Məhkəmə qərarları › İş №1(102)-1496/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1496/2025

23.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1496/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Mə hkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər A.Ə.Məcidov və S.A.Məmmədzadədən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1991-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 dekabr 2019-cu ildə cəzanın sona çatması ilə əlaqədar azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 8 (səkkiz) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 24 aprel 2023-cü il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim C.V.Hüseyn, hakimlər H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə ə sasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda XXX12nın vətəndaşı olması ehtimal edilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroini, təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamini, təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryəki əldə edib saxlayaraq daşımış, xx.xx.2023-ci il tarixdə, saat 16:00 radələrində ünvan3ndə yerləşən XX12in qarşısında özünü şübhəli apardığına görə XX14-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən XX14-nin XXX16-nə gətiri lib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli çantasının içərisindən 1 (bir) ədəd üzərində narkotik vasitə heroinə məxsus olan izləri olan elektron tərəzi, həmin çantada futlyarda saxlanılan 4 (dörd) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 2,135 qram, 1,400 qram, 0,082 qram, 0,242 qram, ümumi təmiz çəkisi 3,859 qram - külli miqdarda olan kustar usulla hazırlanmış narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 0,127 qram, 0,776 qram, 0,076 qram, ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryək və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar ed ilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət prosesində onun müdafiə hüququ, sübutlar və sübutetməyə cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən ibtidai istintaqda polis tərəfindən ona zor tətbiq edilməsinə, təzyiq göstərilməsinə baxmayaraq bu hal, eləcə də məhkəmə iclasında verilmiş ifadələr nəzərə alınmamış, birinci instansiya məhkəməsinin ittiham hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı ittiham aktında göstərilmiş, lakin qanunsuz yolla əldə olunmuş və məhkəmələr tərəfindən yoxlanılmayan sübutların üzərində qurulmuşdur. Nəticədə, polis tərəfindən saxlanılarkən onda yalnız 2 qram narkotik vasitə (heroin) olduğu halda o, əsassız olaraq ona aidiyyəti olmayan dah a 2 qram eyni narkotik vasitəni, 1,892 qram tiryəki və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqda, daşımaqda, eləcə də hər hansı bir şəxslə birgə cinayət törətmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarının ləğv edilərək, ittihamdan və məhkəmə qərarlarından Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edilməsi və cəzasının yüngülləşdirilməsi barədə qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həm in əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin şübhəli və təqsirləndirilən şəxsin cinayət prosesində hüquqlarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinə əməl etmədiklərini, nəticədə təkbaşına və yalnız iki qram heroin narkotik vasitəsini əldə edib saxladığına görə təqsirli bilinməli və cəzalandırılmalı olduğu halda əməlinin əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi - Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif olunduğunu və həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, məhkəmə qərarlarından əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsinə dair müddəaların çıxarılması və cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırma nın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 3,859 qram narkotik vasitə heroini, 0,979 qram psixotrop maddə metamfetamini, 1,892 qram narkotik vasitə tiryəki əldə edib saxlayaraq daşıması, xx xx xx 2023-ci il tarixdə, saat 16:00 radələrində XXX16 ndə yerləşən XX18in qarşısında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində aparılmış şəxsi axtarışın gedişində həmin narkotik vasitələrin və psixotrop maddənin götürülməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən ed ilmişdir. Məhkum aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin növlərinin və miqdarının mübahisələndirilməsi üzrə dəlilləri (üzərində yalnız 2 qram heroinin olmasına və onu şəxsi istehlakı üçün əldə edib saxlamasına dair iddiası) birinci instansiya məhkəməsində ətraflı araşdırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmələr həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, onun mobil telefon nömrəsində aşkar edilmiş çoxsaylı SMS yazışmaları, şahidlərin ifadələri, maddi sübutlar, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum zor tətbiq etməklə, qanunsuz təsir göstərməklə, müdafiə hüquqlarının pozulması ilə əldə edilməsi barədə iddiasının birinci insitansiya məhkəməsində bilavasitə tədqiq olunmuş sübutlarla təkzib olunması barədə nəticəyə gəlmişdir. Məhkəmələrin Məhkum məhz satış məqsədi ilə əldə edib saxladığı və üzərində daşıdığı narkotik vasitələrin və psixotrop maddənin miqdarlarının hazırki qərarın “İşin halları” bölməsində göstərildiyi kimi olmasına və aşkar edilmiş həmin maddə və vasitələrdən birinin - heroinin kütləsinin külli miqdar təşkil etməsinə, bunlarla yanaşı Məhkum elektron tərəzinin aşkar edilməsinə görə təqsirkarın əməllərinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi; ibtidai araşdırma zamanı Məhk um qanunsuz təsir göstərilməməsi; ondan alınmış ifadələrin və digər sübutların CPM-in 33, 125, 143-146-cı maddələrinin tələbləri baxımından yolverilən olması və Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması üçün kifayət etməsi barədə nəticələri kassasiya şikayətində göstərilənlərlə üst-üstə düşən eyni dəlillərin, həmin dəlillərlə əlaqəli olan işin hallarının CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş sübutlar əsasında tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslandığından, kassasiya şikayətində isə məhkəmələrin həmin məsələlər üzrə gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırıl ması üzrə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması üzrə hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə nəticə birinci instansiya məhkəməsində baxılmış (apellyasiya instansiyası məhkəməsinin qərarında təhlil edilmiş) sübutlardan irəli gəlmədiyindən, Məhkum əməlləri düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, cinayət təqibi orqanı kimi, məhkəmələr də Məhkum XXX21-nın vətəndaşı ilə qabaqcadan əlbir olaraq ona isnad edilən cinayət əməllərini törətməsini (CM-in 234.4.1ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğunu) müstəsna olaraq Məhkum özünün ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində, o cümlədən narkotik vasitələrin və psixotrop maddənin ondan götürlməsini əks etdirən şəxsi axtarışın gedişində verdiyi etirafedici ifadələri ilə əsaslandırmışlar. Hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 ifadələri Məhkum bu məsələ üzrə söylədiklərinə əsasən verilmiş məlumatlar olmaqla, eləcə də hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında gətirilən digər sübutlar – məhkəmə ekspertizalarının rəyləri, mobil telefon əlaqələrinə baxış keçirilməsi haqqında və s. istintaq hərəkətlərinin protok olları sözügedən tövsifedici əlamət barədə məlumat yükü daşıyan müstəqil məlumat mənbəyi kimi çıxış etmirlər. Lakin Məhkum etirafedici ifadəsindəki məlumatlar belə onun və naməlum XXX21nın vətəndaşının birgə, yəni hər ikisi üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, CM-in 31-ci maddəsinə əsasən “iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. CM-in 34.2-ci maddəsinə görə “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 2022-ci il 6 may tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqacadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönlü), bir-birini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə - vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir (31-ci bənd). Məhkum ittiham aktında təsvir olunmuş, ibtidai istintaq zamanı verdiyi (apellyasiya instansiyası məhkəməsinin təhlil etdiyi) etirafedici ifadələrinə görə isə o, tanımadığı XXX21-nın vətəndaşı ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamaqla sonuncunun satdığı heroin və tiryək narkotik vasitələrini, habelə metamfetamin psixotrop maddəsini onun dəyərini təşkil edən 100 manatı əvvəlcədən bank kartına köçürüb ödəməklə (daha əvvəl alınmış ifadəsinə görə), digər ifadəsində isə 100 manatı sonradan ödəmək şərti ilə (nisyə olaraq) əldə etmiş, lakin XXX25lının yerini ona “WhatsApp” proqramı vasitəs i ilə bildirdiyi məkandan narkotik vasitələri və psixotrop maddələri götürdükdən sonra onları satmış şəxsin mobil telefon nömrəsini itirdiyi üçün, onların dəyərini XXX25lıya ödəyə bilməmişdir. Bu məlumatlara görə, Məhkum külli miqdarda heroin narkotik vasitəsini, habelə tiryəki və metamfetamini satış məqsədi ilə əldə etmə cinayətini törətdiyi halda, vətəndaşlığının XXX21 olduğu güman edilən naməlum şəxs həmin narkotik vasitələri və psixotrop maddəni Məhkum satma cinayətini və ehtimalla buna qədər baş vermiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan başqa (məsələn, narkotik vasitələri XXX21-da və ya başqa yerdə əldə etmə, saxlama, Azərbaycan Respublikasının ərazisinə daşıma və s.) əməlləri Məhkum iştirakı olmadan törətmişdir, yəni Məhkum və digər şəxs üçün ümumi olan (vahid ) cinayətin törədilməsi faktı, o cümlədən buna dair əvvəlcədən razılaşmanın əldə edilməsi halı (birgəlik) müəyyən olunmamışdır. Halbuki, Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, yəni o cümlədən, əməlin Cinayət Məcəlləsinin bu və ya digər maddəsi üzrə tövsifini şərtləndirən halların sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci ma ddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir” (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməsini tələb edir (CPM, ma ddə 21.2). CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla şərtləndirilməsinə (sübut etmə predmetini təşkil etməsinə) baxmayaraq, məhkəmələrin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət qədər sübutlar olmadan həmin halın müəyyən edilmiş olmasından çxış edərək, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərini qeyd edilən əlamət üzrə - CMin 234.4.1-ci maddəsi ilə tövsif etmələri onu göstərir ki, bununla məhkəmələr apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Odur ki, əməlin hüquqi tövsifində yol verilmiş səhvin aradan qaldırılması üçün Məhku m CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar hökmdən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından xaric edilməlidir. Məhkum təyin olunmuş cəzaya gəldikdə, hazırki işdə cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran hal qismində müəyyən edildiyindən, Məhkum isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-in 65.2-ci maddəsində təsbit olunmuş təhlükəli residivə görə cəzanın təyin edilməsi qaydasının müəyyən etdiyi minimal həddə (8 il müddətə) azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, eyni zamanda residiv nəzərə alınmadan cəzanın təyin edilməsi üçün əsas verən – CM-in 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar müəyyən olunmadığından, məhkəmə kollegiyası bunlardan, eləcə də CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş məsələlər üzrə hazırki i şdə müəyyən olunmuş digər hallardan və CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərindən çıxış edərək, Məhkum təyin olunmuş cəzanı ədalətli hesab edir və onun yüngülləşdirilməsi üçün əsas tapmır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini r əhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü dəyişdirilsin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar həmin qərar və hökmdən xaric edilsin. Məhkum üzərində birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılsın. Qalan hissədə qərar və hökm dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar