Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1494/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X22 oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs X4 və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi iştirakları il ə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) 1(043)32/2021 nömrəli 23 noyabr 2021-ci il tarixli hökmü ilə 23 mart 1991-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-in “Gəncə 1” filial supermarket mağazasında müdir vəzifəsində işləyən, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olan, Gənc şəhəri, ünvan 1 ünvanında kirayədə yaşayan X5 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən v erilən ittihama görə, X9 19 fevral 2019-cu il tarixdən "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında mağaza müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına və "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmrə əsasən rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicəprofilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, bilikləri nin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsi və təşkil olunması ona həvalə edildiyi halda o, "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, konkret olaraq kabinası oturma meydançasından aralanın zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verməklə və həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs yük liftindən istifadə qaydada təlmatlandırılmasını təmin etməyərək «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.213 və 4.2.14 maddələrinin tələblərini pozması səbəbindən "xxxx" MMC-nin «Gəncə-1» mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs 10 may 2020-ci il tarixdə saat 09:08 dəqiqədə mağazanın ikinci mərtəbəsində kabinası oturma meydançasından aralandıqda avtomatik bağl ayan qıfıllarla təchiz olunmamış yük liftinin şaxtasına yıxılaraq ehtiyatsızlıqdan sol İİİ-İV-V-VİVİİ-Vİİİ-İX qabırğaların sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərdə kontuziya sahələri, ağciyərlərin kəskin ödemi, sol ağ ciyərin cırılması, qarının dərialtı yumşaq toxumalarına qansızma, sağ bazu, sol bud nahiyyələrinin qançırları xəsarətləri ilə müşayiət olunan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərindən 18 may 2020-ci il tarixdə Gəncə Müalicə Diaqnostika mərkəzində ölmüşdür Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Elçin Xasməmmədov) 1(104)-140/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Kəpəz Rayo n Məhkəməsinin 1(043)-32/2021 nömrəli 23 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, cinayət işi üzrə məhkəmə prosesində "xxxx" MMC-yə sorğu edilərək 23 noyabr 2021-ci il tarixdə alınıb elə həmin gün yəni, sonuncu məhkəmə prosesində məhkəməyə təqdim edilmiş və məhkəmə pr osesində tədqiq edilərək iş materiallarına əlavə edilmiş ən mötəbər sübutlardan biri hesab edilən 23 noyabr 2021-ci il tarixli 507 nömrəli "xxxx" MMC-nin baş direktorunun məktubunda qeyd olunan faktlar istər məhkəmə iclas protokolu istərsədə məhkəmə hökmündə öz əksini nədənsə tapmamışdır. Bununla bağlı iş materialları ilə tanış olarkən dövlət ittihamçısı tərəfindən məhkəməyə qeyd verilmişdir. Həmin məktubda birmənalı olaraq qeyd olunmuşdur ki, 10 may 2020-ci il tarixdə cinayət hadisəsi baş verən zaman "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasının filial müdiri ilə bağlı birinci vəzifə təlimatı yəni ibtidai istintaq orqanına təqdim edilmiş vəzifə təlimatı qüvvədə olmuşdur. Həmin vəzifə təlimatına əsasən mağaza müdiri Nürəddin Rəhimova rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılması, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılması, biliklərinin yoxlanılması və əməyin mühafizəsinin təbliğ edilməsi və təşkil olunması vəzifələri həvalə edilmişdir. Lakin qeyd etdiyim kimi həmin mötəbər və təkzibedilməz sübut tərəfimdən məhkəməyə təqdim edildiyi və məhkəmədə tədqiq edildiyi halda nədənsə məhkəmə həmin sübutu hökmdə qeyd etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verərkən Nürəddin Rəhimovun məhkəmə istintaqında özünü müdafiə xarakterli ifadəsinə istinad edərək bu qənaətə gəlmişdir ki, guya Nurəddin Rəhimovun işdə olan istintaq orqanına təqdim edilmiş vəzifə təlimatı və "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmrdən yəni, mağaza müdirlərinin rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatland ırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsi və təşkil olunmasının onlara həvalə edilməsi barədə əmrdən xəbəri olmamışdır. Belə ki, həmin əmr mağaza müdirlərinin elektron poçt ünvanına göndərilmiş və sonuncu isə həmin əmrlə şəxsən tanış edilməmişdir. Lakin ittiham tərəfindən "xxxx" MMC-dən sorğu edilərək alınıb məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 462 nömrəli məktuba qoşma sənədlərdən görünür ki, həqiqətən "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən imzalanmış yəni, Bazarstore MMC-nin baş direktorunun filial müdirlərinə rəhbərlik etdikləri müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlə rinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsi və təşkil olunmasının onlara həvalə edilməsi barədə 25 fevral 2019-cu il tarixli 12 ÜM nömrəli əmr məktubu "xxxx" MMC-də Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən Şahid5 məxsus “Qalib Residov” adlı poçt ünvanından təqsirləndirilən şəxs Nürəddin Rəhimova məxsus “Nureddin.RElektron ünvan ” adlı poçt ünvanına 21 yanvar 2020-ci il tarixdə saat 1:38-də “Nurəddin bəy salam.SƏTƏM üzrə sənədləri sizə göndərirəm, Hörmətlə, Şahid5 ƏM və TT üzrə Aparıcı mütəxəssis” məzmunlu məktubla birlikdə göndərilmiş və həmin məktubda sonuncu tərəfindən qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırki, müasir dövrdə ölkənin bütün dövlət idarə və təşkilatlarında o, cümlədən aparıcı özəl şirkətlərin hamısında bütün yazışmalar elektron poçta vasitəsilə həyata keçirilir və bu tətbiqi qadağan edən hər hansı bir qanun yaxud norma mövcud deyildir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Nürəddin Rəhimov müdafiəçisinin iştirakı ilə dəfələrlə verdiyi ifadələrinin heç birində onun mağaza müdiri kimi vəzifə təlimatında rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələ blərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsi və təşkil olunmasının ona həvalə edilməsindən və xx.xx.2021-ci il tarixli 507 nömrəli Bazarstore MMC-nin baş direktoru Burha Sevahilin bu barədə əlavə olaraq göstəriş əmrindən xəbərsiz olması barədə bir cümlə belə olsun ifadə verməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Nürəddin Rəhimovun ibtidai istintaq zamanı verdiyi ifadəsinə nədənsə hökmdə bir cümlə ilə də olsun belə öz münasibətini bildirməmiş dir. Məhkəmə «Məhkəmə-texniki təhlükəsizlik» ekspertizasının 19 avqust 2020-ci il tarixli, 10/1998 saylı və əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 10/4501 nömrəli rəylərini təhrif edərək, hökmdə göstərmişdir ki, guya həmin rəylərdə baş vermiş hadisə ilə əlaqədar X3 təqsiri müəyyən edilməmişdir. Beləliklə də, hazırki iş üzrə məhkəmə iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsinə əsaslanmaqla yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə işi qeyri-obyektiv və birtərəfli ap araraq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla yanlış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüq uqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qa nununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X5 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. İstintaq orqanın gəldiyi nəticə ondan ibarətdir ki, "xxxx" MMC-in Gəncə-1 mağaza müdiri X9 01 may 2020-ci il tarixdən 10 may 2020-ci il tarixədək Zərərçəkmiş şəxs təlimatlandırmamış, “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”-nın 4.2.13 və 4.2.14-cü bəndlərinin tələblərinə cavab verməyən liftin istismarına yol vermiş, həmin pozuntuların nəticəsində ehtiyatsızlıqdan mağazanın satıcısı Zərərçəkmiş şəxs ölümü baş vermişdir. X3 bu əməli Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkə mələr isə Nürəddin Rəhimovun ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkətlərin protokollarına və işin digər materiallarına istinad edərək nəticəyə gəlmişlər ki, cinayət işi üzrə toplanmış sübutlarla Nürəddin Rəhimovun Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli olması sübut olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində it tihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cin ayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi – texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda yaranır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti yalnız texniki təhlükəsizlik və ya əmək mühafizəs inin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs çıxış edə bilər və həmin tərkib maddi tərkib olduğundan onun yaradılması üçün üç zəruri şərt olmalıdır: texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; ehtiyatsızlıqdan insanın ölümü baş verməlidir; texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş insanın ölümünün arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən məhkəmələr tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri müzakirə edərək, məhkəmələ r tərəfindən qanunun yuxarıda qeyd edilən tələblərinə riayət edilməsi baxımından məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salır. İş üzrə X9 ifadə verərək bildirdi ki, 2016-cı ildən "xxxx" MMC-də çalışır, 2020-ci ilin aprel ayından hal-hazıra kimi "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında mağaza müdiri vəzifəsində işləyir. "xxxx" MMC-nin Gəncə filialı Gəncə şəhəri, N.Nərimanov prosekti 76 ünvanda yerləşir. Mağazanın fəaliyyət göstərdiyi qeyri yaşayış binası "xxxx" MMC-nin rəhbərliyi tərəfindən fiziki şəxs Şahid4 icarəyə götürülmüşdür. Mağaza müdiri kimi onun vəzifəsi mağazanın fəaliyyətinə nəzarət etməkdir. Əməyin mühafizəsi, texniki qaydalara nəzarət onun vəzifəsinə aid deyildir. Rəhbərlik etdiyi müəssisənin ərazisində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standa rtların, normaların və qaydaların bütün tələblərə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin və təşkil olunmasının ona həvalə edilməsinə dair "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 12 ÜM saylı əmrdən məlumatı olmamış, həmin əmrin mövcudluğunu barəsində cinayət işi başlanandan sonra xəbər tutmuşdur. 2020-ci ilin aprel ayından "xxxx" MMC-nin «Gəncə-1» supermarket mağazasında mağaza müdiri vəzifəsində işə ba şlayarkən həmin mağazada olan liftlərdən istifadə edilmiş, ona həmin liftin istifadə edilməməsi, liftdən istifadə qaydalarına dair onun işçiləri təlimatlandırması bildirilməmiş, həmçinin liftdən istifadə və texniki şərti barədə onun məlumatı olmamış, hadisə baş verən zaman onun həmin mağazada işlədiyi heç bir ayı tamam olmadığından və işçilər rüblük olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırıldığından ondan əvvəlki rəhbərlik sonuncu təlimatlandırmanı etmişdir. Həmçinin sözügedən kustar üsulla hazırlanmış liftin çöl hissəsində liftlə bağlı lövhələr vurulmuşdur və həmin lövhələrə əsasən işçilərin yük liftinə daxil olması ondan aşağı və yuxarı qalxmaq üçün istifadə edilməsi qadağan edilmişdir. "xxxx" MMC-nin işçilərinə yük liftindən yalnız yüklərin daşınması məqsəd i ilə istifadə edilməsi üçün icazə verilmişdir. Həmçinin bildirir ki, "xxxx" MMC-nin Gəncə filialının fəaliyyət göstərdiyi mağazada iki ədəd eskalator, bir ədəd sərnişin lifti və bir ədəd kustar üsulla hazırlanmış yük lifti quraşdırılmışdır. Həmin qurğuların texniki şərtlərinin olub-olmadığı barədə məlumatı yoxdur. Lakin həmin qurğular daimi saz və işlək vəziyyətdə olmuşdur. Mağazada istismar edilən yük lifti kustar üsulla hazırlanmışdır. Həmin liftin qapılarının elektron qaydada açılıbbağlanması avtomatlaşdırılmamış, yük lifti binanın zirzəmisində, 1-ci və 2-ci mərtəbələrində çağrı düyməsi ilə təchiz olunmuş, liftin qapıları lifti yalnız çağırmış şəxs tərəfindən açıla bilir. Həmin liftdən yalnız mağazada çalışan işçilər yük daşıma məqsədi ilə istifadə edirlər. Zərərçəkmiş şəxs 27 dekabr 2 019-cu il tarixdən "xxxx" MMC-nin Gəncə filialında satıcı kimi işə qəbul olunmuş və "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Zərərçəkmiş şəxs sonuncu dəfə «Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi haqqında» 01 mart 2020-ci il tarixdə təlimatlandırılmış və bu barədə «Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat» jurnalında təlimat almasına dair imza etmişdir. 10 may 2020-ci il tarixdə istirahət günü olduğundan iş yerində olmamış, həmin günü saat 11 radələrində mağazanın müdir müavini Eşqin Şəmi-zadə ona telefonla məlumat verərək satıcı Zərərçəkmiş şəxs mağazanın 2-ci mərtəbəsində liftin şaxtasına yıxılması və hazırda özünün danışa bildiyi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Əliqulu oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Əməyin Mühafizəsi və TexnikiTəhlükəsizlik şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Yeni işə qəbul edilən şəxsə vəzifə təlimatına uyğun olaraq izahlar edilir, sonra rəhbərlik tərəfindən əmr əsasında mağaza müdiri vəzifəsinə təyin edilir. "xxxx" MMC-yə məxsus təhlükəsizlik təlimatı vardır, ona birbaşa mağazamüdiri cavabdehdir. Təlimatlar "xxxx" MMC-yə məxsus qovluqlarda saxlanılır. Sadəcə olaraq yeni təyinat alan əməkdaşlara təlimatlar onun tərəfindən keçirilir. Həmin təlimatlara əsasən, mağaza müdiri nasazlıq olan zaman, dərhal məlumat verməlidir. Texniki təhlükəsizlik sənədləri və avadanlıqların alınıb-verilməsi onun üzərinə düşür. Ümumilikdə nəzarət onun tərəfindən həyata keçirilir. "xxxx" MMC-nin Gəncə şəhəri, Nərima nov prospekti 76 ünvanda yerləşən «Gəncə- 1» supermarket mağazasında baş verən hadisə ilə bağlı bildirir ki, həmin mağaza "xxxx" MMC tərəfindən 2014-cü ildə icarəyə götürülmüşdür. Həmin obyektin istismara verilməsinə dair sənədlər, çıxarış alınması üçün aidiyyəti üzrə Dövlət Reyestr Xidmətinə təhvil verildiyindən hazırda mövcud deyildir. O, həmin mağazada təxminən 2018-2019-cu illərdə ezam olmuşdur, lift o zaman istifadə edilirdi. Sözügedən liftin kustar üsulla hazırlanması haqqında sonradan məlumatı olmuşdur, onun kustar üsulla hazırlanması onlara icarəyə götürülən zaman deyilməmişdir. Həmin lift standartlara uyğun olaraq yığılıb, lakin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Liftləbağlı o, məsələni şifahi formada şöbə müdirinə bildirmiş, o da rəhbərliyə bu barədəməlum at vermişdir. Onun kustar üsulla hazırlanmış liftin istifadəsinə hər hansı bir məhdudiyyət qoymaq, dayandırmaq vəzifəsi yoxdur. O, ümumi nəzarəti həyata keçirir. X9 "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasına müdir təyinedilərkən ona heç kim təlimat keçirilməmiş, o, avadanlıqlarla tanış edilməmişdir. Buməsələ ilə bağlı "xxxx" MMC-nin Kadrlar şöbəsi maraqlanmalı idi. X9 onlar tərəfindən dəvət edilməli və ona vəzifə təlimatları barədə məlumat verməli idi. O, Nürəddin Rəhimova liftdən istifadə edibetməməsi barədə heç bir şey deməmişdir. Liftlə bağlı nasazlıq baş verən zaman müxtəlif lift təmir şirkətləri dəvət edilirdi və onlar təmirlə bağlı problemi aradan qaldırırdılar. Həmin lift təxminən 6 il həmin mağazanın istifadəsində olmuşdu r. Həmçinin əlavə olaraq bildirmək istəyir ki, sözügedən kustar üsulla hazırlanmış liftin çöl hissəsində liftlə bağlı lövhələr vurulmuşdur və həmin lövhələrə əsasən işçilərin yük liftinə daxil olması ondan aşağı və yuxarı qalxmaq üçün istifadə edilməsi qadağan edilmişdir. "xxxx" MMC-nin işçilərinə yük liftindən yalnız yüklərin daşınması məqsədi ilə istifadə edilməsi üçün icazə verilmişdir. Əlavə olaraqbildirir ki, o, "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019cu il tarixli, 12 ÜM saylı əmr elektron poçt vasitəsi ilə X3 elektron poçtuna 21 yanvar 2020ci il tarixdə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 76 ünvanda yerləşən və hal-hazırda "xxxx" MMC-nin icarəsində olan, zirzəm idən, iki mərtəbə və mansarddan ibarət, ümumi sahəsi 3354 kv.m. qeyri yaşayış sahəsi olan bina onun özünə məxsusdur. Qeyd edilən binanı "xxxx" MMC ilə arasında 16 iyun 2014-cü il tarixdə bağlanmış müqavilə əsasında 10 il müddətinə icarəyə vermişdir. Həmin icarəmüqaviləsinə əsasən marketin təmiri və fəaliyyəti ilə bağlı Dövlət Orqanlarından və ya digər aidiyyəti olan orqanlardan tələb edilən icazə və razılaşdırmaların alınması onun özünün öhdəsinə düşür, qeyri yaşayış sahəsi olan binanın texniki pasportu vardır. Həmin binada Azərbaycan istehsalı olan iki ədəd zəncir ötürücülü eskalator və bir ədəd Türkiyə istehsalı olan «Senkron» markalı, zavod üsulu ilə hazırlanmış yük lifti quraşdırılmışdır. Qeyd elilən eskalator və yük liftinin istismarı üçün «Təhlükə potensiallı obyektlərin Dövlət reyes trində» qeydə alınması təmin olunmuşdur və bu barədə müvafiq çıxarış vardır. Bununla belə, ona məxsus olub, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti,76 ünvanda yerləşən qeyri yaşayış binasında əlavə olaraq kabinəli və giriş qapılarının açılıb-bağlanması elektron qaydada təmin edən avtomatlaşdırılmış qurğu quraşdırılmamış qaldırıcı qurğu quraşdırılmışdır. Qaldırıcı qurğunun giriş qapıları iki taylı olmaqla qapıların açılıb-bağlanması üçün qapının yuxarı baş hissəsində sürtkəc quraşdırılmışdır. Həmin sürtkəci hərəkətə gətirmədən qapıların açılması mümkün deyildir. Qaldırıcı qurğu kustar üsulla hazırlanmışdır. Həmin qaldırıcı qurğunun texniki şərtlərini müəyyən edən pasportu yoxdur və həmin qurğu «Təhlükə potensiallı obyektlərin Dövlət reyestrində» qeydə alınmamışdır. Həmin qurğunun istismar edilməsi üçün müvafiq texniki şərtlər və «Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyi»ndən müvafiq icazə və çıxarış alındıqdan sonra həmin qaldırıcı qurğu istifadə olunmalıydı. Onun tərəfindən «Bazarstore MMC»-yə icarəyə verilmiş qeyri yaşayış binasında quraşdırılmış qurğulardan istifadə vaxtı «Texniki təhlkəsizlik qaydaları»na əməl edilməsi vəzifəsi icarə müqaviləsinə əsasən icarədarın öz üzərinə qoyulmuşdur. 10 may 2020-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus olub, «Bazarstore MMC-yə icarəyə verilmiş, market kimi istifadə edilən qeyri-yaşayış binasında satıcı ilşəyən bir qız binada quraşdırılmış və qaldırıcı qurğu kimi istifadə edilən liftin şaxtasına düşərək xəsarət almışvə daha sonra bədən xəsarətlərindən ölmüşdür. Həmin satıcı qızın hansı şəra itdə qaldırıcı qurğu kimi istifadə edilən liftin şaxtasına yıxılması və xəsarət alması barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən nəzarəti Dövlət Agentliyinin, X21 İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən nəzarəti müfəttişliyinin baş məsləhətçisi, baş müfəttişi vəzifəsində işləyir. Hüquqi və ya fiziki şəxslərə məxsus yaşayış və qeyri yaşayış binalarında quraşdırılan liftlər və digər qaldırıcı qurğulara nəzarət, onların texniki yoxlamalardan keçirilməsi "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na və "Digər qaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən aparılır. "Qaldırıcı qurğuların Agentlikdə qeydiyyata alınması sahibinin yazılı müraciəti və qurğunun təqdim olunmuş texniki pasportunun qurumun mütəxəssisi tərəfindən yerində olan avadanlığın texniki göstəricilərinin uyğunluğu araşdırıldıqdan sonra aparılır. Lift quraşdırılıb qeydiyyata alındıqdan sonra isə "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən müfəttiş tərəfindən texniki müayinədən keçirilib, istismarına icazə alınmalıdır. Liftlərin dövrü texniki müayinəsi isə 12 aydan gec olmayaraq keçirilməli və pasportunda növbəti müayinə vaxtına qədər istismarına icazə haqqında yazılmalıdır. "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında baş verən hadisə ilə bağlı bildirir k i, liftin quraşdırılması üçün lisenziyalı təşkilata yazılı ərizə ilə müraciət edilməli və orada qeydiyyatda alınmalı idi. Sözügedən liftin quraşdırılması üçün heç bir sənədi və icazəsi olmamış, kustar qaydada hazırlanmış və icarəyə götürülən tərəfindən bu hallar araşdırılmamış və həmin liftdən istifadə edilmişdir. İş materiallarında olan məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 19 avqust 2020-ci il tarixli, 10/1998 salı rəyindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov prosektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlanan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunması hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar «Liftlə rin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin tələbləri pozulmuşdur. Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında quraşdırılmış yük liftinin müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməsini, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsini təmin etmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.1.1 bəndinin tələbləri tikilinin sahibi Şahid4 tərəfindən pozulmuşdur. Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən "xxxx" MMC-nin filial supermarket mağazasında qaydaların tələblərinə uyğun olmayan, konkret olaraq kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarın a yol verdiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru tərəfindən pozulmuşdur. Hadisənin yük liftinin mövcud qaydalara uyğun quraşdırılmaması nəticəsində baş verdiyini və Zərərçəkmiş şəxs liftdən istifadə qaydalarına dair təlimatlandırılmadığını nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Məhkəmə iclasında dindirilmiş ekspert Şahid6 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzində mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu vəzifəsində işləyir. Tərəfindən iş üzrə tərtib edilən rəylə bağlı bildirir ki, "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanda yerləşən «Gəncə-1» supermarket mağazasında kustar üsulla hazırlanmış lift quraşdırılmışdır. Həmin liftin 6 il işləməsi barədə onun heç bir məlumatı olmamışdır. Liftin texniki müayinədən keçirilməsi məsələsi obyekt sahibi Şahid4 üzərinə, amma sırf istismarla bağlı məsələ "xxxx" MMC-nin üzərindədir. Həmçinin orada tərəflər arasında icarə müqaviləsinin olması öz əksini tapmışdır. İcarə müqaviləsinin 6-7 bəndinin tələblərinə əsasən, binanın qanunvericiliyin tələblərinə uyğun istismar olunmasını icarəçi öz üzərinə götürür. Həmin liftlə bağlı təlimat keçirilsə də belə liftin istifadəsi tam olaraq qadağandır. Lift FHN-də və digər müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınmalı idi. Liftə onun tərəfindən baxış keçirilməmiş, rəy verilərkən cina yət işi materiallarına istinad edilmişdir. Liftlərin quraşdırılması və istismarı ilə bağlı müəyyən təhlükəsizlik qaydaları vardır. Ən əsası lift bu qaydaların tələblərinə cavab verməli idi, FHN-də də ilkin olaraq bu qaydalar tələb ediləcəkdir. Lakin heç bir qaydalara əməl olunmadığından sözügedən lifdən istifadə oluna bilməzdi. Gündəlik həyatda istifadə edilən liftlərin iki qapısı vardır, bu da təhlükəsizlik baxımından qoyulmuşdur ki, çöl qapının biri ən azından bağlı vəziyyətdə qalsın. Həmçinin, qaydalara əsasən lift kabinadan 11 sm aralanarsa onun qapısı açılmamalıdır. Hadisənin video görüntüsündən görünür ki, şaxtada lift yoxdur, xanım gəlir qapını açır və arxaya doğru hərəkət edərək, liftin boşluğuna düşür. Bu hadisədən də məlum olur ki, lift düzgün quraşdırılmamışdır. İş materiallar ı ilə tanış olan zaman məlum olmuşdur ki, həmin mağazada əlavə bir ədəd lift də olmuş və müvafiq icra hakimiyyəti orqanlarından qeydiyyatdan keçmişdir. O, iş materiallarında olan sənədlər üzərindən araşdırma aparmışdır. Onun "xxxx" MMC-nin strukturundan məlumatı yoxdur. İş materialına əlavə edilmiş mağaza müdirinin vəzifə təlimatına və iş materiallarında olan sənədlərə uyğun müvafiq rəy tərtib etmişdir. Onun tərəfindən verilmiş rəydə texniki səhv olaraq "xxxx" MMC-nin direktorunu yazmışdır, lakin o, filial direktorunun məsuliyyətini nəzərdə tutmuşdur. Əlavə olaraq bildirir ki, "xxxx" MMC-nin mağaza müdirinin vəzifə təlimatı ilə tanışdır, digər vəzifə təlimatları tanış olmamışdır və barədə məlumatı yoxdur. O, "xxxx" MMC-nin digər vəzifəli şəxslərinin vəzifə təlimatları ilə tanış olsaydı, rə y verərkən müəyyən dəyişiklik ola bilərdi. "xxxx" MMC-nin sədrinin 25 fevral 2019-cu il tarixli əmri vardır, həmin əmrdə "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar, un məmulatları departamenti, meyvə-tərəvəz və ət məhsullarının çeşidlənməsi şöbəsi, yeməkxana, nasos stansiyaları, qazanxana, ofis və s) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsi üçün cavabdeh şəxslər həmin müəssisənin müdirləri təyin edilmiş, cavabdeh şəxslərin rəhbərlik etdikləri müəssisələrin ərazilərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə lazımi sani tariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin təşkil olunmasını təmin etmələri əmr edilmişdir. Əmrin icrasına nəzarət ƏM və TT aparıcı mütəxəssis Şahid5 həvalə edilmişdir. Hesab edir ki, sözügedən lift texniki müayinədən keçməyib və mağaza müdiri bu barədə təlimatlandırılmayıb. Lakin, qanunu bilməmək məsuliyyətdən azad etmir, o bu barədə məlumatlandırılmalı idi. "xxxx" MMC-nin rəhbərliyi ƏM və TT aparıcı mütəxəssis Şahid5 göndərməli idi, ƏM və TT aparıcı mütəxəssis Şahid5 da həmin mağazanı yoxlayıb ona nəzarət etməli idi. Ona aydın olur ki, ƏM və TT aparıcı mütəxəssisi Şahid5 vəzifə təlimatlarında müəyyən qayda p ozuntuları vardır. Liftlə bağlı onu demək istəyir ki, liftin nə qədər müddətdir işləməsi barədə onun məlumatı olmamışdır. Əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 10/4501 nömrəli rəyində göstərilmişdir ki, 1) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin, "xxxx" MMC-nin “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssisinin vəzifə təlimatı”nın 8, 10 bəndlərinin və "Bütün sahələr üçün ümumi ol an qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda olan «Müəssisə direktorunun əmək funksiyası»nın tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki və təşkilati səbəbləri olmuşdur. 2) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında mövcud qaydaların tələblərinə uyğun olmayan, müvafiq qaydada texniki müayinə və sınaqlardan keçirilməsi, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsi təmin edilməmiş yük liftinin istismarına yol verilməklə iş sahəsində işçilərin əməyi üçün təhlükəsiz və əlverişli şəraitin yaradılması təmin edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nm 4.2.13, 4.2.14 bəndlərinin və "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif -İxtisas Sorğu Kitabçası"nda olan «Müəssisə direktorunun əmək funksiyasının tələbləri "xxxx"MMC-nin direktoru tərəfindən pozulmuşdur. 3) "xxxx" MMCnin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında quraşdırılmış avadanlıq, maşın və mexanizmlərin (o cümlədən yük liftinə) vəziyyətinətexniki müayinə və lazımi sınaqların keçirilməsini təşkil etməklə, mağazanın daxilindəəmək təhlükəsizliyi standartları üzrə qüvvədə olan normaların tələblərinin gözlənilməsinə nəzarət etmədiyinə görə, vəzifə təlimatının 8, 10-cu bəndlərinin və «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14-cü bəndlərinin tələbləri "xxxx" MMC-nin Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssisi tərəfindən pozulmuşdur. 4) "xxxx" MM C-nin baş direktoru Burhan Sevahilin 25 fevral 2019-cu il tarixli 12 ÜM №-li əmrinə əsasən "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar və s.) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə cavabdeh mağaza müdirləri təyin edilmişdir. Hadisə baş vermiş mağazanın müdiri X10 tərəfindən «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.2.13, 4.2.14-cü bəndlərinin tələblərinin pozulması halı məhkəmə tərəfindən sonuncunun həmin əmrlə tanış olub-olmaması məsələsi müəyyən edildikdən sonra həll edilə bilər. 5) "xxxx" MMC-nin Gəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında quraşdırılmış yük liftinin müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməsini, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsini təmin etmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 7.1.1 bəndinin tələbləri tikilinin sahibi Şahid4 tərəfindən pozulmuşdur. 6) Rəyin tədqiqat hissəsində (səhifə-14) göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən cəmiyyətin struktur bölgüsü müəyyən edilməklə idarə işlər şöbəmüdiri və inşaat və texniki işlər bölməsinin baş mühəndisinin "xxxx" MMC-ninGəncə şəhəri, Nərimanov prospekti 76 ünvanında yerləşən "Gəncə-1" supermarket mağazasında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinədair öhdəliklərinin olub-olmaması aydınlaşdırıldıqdan sonra sonuncular tərəfindən vəzifə təlimatlarının tələblərinin pozulub-pozulmaması müəyyən edilə bilər. 7) "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən imz alanmış 25 fevral 2019-cu il tarixli 12 nömrəli əmrin "Bazarstore” MMC-nin mağaza müdirinin vəzifə təlimatına uyğun olub-olmaması hüquqi xarakterli məsələ olmaqla məhkəmə tərəfindən həll edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi tərəfindən 10 dekabr 2019-cu il tarixdə verilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-11414 nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 76da yerləşən obyektdə 02 ədəd eksalator (9000 adam/saat) və 01 ədəd yük lifti (yük/q 1000 kq) qeydiyyata alınmışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin 13 may 2020-ci il tar ixli **********7 nömrəli “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” əmri tərtib edilmiş təhqiqat aktının “3.Bədbəxt hadisənin şəraiti” başlığında olan hissəsində tədqiqatın gedişində "xxxx" MMCnin "Gəncə-1" mağazasında istifadədə olan yük liftinin (qaldırıcı qurğunun) texniki sənədləri, qurğunun quraşdırılma, sınaq və istismara qəbul aktı komissiyaya təqdim olunmamış, icarəyə verən Şahid4 izahatında bədbəxt hadisə baş vermiş yük liftinin (yük qatdırıcı qurğunun) həmin qeyri-yaşayış sahəsini icarəyə verməzdən əvvəl quraşdırıldığını bildirmiş və qurğunun istismara qəbul aktının olmadığını təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC 01 noyabr 2021-ci il tarixli, 461 nömrəli məktubunda göstərilmişdir ki, Gəncə şə həri Kəpəz Rayon Məhkəməsinin icraatında olan X10 barəsində 1(043)-32/2021 nömrəli cinayət işi üzrə "xxxx" MMC-yə ünvanlanan 26 oktyabr 2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, ibtidai istintaq orqanlarının cinayət işinin materiallarına əlavə olunmuş mağaza müdirinin vəzifə təlimatı ibtidai istintaq orqanına iş yerində baş vermiş bədbəxt hadisənin təhqiqatını aparan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinə həmin sənəd "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı və uçota alınması Qaydalarf'na əsasən Xidmətin sorğusu əsasında 2020-ci ilin may ayında Gəncə-1 Bazarstore mağazasının müdiri Nurəddin Rəhimovun şəxsi iş qovluğundan götürü lmüş və "xxxx" MMC-nin İnsan Resursları Departamentinin əməkdaşı tərəfindən təqdim edilmişdi. Lakin qeyd etməliyik ki, Nurəddin Rəhimovun şəxsi iş qovluğunda həmin tarixdə iki vəzifə təlimatı mövcud olmuş, əməkdaşımızın diqqətsizliyindən hadisə baş verənədək təsdiq olunmuş son vəzifə təlimatı yox, ilkin vəzifə təlimatı təqdim olunmuşdur. Sonradan bununla bağlı müraciət daxil olmadığından ikinci vəzifə təlimatı məhkəmədən bu barədə sorğu daxil olanadək heç bir orqana təqdim edilməyib. Nəzərinizə çatdırmaq istərdik ki, "xxxx" MMC-də iş fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və şirkət əməkdaşlarının vəzifə səlahiyyətlərinin daha da konkretləşdirilməsi məqsədi ilə şirkət əməkdaşlarının vəzifə təlimatı dönəm-dönəm dəyişdirilir, təkmilləşdirilir və hər bir ə məkdaşımız vəzifəsinə uyğun olaraq, müvafiq vəzifə təlimatları ilə tanış edilərək, həmin sənədlər əməkdaşların şəxsi iş qovluğuna daxil edilir. Bundan əlavə, bildirmək istərdik ki, əvvəlki vəzifə təlimatında işçilərin mağaza müdiri tərəfindən texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılması vəzifəsi qeyd edilmiş, işçilər də mağaza müdiri tərəfindən müvafiq qaydada təlimatlandırılmış və bu barədə "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə Giriş təlimatı" jurnalında və "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar, növbədənkənar təlimat" jurnalında işçilər tərəfindən imzalar atılmışdır. Belə ki, məlum bədbəxt hadisə nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs 27 dekabr 2019cu il tarixində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə giriş təlimatı ilə və 01 mart 2020-ci il tarixində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təkrar qaydada təlimatlandırılmışdır. "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmrdən görünür ki, "xxxx" MMC-nin müəssisələrində (mağazalar, anbarlar, un məmulatları departamenti, yeməkxana, nasos stansiyaları, qazanxana və sair) əməyə mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsi üçün cavabdeh şəxslər həmin müəssisəsinin müdirləri təyin edilsinlər. Cavabdeh şəxslər rəhbərlik etdikləri müəssisələrin ərazilərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartların, normaların, və qaydaların bütün tələblərinə əməl edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan norma tivlərə uyğunlaşdırılmasını, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətlərin yaradılmasını, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və əməyin mühafizəsinin təbliğ edilməsinin təşkil olunmasını təmin etsinlər. İşdə olan "xxxx" MMC-in baş direktorunun 08 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, X9 01 may 2020-ci il tarixdən "xxxx"MMC-in Gəncə mağaza müdiri vəzifəsində işləyir. İşə əlavə edilmiş 16 iyun 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 76 ünvanında yerləşən Gəncə-1 mağazasının sahəsi "xxxx" MMC tərəfindən 2014-cü il tarixdə Şahid4 icarəyə götürülmüşdür. Müqavilə "xxxx" MMC-nin baş direktoru və Şahid4 tərəfindən imzalanmışdı r. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutları tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya protesti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin hökmünü əsaslı və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin hallarına nəzər salıb məhkəmələrin gəldiyi nəticələri aşağıda göstərilən səbəblərə görə əsaslı hesab edir. Məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, 2014cü ilin iyun ayında "xxxx" MMC Şahid4 məxsus Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə götürmüş və hə min sahədə "xxxx" MMC-nin Gəncə-1 mağazası fəaliyyət başlanmışdır. İcarəyə verilmiş sahədə yük lifti quraşdırılmışdır. Şahid4 ona məxsus olan qeyri-yaşayış sahəsində lift quraşdırıldıqdan sonra “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”-nın 7.1.1-ci bəndinin tələbləri pozaraq müvafiq qaydada texniki müayinə və sınaqlardan keçirilməsi və dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsini təmin etməmişdir. "xxxx" MMC-nin rəhbərliyi də Şahid4 qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra həmin yük liftinin texniki müayinə və sınaqlardan keçirilməsi və dövlət nəzarət orqanlarında qeydiyyata götürülməsi barədə hər hansı bir sənədlərin olmadığı halda “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”-nın 7.1.1-ci bəndinin tələblərinin yerinə yetirilmə si üçün tədbir görməmiş və nəticədə yuxarıda qeyd edilən Qaydaların 4.2.13 və 4.2.14-cü bəndlərinə zidd olaraq lift şaxtalarının qapıları, kabina oturma meydançasından 150 mm aralanmadan qapıları bağlayan avtomatik qıfılla təchiz olunmayan və həmin qapıları çöldən açılması mümkün olan lifti istismara başlamışdır. 01 may 2020-ci il tarixdə X9 "xxxx" MMC-in Gəncə-1 mağaza müdiri vəzifəsinə təyin edilmişdir. 10 may 2020-ci il tarixdə Gəncə-1 mağazanın satıcısı Zərərçəkmiş şəxs liftin qapısını çöldən açaraq ehtiyatsızlıqdan lift şaxtasına yıxılıb və alınmış bədən xəsarətlərindən 18 may 2020-ci il tarixdə ölmüşdür. Beləliklə də müəyyən edilmişdir ki, "xxxx" MMC-in Gəncə-1 mağazasında olan lift şaxtası qapılarının bağlayan avtomatik qıfılla təchiz olunmaması nəticəsində ehtiyatsızlıqdan satıcı Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-in 20 fevral 2019-cu il tarixli mağaza müdiri vəzifə təlimatından (cild 2 i.v. 143-144) görünür ki, texniki təhlükəsizlik və əməyin mühafizəsinə nəzarətin həyata keçirilməsi mağaza müdirinin xidməti vəzifəsinə aid edilməmişdir. İbtidai istintaq materiallarına əlavə edilmiş "xxxx" MMC-in tarixli göstərilməyən mağaza müdiri vəzifə təlimatından (cild 1 i.v. 185-186) görünür ki, mağaza müdiri üzərinə texniki təhlükəsizlik qaydaları haqqında işçiləri təlimatlandırmaq vəzifəsi qoyulmuşdur. İşdə olan Bazarstore” MMC-in Gəncə-1 mağazasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat Jurnalından görünür ki, satıcı Zərərçəkmiş şəxs 01 mart 2020-ci il tarixdə təlimatlandırılmışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalar üzrə təlimatlandırılmamasına dair ibtidai istintaqın gəldiyi nəticə iş materialları ilə uzlaşmır. Bundan əlavə, iş hallarından görünür ki, zərərçəkmiş şəxsin ölümü məhz lift şaxtasının qapılarının avtomatik qıfılla təchiz olunmadığı səbəbindən baş vermiş və zərərçəkmiş şəxsin təlimatlandırıb-təlimatlandırılmaması ilə bağlı olmamışdır. "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bəraət almış şəxs X9 öz ifadəsində göstərmişdir ki, o, həmin əmrin mövcüdluğu barədə yalnız hadisədən sonra bilmişdir. Həmin əmrin icrasına nəzarəti həyata keçirən şəxs "xxxx" MMC-nin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə aparıcı mütəxəssis Şahid5 da ifadəsində bildirmişdir ki, o, N.L.Rəhimovu həmin əmrlə tanış etməmiş, N.L.Rəhimov vəzifəyə təyin edərkən həmin əmrlə bağlı təlimatlandırılmamış, həmin əmr elektron poçt vasitəsi ilə X3 elektron poçtuna 21 yanvar 2020-ci il tarixdə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün nəticəyə gəlmişdir ki, istintaq orqanı tərəfində bəraət almış şəxs X3 hadisədən əvvəl "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmri ilə tanış olması barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Verilmiş rəylə bağlı dindirilmiş ekspert Şahid6 ifadəsində qeyd etmişdir ki, X3 "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmri ilə tanış olub-olmaması rəy verilməsi üçün heç bir əhəmiyyət yoxdur, çün ki qanunu bilməmək məsuliyyətdən azad etmir, o bu barədə məlumatlandırılmalı idi. Məhkəmə kollegiyası ekspertin bu yanaşmasını əsaslı hesab etmir. Belə ki, "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 25 fevral 2019-cu il tarixli, 12 ÜM saylı əmr qanun deyil. Həmin əmrlə X3 üzərinə qoyulmuş vəzifələr mağaza müdiri vəzifə təlimatından kənara çıxır. Belə olan halda N.L.Rəhimov tərəfindən əmrlə onun üzərinə qoyulmuş vəzifələrin icra edilməməsinə görə məsuliyyət yalnız onun əmrlə tanış olduğu halda yarana bilər. Bundan başqa, məhkəmə kollegiyası X3 elan edilmiş ittihamda təqsirlilik məsələsini müzakirə edərək qeyd edir ki, zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olan təhlükəsizlik qaydalarının pozuntuları liftin təhlükəsizlik qaydalarına uyğun quraşdırılmamasından irəli gəlir. Li ft təhlükə mənbəyi olan və bununla əlaqədar müəyyən texniki tələblərə cavab verilməli olan qurğu olduğundan onun təhlükəsiz istismarını, habelə “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”-nın tələblərinə riayət edilməsini təmin etmək üçün liftlərin quraşdırılması, onların müayinədən və sınaqdan keçirilməsi, onlara texniki xidmət göstərilməsi yalnız ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilir. Həmçinin texniki təhlükəsizliyini təmin etmək məqsədi ilə liftlərin texniki təhlükəsizliyinə nəzarət edən müvafiq dövlət orqanlarında da qeydiyyata alınması tələb olunur. Həmin tədbirlərin həyata keçirilməsi üçün lifti istismar edəcək müəssisə və ya digər hüquqi şəxs ixtisaslaşdırılmış təşkilatlarla və nəzarət edən orqanlarla müvafiq müqavilələr bağlamalıdır. Ci nayət işinə əlavə edilmiş "xxxx" MMC-nin nizamnaməsindən isə görünür ki, mağaza müdiri X3 MMC-in adından hər hansı bir müqavilənin bağlanması səlahiyyətinə malik olmamış və onun bu yolla “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”-nın tələblərini icra etmək imkanı olmamışdir. Həmçinin "xxxx" MMC-nin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə aparıcı mütəxəssis Şahid5 da öz ifadəsində göstərmişdir ki, o, 2018-2019-cu illərdə Gəncə-1 mağazaya ezam olunmuş, o zaman lift istifadə edilmiş, lakin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Liftləbağlı o, məsələni şifahi formada şöbə müdirinə bildirmiş, o da rəhbərliyə bu barədəməlumat vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi Nürəddin Rəhimovun Azərbaycan Respubli kası CM-in 162.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair nəticəyə gəlmiş və onun barəsində bəraət hökmü çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsində göstərilir ki, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsi rləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıхarılır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Nürəddin Rəhimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, ape lyasiya instansiyası məhkəməsinin X9 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəl illəri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X9 barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1494/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1494/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver