Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1498/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2024-cü il 1 iyul tarixli, 1(103)-1440/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X1 (sədrlik edən), X15 və X6 ibarət tərkibdə) 2024-cü il 29 aprel tarixli, 1(101)-123/2024 nömrəli hökmü ilə, 3 yanvar 1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Xaçmaz rayonu, Şollar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında nömrəsiz fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin t örədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasnın əvvəlinin 2022-ci il 17 iyun tarixdən hesablanması hökm edilmişdir.. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X14 və X4 ibarət tərkibdə) 2024-cü il 1 iyul tarixli, 1(103)-1440/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi il ə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan «Seyid» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan «Seyid» adlı şəxsdən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda 8051,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram olan ümumilikdə 499 ədəd narkotik vasitə metadon həbini əldə edib satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananın 1,81 qram olan hissəsini üzərində, qalan narkotik vasitələri isə yaşadığı ünvan 2 ünvanın da nömrəsiz fərdi yaşayış evinə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 17 iyun 2022-ci il tarixdə saat 16:35-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq öz könüllü razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin qonaq otağında olan divanın altında 01 ədəd çantanın içərisindən 03 ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 950 qram, 200 qram və 6900 qram olmaqla ümumilikdə 8050 qram eyni təkibli narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram olan təsiredici maddəsinin m iqdarına və xarici əlamətlərinə görə eyni tərkibli 499 ədəd narkotik vasitə metadon həbləri, üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 1,81 qram yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki,məhkəmə qərar qəbul edərkən işi ətraflı araşdırmamış, təqdim edilən sübutlara məhəl qoymamışdır. Belə ki, ona verilən ittiham əsassızdır, o, arabir quruldulmuş marixuana istifadə edir və üzərində hərdən şəxsi istifadəsi üçün az miqdarda marixuana olur. Məhkum bildirmişdir ki, o tutulduqdan sonra BMCMİ-yə gətirilm iş ona təzyiqlər edilmiş, o döyülmüş və döyüldükdən sonra onların dediklərini edəcəyini bildirmişdir. Bundan başqa o, saxlanılan zaman vəkillə təmin edilməmiş və saat 09:00-da saxlanılsada, evə baxış saat 12-də keçirilmişdir. Ona qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə ittiham qanunsuzdur, bu ittihamı təsdiq edən heç bir SMS, sübut yoxdur. Məhkum daha sonra bildirmişdir ki, ona cəza təyin edilərkən yüngülləşdirici hallar nəzərə alınmamışdır. Məhkum göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şika yətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 iyul tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normal arının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəm ə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in iki maddəsi ilə, yəni CM-in 234.4.1 və 234.4.3 maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.4.3 maddəsi ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.4.3-cü maddəsi üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkumun kassasiya şikayətində qeyd e tdiyi ibtidai istintaq zamanı polislər tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddiasına münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, həmin işgəncə məsələsi həm birinci, həmdə apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmuş və məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin müraciəti əsasında prokurorluq orqanları tərəfindən ekspertiza keçirilmiş, izahatlar alınaraq müəyyən edilmişdir ki, məhkuma ibtidai istintaq zamanı işgəncə verilməmiş, qeyri-insanı münasibətə məruz qalmamışdır və məhz bu səbəbdən polislərə münaisbətdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayəıt işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. İttiham tərəfinin Məhkum “Seyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən - narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən R.Məmmdova qarşı CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda Məhkum “Seyid” adlı şəxslə necə tanış olmaları, hansı qaydada ünsiyyət qurmaları, danışmaları qeyd edilməmiş, konkret vaxt, yer, üsul göstərilmədən Məhkum “Seyid” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs təşki l etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar qeyri-müəyyən, mücərrəd formada təsvir olunmuşdur. İstər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiya məhkəməsinin qərarında Məhkum CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Məhkəmə qərarlarından ümumi şəkildə görünən odur ki, məhkəmələr məhkumun cinayət əməlini qabaqçadan əlbir olan bir qrup şəxs halında törətməsini yalnız Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadəyə istinad etməklə qəbul etmişlər. Halbuki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət t örətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsi 17 iyun 2022-ci il tarixdə baş vermiş, məhkum həmin tarixdə saxlanılmış və məhkumun istifadə etdiyi, ona məxs us olan mobil telefon götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və müstəntiq tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum istifadəsində olmuş mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında yazışmalar müəyyən edilmişdir. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. (bax: cild 2, i.v.34) Maraqlıdır, şəxsin “Whatsapp” proqramından istifadə etməklə “Seyid” adlı şəxslə əlaqə saxlaması, onunla cinayətkar qrup təşkil etməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülür və sonradan məlum olur ki, şəxsin telefon nömrələri ilə bağlı əlaqələri araşdırılsa da, lakin onun mobil telefon una, ümumiyyətlə, baxış keçirilməmiş, iş üçün mühüm əhəmiyyətə malik olan məlumatların əldə edilməsinə heç bir cəhd edilməmişdir. Lakin istər istintaq orqanı, istərsə də məhkəmələr tərəfindən bu məsələyə heç bir münasibət bildirilməmişmir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında Məhkum CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən heç bir sübuta istinad edilməmiş, məhkəmə qərarları CPM-in tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Göründüyü kimi, Məhkum tərəfindən törədilən cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini təsdiq edən yeganə sübut məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadədir. CM-in 234.4.1-ci maddə ilə cinayət əməlinin törədilməsini təsdiq edə n ittiham tərəfinin başqa heç bir sübutu yoxdur. Məhkəmələr də hökm və qərarda etiraf ifadəsindən başqa, digər bir sübuta istinad etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda, yalnız təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadəsinə əsaslanmaqla, şəxsi CM-in hər hansı bir maddəsi ilə təqsirli bilərək məhkum etmək, CPM-in 126.6-cı maddəsinin tələblərinə ziddir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etmiş olduğu etirafdan başqa, ittiham tərəfinin qabaqcadan əlbir olan bir qrupun mövcudluğunu təsdiq edən heç bir sübutu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasə n “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hə rəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Ümumiyyətlə, Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq S.Əhmədova qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda S.Əhmədovun CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPM-in 143146-cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətl əndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Məhkum qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yux arıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, CPM-in 42.1.4-cü maddəsinə əsasən, CM-in 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli, ittihamın həcminin azaldılması nəzərə alınmaqla, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, 1(101)-123/2024 nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 iyul tarixli, 1(103)-1440/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəm əsinin 2024-cü il 29 aprel tarixli, 1(101)-123/2024 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1498/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1498/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver