Məhkəmə qərarları › İş №1(102)-1490/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1490/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1490/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-ci il tarixli, 1(103)- 409/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101)-1156/2020 nömrəli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibi) xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cəbiyev küçəsi, ev 27 A, mənzil 26-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi, döngə 15-in yaxınlığında yerləşən nömrəsiz evdə yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəz asına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2020-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim N.A.Kərimov) Məhkum 20 noyabr 2020-ci il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.A.Qaraqurbanlı, hakimlər M.Ə.Abbasov və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilm əsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmün surəti ona qanunla müəyyən edilmiş 20 gün ərzində verilməsinə baxmayaraq o, “səhhətində olan problemlərlə” əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum olunmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının mübahisələndirilən qərarının ləğv edilməsini, hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərarın çıxarılmasını xah iş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən bu raxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Məhkum prosessual müddətin üzrlü səbəbdən buraxdığını göstərən hal kimi özünün səhhətində yaranan problemlərin olması ilə əlaqələndirmişdir. Cinayət işinin materialları məhkumun sozügedən dəlillərinin əsassız olduğunu göstərir. Belə ki, cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildimişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüquq u və müddəti Məhkum ayrıca olaraq - hökmün elan edilməsindən dərhal sonra və ona təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçinin – Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi hüquqi yardımı ilə təmin olunmuşdur. Öyrənilmiş iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmünün surətini 24 dekabr 2020-ci tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. Məhkumun Məhkum apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətdə göstərmiş olduğu səhhətində olan problemləri ilə bağlı vaxtında apellyasiya şikayə ti verə bilməməsi ilə əsaslandırsa da, bununla bağlı hər hansı bir sübut vəsatətə əlavə olunmamış, eləcə də, belə sübutlar məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayəti üzrə nəticəyə gələrkən onu da nəzərə alır ki, məhkum ilk dəfə 23 avqust 2021-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət vermiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Daha sonra o, yenidən 07 oktyabr 2022-ci, yəni hökmün surəti ona verildiyi gündən 2 ilə yaxın vaxt keçdikdən sonra apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Təsvir olunanlardan görünür ki, Məhkum o byektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.2 maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 19 oktyabr 2022-ci il və 17 yanvar 2023-ci il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 17 yanvar 2023-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 yanvar 2023-ci il tarixli, 1(103)-409/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 yanvar 2023-ci il tarixli, 1(103)-409/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar