Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1494/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Astara Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublik ası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli hökmündən məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Astara Rayon Məhkəməsinin (hakim: X3) 30 iyul 2020-ci il tarixli hökmü ilə 01 avqust 1976-cı il tarixdə Astara rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 03 (üç) azyaşı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzas ı təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X16 və X12 ibarət tərkibdə) dövlət ittihamçısı X8 tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləs inin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 1(018)-87/2020 saylı hökmü ilə Məhkum 23 yanvar 2020-ci il tarixdən 23 yanvar 2021-ci il kimi təyin edilmiş və onun tərəfindən çəkilmiş olan 1 (bir) il azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 11 fevral 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum cəza çəkdiyi müdd ətdə narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin istifadəçisi olmaqla 23 yanvar 2020-ci il tarixdə Astara rayonu Şahağacı kəndində istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) bükümdə, təmiz çəkisi 0,255 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış və daşımışdır. O, həmin gün saat 18:00 radələrində Astara rayonu Şahağac kəndində polis əməkdaşları tərəfindən saxlanılmış, Astara rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə heroini əynindəki köynəyin sol cibindən aşkar edilib protokollaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli hökmündən məhkum və müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, əməlinin AR CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır, ibtidai istintaq orqanı və apellyasiya instansiya məhkəməsi onun əməlini düzgün qiymətləndirməyərək, əməlin tövsifində səhvə yol vermiş və son nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi hüquq normalarını nəzərə almayaraq Cinayət-Prosessual qanunv ericiliyin tələblərini kobud şəkildə pozaraq ona qarşı diskriminasiyaya yol vermişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mülahizələrə əsaslanmışdır. Dəfələrlə istintaq zamanı zorakılığa və təziqlərə məruz qaldiğini bildirsə də, məhkəmə bunları araşdırmamış, məcburiyyət altında yazdığı ibtidai istintaq zamanı verdiyi ifadəni əsas götürmüşdür. Hazırki cinayət işi üzrə apellyasiya məhkəməsi Cinayıət-Prosessual qanunvericiliyin tələbləri düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız onun ibtidai istintaq dövründə verdiyi ifadələr və apellyasiya protestinə əsaslanmışdır Məhkum kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, barəsin də olan Şirvan Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsi xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Məhkum əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 23 yanvar 2020-ci il tarixdə Məhkum polis əməkdaşları tərəfindən edilən təzyiq və təsir nəticəsində guya X6 10 manat müqabilində narkotik vasitə satması barədə yalan ifadə vermişdir. İbtidai istintaqla vermiş olduğu bu ifadə əsl həqiqətə uyğun deyildir. Belə ki, Şahidi əvəllər yanlız bir dəfə görmüş, ona heç bir narkotik vasit ə satmamışdır. İş materiallarına əlavə edilmiş 23 yanvar 2020-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şahid əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaaşamış və odlu silah saxlaması barədə PŞ-də barəsində cinayət işi olmuşdur. Ondan istifadə edən polis əməkdaşları ona psixi təsir göstərərək,hədə-qorxu gələrək şərti alıcı kimi cəlb etmək barədə ərizəyə imza etdirmişlər, ancaq onun ərizənin məzmunundan xəbəri olmamışdır. Həmin ərizədən məlumatı olduqda özünün də məhkumluq həyatı yaşadığı və vicdanlı olduğu üçün aldadıldığını başa düşüb məhkəməyə doğru ifadə vermişdir. Heç vaxt ona M1dan narkotik vasitə almaq üçün on manat verilməmişdir. 23 yanvar 2020-ci il tarixdə Astara RPŞ-nin CAB-nin əməkdaşı polis baş leytinantı Ə.Məmmədov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şahağacı kənd sakini Məhkum cinayət əməlinin ifşası məqsədilə X4 şərti alıcı kimi təlimatlandırılmış və guya ona narkotik vasitə almaq üçün bir ədəd A ******* saylı, 10 manat verilmişdir. Maraqlıdır protokolda tarix göstərilsə də onun tərtib edilmə saatı göstərilməmişdir. S.Rzayevə verilmiş 10 manatın taleyi isə bu günə qədər məlum deyil, həmin 10 manatlıq əskinas nə Məhkum saxlanılarkən ondan aşkar edilib götürülməmiş, nə də şərti alıcı həmin əskinasm harada olması barədə ifadə verməmişdir. Nə birinici instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi 10 manatın harada olduğunu aydınlaşdırmamışdır. Halbuki Məhkum narkotik vasitəni satmasını təsdiq edən əsas və yeganə sübut mənbəyi həmin əskinasdır. Bundan əlavə iş materiallarında olan yenə də Ə.Məmmədov tərəfindən tərtib olunan eyni t arixli, ancaq saatı göstərilməmiş pratokoldan görünür ki, guya Şahid təqsirləndirilən Məhkum 10 manata almış olduğu 2 büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən Məhkum müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsi ilə üzərində axtarış apararkən əynində olan köynəyin sol cibində olan siqaretin içərisindən 1 büküm narkotik vasitə heroindən başqa heç nə, o, cümlədən 10 manatlıq əskinazda aşkar edilib götürülməmişdir. Ancaq Apellyasiya Məhkəməsinin öz qərarının əsası kimi qəbul etdiyi təqsirləndirilən şəxs Quıiyev M1 guya 10 manat müqabilində Şahidə 2 bükümdə narotik vasitə olan heroini satması, iş materialları ilə ziddiyət təşkil edir və maddi sübüt olan 10 manatın harada, kimdə olması barədə nə iş materiallarında, nə də məhkəmə də toplanmış sübütlarda və d əlillərdə öz əksini tapmamışdır. Müdafiə tərəfi belə hesab edir ki, cinayət işinə Apellyasiya məhkəməsində məhkəmə baxışı gedişində sübutların toplanması,tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilməmişdir. Belə olan halda Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından və məhkəmə iclaslarında toplanmış sübutlardan görünürki, subutlar müstəsna olaraq polis fitnəkarlığının nəticəsidir və şəxsin yanlız polis fitnəkarlığının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edərsə, belə materilları əməliyyat axtarış tədbiri nət icəsində əldə olunmuş sübutların CPMnin 125 və 137-ci maddələrinin tələbləri nöqteyi-nəzərdən qanuniliyi və mümkünlüyü şəxsin cinayətində təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. Bu halı məhkə ədə dindirilmiş şahid Şahidin ifadəsi ilə bir daha təsdiq olunur.n ifadəsindən bir daha aydın olurki, adından yazılmış ərizə polis işçiləri tərəfindən tərtib olunaraq ona imza etdirilmişdir. Bütün bu sübutların məcmuuna əsasən müdafiə tərəfi hesab edir ki, Məhkum əməli birinci instansiyası məhkəməsi tərəfindən düzgün olaraq Aərbaycan Respublikası CM-nin 234.1 maddəsinə tövsif edilmişdir. Şirvan Apellyasiya məhkəməsi isə qanunsuz və əsassız olaraq prokurorluğun diktəsi ilə apellyasiya protestini təmin edərək Məhkum 234.2 ci maddəsi ilə təqsirli bilib 3 il azadlıqdan məhrumetmə cəzas ına məhkum etmiş, onun tərəfindən çəkilmiş olan bir il azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 11.02.2021- il tarixli, 1(106)-44/2021 saylı hökmünün ləğv edilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məh kumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassas iya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya inst ansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində mübahisələndirilən məsələ məhkumun əsassız olaraq CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsid ir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, işə baxan Apellyasiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bəzi xüsusatların qeyd olunması qənaətindədir Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud q anunsuz olaraq narkotik vasitələri satma cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayə thüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hökm çıxararkən iş üzrə toplanılmış sübutlara tam, hərtərəfli və aktiv yoxlamadan, təhlil olunmadan, ifadələr arasında olan ziddiyyətlər aradan qaldı rılmadan qərar qəbul etmişdir. Belə ki, iş materiallarına nəzər yetirərkən Məhkum birinci instansiya məhkəməsi istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, “...Bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə alıb istifadə etmək qərarına gəlmiş və 23 yanvar 2020-ci il tarixdə Astara rayonu Şahağacı kəndində tanımadığı şəxsdən bir bükümdə narkotik vasitə heroin almışdır. Həmin tarixdə, saat 18:00 radələrində yaşadığı Şahağacı kəndində olan zaman Astara rayon polis şöbəsinin əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Şöbədə üzərindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitəni şəxsi istehlak məqsədi ilə əldə etmiş və onu əld ə etməkdə niyyəti başqasına satmaq olmamışdır. Buna baxmayaraq 23 yanvar 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən ona edilən təzyiq və təsir nəticəsində guya X6 10 manat müqabilində narkotik vasitə satması barədə yalan ifadə vermişdir. İbtidai istintaqda vermiş olduğu bu ifadə əsl həqiqətə uyğun deyildir. Belə ki, Şahidi əvvəllər yalnız bir dəfə görmüş, ona heç bir vaxt narkotik vasitə satmamışdır” Həmçinin, birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilən X10 öz ifadəsində göstərmişdir ki, “...Əvvəllər narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Astara rayon Şahağacı kənd sakini Məhkum yalnız bir dəfə görmüş, onun idarə etdiyi avtomobilə sərnişin kimi əyləşmiş, düşən zaman isə M1a iki manat pul vermişdir. Əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkumlu q həyatı yaşamışdır. Hazırda da odlu silah saxlama əməlinə görə barəsində cinayət işi vardır. Buna görə də polis əməkdaşları daim onu nəzarət altında saxlayırlar. 23 yanvar 2020-ci il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, ona bir ərizə yazdıraraq imza etdirmişlər. Həmin yazını imzaladıqdan sonra polis şöbəsindən çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, guya ərizə verərək Məhkum narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışı ilə bağlı onu ifşa etmək istəyir. Belə bir hadisə olmamışdır. Bundan əlavə əməliyyat üçün polis əməkdaşları tərəfindən ona 10 (on) manat məbləğində pul da verilməmişdir. Ümumiyyətlə, nə 23 yanvar 2020-ci il tarixdə, nə ondan əvvəl, nə də sonra Məhkum hər hansı bir narkotik vasitə almamışdır. Bütün bunların necə baş verməsindən x əbəri yoxdur. İbtidai istintaq zamanı imza etidiyi sənədləri elə zənn etmişdir ki, özünün cinayət işi ilə bağlıdır. Belə ki, həmin vaxtlarda onun yaşadığı evdən mərhum atasına məxsus kəsilmiş odlu silah çıxdığı üçün məsuliyyətə cəlb olunmuşdur. X1 məhkəməsində də eyni məzmnunlu ifadə verərək birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsinin tam düzgün olduğunu və onu təsdiq etdiyini bildirmişdir.” Lakin, apellyasiya məhkəməsi qeyd olunan ziddiyyətləri aradan qaldırmamış, yalnız ibtidai istintaq dövründə olan ifadələri əsas götürməklə qənaətlənmişdir. Həmçinin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, X10 polis şöbəsinə gələrək ərizə yazırsa və Məhkum narkotik vasitələri satmasını ifşa etmək istəyirsə, nəyə görə bununla bağlı əməliyyat tədbiri planı hazırlanmamış və qurulmamışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə barədə” 23 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:30 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu Şahağacı kənd sakini Məhkum Astara rayonu Şiyəkəran kəndində saxlanılmış, Astara rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki köynəyinin sol cibində 1 bükümdə spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan göy rəngli siqaret qutusu aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2020-ci il tarixli, 97 saylı rəyi ilə təsdiq edilir ki, tədqiqata təqdim edilmiş üzərində "...Məhkum üzərindən.. 1 (bir) büküm.." sözləri ya zılmış kağız paketi açdıqda 2 ədəd iç-içə gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,255 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi – 0,255 qram, tədqiqata sərf edilmişdir – 0,05 qram, qalıq – 0,205 qram qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarmm dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, “təqsirkarın narkotik vasiətələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlara yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəleədən razılıq əldə edilməsi, narkotik vasiətlərdən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməs i, onların hazırlanması üçün avadanlıq alması və işin digər halları nəzərə alınmalıdır”. Lakin, Apellyasiya məhkəməsi Məhkum narkotik vasitələrin satışı ilə bağlı cinayət əməlinin törədilməsinə dair nəticəyə gələrkən iş materiallarında olan ziddiyyətləri aradan qaldırmadan qərar qəbul etmişdir. Həmçinin iş materiallarından da görünür ki, şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” etməsi barədə ifadə verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilir ki, “cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cin ayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesa b edir ki, Apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi zərurətini kifayət qədər əsaslandırmadan qərar qəbul etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranars a tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli hökmü Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsinə dair hissə istisna olmaqla ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1494/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1494/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver