Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1496/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X7, Məhkum, Zərərçəkmiş şəxs qızının nümayəndəsi - vəkil Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli, 1(104)-198/2021 nömrəli qə rarından Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 04 sentyabr 1976-cı il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 (bir) azyaşlı və 2 (iki) yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan. 2. 04 avqust 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına gör ə, Məhkum 13 mart 2020-ci il tarixdə, saat 08 radələrində ictimai yer hesab olunan Şəmkir rayonu, Şiştəpə kəndinin mərkəzində yerləşən Zərərçəkmiş şəxs qızına və X3 məxsus çay evlərinin qarşısına gələrək heç bir səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafda olanlara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 8-10 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək özü ilə gəzdirdiyi, silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs qızına və X3 məxsus çayxananın şüşələrini sındırıb, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən xüsusilə qərəzli xuliqanlıq hərəkətləri edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs qızına 455 manat, X3 75 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda - 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqd a əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 13 iyun 2020-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməkdaşları tərəfindən həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 09 ədəd çətənə bitkisi aşkar edilərək götürü lmüşdür.
4. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində cəzanı yüngülləşdirən halların məcmusunu, yəni xuliqanlıq cinayəti üzrə törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, öz vicdanı qarşısında özünü mühakimə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmaqla himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, hadisədən sonra zərərçəkmiş şəxs Mədəd İsmayılovla barışıq əldə edərək ona vurmuş olduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxs Mədəd İsmayılovun ondan hər hansı şikayətinin və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs isə vurmuş olduğu 455 manat məbləğində maddi ziyanı ödəmək istəsə də, həmin şəxsin bundan imtina etməsini müstəsna hallar kimi qiymətləndirərək hesab etmişdir ki, onun barəsində təqsirli bilindiyi Azər baycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül, lakin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar.
5. Şəmkir Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 1(076)-14/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 9 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edi lmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 13 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi apelyasiya şikayətləri vermişdir. Zərərçəkmiş şəxs qızı apelyasiya şikayətində birinci i nstansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsini, müdafiəçi apelyasiya şikayətində məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir.
7. Zərərçəkmiş şəxs qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə ona 2150 manat ziyan vurmuşdur, bu barədə dəfələrlə müraciət etsə də həmin ziyan ödənilməmişdir. Buna görə də, məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş edir.
8. Məhkumun müdafiəçisi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təyin edilmiş cəza onun şəxsiyyətinə və törətmiş olduğu cinayətin ağırlığına uyğun deyildir. Məhkum törətmiş olduğu əməli səmimi etiraf etmiş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yerində müsbət xarakterizə olunur və c əzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə tərəfindən məhkum barəsində olan yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmamış və nəticədə Məhkum həddən artıq ağır cəza təyin edilmişdir. Odur ki, məhkum barəsində olan yüngülləşdirici halların nəzərə alınmasını və onun barəsində təyin olunan cəzanın şərti hesab edilməsini xahiş edir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli, 1(104)-198/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs qızı və məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 1(076)14/2021 nömrəli hökmü Zərərçəkmiş şəxs qızı və məhkumun müdafi əçisi tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. X5 Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli, 1(104)198/2021 nömrəli qərarından Zərərçəkmiş şəxs qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar
11. Zərərçəkmiş şəxs qızı kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum tərəfindən ona 455 (dörd yüz əlli beş) manat maddi ziyan dəymiş, hal-hazıra qədər vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli, 1(104)-198/2021 nömrəli qərarının ləğv edilməsini, Məhkum ən ağır cəza verilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir.
12. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləs inin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin ko llegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Zərərçəkmiş şəxs qızı kassasiya şikayətində Məhkum ən ağır cəzanın təyin edilməsini xahiş edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs qızının kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli qəra rının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 19.Cinayət törətmiş şəxs barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız həmin instituta həsr olunmuş norması (Cinayət Məcəlləsinin 62-ci maddəsi) deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır.
20. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sos ial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində isə təsbit olunur ki, cinayətin məqsədi və motivi, təqs irkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”.
23. Həmin Məcəllənin 62.2-ci maddəsi ilə müəyyən edilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
24. Kassasiya şikayətindən aydın olur ki, Zərər çəkmiş şəxs qızı məhkum X4 ona dəymiş 455 manat pulun hal-hazıra kimi ödənilmədiyini qeyd edərək, ona ağır cəza təyin edilməsini istəmişdir.
25. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-159/2020 nömrəli cinayət işi üzrə apardığı məhkəmə iclasının 18 sentyabr 2020-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini istəməmiş, ödənişin ona edilməsindən imtina etmiş və bildirmişdir ki, oğlu barəsində polisə şikayətlə müraciət etdiyinə görə, o, Məhkum “həbsdə yatması”nı istəyir (cild 2; səh164).
26. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Məhkuma qarşı qərəzli mövqedə olmasını, eləcə də zərərin ödənilməsi ilə bağ lı aşağı instansiya məhkəmələrində bildirdiyi münasibətini nəzərə almaqla, kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi məhkəmənin mülahizəsinə görə cinayət qanununun 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir.
28. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum barəsində cəzanı yüngülləşdirən halların məcmusunu, yəni xuliqanlıq cinayəti üzrə törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, öz vicdanı qarşısında özünü mühakimə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmaqla himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, hadis ədən sonra zərərçəkmiş şəxs Mədəd İsmayılovla barışıq əldə edərək ona vurmuş olduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxs Mədəd İsmayılovun ondan hər hansı şikayətinin və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs isə vurmuş olduğu 455 manat məbləğində maddi ziyanı ödəmək istəsə də həmin, şəxsin bundan imtina etməsini müstəsna hallar kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə və təyin olunmuş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunun müstəsna hallar kimi nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmi ş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, Məhkum törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır.
30. Qeyd olunan və digər cəzanı yüngülləşdirən halların mövcudluğu barədə məhkəmələrin gəldikləri nəticələr məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi nə birinci və nə də ki apellyasiya instansiyası məhkəmələrində təkzib edilməyən sübutlarla təsdiq olunduğundan, eyni zamanda, həmin qərarlarla bağlı nə apellyasiya, nə də ki kassasiya protestləri verilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 139.0.5, eləcə də 143-146-cı maddələrinin tələbinin pozuntularına yol verilməmişdir.
31. Cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilmədiyi vəziyyətdə qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunun müstəsna hallar kimi qiymətləndirilməsi onu göstərir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi əsaslı və qanuni olaraq tətbiq edilmişdir.
32. Çünki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, məhkəmələrin istinad etdikləri xüsusatlar onu göstərir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nət icə həqiqətən də həmin Məcəllənin 62.1-ci maddəsində həmin institutun tətbiq edilməsi əsasları sırasında göstərilən - cinayətin motivinə, cinayətin törədilməsindən sonra cinayət törətmiş şəxsin davranışına aid olan, cinayətin və təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan (müstəsna xarakter daşıyan) həqiqi hallardan hasil edilmişdir.
33. Təsvir olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya məhkəməsi isə cinayət işinə apellyasiya qaydasında baxarkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, ümumiyyətlə məhkumun şəxsiyyətinin səciyyələndirilməsi üzrə məsələləri düzgün həll etməklə bərabər, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın məhkumun islah olunmasına və ailəsini n həyat şəraitinə təsirini də nəzərə alıb, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyi barədə nəticəyə gəldiklərindən, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq saxladığı 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutuna dair Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəalarına, həmin Məcəllənin prinsip lərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz.
34. Bu səbəblərdən məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlamaqla qanuni və əsaslı qərar çıxarmışdır.
35. Şərh edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 may 2021-ci il tarixli, 1(104)-198/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.