Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1493/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 04 avqust 1959-cu ildə Tərtər rayonu Borsunlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ”X31” MMC-nin direktoru işləmiş, Tərtər rayonu ************ kəndində qeydiyyatda olan və yaş amış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən), A.İ.Paşayev və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özü nüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təyin edilmiş 09 il 04 ay 10 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 03 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və R.M.Abdulov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli və külli miqdarda əmlakını aldatma və etibard an sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirməklə dələduzluq etmiş, qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, təkrarən, vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 03 sentyabr 2012-ci il tarixdə təsis etdiyi, sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan "X31" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiy yətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, "'öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün, tanışı X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213. 1, 213.2.1 yə 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 20 07-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona fiziki şəxs X15 tərəfindən Sumqayıt şəhəri *********************** prospektlərinin kəsişməsində, *****-cı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasında mənzil satmaq hüququ verdiyini əsas gətirərək, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs4 inandırıb aldadaraq, onunla arasında olan birgə təsərrüfat fəaliyyəti ilə bağlı sonuncuya olan 58.700 manat məbl əğində borcunun əvəzi kimi qeyd olunan binanın 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı, 115 kv/metr ölçülü, **** nömrəli mənzilin 97.750 manat müqabilində Zərərçəkmiş şəxs4 satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 03 dekabr 2012-ci il tarixli 79 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək 03 dekabr 2012-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Zərərçəkmiş şəxs4 verib özgənin külli miqdarda 58.700 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə X8 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, 03 sentyabr 2012-ci il tarixdə təsis etdiyi sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan "X31" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında ə mrlər vermək səlahiyyətlərini həyata keçirən məsul şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün, tanışı X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1, 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddələri ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona ünvan 1 ünvanda inşa edilmiş, Zərərçəkmiş şəxs3 məxsus Çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas gətirərək cinayətdən xəbərsiz olan X12 ilə tanışları X13, X18 və X5 ilə arasında təsərrüfat fəaliyyəti nəticəsində yaranmış pul mübahisəsi ilə əlaqədar sonuncuların xahişi ilə gələcəkdə həmin borcun Y6 ödənilməsinin təminatı kimi qeyd olunan binanın 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr sahəsi olan 75 nömrəli mənzilin 181.500 manat müqabilində X1 və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 16 oktyabr 2015-ci il tarixli,,-54" "nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və n ömrəli maliyyə arayışını, imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, təkrarən eyni üsulla həmin binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv/metr ölçülü, 64 nömrəli mənzilin X15 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9na satıldığını bildiyi halda 181.500 manat müqabilində X1 və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 19 dekabr 2015-ci il tarixli, 59 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə özünü tanışlarının yanında səlahiyyətli və səxavətli şəxs, nüfuz sahibi kimi göstərməkdə ifa də olunan sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs9 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onları faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla, təkrarən, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, 03 sentyabr 2012-ci il tarixdə təsis etdiyi sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan "X31" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz ü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün, tanışı X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddələri ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona ünvan 1 ünvanda inşa edilmiş, Z ərərçəkmiş şəxs3 məxsus çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas gətirərək buna səlahiyyətinin olduğunu X21 və Zərərçəkmiş şəxs1 inandırmaqla aldadaraq binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr ölçülü ***** nömrəli mənzilin Zərərçəkmiş şəxs1 qohumu X9 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 18 noyabr 2015-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə mənzilin dəyəri kimi 57.000 manat pulu vahid niyyətlə Bakı və Sumqayıt şəhərləri ərazisində hissə-hissə 18 noyabr 2015-ci il tarixdən 20 15-ci ilin dekabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 alıb özgənin külli miqdarda 57.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs3 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla, təkrarən, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, həmin binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv/metr ölçülü, 64 nömrəli mənzilin X15 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9 satıldığını, özü tərəfindən isə qanunsuz olaraq təkrarən 19 dekabr 2015-ci il tarixli, 59 nömrəli alqı-satqı müqaviləsi ilə X3 adına saxta sənədlərlə rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 və X7 inandırıb aldatmaqla, həmin mənzili cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs2 vasitəsilə 09 mart 2016-cı il tarixdə 50.000 manata Zərərçəkmiş şəxs8 qanunsuz satıb həmin pulun 30.000 manatını həmin gün, 20.000 manatını isə bir neçə gündən sonra-həmin ilin mart ayında Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs2 vasitəsilə alınmasına, bu üsulla ələ keçirilmiş pulun 47.000 manatının üçüncü şəxsə, yəni mənzilin sahibi Zərərçəkmiş şəxs9, 3.000 manatının isə özünün şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin xeyli miqdarda, yəni 50.000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, mənzilin Zərərçəkmiş şəxs8 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 09 mart 2016-cı il tarixli 18 nömrəli alqı-satqı müqaviləsini, mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını, mənzilin "təhvil-təslim aktı"nı imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, 16 oktyabr 2015-ci il tarixli, 54 nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adına qanunsuz rəsmiləşdirdiyi həmin binanın 3-cü b lok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr ölçülü 75 nömrəli mənzili satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs10 inandırıb aldatmaqla mənzili sonuncuya 60.000 manata satmaq barədə vəd vermiş, mənzilin rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - mənzilin nömrəsini "74" kimi göstərməklə tərtib etdiyi 17.08.2016-cı il tarixli alqı-satqı müqaviləsini imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs10 verməklə Bakı şəhəri Yasamal rayonu ərazisində mənzilin dəyəri kimi həmin məbləğin 23.000 manatını 17 avqust 2016-cı il tarixdə dərhal, 2.000 manatını bir neçə gündən sonra həmin ilin avqust ayında, 1.000 manatını 16 fevral 2017-ci il tarixdə, 700 manatını 23 mart 2017-ci il tarixdə, 300 m anatını 27 aprel 2017-ci il tarixdə, 500 manatını 25 may 2017-ci il tarixdə, 500 manatını 24 iyun 2017-ci il tarixdə, 500 manatını 24 iyul 2017-ci il tarixdə, 500 manatını 24 avqust 2017-ci il tarixdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə alıb şəxsi ehtiyaclarına xərcləməklə özgənin xeyli miqdarda, yəni 29.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, saxta müqavilə üzrə Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 60.000 manat - külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə, yəni təkrarən dələduzluq etməyə cəhd etmiş, lakin törətdiyi cinayət əməli ifşa olunduğundan öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa ç atdıra bilməmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə həmin binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv/metr ölçülü mənzilin X15 tərəfindən 10 fevral 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs9 satıldığını, özü tərəfindən isə qanunsuz olaraq təkrarən 19 dekabr 2015-ci il tarixli, 59 nömrəli alqısatqı müqaviləsi ilə X3 adına saxta sənədlərlə rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Y6 inandırıb aldatmaqla, həmin mənzili cinayətdən xəbərsiz olan Y6 vasitəsilə 19 oktyabr 2016-cı il tarixdə 96.000 manata Zərərçəkmiş şəxs5 qanunsu z satıb həmin pulun Bakı şəhəri ərazisində 19 oktyabr 2016-cı il tarixdə Y6 vasitəsilə alınmasına, bu üsulla ələ keçirilmiş pulun üçüncü şəxsin Y6 şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin külli miqdarda, yəni 96.000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, mənzilin Zərərçəkmiş şəxs5 qızı X14 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri 08 noyabr 2016-cı il tarixli, 51 nömrəli alqı- satqı müqaviləsini, mənzilin dəyərinin tam ödənilməsi barədə, həmin tarixli və nömrəli maliyyə arayışını imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir Bundan başqa, o, həmi n vəzifədə işləyərkən cinayət əməllərini davam etdirərək ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binanın 3-cü blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/metr ölçülü 75 nömrəli mənzili 16.10.2015-ci il tarixli, 54 nömrəli saxta alqı-satqı müqaviləsi əsasında X3, 17 avqust 2016-cıil tarixli saxta alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs10 adına qanunsuz rəsmiləşdirdiyini bildiyi halda həmin mənzillə bağlı tərəflər arasında mülki çəkişmələri guya həll etmək adı ilə mənzilin Zərərçəkmiş şəxs10 qalması, bunun müqabilində Y6 adına Sumqayıt şəhərində iki ədəd mənzil rəsmiləşdirəcəyinə dair vəd vermiş, özünün, tanışı X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona həmin binadan mənzil satmaq hüququ verdiyini əsas gətirərək fiziki şəxs X15 tərəfindən Sumqayıt şəhəri ************************ prospektlərinin kəsişməsində, ****-cı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 3-cü blok, 11-ci mərtəbəsində yerləşən 74.375 manat dəyərində 2 otaqlı, 87,5 kv/metr ölçülü, ***** nömrəli, həmçinin həmin binanın 3-cü blo k, 11-ci mərtəbəsində yerləşən 94.440 manat dəyərində 2 otaqlı, 78,7 kv/metr ölçülü, **** nömrəli mənzillərin X1 və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 10 noyabr 2016-cı il tarixli 47 və 48 nömrəli alqı-satqı müqavilələrini imzası və Cəmiyyətin möhürü ilə təsdiq edərək Yusif Əhmədova verib tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən özünün, tanışı X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri *********************** qəsəbəsi, ************* küçəsində *********ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış evinin mənzil satmaq hüququ verdiyini əsas gətirərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs6 ilə tanışları X16 və X29 arasında təsərrüfat fəaliyyəti nəticəsində yaranmış pul mübahisəsi ilə əlaqədar sonuncuların xahişi ilə gələcəkdə həmin borcun N6 ödənilməsinin təminatı kimi qeyd olunan binanın 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, 2 otaqlı, 95 kv/metr ölç ülü 64 nömrəli mənzilin 90.250 manat müqabilində N6 satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 11 yanvar 2018ci il tarixli, 01 nömrəli saxta müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını N6 verib, cinayətdən xəbərsiz olan E6 və S6 vasitəsilə həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində 27.000 manatının alınmasına, bu üsulla ələ keçirilmiş pulun 22.000 manatının üçüncü şəxsə, yəni, E6 və S6, 5000 manatının isə özünün şəxsi ehtiyaclarına xərclənməsinə nail olaraq özgənin xeyli miqdarda, yəni 27.000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, saxta müqavilə üzrə N6 məxsus ümumilikdə 90.250 man at - külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə, yəni təkrarən dələduzluq etməyə cəhd etmiş, lakin törətdiyi cinayət əməli ifşa olunduğundan öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə tanışı X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1 və 213.2.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə məhkum ol unmalarına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixi qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, ************************************* məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış evində yerləşən mənzilləri satmaq hüququ verdiyini əsas gətirərək buna səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs7 inandırıb aldatmaqla həmin binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, 2-otaqlı, 78 kv/metr ölçülü ******* nömrəli mənzili sonuncuya 62.400 manata satmaq barədə vəd vermiş, mənzilin rəsmiləşdirilməsi ilə bağlı məzmunun a tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədlər - 15 sentyabr 2016-cı il tarixli 48 nömrəli saxta müqavilə, həmçinin Zərərçəkmiş şəxs7 mənzilin "payçı"sı kimi rəsmiləşdirilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək ona verməklə 62.400 manat məbləğində pulu 15 sentyabr 2016cı il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs7 alıb şəxsi ehtiyaclarına xərcləməklə özgənin külli miqdarda, yəni 62.400 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Həmçinin qeyd olunan əməlləri ilə X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X3, Zərərçəkmiş şəxs9, X14, Zərərçəkmiş şəxs8 mənzil üzərində mülkiyyət hüquqlarını pozaraq onları faktiki olaraq mənzildən məhrum etməklə kütləvi şəkildə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməlləri ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini hər bir zərərçəkmiş şəxsə münasibətdə tədqiq etməli olduğu halda, sübutları bir-biri ilə əlaqəli şəkildə tədqiq etməmiş, Məhkum əməlinə yalnız ibtidai istintaqda və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlara əsaslanaraq ümumilikdə qiymət vermişdir. Müdafiəçi hesab edir ki, Məhkum Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə onun üzərinə qoyulmuş öhdəliyin yerinə yetirilməsi üçün zərərçəkmiş şəxslərlə müqavilə imzalamış və bu müqavilələrə əsasən onlardan pul almamışdır. Müdafiəçinin fikrincə, ittiham orqanı Məhkum yalnız Namiq Yusufovdan 62.400 manat pul almasına görə ittiham elan etmiş, lakin həmin ittiham da sübut olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiy a şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahis ə olunur və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara b ilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumunn qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəx s5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X15, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X12, Zərərçəkmiş şəxs9, X22 və Zərərçəkmiş şəxs8, şahidlər X19, X17, X24, X23, X25, X30 və X10 ifadələri, üzləşdirmə protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasə n Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respu blikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqs ədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də,məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hes ab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi y uxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə hökmü qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsi n. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1493/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1493/2019
23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver