Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1497/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 23 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən), Əhməd Quliyev və Azər Paşayev) 1(101)-230/2021 nömrəli 04 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Kirovabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in Məcəlləsinin 2013-cü il mayın 09-dan qüvvədə olan 144- 1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddət inə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2019-cu ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 144-1.2.2.-ci və 1441.2.5.-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən 2012-ci il noyabr ayının sonlarında ünvan 2 ünvanı tam bəlli olmadığı mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlamaq la Rusiya Federasiyasının Moskva şəhərində işə düzəldəcəyi adı ilə aldatma yolu ilə tamah niyyəti ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün sonuncunu cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Məhkum ona yol bileti aldırıb 2012-ci il dekabrın 03-də Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçərək Rusiya Federasiyasının Moskva şəhərinə getməsini təşkil etmiş, Samirə Tahir qızı X3 Qasımovanı qarşılamaqla göstərilən tarixdən 2013-cü il fevralın 28-dək həmin şəhərdəki müxtəlif ünvanlarda öz nəzarəti altında pul ödənişləri müqabilində kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edi lmişdir ki, Məhkum Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 05 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-in 144-1.2.2.-ci və 144- 1.2.5.-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən 2014-cü il iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində, istintaqa ünvanı tam bəlli olmadığı mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlamaqla Rusiya Federasiyasının Moskva şəhərində işə düzəldəcəyi adı ilə aldatma yolu ilə tamah niyyəti ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün son uncunu cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Məhkum göndərdiyi 150 ABŞ dolları məzənnəsi ilə 117 manata özünə yol bileti alıb 2014-cü il iyunun 25-də Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçərək Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, Məhkum Zərərçəkmiş şəxs1 qarşılamaqla göstərilən tarixdən 2014-cü il iyulun 08-dək həmin şəhərdəki müxtəlif ünvanlarda öz nəzarəti altında pul ödənişləri müqabilində kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elmar Rəhimov, hakimlər Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-2038/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı cəzadan da az cəza (CM-in 62 maddəsinin tətbiqi) təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, verilmiş ittihamın qərəzli, şişirdilmiş və m əntiqsiz olması istintaqın ilk günlərindən çox böyük təəccüb doğurur. Belə ki, cinayət işinin materiallarını nəzərdən keçirdikdə bəlli olur ki, məhkəmə istintaqında ifadə vermiş hər iki zərərçəkmiş şəxs əvvəllərdə fahişəliklə məşğul olduqlarını bildirməklə Məhkum ilə barışdığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, sonuncu haqda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişlər. Bundan başqa təqsirləndirilən şəxs ifadə verərkən bildirmişdir ki, hadisəsinin üzərindən 10 ildən çox vaxt keçib o əməlindən səmimi peşman olmaqla himayəsində yetkinlik yaşına çatmayan övladı və həyat yoldaşı vardır. Artıq uzun illərdir ki, qanunla qadağan olunmuş əməllərdən əl çəkmiş və sosial həyata adaptasiya olmaqla öz əməyinin zəhməti ilə ailəsinin, azyaşlı övladının qayğısına qalır. Məhkəmə cəza təyin edərkən, iş üzrə ağırlaşdırıcı halları sadalayıb nəzərə alsa da, heç bir yüngülləşdirici halları nəzərə almamışdır. Qanunun mənasına görə, cəza siyasəti fərdi olmalı və hamıya öz əməlinə və şəxsiyyətinə uyğun cəza təyin edilməlidir. Lakin hər iki məhkəmə instansiyası Təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət hadisəsinin üzərindən 10 ildən çox vaxt keçməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən cəza vermə prinsiplərini də pozmuşdur. Belə bir ananın yəni bütün əməllərindən peşman olmuş qadının 8 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, onun islah olması üçün deyil, həyatının məhv edilməsi üçün tam şəkildə zəmin yaradır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayə tinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1.-ci maddələri ilə nəzərdə tutulan c inayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi his səsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Məhkum qəsdən cinayət törətməyə görə əvvəllər məhkəmə hökmü əsasında təqsirli bilinib məhkum olunmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. İş üzrə Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa g örə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin ed ilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nə zərə almış, əməlində cinayətlərin təhlükəli residivi olmasını Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Qeyd olunmalıdır ki, həmin maddənin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halların və həm də cəzanı ağırlaşdıran halların olmasını nəzərə almışlar. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləş dirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 dekabr 2021ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Az ərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci və 144-1.2.4-1-ci maddələri məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1497/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1497/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver