Məhkəmə qərarları › İş №1(102)-1495/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1495/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1495/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və bəraət almış şəxs Məhkum iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Resp ublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim: X10) 25 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1973-cü ildə Şəmkir rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək, ona bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı i lə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Məhkum 06 aprel 2019-cu il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla özünə məxsus VAZ 2106 markalı **-OJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərindən Şəmkir rayonu istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasi təsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyib Gəncə-Şəmkir yolunda yerləşən X7 bərabərliyində Gəncə-Şəmkir yolu ilə eyni istiqamətdə hərəkətdə olub sola dönmə əməliyyatını yerinə yetirən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş, nəticədə sürücüsü Zərərçəkmiş şəxs döş qəfəsinin və qarının qapalı travması, splenektomiya, qaraciyərin, nazik və yoğun bağırsağın müsariqəsinin çoxsaylı yaraları, sol tərəfli hemotoraks, hemorragik şok İV dərəcə, sol tərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların yerdəyişmiş və yerdəyişməmiş sınıqları, L2,L3,L4 və L5 fəqərələrinin sol köndələn çıxıntılarının yerdəyişmiş sınıq ları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına və sonuncunun faktiki sahibi olduğu avtomobilə 2021 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək həmin qərarın ləğv edilməsi işin yeni Apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, hər iki məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün fakti ki halla araşdırılmamış, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin iclas protokolu və hökmündən görünür ki, qeyd edilən sənədlərdə təqsirləndirilən şəxsin ifadəsinin bir hissəsi yanlış təsbit edilmiş və sonuncunun ifadəsi təhrif edilmişdir. Belə ki, məhkəmə iclas protokolu və hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs Məhkum məhkəməyə verdiyi ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Gəncə şəhəri, X4rşısında olan işıqfora yaxınlaşan zaman yolun sağ zolağından qəflətən “VAZ 2107” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin qarşısına dönmüş və o bu zaman əyləci sıxsa da avtomobili dayan dıra bilməmiş, avtomobil sürüşərək “VAZ 2107” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin qarşısını almaq üçün heç bir imkanı olmamışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə yolun hərəkət hissəsində olarkən digər avtomobilləri gördüyü kimi onu da görmüş, lakin Zərərçəkmiş şəxs asta hərəkət edərək və digər avtomobilləri buraxaraq hərəkət etdiyindən hərəkət trayektoriyalarının kəsişəcəyini düşünməmişdir. O, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin onun qarşısına çıxdığını gördükdə aralarında 4-5 metr məsafə olmuşdur. O, yol hərəkət qaydalarını pozmamış, hadisənin baş verməsində təqsiri yoxdur. Birinci instansiyada məhkəməsində iştirak edən dövlət ittihamçısı tərəfindən məhkəmə iclas protokoluna qeydlər verilmişdir. Qeyd etmək zəruridir ki, təqsirləndiri lən şəxs Məhkum məhkəmədə verdiyi ifadəsinin bir hissəsinin yanlış təsbit edilməsi bir hissəsinin isə təhrif olunması məhkəmə hökmündən də açıq-aydın görünür. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi və məhkəmə hökmündə öz əksini tapmış ifadələr arasında əhəmiyyətli ziddiyyətlər vardır. Lakin məhkəmə CPM-nin 327.1.3-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə istintaqı zamanı elan etməklə tədqiq etməmiş və bu kimi ziddiyyətə hökmdə ümumiyyətlə qiymət verməmişdir. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Məhkum özünü törədilmiş cinayətdə təqsirli bilmədiyi halda zərərçəkmiş şəxsə dəymiş ziyanı n bir qismini ödəmişdir. İbtidai istintaq zamanı tərtib edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında" protokola əlavə edilmiş sxemdən görünür ki, həmin sxem iştirakçılar o, cümlədən təqsirlədirilən şəxs Məhkum tərəfindən imzalanmış və sonuncu həmin sxemə hər hansı əlavə, yaxud qeyd verməmişdir Məhkəmə istintaqı zamanı sənədlərin tədqiqi mərhələsində məhkəmə ibtidai araşdırma zamanı “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda qeyd olunan faktlarla kifayətlənməmiş və yol nəqliyyat hadisəsi yerinə təkrar baxış keçirilməsi barədə qərar qəbul edərək, tərəflərin iştirakı ilə hadisə yerinə təkrar baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer Gəncə-Şəmkir yolunun Şəmkir rayonu istiqamətində olan hissəsidir. Yolun həmin hi ssəsi 4 hərəkət zolağından ibarətdir, sağ kənar zolağın eni 4,4 metr, digər zolaqların hər birinin eni 3,3 metrdir. Yolun həmin hərəkət hissəsinin ümumi eni 17 metrdir. Yolun sağ kənarından toqquşma yerinə qədər olan məsafə 14 metrdir. Yolun sol kənar zolağında yerdə düzünə və sola hərəkətə icazə verən, digər zolaqlarda isə yalnız düzünə hərəkətə icazə verən üfüqi nişanlanma xətləri çəkilmişdir. Zərərçəkmiş şəxs ona məxsus nəqliyyat vasitəsinin hərəkətə başladığı yeri və hərəkət trayektoriyasını göstərərək işıqforun bilavasitə yaxınlığında dayandığını və yol nisbətən boşaldıqda hərəkətə başlayaraq qövsvari trayektoriya ilə geriyə dönmə manevri etmək üçün yolayrıcına daxil olduğunu, bu zaman təqsirləndirilən şəxsin nəqliyyat vasitəsinin sol kənar zolaqla sürətlə gələrək onunla toqquşduğunu göstərmişdir. Həmçinin baxışda iştirak edən təqsirləndirilən şəxs toqquşma yerini göstərmiş və bildirmişdir ki, o, sol kənar zolaqda hərəkətdə olarkən qəfildən zərərçəkmiş şəxsin nəqliyyat vasitəsi onun hərəkətdə olduğu zolağa çıxmış və o, həmin nəqliyyat vasitəsini toqquşma yerinə 4-5 metr məsafədə görmüş, əyləci işə salsa da avtomobili saxlaya bilməmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarına uyğun gəlməyən öz mövqeyini əvvəlcədən ortaya qoyaraq sanki öz gəldiyi nəticəni bir imperativ norma kimi ekspertlər qarşısında tələb kimi qoymuş və ekspertlərin mütləq təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anını zərərçəkmiş şəxsə məxsus nəqliyyat vasitəsinin birinci hərəkət zolağına daxil olduğu andan qəbul etməli olduqlarını göstərmişdir. bütün toplanmış sübutlara baxmayaraq məhkəm ə yenə də təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı ilə bağlı hissədə öz mövqeyini dəyişməmiş və hökmdə qeyd etmişdir ki, “ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasında ekspert təhlükənin yaranması anı kimi zərərçəkmiş şəxsə məxsus olan nəqliyyat vasitəsinin yolun sağ kənarından hərəkətə başladığı anı götürmüş, lakin məhkəmə həmin fikirlə razılaşmır və qeyd edir ki, sürücünün yol kənarından hərəkətə başlayan hər nəqliyyat vasitəsini təhlükə kimi qəbul etməsi və nəqliyyat vasitəsini tam dayanma həddinə çatdırması yolda hərəkəti ümumiyyətlə qeyri-mümkün edər”. Təhlükənin yaranma anının müəyyən edilməsi hüquqi qiymətləndirməyə əsaslandığından xüsusi bilik tələb edən məsələ deyildir və ekspert tərəfindən yox, ekspertizanı təyin edən orqan tərəfind ən müəyyən edilir. Lakin məhkəmə bu qənaətə gələn zaman nəzərdən qaçırmışdır ki, hadisə zamanı hər iki avtomobil eyni istiqamət üzrə dörd zolaqlı yolda hərəkət istiqamətində olmaqla, həmin vaxt yol kənarında dayanmış zərəçəkmiş şəxs öz avtomobilini işə salaraq qövsvari şəkildə hərəkət etdirərək, zolaqları bir-birinin ardınca kəsməklə, təqsirləndirilən şəxsin hərəkətdə olduğu birinci zolağa daxil olmuş, zərərçəkmiş şəxsin öz avtomobili ilə belə bir manevrlər edərək, onun hərəkətdə olduğu 1-ci zolağa daxil olmasını isə təqsirləndirilən şəxs çox uzaq bir məsafədən görmüşdür ki, bu halda da düzgün olaraq istintaq orqanı və ekspertlər təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı kimi zərərçəkmiş şəxsə məxsus olan nəqliyyat vasitəsinin yolun sağ kənarından hərəkətə başladığı anı götürmüşlər. Beləliklə də, məhkəmənin, təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı ilə bağlı gəldiyi nəticə nəinki təsdiq olunmamış, hətta yuxarıda qeyd edilən sübut növləri ilə tam təkzib edilmiş və həmin nəticə işin faktiki hallarına uyğun olmamışdır Göründüyü kimi məhkəmə 1 nəfər şəxsin ağır dərəcəli bədən xəsarəti alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsinə toplanılmış sübütları tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız təqsirləndirilən şəxs Məhkum hadisənin mexanizminə və işin faktiki hallarına uyğun olmayan ifadəsindəki xüsusatlar əsasında mülahizələrə istinad etməklə sonuncuya bəraət vermiş, bununla da, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsinə əsasən məhkəmənin bu Məcəllənin 143-146-cı maddəsinin tələblərinə müvafiq ol araq sübutları tədqiq etməməsi, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınması, kassasiya protestinin təmin olunması və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısını n çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddəsinə əsasən cinayət təqibi üzrə topl anmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əsassız olaraq CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xü susiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətm əkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Cinayət-Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanılmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılaraq əsaslı şəkildə Məhkum barəsində bəraət hökmü çıxarılmışdır, gəlinən nəticə işin faktiki hallarına tam uyğundur. İş materiallarında olan, Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 03 iyun 2020-ci il tarixli 8/286 nömrəli rəydə göstərilmişdir ki, hərəkət üçün təhlükə yaranan anda VAZ2106 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma ye rindən 48,7 metrdən kiçik məsafədə olmasının müəyyən edilməsi şəraitində sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 48,7 metrdən böyük məsafədə olmasının müəyyən edilməsi şəraitində sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında sə bəbli əlaqə olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-2106 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 4 metr uzunluğunda tormoz izinə uyğun olaraq onun tormozlamadan əvvəlki hərəkət sürəti mövcud şəraitdə 25km/saatdır. Lakin rəyin tədqiqi hissəsinə əsasən VAZ-2106 markalı avtomobilin hadisədən əvvəlki real hərəkət sürəti hesabla tapılmış 25 km/saatdan artıq olmuş və onun nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmələr belə qənaətə gəlmişdir ki, yol-nəqliyyat hadisələri ekspertizası hərəkət üçün təhlükə yarandığı anda Məhkum idarə etdiyi nəqliyyat vasitəsinin toqquşma yerindən hansı məsafədə olmasını və sürətini m üəyyən edə bilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə videofonoqrafik ekspertizası da həmin suallara cavab verə bilməmişdir. Bu isə təqsirləndirilən şəxsin təqsirliliyinin əsaslı şübhə altına düşdüyünü göstərir. Məhkəmələr həmçinin vurğulamışdır ki, hadisənin videogörüntülərindən hərəkət üçün təhlükənin yarandığı anın videogörüntünün 4-cü saniyəsində, toqquşmanın isə 5-ci saniyəsində olması nəzərə alınarsa təhlükənin yaranma anı ilə toqquşma arasında maksimum iki saniyə vaxt keçməsi mümkündür. Verilmiş rəylərdə Məhkum idarə etdiyi nəqliyyat vasitəsinin sürətinin saatda 25 km-dən çox olduğu, lakin dəqiq sürətinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Yolun həmin hissəsində icazə verilən sürət həddi 60 km/saat olduğundan Məhkumsaatda 60 km sürətlə hərəkət etməli olduğunu əsas götürsək, sadə riyazi hesablama ilə avtomobil iki saniyə ərzində 33,33 metr məsafə qət etmişdir. Bu da Məhkum hadisə baş verən andakı sürətinin hətta saatda 60 km olması halında belə toqquşma yerinə ekspert tərəfindən müəyyən edilmiş kritik məsafədən (48,7 metr) daha yaxın olduğunu, beləliklə hadisənin qarşısını almağa texniki imkanının olmadığını göstərir. Hər hansı başqa sübutla dəstəklənməsə də məhkəmə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin təxmini olaraq göstərdiyi 80 km/saat sürətlə hərəkət etmiş olduğunu fərz edərək qeyd edir ki,Məhkum saatda 80 km sürətlə hərəkət etsə, iki saniyədə 44,44 metr məsafə qət edəcəkdi ki, bu zaman da onun hadisənin qarşısını almaq üçün zəruri olan minimal 48,7 metr məsafədən daha yaxında olduğu müəyyən edilir. O da nəzərə alınmalıdır ki, eksper t tərəfindən müəyyən edilmiş tam dayanma yolu (48,7 metr) nəqliyyat vasitəsinin saatda 60 km sürətlə hərəkət etməsi halı üçün hesablanmışdır və sürətinsaatda 80 km olacağı təqdirdə VAZ-2106 markalı avtomobilin mövcud yol şəraitində dayanma yolu ibtidai araşdırma zamanı ekspert tərəfindən 77,6 metr olaraq müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilk növbədə məcburi hərəkət istiqaməti nişanlarının tələblərini rəhbər tutmalı, hərəkət zolağını dəyişməzdən əvvəl isə həmin zolağın manevr üçün kifayət qədər məsafədə boş olmasından əmin olduqdan sonra keçdiyi zolaqda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu üçün Məhkum hətta daha əvvəldən Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsini görmüş olsa idi belə, onun üçün təhlükənin yaranması anı Zər ərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinin onun hərəkətdə olduğu zolağa daxil olduğu və beləliklə onun hərəkəti üçün maneə yaratdığı andır. Apellyasiya məhkəməsi həmçinin vurğulamışdır ki, sürücü ümumilikdə hərəkətinin təhlükəsizliyinə fikir verməyə borclu olsa da o yalnız qarşısındakı maneələrə görə cavabdehlik daşıyır. Eyni istiqamətə gedən yolda dörd hərəkət zolağı olduğu halda ən axırıncı hərəkət zolağından birbaşa birinci zolağa oradan isə geriyə dönməyə cəhd edilməsi yol hərəkəti haqqında qanununvericiliyin tələblərinə uyğun deyil. Həmçinin birinci zolaqla hərəkət edən sürücü axırıncı-dördüncü zolaqla hərəkət edən avtomobilin qəflətən bütün zolaqları kəsib onun hərəkət zolağına daxil olmasını ehtimal etməyə borclu deyil. İstənilən hər bir halda “Yol hərəkəti haqqında” Azərbayca n Respublikası Qanunun 42-ci maddəsi, yalnız manevr edən, yerdəyişmə edən sürücünün üzərinə manevrinin və ya yerdəyişməsinin təhlükəsizliyini təmin etmək vəzifəsi qoyur. Birinci zolaqla hərəkət edən sürücü isə heç bir manevr etmir və öz yolu ilə hərəkətdədir, onun digər yol hərəkəti iştirakçılarının ağlabatmayan manevrlərini ehtimal etməsi mümkün deyil və bu heç inandırıcı da sayıla bilməz. Məhkəmələrin qənaətincə hazırki işdə sürücü Zərərçəkmiş şəxs tərəfindən məhz təsvir olunan qayda pozuntuları baş vermişdir. O Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən ən sonuncu (dördünü) hərəkət zolağından manevrə başlayaraq üçüncü və ikinci zolaqları kəsib birinci zolağa daxil olarkən həmin hərəkət zolağı ilə hərəkətdə olan Məhkum idarə etdiyi avtomaşınla onun avtombili toqquşmuşdur. Zərərçəkmiş şəxs hərəkəti Məhkum üçün gözlənilməz və qarşısı alınmaz olmuşdur. Hadisənin videogörüntülərindən müəyyən edilir ki, zərərçəkmişin sonuncu hərəkət zolağından manevrrə başlayıb birinci zolağa daxil olduğu anadək saniyələr keçmişdir. Yəni hadisə saniyələr ərzində baş vermiş, hadisə baş verməzdən qabaq Zərərçəkmiş şəxs birinci hərəkət zolağına daxil olması vaxtı onunla Məhkum idarə etdiyi avtomobil arasındakı məsafə o qədər qısa olmuşdur ki, artıq hadisənin qarşısını almaq texniki cəhətdən mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən təqdim edilmiş kamera görüntüləri əsasında keçirilmiş ekspertiza zamanı ekspert belə rəy vermişdir ki, toqquşan nəqliyyat vasitələri arasında məsafənin qısa olması səbəbindən hadisənin Məhkum tərəfindən qarşısının alınması mümkün olmamışdır. Apellyasiya mə hkəməsi hesab etmişdir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, Məhkum ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan avtomobil vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum əsassız yerə bəraət verilməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində qərarın ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbay can Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar