Məhkəmə qərarları › İş №1(102)-1493/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1493/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1493/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Samux Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(058)-44/2023 nömrəli (hakim: Kərimova Tərifə Əbülfət qızının sədrliyi) hökmü ilə xx xxxxx 1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün cəzasından çıxılması, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəlinin 9 oktyabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüs eynov Salman Bilal oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət məhkəmə tərkibində) 19 fevral 2024-cü il tarixli 1(104)-148/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Samux Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli patronlar la atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı “Valter” konstruksiyalı “p-38” modelli, yivli odlu silah hesab edilən tapançanı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x19mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Valter” konstruksiyalı “p-38” modelli tapançanın komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan darağı və 3 ədəd Azərbaycan Respublikasında 2019-cu ildə istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin tapaçandan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan patronu qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq üzərində gəzdirmiş, 6 iyun 2023-cü il tarixdə saat 17:10-da Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş ə məliyyat tədbirləri zamanı Samux şəhəri Heydər Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığında olan dayanacaqda saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq üzərində gəzdirdiyi 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı “Valter” konstruksiyalı “p-38” modelli, yivli odlu silah hesab edilən tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Valter” konstruksiyalı “p-38” modelli tapançanın komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan daraq və 2 ədəd Azərbaycan Respublikasında 2019-cu ildə istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin tapaçandan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan patron ondan aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, iş apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməlidir, ona görə ki, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Məhkum məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı cinayət əməlini törətməsini istintaqı aparan orqanın səlahiyyətli şəxsinin təkidi və polis əməkdaşlarının ona fiziki təsir göstərmələri nəticəsində boynuna götürüb. Halbuki "Valter” konstruksiyalı "p-38” modelli, yivli odlu silah hesab edilən tapança onun üzərində olmayıb, o həmin tapançanı heç yerdən tapmayıb, tapançanı polis şöbəsində onun üstünə qoyublar. Polis əməkdaşlarının ifadələri ilə təqsirləndirilən şəxs Məhkum ifadəsi arasında ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxs Məhkum göstərdiyi bu faktlar üzrə məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmamış, dediklərinin həqiqət olub-olub olmaması y oxlanılmamışdır. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini Gəncə Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 19 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəm ə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqs irsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli v ə obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nətic ələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzl aşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsini təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edi lir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş CM-in 234.4.3-cü maddəsi ilə bağlı ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı ona elan olunmuş ittihamla təqsirli bilməsinə dair etiraf ifadələri, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış və götürmə haqqında” 6 iyun 2023-cü il tarixli protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 7 iyun 2023-ci il tarixli 23/425R nömrəli rəyi ilə, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, Məhkum məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, “xatırladığı qədəri ilə 2023-cü ilin yanvar ayında Gəncə şəhəri “Dubay bazarı” adlanan yerdən bir qədər aşağıda çayın kənarı ilə piyada ge dən zaman çayın kənarında metaldan olan silah görmüşdür. İlk öncə düşünmüşdür ki, həmin silah oyuncaqdır, lakin həmin silahı əlinə götürüb baxan zaman görmüşdür ki, həqiqi silahdır və içərisində 3 ədəd patron vardır. Silahı götürüb əynində olan qış gödəkçəsinin iç cibinə qoyaraq yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra həmin silahın atəşə yararlı olub olmamasını yoxlamaq üçün həmin silahdan bir dəfə havaya atəş açıb və görüb ki, silah atəşə yararlıdır. Bundan sonra həmin silahı Samux rayonunda Kür sahilində sahibsiz bir ərazidə gizlətmişdir. Bundan sonra ara-bir həmin əraziyə gələrək silahın orada olub olmamasını yoxlayırmış. 6 iyun 2023-cü il tarixdə yenidən Samux rayonuna gedərək silahı gizlətdiyi yerdən götürüb ki, silahı Gəncə şəhərində gizlətsin. Samux rayonuna gedib-gəlmək onun üç ün uzaq imiş. Silahı götürdükdən sonra Samux rayonuna mərkəzə qayıtmışdır. Samux rayonunda mərkəzdə avtobus gözləyirmiş. Samux avtobusu təxminən yarım saatdan bir gəldiyi üçün Heydər Əliyev parkına gedərək orada olan oturacaqda oturmuş ki, birazdan yola çıxıb avtobusa minərək Gəncə şəhərinə getsin. Bu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun kompent hissələrini gəzdirməkdə, daşımaqda şübhəli olduğunu bildirirək Samux RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman belində olan “ Wolter” tipli tapançanı və şalvarının cibində saxladığı və içərisində 2 ədəd patron olan darağı könüllü olaraq özü təqdim etmişdir, belə ki, bilib ki, artıq polis əməkdaşları onda silah olduğunu bilmişdirlər. İzahatında bildirib ki, həmin silahı Gəncə şəhəri “Dubay bazarı” adlanan ərazinin yaxınlığında çayın kənarından tapmışdır. Hazırda isə əməlini səmimi olaraq etiraf edir. O, həmçinin göstərmişdir ki, silah onun xoşuna gəldiyi üçün üzərində saxlayırmış.” Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 6 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Samux RPİ-nin təhqiqatçısı X10 tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Məhkum paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən silahın, döyüş sursatının və komplekt hissələrinin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, həmin təklifdən sonra Məhkum könüllü olaraq üzərində olan bir ədəd “Valter P38” tipli tapançanın olduğunu bildirmiş, daha sonra şəxsi axtarış zamanı Məhkum üzərindən aşkar olunan bir ədəd ilk baxışdan “Valter P38” konstruksiyalı tapançaya bənzər silahı şalvarının belindən, həmin konstruksiyalı tapançanın sandıqcası və həmin sandıqcada 02 ədəd patronu isə şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Silahın üzərində olan buraxılış ili və seriya nömrəsi silinmişdir. Həmin ilk baxışdan “Valter P38” konstruksiyalı tapançaya bənzər silah, tapançanın sandıqcası və həmin sandıqcada 02 ədəd patron qablaşdırılmış, qablaşdırılmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Cinayət işinə əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının 7 iyun 2023-ci il tarixli 23/425R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 1 ədəd №si silinmiş silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9x19 mm kalibrli paronlarla atəş açmaq üçün nəzərdə tutulmuş Valter konstruksiyalı p-38 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Valter konstruksiyalı p-38 modelli t apançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2019-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançadan atəş açmaq üçün yararlıdırlar. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Aşağı instansiya məhkəmələri haqlı olaraq şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də mötəbər sübut növü kimi qəbul edilməli olduğu, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şü bhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıl dığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkum məhkəmə istintaqında verdiyi ifadəsində, məhkəməyədək icraat zamanı fiziki və psixi təsirlərə məruz qaldığını bildirsə də, həmin dövrdə zorakılığa məruz qalması ilə bağlı aidiyyəti orqanlara heç bir müraciət etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı məhkəmə tərəfində n Məhkum Polis Şöbəsinin müvəqqəti saxlama yerinə daxil olarkən tibbi müayinədən keçirilməsinə dair sənədlər tələb olunaraq nəzərdən keçirilmiş, həmin sənədlərə əsasən, müvəqqəti saxlama yerinə daxil olarkən Məhkum bədəni üzərində heç bir xəsarət və fiziki təsir əlamətlərinin müəyyən edilmədiyi məhkəməyə məlum olmuşdur. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sü butun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama və gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə ba xılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın (əməlində cinayətlərin residivinin yaranmasını) isə olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2024-cü il tarixli qərarı kassas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar