Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-149/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 apr el 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rəşad Əliyev, hakimlər Fəhmin Hümbətov və Hafiz Əliyev) 1(124)-11/2021 nömrəli 14 dekabr 2021-ci il tarixli hökmü ilə, xx xxx 1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinməsi və 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzan ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 18 fevral 2021-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİ siyahısı ilə müəyyən edilmiş külli miqdarda olan 1 ədəd ağ-qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 44,775 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 18 fevral 2021-ci il tarixdə saat 16:42 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən 26 saylı binanın 4 nömrəli blokun girişində saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə saxladığı 1 ədəd ağ-qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 44,775 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Rəşadət Ağayev) 1(105)150/2022 nömrəli 08 aprel 2022-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarını hüq uqlarını müdafiə etdiyim Məhkum təqsirli bilinməsinə dair hissədə tamamilə, ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı X7, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti polis mayoru X4 da Şahid1 məhkəmə iclasında ziddiyyətli ifadələr veriblər. Şahid2 Əhlimanın üzərindən çıxan narkotik vasitənin heroin olduğunu göstərmiş, Turqay Mahmudov ümumiyyətlə heç bir suala cavab verə bilməmiş, Şahid1 isə, onun saxlandığı yerin iki mərtəbənin arası olduğunu göstərmişdir. Hesab edirəm ki, məhkəmə iclasının audio yazısı apellyasiya baxışı zamanı tədqiq olunarsa, bu ziddiyyətlər üzə çıxar. Məhkəmə iclasında tədqiq olunmuş DVD formalı diskdən görünür ki, Məhkum saxlanılaraq p olis bölməsinə gətirilmiş və burada onun üzərinə baxış keçirilərkən guya ona hüquqları izah edilmişdir. Əslində isə, ona hüquq və vəzifələri izah edilməmiş, təhqiqatçı bir ədəd A4 formatlı kağızı (videoya dəqiq baxıldıqda onun boş vərəq olduğu açıq-aydın görünür) Əhlimana uzadaraq ona “burada sənin hüquqların yazılıb al oxu, tanış ol” demişdir. Təxminən 15-20 saniyə sonra isə, guya Əhliman hüquqları ilə tanış olmuş və onun üzərinə baxış keçirilmişdir. Əslində isə, təhqiqatçı ona bütün hüquqlarını açıq, anlaşılan şəkildə uzadan səsləndirməklə, oxumalı və izah etməli idi. Təhqiqatçı ona öz əleyhinə ifadə verməmək hüququnu izah etməmişdir. Həmçinin müdafiəçinin yardımından istifadə hüququ da nə izah edilmiş nə də real olaraq təmin olunmamışdır. Belə ki, video görüntüdən görünür ki, təhqiqat çı ona kənarda oturmuş bir nəfər şəxsi vəkili kimi təqdim etmiş, lakin ona vəkillə konfıdensial ünsiyyətdə olmaq hüququnu izah və təmin etməmişdir. Bununla da faktiki olaraq Məhkum öz əleyhinə ifadə verməyə məcbur edilmişdir. Bu isə, Yallo Almaniyaya qarşı iş üzrə Avropa İnsan hüquqları Məhkəməsinin müəyyən etdiyi presedentə ziddir. Həmin DVD diskdən görünür ki, təhqiqatçı Məhkum guya üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı sual verir. Üzərindən aşkar edilmiş kütlənin nə olduğunu, haradan, nə məqsədlə aldığını soruşur və Məhkum bu barədə danışmağa başlayarkən ondan əvvəl təhqiqatçı özü istiqamət verir ki, desin tanımadığı şəxsdən alıbdır. Və bu hal video çəkilişdə əks olunubdur. Müdafiə tərəfinin təhqiqatçının dəvət olunaraq nə üçün təqsirləndirilən şəxsə tanımadığınız şəxsdən al mısız deməyi təklif etməsi və nə üçün hüquqlarını izah etməməsi, habelə, nə üçün konfıdensial görüş verməməsi xüsusatları barədə dindirilməsinə dair vəsatətini və təhqiqatçının guya Əhlimana hüquq və vəzifələri yazılmış kağız kimi uzatdığı bir ədəd vərəqin üzərində həqiqətən də tutulan şəxsin hüquqlarının yazılıb-yazılmadığını və 15-20 saniyədə hər hansı bir şəxsin bütün hüquqları barədə məlumatları oxumaq imkanının olub olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunması barədə vəsatətini də məhkəmə təmin etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, qərar qanun pozuntusu ilə əldə edilmiş, mümkün olmayan sübutlara əsaslanır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narko tik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlm işdir ki, X5 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda - çəkisi 44,775 qram psixotrop maddə olan metamfetamin satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Əhliman Hacıyevin ibtidai istintaqı zamanı verdiyi ifadələrlə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası məhkum X2 əməlinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumu n təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, X2 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların məns ubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilmə mişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-149/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-149/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver