Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1496/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Məhkum Azərbaycan Respublikasının Cinayə t Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 1(105)-405/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-177/2023 saylı, 24 may 2023-cü nömrəli hökmü (sədrlik edən hakim R.E.Xəlilov) ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkilmə müddəti Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti ve rilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: A.İ.İbrahimov (sədrlik edən), R.Ə.Ağayev və R.O.Əsgərova) məhkumun apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlində CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Lakin məhkumun yuxarıda göstərilən məzmunda Sumqayıt Apellyasiya Məhkəməsinə qərarından verdiyi kassasiya şikayətinə diqqət etdikdə, kassasiya şikayətinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunmadan verilməsi müəyyən olunmuşdur. Belə ki, kassasiya şikayətinin başlığında şikayətin Məhkum tərəfindən verildiyi qeyd olunsa da, həmin şikayət adı çəkilən şəxs tərəfindən imzalanmamış, şikayətin məhz onun tərəfindən verildiyini təsdiq edən hər hansı bir sənəd kassasiya şikayətinə əlavə olunmamışdır. Göstərilən hal kassasiya şikayətinin həqiqətən də hüququ olan şəxs tərəfindən verilibverilməməsi ilə bağlı əsaslı şübhələr yaradır ki, həmin şübhələrin aradan qaldırılması ilə bağlı apellyasiya məhkəməsi tərəfindən heç bir addımlar atılmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. Bu tələblərə baxmayaraq, məh kumun müraciətinin mümkünlüyü yoxlanılmadan Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinin 10 oktyabr 2023-cü il tarixli, 1(105)-405/2023 saylı məktubu ilə həmin müraciət ona mahiyyəti üzrə baxılması üçün cinayət işinin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hərçənd CPM-in 415.1.1-ci maddəsində təsbit edilmişdir ki, kassasiya şikayətinin və ya kassasiya protestini vermiş şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda və CPM-in 415.1.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. CPM-in 415.2-ci maddəsinin tələbinə və mənasına görə isə kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxs tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə, o cümlədən prosessual hüquq normalarının tələblərin ə əsaslanıb məhkumun müraciətinə baxılmasının mümkünlüyü barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, hazırki iş üzrə müdafiəçi Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərarından verdiyi və kassasiya şikayəti adlandırdığı müraciətin kassasiya şikayətinə dair tələblərə cavab verilib-verilməməsinin yoxlanılması üçün həmin müraciət baxışdan çıxarılmalı və bu müraciət Məhkum son olaraq CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının bu haqda qənaəti isə yuxarıda göstərilənlərlə yanaşı həmçinin CPM-in 418.3-cü maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 413, 415 və 418.3-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 1(105)-405/2023 nömrəli qərarından verdi yi kassasiya şikayəti onun kassasiya şikayətinə dair tələblərə cavab verilib-verilməməsinin yoxlanılması üçün baxışdan çıxarılsın və bu müraciət Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1496/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1496/2024
09.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver