Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1499/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Səmədov Xəqani Hacı oğlu, Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) xx xxxxx 1988-ci il tarixdə Ermənistan Respublikası Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonunun Bayan kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 128-ci maddəsi ilə 06 ay müddətə, CM-nin 133.1-ci maddəsi ilə 09 ay müddətə, CM-nin 150.2.5-ci maddəsi ilə 06 il müddətə, CM-nin 151-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində Daşkəsən rayon Bayan kəndində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs anası X2 Bakı şəhərinə gedən zaman onlara pul verib-verməməsini soruşmuş, Zərərçəkmiş şəxs pul vermədən getdiyini bildirdikdə anası X2 ilə telefon vasitəsilə əlaqə saxlayaraq onlara pul vermədən getdiyi üçün narazılığını bildirmiş, telefon danışığından sonra isə bu səbəbdən aralarında başlamış mübahisə zamanı əsəbləşib yataq otağında onu döymüş, bu zərbələrdən yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sol göz nahiyəsindən təpiklə vuraraq, ona sol göz nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 12 sentyabr 2018-ci il tarixdə saat 22 radələrində Daşkəsən rayon Bayan kəndində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu, ondan maddi cəhətdən ası lı olan, ikinci evliliyi olduğundan ailə həyatının dağılmasından ehtiyat edən, ailəsinin onu qəbul etməyəcəyini düşünən Zərərçəkmiş şəxs ondan asılılığından istifadə edərək, “Whatsapp” proqramı vasitəsilə digər şəxsə nümayiş etdirməklə şəxsiyyətini alçatdığını dərk edərək cinsi ehtirasını təmin etmək üçün ondan məcburi qaydada paltarlarını soyunmağı tələb etmiş, Zərərçəkmiş şəxs paltarlarını soyunduqdan sonra onu cinsiyyət üzvünü ağzına almağa məcbur etmiş, Zərərçəkmiş şəxs paltarlarını soyunduqdan sonra ondan cinsiyyət üzvünü ağzına almağı tələb etməklə seksual xarakterli hərəkətlərə məcbur etmişdir. Bundan başqa o, 12 sentyabr 2018-ci il tarixdə saat 22 radələrində hərəkətlərini davam etdirmiş, onun tələbini yerinə yetirməyib ondan hərəkətlərini dayandırmasını tələb edən Zərərçəkmiş şəxs onu qorxudub hərəkətlərindən çəkindirmək məqsədilə yerdən götürdüyü şüşə parçasını bir dəfə öz sol qol nahiyəsinə çəkmiş, buna baxmayaraq Məhkum yenə də öz qanunsuz hərəkətlərini davam etdirməklə ona “niyə özünü bar qızları kimi cızırsan, özünə şram at, damarını kəs, qolun mənim qolum kimi olsun” sözlərini deyərək, ona əzab verdiyini dərk edib, bunu arzulayaraq sonuncunun əlindən tutub, onun əlindəki şüşə parçası ilə sol said nahiyəsinə çoxsaylı səthi kəsilmiş yaralar kimi xəsarətlər yetirməklə zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə zərərçəkmiş şəxsə əzab vermişdir. Bundan başqa o, 13 sentyabr 2018-ci il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə Daşkəsən rayon Bayan kəndində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş ş əxs cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs menisturasiya ilə əlaqədar onunla cinsi əlaqədə olmaqdan imtina etdikdə, ona arxa keçəcək vasitəsilə qeyri-təbii yolla əlaqədə olmağı təklif etmiş, lakin Zərərçəkmiş şəxs onun təklifinə etiraz etdikdə ona fiziki zor tətbiq etməklə məcburi qaydada yataq otağındakı taxtın üstündəki döşəyin üzərinə üzü üstə uzadaraq, saçlarından tutmaqla bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirərək, ona hər iki bazu, sol kürək, döş qəfəsinin sağ yan səthinin, sağ said, sol bud, sağ baldır, sağ qalça, sağ sağrı, sağ ayağın bayır topuq nahiyələrinin qançırları kimi sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, ona fiziki zor tətbiq edib müqavimətini qıraraq onunla anal dəliyi vasitə silə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 15 sentyabr 2018-ci il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə Daşkəsən rayon Bayan kəndində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs menisturasiya ilə əlaqədar onunla cinsi əlaqədə olmaqdan imtina etdikdə, ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin Zərərçəkmiş şəxs onun təklifinə etiraz etdikdə, onun bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri endirərək döyüb ona hər iki bazu, sol kürək, döş qəfəsinin sağ yan səthinin, sağ said, sol bud, sağ baldır, sağ qalça, sağ sağrı, sağ ayağın bayır topuq nahiyələrinin qançırları kimi s ağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, onu yataq otağındakı taxtın baş hissəsində üzü yataq istiqamətində yarımbükülü vəziyyətdə uzadıb, ayaqlarını taxtın baş hissəsinə sıxıb fiziki zor tətbiq etməklə müqavimətini qıraraq onunla anal dəliyi vasitəsilə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuş, bu zaman onun anal dəlik nahiyyəsinə də cırılmalar kim sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdullayev Əlizamin Gülzalı oğlu, hakimlər Məmmədov Çingiz Böyükxan oğlu və Hüsey nov Salman Bilal oğlundan ibarət tərkibdə) 15 iyul 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli istintaq aparılmadan, əlində olan sübutar araşdırılmadan qərəzli şəkildə barəsində ədalətsiz qərar qəbul edilmişdir. Bu qərardan narazı olduğu üçün apellyasiya şikayəti vermiş, lakin barəsində çıxarılmış hökmdə heç bir dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası CM-nin 150.2.5 və 151-ci maddələri ilə özünü təqsirli bilmir və bununla əlaqədar kifayət qədər sübutlar olsa da, apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış və barəsində ədalətsiz qərar çıxarılmışdır. Odur ki, kassasiya şikayətinin təmin olunması, birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən pozulmuş hüquqlarının bərpa olunması, sübutların tam və hərtərəfli araşdırılması, ədalətlilik və humanizm prinsiplərinə əsaslanaraq obyektiv və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsin in qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən Məhkum təqsirli bilinməsi və əməlinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində işin hərtərəfli araşdırılmaması və ədalətsiz cəza təyin edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərl ə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayətprosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini dinləyərək məhkum olunmuş şəxsə bəraət verilməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir. Müdafiə tərəfi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmünün qanunsuz və əsassız olduğunu qeyd etmiş, təqsirləndirilən şəxsin CM-nin 133.1, 150.2.5 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübut olunmadığından və əsassız olaraq həmin cinayət əməllərini törətməkdə təqsirli bilindiyindən barəsində CM-nin həmin maddələri ilə bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) -təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; -bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya həmin əmələ aidiyyəti sübut edilmədikdə; -bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən halların heç biri Məhkum hərəkətlərində müşahidə edilməmişdir. Əksinə apellyasiya şikayətində apellyasiya şikayətinin dəlilləri ilə bağlı müdafiə tərəfinin ç ıxışında göstərilən xüsusatlar digər danılmaz sübutlarla-zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Toplanmış sübutlar işin faktiki hallarına dair məlumatları özündə əks etdirməklə bir-birini tamamlayır. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Məhkum CM-nin 133.1, 150.2.5 və 151-ci maddələri ilə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləməl əri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Məhku m CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, onun ibtidai araşdırma və məhkəmə istintaqı zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində göstərilən bir sıra xüsusatlarla, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və digər məhkəmə istintaq materialları ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməllərinə düzgün hüquqi qiymət verilmiş və onun əməlləri CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkum həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxsin təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda görərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Odur ki, Məhkum təqsirli bilindiyi cinayət əməllərini törətməsi sübuta yetirildiyindən onun CM-nin 133.1, 150.2.5 və 151-ci maddələri ilə əsassız və qanunsuz olaraq təqsirli bilinərək məhkum edilməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıdığından qəbul edilməməlidir. Cinayət işinin mater iallarından da görünür ki, məhkum ittiham edildiyi CM- nin 133.1, 150.2.5 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri birinci instansiya məhkəməsində də irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmış və tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətində irəli sürdüyü dəlillər əsasında hökmün ləğv edilməsi və məhkuma CM-nin 133.1, 150.2.5 və 151-ci maddələri ilə bəraət verilməsinə dair hökm çıxarılması üçün heç bir qanuni əsaslar görmür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin onun CM-nin 133.1, 150.2.5 və 151-ci mad dələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız hesab edir. Apellyasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Apellyasiya şikayətinin məzmunundan və müdafiə tərəfinin çıxışlarından görünür ki, şikayətdə və eləcə də müdafiə tərəfinin çıxışlarında məhkuma bəraət verilməsi mümkün olmazsa ona təyin olunan cəzanın yüngülləşdirilməsi də xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CMnin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalət in bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəh s edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirkar Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən təqsirkar Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab etmiş, həmçinin cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmi ş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona törətdiyi əməllərə görə CM-nin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə, CM-nin 133.1-ci maddəsilə 9 (doqquz) ay müddətə, CM-nin 150.2.5-ci uaddəsilə 6 (altı) il müddətə və CM-nin 151-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin nəcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kolle giyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün heç bir əsas görmür. Ona görə də, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi ilə bağlı göstərilən dəlilləri də əsassız hesab edir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkum barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-nin və CM-nin normalarına əməl edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən «İnsan Hüquqlarının və Azadlıqlarının Müdafiəsi Haqqında» Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsinə əsas verən hallar mövcud deyildir. Beləliklə məhkəmə qeyd edilən ləri nəzərə alaraq belə qənaətə gəlir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(100)-100/2019 saylı hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıd a göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan veri r. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128, 133.1, 150.2.5 və 151-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1499/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1499/2019
20.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver