Məhkəmə qərarları › İş №1(102)-1492/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1492/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1492/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 1(104)-145/2022 nömrəli qərarından dövlət ittihamçısı, Baş Prokurorlu ğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 xx xxxx 1970-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Tatarlı kəndində yaşayır.

2. Məhkum1 xx xxxxx 1975-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Tatarlı kəndində yaşayır. 3. 24 sentyabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.2.1, 221.2.2-c i maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 18 oktyabr 2019-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 qardaşı Məhkum1 ilə bir qrup şəxs halında 16 aprel 2019-cu il tarixdə, saat 15 radələrində ictimai yer olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin girişində yerləşən dəhlizdə, qardaşı X3 Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəx s1 barışmasını tələb edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, həmin vaxt Məhkum1 Zərərçəkmiş şəxs1 sol əlinə yumruqla zərbə endirib sol əlinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq edib xuliqanlıq edərkən, Zərərçəkmiş şəxs1 yeznəsi Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onları aralamaq istədikdə Məhkum1 sonuncunu əli ilə vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdə olan zaman o, təpiklə sonuncunun üz nahiyəsinə zərbə endirərək burun sümüyünün qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin sıyrığı, hər iki gözaltı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulma sına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkum1 qardaşı Məhkum2 ilə bir qrup şəxs halında 16 aprel 2019-cu il tarixdə saat 15 radələrində ictimai yer olan Gəncə şəhər Nizami rayon məhkəməsinin girişindəki dəhlizdə, qardaşı X3 Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 barışmasını tələb edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 sol əlinə yumruqla zərbə endirib sol əlinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirib zor tətbiq edib xuliqanlıq edərkən, Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onları aralamaq istədikdə o, sonuncunu əli ilə vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdə olan zaman Məhkum2 təpiklə sonuncunun üz nahiyəsinə zərbə endirərək burun sümüyünün qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin sıyrığı, hər iki gözaltı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 1(044)7/2021 nömrəli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinib barələrində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə hər biri 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmişlər.

7. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən istinad etdiyi halları hökmdə əsaslandırmamış, onların barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərkən işin faktiki hallarına obyektiv hüquqi qiymət verməmiş, habelə cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onların törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan ədalətsiz, yüngül cəza təyin etmişdir. Həmçinin, təqsirləndirilən şəxslər ibtidai istintaq və məhkəmə baxışlarında cinayət törətdiklərini təkzib etmiş, özlərini ittiham olunduğu maddələrdə təqsirli bilməmiş, yalnız məhkəmə baxışının sonunda məhkəməyə ərizələr verərək təqsirini etiraf etmiş və onlara yüngül cəza təyin olunmasını xahiş etmişlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərini etiraf edərək əməllərindən səmimi peşman olmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla cəzanın ümumi əsaslarına zidd cəza təyin etməkdə səhvə yol vermişdir. Bu səbəblərdən hökmün dəyişdirilməsi, Məhkum2 və Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəaların hökmdən xaric edilməsi və onlara cinayət qanununun müddəalarına uyğun daha ağır cəza növü-yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(104)-27 3/2021 nömrəli qərarına əsasən apellyasiya protesti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(104)-273/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1(102)-1606/2021 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(104)273/2021 nömrəli qərarı ləğv edilmiş və iş yenidən məh kəmə baxışına təyin edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 1(104)-145/2022 nömrəli qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 1(044)-7/2021 nömrəli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum2 və Məhkum1 barələrində "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci maddəsi tət biq edilməklə onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmış və onlar hər ikisi cəzalarını çəkmiş hesab edilmişlər. 12.X4 Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası CMnin 221.2.1 və 221.2.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, onlar tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələri nin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək, əsassız yüngül cəza növü təyin etmişdir. Həmçinin məhkəmə amnistiya aktının tətbiqində də səhvə yol vermişdir. Belə ki, təqsirləndirilən şəxslərə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin edən məhkəmə, həmin cəzanı amnistiya aktının 5-ci bəndinə əsasən azaltmış, lakin həmin müddəa azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin 1 ildən artıq olduğu şəxslər barəsində tətbiq edilməsini nəzərdə tutur. Halbuki, hazırkı iş üzrə məhkəmə 1 ildən artıq deyil, məhz 1 il azadlığın məhdudlaşdır ılması cəzasını təyin edib. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan (o cümlədən 1 il olan) şəxslər barəsində isə amnistiya aktının 2.5-ci bəndi tətbiq edilə bilərdi. Amnistiya aktının düzgün tətbiqi həm də həmin aktın 7-ci bəndində təsbit edilən məhkumluğun götürülməsinə dair müddəalar baxımından da əhəmiyyətlidir. Çünki, 5-ci bəndə əsasən, məhkumluğun götürülməsi mümkün olmasa da, 2.5-ci bəndə əsasən məhkumun məhkumluğu da götürülür. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməsini və işin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş edilmişdir.

14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kolle giyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normala rının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiya sı məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 əsassız olaraq yüngül cəza təyin olunduğunu, həmçinin amnistiya aktının tətbiqində də səhvə yol verildiyini iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 31 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni c inayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

22. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin üm umi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən ye ni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

24. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq top lanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar.

26. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya prote stinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən heç bir əsaslandırma aparmadan, sadəcə məhkumların şəxsiyyətini və təyin ediləcək cəzanın onların ailə şəraətinə təsirini nəzərə aldığını qeyd etmiş, yalnız bu əsasla hesab etmişdir ki, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bununla belə, məhkumlara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanı təyin edən apellyasiya instansiyası məhkəməsi, onların ictimai qaydanı nümayişkar surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, iki zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərini bilavasitə ədalət mühakiməsinin həyata keçirildiyi məhkəmənin inzibati binasında törətmələrinə hər hansı münasibətini bildirməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsində göstərilən cinayətə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində göstərilən cinayətə görə isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.

28. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının təhlilindən isə görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edərkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarında cəza təyini ilə bağlı qeyd edilən məsələlərə lazımi diqqət yetirməmiş, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları, eləcə də Məhkum2 və Məhkum1 çəkməli olduğu cəzasının növünə əhəmiyyət verməmiş, məhkumların islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin növ cəzanın təqsirkarların şəxsiyyətinə, törədilmiş cinay ətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticəyə uyğun olub-olmadığını araşdırmamışdır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəza dəyişdirilərkən, verilən qərarla bağlı cinayət işinin müəyyən edilmiş hallarının nəzərə alınmaması və təyin edilən yeni cəza ilə bağlı ümumiyyətlə heç bir əsaslandırmanın göstərilməməsi yolverilməz hesab edilməlidir.

30. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21 -ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması, eləcə də kassasiya protestində gətirilən cəzanı yüngülləşdirən halların mübahisələndirilməsi üzrə digər dəlillərin ətraflı yoxlanılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verilmişdir.

31. Kassasiya protestinin məhkum edilmiş şəxslər barəsində amnistiya aktının səhv tətbiq edilməsinə dair iddiası ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində təsbit olunmuş əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildiyindən, belə nəticə isə cəzanın təyin edilməsi məsələsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidə n münasibətin bildirilməsini tələb etdiyindən, məhkəmə kollegiyası hazırkı mərhələdə kassasiya protestinin bu hissəsinə qiymət verilməsi üçün lüzum görmür.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 1(104)-145/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 1(104)-14 5/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar