Məhkəmə qərarları › İş №1(102)-1492/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1492/2019

18.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1492/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qaraşov Roman Ağasən oğlunun iştirakları ilə Quba rayon Məhkəməs inin 07 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədova Günel Mehman qızı tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçi Qaraşov Roman Ağasən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov İlqar Aslan oğlu) xx xxx 1992-ci ildə Qusar rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Quba rayon Məhkəməsinin 02.08.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tə qsirli bilinərək aylıq qazancının 10% dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin 12.02.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun təsiri dairəsi altına düşərək, təyin olunmuş cəzadan azad olunmuş, hazırda məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhərində kirayə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Quba rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü ilə Məhk um təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 aprel 2015-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 108 manat, ümumilikdə cəmi 216 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Quba rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Quba rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və ona 28 dekabr 2012-ci il tarixli "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu" 08 fevral 2013-cü il tarixdə qüvvəyə mindikdən sonra icra sənədindəki tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, qətnamə üzrə yığılmış aliment borcu olan 5.904 (beş min doqquz yüz dörd) manat məbləğində pul vəsaitini tələbkara ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rzayev Məhəmmədəli Əsəd oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğ lu və Əhmədov İdman Məmməd oğlundan ibarət tərkibdə) 06 avqust 2019-cu il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkumtəyin edilmiş aylıq qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzası, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 06 avqust 2019-cu il tarixdən hesablanmaqla, 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi G.M.Məmmədova kassasiya şikayəti, digər müdafiəçisi R.A.Qaraşov isə kassasiya şikayətinə əlavə verərək, müdafiəçi G.M.Məmmədova apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işi üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini, müdafiəçi R.A.Qaraşov isə apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Müdafiəçi G.M.Məmmədova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddənin tərkib əlamətlərini faktiki olaraq məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq etməmiş, həmin cinayət tərkibinin yaranması üçün şəxsin qərəzli olaraq məhkəmə aktını icra etməməsi tələb olunur ki, məhkəmə tərəfindən qərarda qərəzin nədən ibarət olmasının, təqsirləndirilən şəxsin alimentin ödəmək imkanının olub-olmamasının, iş yeri və ya gəlirinin mövcudl uğu faktını araşdırmadan apellyasiya şikayətini təsdiq etməklə kifayətlənmişdir. Bundan əlavə, qərarda şəxsin himayəsində olan azyaşlı uşağına görə aliment ödəməməsi üçün məsuliyyətə cəlb edilməsi qənaətinə gəlsə də, onun azyaşlı uşağının olmasını nəzərə almadan, cinayət qanununun 59-cu maddəsinin tələblərini pozaraq guya yüngülləşdirici halın olmaması barədə qənaətə gəlmiş, müvafiq halın nəzərə alınmamasını əsaslandırmamışdır. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, məhkum alimenti ödəyə bilməməsinə görə peşmandır, həm özü, həm də dostları sonrakı dövrlərdə alimentin gecikdirilməməsi üçün lazımi tədbirləri görəcək və hər ay vaxtı-vaxtında nəzərdə tutulan alimenti ödəyəcəkdir, elə bunun göstəricisi olaraq hazırki vaxtda dostu və rayonun xeyriyyəçi insanlarından olan X6 tərəfindən ali ment borcu olan 5.105 manat tam şəkildə ödənilmişdir. Həmçinin apellyasiya Məhkəməsi isə ən ağır, həbslə bağlı cəza təyin etməsini qərarında əsaslandırmamış, uşaqlarının mənafeyi baxımından, onlara alimenti ödənməsi üçün şərait yaratmaq məqsədi ilə məhkum edilmiş şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab etməməkdə haqlı olmamış, bununla da qanunun ədalət prinsipini nəzərdə tutan CM-nin 8-ci maddəsinin tələbinə kifayət qədər əməl etməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edib, cinayət işi üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi R.A.Qaraşov kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum alimenti ödəyə bilməməsinə görə peşmandır, hal-hazırda zərərçəkmiş şəxsə aliment b orcu olan 5.105 manat tam ödənilmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzam yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsa slandırmalıdır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və.ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yəni göründüyü kimi, həmin cinayət əməlinə görə daha yüngül cəza tətbiq edilə bilər. Azadlıqdan məhrumetmə xüsusən ağır nəticələrə səbəb olduqda tətbiq oluna bilər, çünki alternativ sanksiyada cəzalar nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq müdafiə tərə fi aliment borcunun tam ödənildiyini nəzərə alaraq apellyasiya instansiyası qərarının dəyişdirməklə Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, müdafiəçi R.A.Qaraşovun kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxs və dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən, kassasiya şikayətinə əlavə tam t əmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindir ilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanunil iyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində Məhkum barəsində cinayət işinə xitam verilməsi xahiş edilsə də, kassasiya şikayətinə əlavədə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi xahiş olunur və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Məhkəmə kollegiyası həmin dəlilləri nəzərə almaqla işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza dəyişdirilməlidir. Kassasiya şikayətində Məhkum qətnaməni tam icra etdiyinə (zərərçəkmiş şəxsə 5.105 manat ödəməsinə) və CM-nin 306-cı maddəsinin Qeydinə istinad edilərək cinayət işinin icraatına xitam verilməsi xahiş edilir. Həmin maddənin qeydində göstərilmişdir ki, “... bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir..”. Göründüyü kimi, həmin maddə ilə cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi qətnamənin hökm çıxarılanadək icrası ilə əlaqələndirilmişdir. İş materiallarından isə görünür ki, zərərçəkmiş şəxsə 5.015 manat hökm çıxarıldıqdan sonra ödənilmişdir. Yəni, CM-nin 306-cı maddəsinin Qeydinin Məhkum tətbiq edilməsi üçün əsas yoxdur. Lakin qətnamə icra olunmaqla zərərçəkmiş şəxsə ziyanın tam ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayətin ictimai təhlükəlilik dərəcəsini və Məhkum şəxsiyyətini, o cümlədən hökmd ə göstərilən cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 41.2-ci maddələrinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kassasiya şikayətə əlavədə həmçinin Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təq sirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna h al hesab edilə bilər. İş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətinə əlavədə də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Bundan başqa, məhkəmə kollegiyası Məhkum azadlıqdan məhrum etmə cəzası deyil, bununla bağlı olmayan cəzanın (islah işləri növündə) təyin edilməli olduğu mövqeyindədir (həmin mövqey yuxarıda şərh edilmişdir). Ən yüngül cəza növü olan cərimə cəzası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşdur. Bunlar baxımdan Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olub-olmaması məsələsi əhəmiyyətini itirmiş olur. Odur ki, apellyasiya məhkəməsinin qə rarı dəyişdirilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə uyğun olaraq), kassasiya şikayəti qismən, kassasiya şikayətinə əlavə isə tam təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə aylıq qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əssən həbsdə saxlamanın müddəti - 04 (dörd) ay 12 (on iki) gün - is lah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanaraq Məhkum təyin edilmiş aylıq qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasını çəkilmiş hesab edilsin. Məhkum dərhal həbsdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən, kassasiya şikayətinə əlavə tam təmin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar