Məhkəmə qərarları › İş №1(102)-149/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-149/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-149/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi – Şəki şəhər Vəkil Bürosunun vəkili Əliyev Emil Namiq oğlunun iştirakları ilə Qax rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Qax rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə (hakim Qarayev Malik İbrəhim oğlu) xx xxxxxx 1979-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 i l müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Qax rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Məhkum tanışı Şəki şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21015 minik” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə 07.02.2019-cu il tarixdə saat 12:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qax rayonu Qum k əndindən keçən hissəsində Qax şəhəri istiqamətində təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, üfiqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda buna riayət etməyib idarəetməni itirərək avtomobili yolun sol hissəsində olan dərəyə aşırmış, onun ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “VAZ-21015” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dam hissəsi, qabaq və arxa sağ qapıları, ön alın və arx a şüşələri, qabaq və arxa sağ qanadları əzilərək Zərərçəkmiş şəxs2 1330 manat maddi ziyan vurmuş, avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs3 sağ qulağında yara və sağ boyunda sıyrıqla nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, avtomobildə olmuş digər sərnişin Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin əziyi, sağ körpücük sümüyünün, sağ İİ və Vİİ qabırğaların yerdəyişməli qəlpəli qapalı sınıqları, sağ ağciyərdə böyük ölçüdə cırılmış yara, sağ alında sıyrıq, hər iki göz qapaqlarında şişkinlik, sağ qaşında yara, bumunda şişkinlik, damaqlarında qansızma, üst çənədə 14 ədəd dişin sınması, sağ budunda sıyrıq, köks boşluğunda çoxlu qanaxma ilə nəticələnən aldığı xəsarətlərdən hadisə yerində öl müşdür. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mahmudov Ayaz Akif oğlu, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə) 24 iyul 2019-cu il tarixli qərarı ilə Qax rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü əsas cəzaya aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti ağırlaşdırılaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 06 ay müəyyən edilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tari xli qərarından Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərarını əsas cəzaya aid hissədə dəyişdirərək, Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin yüngülləşdirilib 05 il müəyyən edilməsi, Məhkum ona təyin edilmiş cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri belə nəticəyə gəlmişlər ki, Məhkum əməlində ağırlaşdırıcı hallar yoxdur. Birinci instansiya məhkəməsinin hökmündə Məhkum əməlindən peşiman olmasını, təqsirini boynuna almasını, ya şayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməsi göstərilmişdir. Həmçinin Məhkum əməlində cəzanı ağırlaşdıran halın olmaması da nəzərə alınmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 il həddinin təyin olunmasını işin faktiki hallarına, törədilmiş əməlin xarakterinə və təqsirin formasına, habelə baş ver miş zərərli nəticələrin həcminə uyğun olmayan yüngül cəza hesab edir. Xüsusən də, məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkilməli olan həmin cəzanı məhkəmə kollegiyası cəzanın məqsədləri baxımından təqsirləndirilən şəxs Məhkum münasibətdə səmərəli və yetərli saymır. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən cinayət işinin materiallarında olan hansı sübutlara istinad etdiyini qeyd etməmiş, niyə görə Məhkum 5 il müddətində azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməsinin işin faktiki hallarına, törədilmiş əməlin xarakterinə və təqsirin formasına, habelə baş vermiş zərərli nəticələrin həcminə uyğun olmadığını öz qərarında əsaslandırmamışdır. İş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxsin həyatını xilas etmək məqsədilə onu avtomobil dən bayra çıxarmış, onun boğazına yığılan qanı çıxarmış, boğulmaması üçün böyrü üstə uzatmış, hadisə yerindən xəstəxanaya çatdırılmasına kömək etmiş, zərərçəkmiş şəxsin həyatda qalmasına biganə qalmayıb, həkimlərə yalvararaq Mehribanı ölməyə qoymamağı xahiş etmişdir. Təqsirləndirilən şəxsi xarakterizə edən həmin xüsusatlar birinci instansiya məhkəməsinin hökmündə qeyd etdiyi cəzanı yüngülləşdirən hallarla yanaşı apellyasiya instansiyası məhkəməsinin qərarında müzakirə edilməmiş, Məhkum cəzasını yüngülləşdirən hal kimi qəbul edilib-edilməməsinin səbəbləri göstərilməmişdir. Müdafiə tərəfi hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyini ilə bağlı cinayət qanunu normalarının tələblərinə kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin halların ı tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmadan Məhkum ağır cəza təyin etmişdir. Bu səbəbdən müdafiə tərəfi, Şəki Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərarını əsas cəzaya aid hissədə dəyişdirərək, Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin yüngülləşdirilib 05 il müəyyən edilməsi, Məhkum ona təyin edilmiş cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin mater iallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Kassasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Apellyasiya məhkəməsinin qərarında əməlin tövsifi və cəza təyin etmə ilə bağlı aşağıdakılar göst ərilmişdir: “...Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin və cinayət tərkibinin olması, həmin cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkum əməli CM-nin 263.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törə tmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükə sizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilib ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirlənd irilən şəxs Məhkum təyin edilmiş cəzanı yüngül hesab edərək, verdiyi apelyasiya şikayətində həmin cəzanın ağırlaşdırılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum tanışı Şəki şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21015 minik” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomob illə sonuncu ilə birlikdə 07.02.2019-cu il tarixdə saat 12:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qax rayonu Qum kəndindən keçən hissəsində Qax şəhəri istiqamətində təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, üfiqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda buna riayət etməyib idarəetməni itirərək avtomobili yolun sol hissəsində olan dərəyə aşırmış, onun ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “VAZ21015” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dam hissəsi, qabaq və arxa sağ qapıları, ön alın və arxa şüşələri, qabaq və arxa sağ qanadları əzilərək Zərərçəkmiş şəxs2 1330 manat maddi ziyan vurmuş, avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs3 sağ qulağında yara və sağ boyunda sıyrıqla nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, avtomobildə olmuş digər sərnişin Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin əziyi, sağ körpücük sümüyünün, sağ İİ və Vİİ qabırğaların yerdəyişməli qəlpəli qapalı sınıqları, sağ ağciyərdə böyük ölçüdə cırılmış yara, sağ alında sıyrıq, hər iki göz qapaqlarında şişkinlik, sağ qaşında yara, bumunda şişkinlik, damaqlarında qansızma, üst çənədə 14 ədəd dişin sınması, sağ budunda sıyrıq, köks boşluğunda çoxlu qanaxma ilə nəticələnən aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətin nəticələri ehtiyatsızlıqdan baş vermiş olsa da, onun təqsiri ehtiyatsızlığın “cinayətkarcasına özünəgüvənmə" formasında təzahür etmişdir ki, bu isə ehtiyatsızlığın “cinayətkarcasına etinasızlıq” forması ilə müqayisədə təqsirin daha ictimai-təhlükəli formasıdır. Cinayətkarcasına özünəgüvənmə formasında ehtiyatsızlıqdan cinayət törədilməsi həmin cinayəti törətmiş şəxsin özünün də ictimai təhlükəliliyinin daha yüksək olmasına dəlalət edir və cəza təyini zamanı bu amilin nəzərə alınması zərurətini meydana gətirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfin dən Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il həddinin təyin olunmasını işin faktiki hallarına, törədilmiş əməlin xarakterinə və təqsirin formasına, habelə baş vermiş zərərli nəticələrin həcminə uyğun olmayan yüngül cəza hesab edir. Xüsusən də, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli olan həmin cəzanı məhkəmə kollegiyası cəzanın məqsədləri baxımından təqsirləndirilən şəxs Məhkum münasibətdə səmərəli və yetərli saymır. Göstərilənlərə uyğun olaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum təyin edilmiş əsas cəzanın yüngül olması və həmin cəzanın ağırlaşdırılmasına zərurət olması barədə apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və apelyasiya şikayətinin təmin edilməsi qəna ətinə gəlir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Qax rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ona təyin edilmiş əsas cəza hissəsində ağırlaşdırılmaqla dəyişdirilməlidir. Məhkəmə kollegiyası hökmün əlavə cəza ilə bağlı müddəaları və həmin cəzanın təyin edilmiş müddəti ilə razılaşır, hökmü əlavə cəzaya aid hissədə dəyişdirmədən saxlayır. CPM-nin 405.1 və 405.1.4-cü maddələrinə müvafiq olaraq, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda apel yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi, əməlin tövsifi və cəza təyin etmə məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngül ləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə cəzanı yüngülləşdirilməli olduğu iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, k assasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar