Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1493/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1664/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, E.İzaqzadə küçəsi, ev 9, mənzil 13-də qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan “Şahbuz” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə metadon və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib saxlayaraq daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 21 dekabr 2021-ci ildə saat 23 radələrində, Bakı şəhəri Nərimanov rayonu E.İsaqzadə küçəsi 09 nömrəli evin yaxınlığında idarə etdiyi **-ZN-*** dövlət qeydiyyat nişanlı qara rəngli “Chevrolet Cruze” markalı avtomobili ilə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış aparılarkən, əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ iç cibindən qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxladığı 01 ədəd ağ rəngli sellofan torbada olan 13 ədəd bükümdə ayrı-ayrılıqd a təmiz çəkiləri-13,72 qram,10,901 qram,13,394 qram, 1 1,827 qram, 7,387 qram, 8,626 qram, 8,993 qram, 8, 040 qram, 8,043 qram, 6,216 qram, 5,768 qram, 5.781 qram və 5.752 qram olaraq, ümumi təmiz çəkisi 114,448 qram təşkil edən narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 12,609 qram təşkil edən psixotrop maddə metamfetamin, bundan sonra idarənin inzibati binasının həyətində onun idarə etdiyi **-ZN-*** dövlət nömrə nişanlı qara rəngli “Chevrolet Cruze” markalı avtomobildə keçirilən axtarış zamanı avtomobilin salonunda orta hissədə kiçik əşyaları qoymaq üçün nəzərdə tutulmuş qabın içində 01 ədəd şəffaf sellofan torbada olan 01 ədəd bükümdə təmiz çəkisi 25,554 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 15,141 qram psixotrop maddə metamfetamin, bundan sonra yaşadığı Bakı şəhəri Nərimanov rayonu E.İsaqzadə küçəsi ev 9, mənzil 13-də keçirilən axtarış zamanı yataq otağından girişdən sağ tərəfdə yerləşən çarpayının altında 01 ədəd ağ rəngli sellofan torbada saxladığı 01 ədəd bükümdə xalis çəkisi 146,836 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 968 qram və 218 qram olmaqla, ümumi təmiz çəkisi 1.186 qram psixotrop maddə metamfetamin, 30 ədəd üzərində "Methadone 40....Faran” göstəriciləri olan blisterdə üzərində "F/M40” yazısı həkk olunmuş göstəriciyə əsasən metadonun təsiredici maddəsinin miqdarı cəmi 12 qram və ümumi sayı 300 ədəd bozumtul-qəhvəyi rəngli tablet aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.H.Hacıyev, hakimlər R.V.Salmanov və M.H.Əkbərovdan ibarət tərkibdə) 03 iyun 2022-ci il tarixli, 1(101)975/2022 saylı hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinmiş və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət tərkibdə) 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1664/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum münasibətdə cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə endirilməklə, onun üzərində qəti olaraq 07 (yeddi min) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı ədalətsiz olmuşdur. B elə ki, apellyasiya instansiyası məhkəməsi də təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini xarakterizə edən və cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamış, CM-nin 59-cu maddəsinin tələbləri baxımından iş üzrə mövcud olan cəzanı yüngülləşdirən halların dairəsini tam müəyyən edərək, həmin halların məcmusu baxımından məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddələrin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməsinin mümkün olub-olmamasını müzakirə etməmiş və bunun da nəticəsi olaraq məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın müddəti onun şəxsiyyəti və işdə cəzanı yüngülləşdirən hallara uyğun olmayan açıq-aydın ədalətsiz və ağır cəza olmuşdur. Bundan əlavə, Məhkum ibtidai və məhkəmə istintaqı zamanı səmimi ifadələr verərək etdi yi əməlini etiraf etməsi, istintaqın və məhkəmənin normal gedişinə mane olan hər hansı bir hərəkətlərə yol verməməsi isə onun törətdiyi hərəkətinə tənqidi yanaşması və səmimi peşman olmasını ehtiva edən faktlar kimi çıxış etmiş olur. Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, R.Mirzəyevin atası vəfat etmişdir, onun ailə tərkibi insulin tələbli “şəkərli diabet HP İİ” diaqnozu ilə qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi sənədlərlə müəyyən olunan hallara qiymət verməmiş, həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamasını əsaslandırmamışdır.
8. Kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
10. Həmin Məcəllənin 419.11-ci maddəsi nə əsasən, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsi nin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
13. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkuma ittiham olunduğu cinayət işi üzrə daha yüngül həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə tələb irəli sürmüşdür.
14. Kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıd ır.
15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
16. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
17. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud di gər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə b ilsin.
18. Məhkəmə kоllеgiyаsı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun olmuşdur. Məhkəmə məhkum edilmiş şəxsə cəza təyin edərkən Məhkum şəxsiyyətini, törətdiyi və ağır cinayətlər sırasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən istintaq zamanı məhkəmədə öz ifadələrində özünü cinayəti törətməkdə təqsirli bilərək cinayətin açılmasına və digər iştirakçının ifşa edilməsinə fəal köməklik etməsini, əvvəllər məhkum olunmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın t əyin edilməsi üçün əsas müəyyən etmir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1 -ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
20. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1664/2022 nömrəli dəyişdirilmədən saxlanılmalıdır.
21. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(103)-1664/2022 saylı qərarı kassasiya şikayətinə əsasən Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.