Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1490/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-727/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Səfərov Eldar İbrahim oğlu tərəfindən verilmiş kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX XX tarixdə Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 29 iyun 2023-cü il tarixli ittiham aktına əsasən məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-143/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmü ilə məhkumun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutula n cinayət əməllərinin törədilməsində təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzanın əvvəlki hökmlə ona təyin olunmuş 1000 (min) manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1000 (min) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
4. Hökmlə məhkum2 da təqsirli bilinib məhkum edilmişdir.
5. Birinci instansiya məhkəməs inin qeyd edilən hökmündən məhkumun müdafiəçisi Eynullayev Loğman Elman oğlu apellyasiya şikayəti verib, məhkuma azadlıqdan məhrum etməklə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-727/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-143/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, həmin hökmlə məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) ilə endirilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzanın əvvəlki hökmlə ona təyin olunmuş 1000 (min) manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və 1000 (min) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi Səfərov Eldar İbrahim oğlu kassasiya şikayəti vermişdir.
8. Cinayət işinə kassasiya instansiya məhkəməsində baxılanadək məhkum və müdafiəçisi Səfərov Eldar İbrahim oğlu birgə ərizə ilə müraciət edib, verilm iş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişlər. II. Hüquqi məsələlər
9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. 10.Məhkəmə kollegiyası məhkumun və müdafiəçisi Səfərov Eldar İbrahim oğlunun verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə birgə təqdim etdikləri ərizə ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-727/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Səfərov Eldar İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və müdafiəçisi Səfərov Eldar İbrahim oğlu tərəfindən bir gə verilmiş ərizə təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-727/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Səfərov Eldar İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.