bül-bül prospektinə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə və 37-ci maddəsinin 4-cü hissəsinə əsasən “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdır, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyət də nəqliyyat vasitələrini idarə etməməli, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərərçəkmiş şəxslərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli və sair” kimi tələblərinə riayət etməklə baş verə biləcək hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyərək qəbul etdiyi narkotik tərkibli maddələrin təsiri altında avtomobil üzərində idarəetməni itirmiş, əvvəl avtomobili Bül-bül prospekti ilə kəsişən H.Aslanov küçəsinin sol kənarında quraşdırılmış yol nişanına vurmuş, sonra isə səki üzərinə qalxaraq piyada hərəkət edən X1 avtomobilin qabaq hissəsi ilə vurub onu səkinin kənarındakı binanın daş divarına sıxaraq X1ə sol bud və baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, sağ baldırın yuxarı-orta üçdə birinin arxa səthinin içərisindən böyük ölçülü əzələ kütləsinin xaric olunmuş əzilmiş-cırılmış yarası, sol budun orta üçdə-birinin profuz venoz qanaxma ilə müşayiət olunan əzilmiş-deşilmiş yarası, alt dodağın sol yarısının, sağ dirsək oynağının arxa səthinin, sol budun, baldırın ön-iç və arxa bayır səthilərinin, sol baldırın, sağ ayağın sıyrıqları, sol üst göz qapağı nahiyəsinin, qarın nahiyəsinin, sol bud nahiyələrinin, sağ bud və sağ baldır nahiyələrinin qançırları kimi həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığına ağır xəsarətlər yetirməklə 12 may 2016-cı il tarixdə Mərkəzi Klinik Xəstəxanasında ehtiyatsızlıqdan onun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, həmçinin hadisə nəticəsində “xxxx” MMC-ə 2.300 manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və V.K.Məmmədovdan ibarət tərkibdə) 11 may 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qeyd olunan qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət kollegiyasının (sədrlik edən hakim F.A.Kərimov, hakimlər G.L.Rzayeva və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) 14 noyabr 2017ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2017-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2016-cı il tarixli qərarından Məhkum müdafiəçisi O.Ə.Əhmədov kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum əməlini CM-nin 263.2-ci maddəsinə tövsif edib həmin maddənin cəzanı yüngülləşdirilən hallar nəzərə alınaraq ən aşağı həddə cəza təyin edilməsini, cəzaçəkmə rejiminin məntəqə tipli cəzaçəkmə müəssisəsi olmasını və mülki iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini, həmçinin Məhkum digər müdafiəçisi F.M.Quliyev kassasiya şikayətinə əlavələri verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi O.Ə.Əhmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının qərarı qanunsuz və əsassızdır, ibtidai istintaq və məhkəmə istintaqında toplanmış sübutlarla təkzib olunur, məhkumun təqsirliliyi barədə hökmün və qərarın əsasını yolverilməz sübutlar təşkil edir, məhkəmə kollegiyası cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmünü qüvvədə saxlamış, məhkəmə kollegiyası törədilmiş əməlin tövsifində səhvə yol vermiş birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır. Belə ki, apellyasiya şikayətinin əsas dəlili olan bəraətə və tövsüfə dair olmasına və buna görə məhkəmə istintaqı ilə aparılmalı olmasına baxmayaraq apellyasiya məhkəməsi istintaqsız məhkəmə baxışını keçirmiş, bununla da birinci instansiya məhkəməsinin yol verdiyi qanunsuzluqları araşdırmaq əvəzinə, sadəcə iş materiallarında qanunsuzluğu müəyyən olunmuş sübutlar əsasında istinad olunan qanunsuz mövqe ilə razılaşmaqla ədaləti özündə təcəssüm etdirdi. Hərçənd ki, apellyasiya kollegiyası iş materiallarında olan rəylər arasında olan ziddiyyəti araşdırmadı, dəfələrlə sübutlar siyahisindan çıxarılmaq barədə verilmiş vəsatətlər üzrə “tədqiqat üçün nümunələrin götürülməsi” protokolunun sübutlar siyahisindan çıxarmadı. Şikayətdə həm də qeyd olunmuşdur ki, hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir, çünki apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi heç bir münasibət bildirməmişdir. Müdafiə tərəfi hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməkdə təqsirləndirilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulub ki, CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkm iş şəxsin ölümünə səbəb olduqda-cinayət məsuliyyəti yaradır. İş üzrə keçirilmiş ekspertiza rəyləri ilə Məhkum ayıq olması öz təsdiqini tapmağına baxmayaraq Məhkum narkoman elan etmək, guya 11 may 2016-cı il tarixində narkotik maddələrin təsiri altında sərxoş olması qənaətinə gəlmək ən azı yolverilməzdir, bu halları xüsusi bilik tələb etdiyindən ekspertiza rəyləri ilə müəyyən edilən məsələlərdir və qanunun birmənalı tələbi də bu halı müəyyən edən ekspertiza rəylərini mötəbər sübut kimi ittihamın əsasını təşkil etməsini xüsusi vurğulanmasıdır. Belə ki, təhqiqatçının iştirakı ilə Məhkum sərxoşluq vəziyyətinin müəyyən olunması üçün müayinədən keçirilib, 11.05.2016-cı il tarixli sərxoşluq vəziyyətinin müəyyən olunması barədə 1/3301 saylı tibbi müayinə aktına əsasən Məhkum sərxoş deyil, ayıqdır. Bundan başqa 12.05.2016-cı il tarixdə Məhkum əməliyyatdan əvvəl "MediClub” Klinikasının həkimi X2 iştirakı ilə labolatoriya şəraitində tədqiqat aparılması üçün 10 mq həcmində qan nümunəsi götürülmüşdür. Keçirilmiş ekspertizaya əsasən Məhkum sərxoş deyil, ayıqdır. Həmçinin 26.05.2016-cı il tarixdə Məhkum müdafiəçisi ƏN-nin Bakı İstintaq Təcridxanasının Tibb sanitar hissəsinin həkim fitiziatoru və BİT-nin baş nəzarətçisinin iştirakları ilə labolatoriya şəraitində tədqiqat aparılması üçün qan və sidik nümunələri götürülmüşdür. Nəticəsi Məhkum narkotik maddə aşkar olunmayıb. Bu da o deməkdir ki, hadisə zamanı Məhkum narkotik sərxoşluğu vəziyyətində olmayıb. Bundan başqa Məhkum Respublika Narkoloji Dispanserindən müayinədən keçirilmiş və oranın rəyinə əsasən Məhkum heç bir narkoloji maddə aşka r olunmayıb, o, narkomaniyadan əziyyət çəkmir. Göründüyü kimi, iş üzrə keçirilmiş tibbi və narkoloji ekspertizaların rəyləri də Məhkum narkoman olmadığını və onun nə qanunda, nə də sidiyində heç bir narkotik tərkibli maddənin aşkar edilmədiyi müəyyən olunmuşdur. Məhkum sərxoş olması barədə cinayət isinin materiallarında heç bir sübut yoxdur. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham da tam qanunsuzdur. Belə ki, TŞ-3-058 nömrəli Təhlükəsizlik Şəhər xidmətinə məxsus müşahidə kameralarından əldə olunmuş video görüntülərə əsasən 11.05.2016-cı il tarixdə baş verən yol nəqliyyat hadisə zamanı Məhkum hadisə baş verdikdən sonra saat 0226-dan 0232-yə qədər hadisə yerində-video kameranın görüntü dairəsində olmuşdur. Hadisə n əticəsində Məhkum özü də ağır xəsarət almış, sol qolu sınmışdır. Bununla əlaqədar o, 1 saylı Poliklinikaya aparıldıqdan sonra, orda olanda öz mobil nömrəsi ilə DİN-in 102 xidmətinə zəng vurmuş və yol nəqliyyat hadisəsi və 1 saylı Poliklinikada olduğu barədə məlumat vermişdir. Həmin danışıq 15.09.2016-cı il tarixli qərarla məhkəmə-fonoskopik ekspertizasına təyin edilmişdir. 04.10.2016-cı il tarixli 20285 saylı ekspert rəyindən görünür ki, K1 kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - Məhkum məxsusdur.TŞ-3-058 nömrəli Təhlükəsizlik Şəhər xidmətinə məxsus müşahidə kameralarından əldə olunmuş video görüntü cinayət işində ən əsas və ən mötəbər sübut olmasına baxmayaraq istintaqı orqanı həmin video görüntü barədə ittiham aktında bənd ayırmamış, həmin video görüntünü sübutlar siya hısına əlavə etməmiş, buna görə də məhkəmə istintaqı zamanı məhkəmə qarşısında görüntüdə olan şəxsin Məhkum olub-olmadığını müəyyən etmək üçün vəsatət qaldırılmış, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. 31.01.2017-ci il tarixli məlikəmə qərarına əsasən həmin video görüntüdə Məhkum olduğu açıq göründüyündən ekspertizaya ehtiyac yoxdur Bununla da sübut olunur ki, Məhkum hadisə yerində olmuş, qəza nəticəsində qolu sınaraq ağır xəsarət almasına baxmayaraq zərərçəkmiş şəxsin maşının qabağından çıxarılmasına köməklik etmiş, özü barədə DİN-in 102 xidmətinə və hadisə yerində olan YPX-nin əməkdaşlarına məlumat vermiş, Təcili tibbi yardim maşının gəlməsinə və zərərçəkmiş şəxsə ixtisaslı tibbi yardim göstərilməsinə dair YPX-nin əməkdaşlarının göstərişlərinə tabe olmuşdur. Məhkəmə isti ntaqı zamanı istər hadisə yerinin video görüntülərinə baxış zamanı, istərsə də şahidlərin verdikləri ifadələr ilə Məhkum hadisə yerindən qaçmadığı, zərərçəkmiş şəxsə ağır xəsarətlərinə baxmayaraq yardim etməyi, özünü polisə təqdim etməyi bir daha təsdiq edilmişdir. Amma buna baxmayaraq məhkəmə Məhkum bu cür mötəbər sübutlar olmasına baxmayaraq qanunsuz olaraq hadisə yerindən qaçmaqda təqsirli bilmişdir. Bununla da, birinci və apellyasiya instansi məhkəmələri prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, Məhkum əməlinin CM-nın 263.2-ci maddəsi ilə tövsif edilməli olmasını nəzərə almamış, onun əməlini Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif etməmiş, nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və Məhkum törətmədiyi cinayət əməlinin törə dilməsində təqsirli bilərək ağır cəzaya məhkum etmişdir. Ona görə də müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum əməlini CM-nin 263.2-ci maddəsinə tövsif edib həmin maddənin cəzanı yüngülləşdirilən hallar nəzərə alınaraq ən aşağı həddə cəza təyin edilməsini, cəzaçəkmə rejiminin məntəqə tipli cəzaçəkmə müəssisəsi olmasını və mülki iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum müdafiəçisi F.M.Quliyev kassasiya şikayətinə əlavələri onunla əsaslandırmışdır ki, iş materialları ilə tam sübuta yetirilmiş, lakin məhkəmələr tərəfindən qərəz nəticəsində diqqətdən kənarda saxlanılmış, hadisə nəticəsində Məhkum sol bazu diafizinin yerdəyişən qəlpəli sınığını alması, sol bazuda kəskin ağrılar, hərəkət məhdudlaşdırılması diaqnozu ilə hadisə yerindən polis işçilərinin və kənar şəxslərin təkidi ilə o, müalicə müəssisəsinə aparılmışdır. Belə ki, 1 saylı şəhər poliklinikasının arayışından görünür ki, 11 may 2016-cı il tarixdə saat 03 radələrində Məhkum oraya gətirilmiş və qolu sındığı üçün ona gips qoyulmuşdur. “Medi-Klub” tibb müəssisəsinin məktublarından görünür ki, müəssisəyə gətirilən Məhkum sol bazu diafizinin yerdəyişən qəlpəli sınığı aşkar edilmiş və qoluna qoyulduğu gips ağrıları kəsmədiyindən narkoz altında bazu sümüyü metallostenosintez əməliyyatı icra olunmuşdur. Yəni, onun qoluna metal fiksatorlar qoyulmasa idi biləkdən yuxarı bütün bazu hissəsi amputasiya olunmalı idi. Həmin metal fiksatorlar Məhkum qolunda 2 ildən artıq saxlanılmış, lakin çıxarıldıqdan sonra hərəkət məhdudiyyəti qalmışdır. İş materialları ilə tam sübut olunmuşdur ki, hadisə şəhərin mərkəzi yerində - Nizami kinoteatrı ilə üzbəüz baş vermiş və dərhal oraya çoxsaylı polis işçiləri və digər şəxslər toplanmışdır. Hadisə yerində olan X4, X5, polis işçiləri X3, X7, X8, X9 ibtidai istintaqda və Ağır Cinayətlər Məhkəməsinin iclasında eyni ifadələr vermiş və göstərmişlər ki, hadisədən sonra Məhkum qolu sallanmış vəziyyətdə olmuş, sındığından o hərəkət edə bilmirdi, Kərimov özünü patrul xidməti əməkdaşlarına maşının sürücüsü kimi təqdim etmiş, o hadisə yerini tərk etməmiş, müşahidə kameraları bunu təsdiq edə bilərlər. Məhkum nəinki hadisə yerindən qaçmamış hətta özü ağır dərəcəli bədən xəsarət alsa da zərərçəkmiş şəxsin maşının qabağından çıxarmasına kömək etmiş, lakin təklif olunsa da ki zərərçəkmişi kənar maşınla təcili xəstəxanaya apa rsınlar polis işçiləri Təlimatlarına əsasən buna icazə verməmiş və 20 dəqiqədən sonra gələn təcili yardım maşını ilə X1 xəstəxanaya yola salınmışdır. Onun huşu özündə olmuş və suallara cavab vermişdir. Həmin ifadələrdən göründüyü kimi, Məhkum nəinki hadisə yerindən qaçmamış, hətta zərərçəkmişi maşının qabaq hissəsindən çıxarmış, X1 özü polis işçilərindən onun tez xəstəxanaya çatdırılmasını xahiş etsə də polis işçiləri təcili yardım maşınının gəlməsini gözləməsini qərar almış, Məhkum isə qolunun sındığına görə kəskin ağrılar hiss etdiyi üçün poliklinikaya yola salınmışdır. Hadisədən sonra X10 DİN 102 xidmətinə özünəməxsus ***-***-**-** nömrəli mobil telefonla zəng etmiş və işə əlavə olunmuş fonoqram və ekspert rəyindən görünür ki, o 102-nin işçisi X6 piyadanı maşınla vurduğunu, özünün də qo lunun sınmasını məlumat vermişdir. İşə əlavə olunmuş hadisə yerinin videokamera ilə müşahidə lentindən görünür ki, hadisədən sonra Məhkum hadisə yerində olmuş və heç yana qaçmamışdır. Lakin əsas kassatordan fərqli olaraq toplanmış “sübutlar” əsasında CM-mn 264-cü maddəsinin tətbiqi ilə bağlı əlavə kassator kimi məsələ qaldıra bilmir, çünki iş üzrə faktiki olaraq nə ibtidai istintaq, nə məhkəmə istintaqı aparılmamış və ona görə də iş qaytarılandan sonra apellyasiya məhkəməsinin obyektiv istintaq aparılmalıdır. Kassasiya şikayətinə əlavədə həm də qeyd edilmişdir ki, CPM-nin 140-cü maddəsinə əsasən ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi ilə müəyyən olunduğu üçün X1in meyitinin 12 may 2016-cı il tarixli 44 saylı ekspertizasının rəyi ilə razılaşmaq olmaz, çünki xəsarətləri zərərçəkm iş 11 may 2016-cı il tarixdə saat 03 radələrində almış və yalnız 12 may 2016-cı il tarixdə saat 1840 radələrində Mərkəzi Klinik Xəstəxanasında vəfat etmişdir, yəni xəsarətlər alınandan sonra o, 39 saat 40 dəqiqə yaşamış və onun ölümünün səbəbini başqa yerdə axtarmaq lazımdır. Hadisə yerində polis işçilərinin ifadələrindən görünür ki, o suallara cavab vermiş, təcili xəstəxanaya aparmağını xahiş etmiş və şüuru özündə olmuşdur. Ekspertizanın rəyindən görünür ki, X1ə yetirilmiş xəsarətlər bədəninin aşağı hissəsinə - əsasən sol bud və baldır nahiyələrinə yetirilmiş, məhz sol budun profuz-venoz (şah damar yox!) qanaxması ölümünə səbəb olmuşdur. Ekspertizanın rəyi birinci növbədə ona görə bizdə şübhə doğurmuş ki, istintaq orqanı cinayət işinə X1in rəhmətə getdiyi Mərkəzi Klinik Xəstəxanasında t ərtib edilmiş xəstəlik tarixini işə əlavə etmiş, lakin daxil olduğu və tibbi əməliyyat keçirdiyi Elmi-Təhqiqat Travmotologiya və Ortopediya İnstitutunun X1 haqqında olan xəstəlik tarixini məhkəmədən və müdafiəçilərdən gizlədərək iş materiallarına əlavə etməmişdir. Qeyd olunanlara əsasən müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini müzakirə edərək, müdafiəçilər O.Ə.Əhmədov və F.M.Quliyevin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarını n dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəmə sinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini (həmin hissədə) şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətinin və ona əlavələrin dəlilləri də buna əsas vermir. Belə dəlillər müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş və bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası qeyd edir ki, hökmü mübahisələndirən Məhkum müdafiəçisi O rxan Əhmədov şikayətində Məhkum əməlində Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin əlamətlərinin olmamasını əsas gətirərək ona bu ittiham üzrə bəraət verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi ilə bağlı məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə, Milli Qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının tövsiyyələrini və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini nəzərə almağı zəruri hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik sübutların toplanı lması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş hüquq normalarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməllərinin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilməməsi haqqında müdafiəçi Orxan Əhmədovun apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə iş materiallarına və hökmə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum inkriminə olunmuş cinayət əməllərinin hüquqi tövsifinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün hüquqi qiy mət vermişdir. Yəni, birinci instansiya məhkəməsinin mötəbər sübutlar əsasında müəyyən etdiyi işin faktiki halları qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından tam əsaslıdır və məhkəmənin iş üzrə gəldiyi nəticələr məhkəmədə tədqiq olunmuş sübutlara uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbayca n Respublikası CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “İ nsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasına və cinayət-prosessual qanunvericiliyinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndir irlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası sadalanılan hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinin müdafiə tərəfinin mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli qiymət verərək Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə düzgün ixtisaslaşdırmışdır. Məhkum ilkin ifadəsində əməlini qismən etiraf etməsinə, istintaqın sonrakı mərhələlərində izahatını dəyişməsinə və əməlini etiraf etməməsinə baxmayaraq onun təqsiri iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, habelə şahidlərin ifadələri ilə yanaşı, eyni zamanda məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, eləcə də işin bir birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Müdafiəçi Orxan Ə hmədov apellyasiya şikayətində Məhkum hadisə baş verən gün narkotik maddələr qəbul etmədiyini və avtomobili sərxoş halda idarə etmədiyini vurğulamışdır. Lakin, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 12 may 2016-cı il tarixli, 1004/K saylı ekspert rəyindən görünür ki, Məhkum götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin, metamfetamin adlı maddələr və çətənə bitkisindən alınan kannabinoid adlı maddə aşkar edilmişdir (cild 1, iş vərəqə 34-36). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etm ir. Müdafiəçi Orxan Əhmədovun apellyasiya şikayətinin digər dəlilləri isə müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittihamın qanunsuz olması, Məhkum hadisə yerində olması, qəza nəticəsində qolunun sınması nəticəsində ağır xəsarət almasına baxmayaraq zərərçəkmiş şəxsin maşının qabağından çıxarılmasına köməklik etməsi ilə bağlıdır. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ibtidai sitintaq və birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrindən görünür ki, yol-nəqliyyat hadisəsi baş vedikdən sonra Məhkum Yuzasif oğlu zərərçəkmiş şəxsə köməklik göstərməmiş və hadisə yerində az müddət qaldıqdan sonra oranı tərk etmişdir. Həmçinin, cinayət işinin materiallarında olan 3 iyun 2016-cı il tarixli “Təhlükəsizlik Şəhər Xid mətinə məxsus müşahidə kameralarından əldə olunmuş videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, TŞ-3-058 nömrəli Təhlükəsizlik Şəhər Xidmətinə məxsus müşahidə kameralarından əldə olunmuş videogörüntülərə əsasən 11 may 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti ilə H.Aslanov küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz S350” markalı, AZ**-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisə baş verdikdən sonra saat 226-dan 232-yə qədər hadisə yerində-video kameranın görüntü dairəsində olmuş, həmin müddət ərzində yol-nəqliyyat hadisəsi yerində sərbəst şəkildə hərəkət etməsinə baxmayaraq xəsarət alan şəxsə heç bir yardım göstərməmiş və sonuncuya yardım göstərilməsi üçün heç bir addım atmamışdır (cild 1, iş vərəqə 174). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini i darə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yolnəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalananları nəzərə alar aq məhkəmə kollegiyası hesab edir ki, Məhkum Yuzasif oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətlərinin olmadığına görə ona həmin ittiham üzrə bəraət verilməsinə və onun əməllərinin həmin Məcəllənin 263.2-ci maddəsi ilə tövsif edilməli olduğuna dair müdafiəçi Orxan Əhmədovun apellyasiya şikayətində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı tədqiq edilmiş cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, birinci instansiya məhkəməsinin iş üzrə mövqeyinin düzgün olduğu qənaətinə gəlmiş, hansı sübutlara, onlarda olan hansı məlumatlara və işin hansı hallarına əsaslandığını, bu məlumatlara nə üçün üstünlük verdiyini açıqlamış, apellyasiya şikayətinin dəlillərini qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, bütün bunlara dair gəldiyi nəticəni müvafiq sübutlara, işin digər hallarına, qanunun tələblərinə, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq olaraq müddəalarına və izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə (presedentlərinə) istinad edərək ətraflı şəkildə şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə iş materiallarına və qanu nun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, müdafiə tərəfinin apellyasiya şikayətində göstərilənlərə uyğun olan kassasiya şikayətinin dəlilləri də həmin nəticənin, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində iddia olunur ki, “... məhkəmə kollegiyasının qanunsuz hökmü qüvvədə saxlayan qərarı məhkəmələrin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətik olan halların sübuta yetirilməməsi ilə, cinayət qanununun normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığı üçün ləğv edilməlidir. Belə ki, apellyasiya kollegiyasının yol verdiyi ən böyük prosessual qanun pozuntusu apellyasiya şikayətimizin əsas dəlili olan bə raətə və tövsüfə dair olmasına və buna görə məhkəmə istintaqı ilə aparılmalı olmasına baxmayaraq istintaqsız məhkəmə baxışını keçirməsidir. Bununla da məhkəmə birinci instansiya məhkəməsinin yol verdiyi qanunsuzluqları araşdırmaq əvəzinə, sadəcə işdə materiallarında qanunsuzluğu müəyyən olunmuş sübutlar əsasında istinad olunan qanunsuz mövqe ilə razılaşmaqla ədaləti özündə təcəssüm etdirdi. Hərçənd ki, apellyasiya kollegiyası iş materiallarında olan rəylər arasında olan ziddiyyəti araşdırmadı, dəfələrlə sübutlar siyahisindan çıxarılmaq barədə verdiyimiz vəsatətlər üzrə “tədqiqat üçün nümunələrin götürülməsi” protokolunun sübutlar siyahisindan çıxarmadı. Qısası qərəzli və qanunsuz qərar qəbul etdi...”. Məhkəmə kollegiyası sübutların və işin digər hallarının təhlilinə əsaslanaraq yuxarıda gö stərilən fikirlərlə əlaqədar (şikayətdə əks etdirilmiş) qeyd edir ki, Məhkum verilmiş ittihamın tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Apellyasiya baxışının məhkəmə istintaqı keçirilməklə aparılmalı olduğuna şikayətin dəlillərinə gəldikdə qeyd olunmaldır ki, Azərbayca n Respublikası CPM-nin 392.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Apellyasiya məhkəməsinin həmin normada göstərilən əsasların olmadığı qənaətinə gələrək apellyasiya baxışının istintaq keçirilmədən aparılması qənaətinə gəlmiş və iş materiallarından görünür ki, apellyasiya məhkəməsinin bu məsələdə mövqeyinin də qanuniliyini şübhə altına almağa əsas yoxdur. Şikayətdə əks etdirilən həmin fikirdə vəsatətlərin təmin edilmədiyinə də istinad olunur. İş materiallarından isə görünür ki, müdafiə tərəfinin bütün vəsatətlərinə qanunla nəzərdə tutulmuş qaydada (proses iştirakçılarının fikirləri öyrənilməklə müzakirə edilərək) baxılmış, onlar üzrə qərarlar çıxarılmış və həmin qərarlar məhkəmə iclasında elan edilmişdir. Yəni, bu məsələdə də qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə həm də məhkəmə ekspertizasının 12 may 2016-cı il tarixli, 1004/k saylı rəyinin əsaslığı da mübahisələndirilir və iddia olunur ki, Məhkum hadisə baş verən gün narkotik vasitə qəbul etməmiş və avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Kassasiya şikayətində belə bir fikir irəli sürülsə də, həmin rəyin qanuniliyini şübhə altına ala bilən konkret dəlil gö stərilməmişdir. Həmin ekspert rəyi məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada (Azərbaycan Respublikası CPM-nin 144 və 331-ci maddələrinə uyğun olaraq) tədqiq olunmuş və onda olan məlumatlara düzgün qiymət verilmişdir. Həmin rəyin əsassız olduğu və ya kifayət qədər dolğun olmadığı, qoyulmuş suallara ekspert tərəfindən tam cavab verilmədiyi, rəydə hər hansı boşluğun olduğu, onun prosessual pozuntu ilə verildiyi barədə hər hansı bir fikir söyləmək üçün əsas yoxdur. Odur ki, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 267-ci maddəsinin tələbləri baxımından tamamilə haqlı olaraq təkrar və ya əlavə ekspertiza təyin edilməsinə ehtiyac olmadığı qənaətinə gəlmişlər. Şikayətlərdə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittihamın da təsdiq olunmadığı iddia edilir, bununla bağlı bir sıra sü butlara və dəlillərə istinad edilir. İş materiallarından görünür ki, həmin sübutlar məhkəmədə tədqiq edilmiş və bu istiqamətdə məhkəmədə irəli sürülmüş dəlillər də ətraflı araşdırılmış, sübutlar həmin dəlillər baxımından təhlil edilərək qiymətləndirilməklə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə də ittihamın sübuta yetirilməsi qənaətinə gəlinmiş, buna dair nəticə apellyasiya məhkəməsinin qərarında göstərilməklə, müvafiq sübutlara, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının müddəalarına istinad olunaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin bu məsələ ilə bağlı gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəalarına uyğundur. Müdafiə tərəfinin kassasiya şikayətində isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələrin bu məsələdə mövqeyinin qanunsuz olduğu qənaətinə gəlməyə əsas versin. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin izahlarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin cəza təyini məsələsinə aid dəlilləri ilə əlaqədar qeyd edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (o cümlədən kassasiya şikayətində göstərilən), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən “Yol hərəkəti və nəqliyy at vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarlarının izahlarını da nəzərə alır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, şikayətlərin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayə tinə əlavələr isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2017ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar