Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1499/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Zaur Arif oğlu) Məhkum, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 2ci mikrorayon, ev 25/63, mənzil 43-də qeydiyyatda olan və yaşayan, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 69.3cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, ümumi təmiz çəkisi 0,725 qram, 1 ədəd yaşıl rəngli sellofan kəsiyi və 9 ədəd gümüşü rəngli kağız bükümdə, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,018 qram, 0,032 qram, 0,033 qram, 0,023 qram, 0,020 qram, 0,013 qram, ümumi təmiz çəkisi 0,139 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyn ilik təşkil edən, eləcədə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,021 qram, 0,014 qram, 0,532 qram, ümumi təmiz çəkisi 0,586 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, lakin 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,139 qram və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,586 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 24 noyabr 2021-ci il tarixdə saat 20:10-da Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın yanında saxlanılıb 3-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış za manı əynində olan qara rəngli və ağ rəngli zolaqlı şalvarının sol yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən cəmi 10 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Nəbiyev Tural Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı S.K.Sadıqov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni ap ellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və sübutetmə və sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, habelə cinayət əməlinin hüquqi tövsifi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyinə və cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şərtlərini müəyyən edən CM-nin müvafiq normalarına (CM-nin 8, 41, 58 və 59-cu maddələrinə) istinad edən dövlət ittihamçısı S.K.Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübut lar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, həmçinin məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilməmişdir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli verdiyi qismən etirafedici ifadəsi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, lakin iş materiallarında olan şahidlər ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarına istinad etsə də yalnız narkotik maddə nin satmaq üçün hər hansı bir istehkaçı ilə razılıq əldə etməməsinin və ya danışıqlar aparıb-aparmasının müəyyən edilmədiyini göstərməklə həmin Qərarda göstərilənləri dar çərçivədə qəbul etmişdir. İş materiallarından göründüyü kimi, Məhkum qanunsuz əldə etdiyi 0.725 qram çəkidə narkotik maddə olan heroinin şəxsi istehlak miqdarından 4,8 dəfə çox olması, həmçinin bükümlərin sayının 10 büküm olmasına baxmayaraq məhkəmələr həmin bükümlərdə yerləşdirilmiş narkotik vasitənin şəxsi istifadə üçün nəzərə tutulması qənaətinə gəlmişlər. Bundan başqa, apellyasiya instansyası məhkəməsi Əhəd Süleymanova təyin edilmiş cəzanı qüvvədə saxlayarkən də işin hallarını və cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, əsassız olaraq Məhkum qismən əməlini etiraf etməsini və peşman olmasını CM-nin 5 9.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Halbuki Məhkumn həm ibtidai istintaq zamanı, həm də birnci nstansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, 10 büküm narkotik vasitəni Bakı şəhəri, “20 yanvar” dairəsindən üzdən tanıdığı şəxsdən alıb Sumqayıt şəhərinə qayıtdıqdan sonra 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və daha sonra üzərinə baxış keçirilməsi zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, cinayət əməli polis əməkdaşlarının səyi nəticəsində aşkar edilmiş və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, Məhkum həmin narkotik vasitəni üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxdən almasını qeyd etməsi də inandırıcı olmamış, sonuncunun heroini əl də etdiyi mənbəyi və şəxsi gizlətməklə, habelə həm ibtidai istintaq orqanına, həm də məhkəməyə bununla bağlı düzgün olmayan məlumatlar verməklə qeyri-səmimilik göstərmişdir. Belə olan halda məhkəmələr Məhkum öz əməlini qismən etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışlar. Kassasiya protestində göstərilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı S.K.Sadıqov apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasına iştirak etmək arzusunu bildirməmiş və bu ha qda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndi rən dövlət ittihamçısı S.K.Sadıqov öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək düzgün qiymətləndirilməməsini, Məhkum əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı S.K.Sadıqovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxar aq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının i crası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qəra rını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ic timai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət ol unmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhə miyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edlmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139.0.6-cı maddəsi isə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı halların da yalnız sübutlara əsasən müəyyən edilməsini nəzərdə tutur. Qanunun bu norması həmçinin cinayət prosesi iştrakçısının həmçinin apellyasiya və ya kassasiya şikayətlərinə də şamil olunur. Yəni apellyasiya və kassasiya şikayəti şikayəti və protesti vermək hüququna m alik olan şəxslər belə şikayət və ya protestlərlə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinə müraciət edərkən həmin müraciətlərdə irəli sürüdükləri dəlilləri və onların üzərində qurulmuş tələblərini ehtimal və ya şəxsi mülahizələrinə deyil, yalnız mötəbər sübutlara istinad etməklə əsaslandırlmalıdırlar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 146.1-c i maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfəl ərlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum məhz CM-nin 23 4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan narkotik vasitələri qanunsuz olaraq əldə edərək daşımasına və üzərində saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutl arla tam təsdiq edilir. Məhkum satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayəti törətməsinin mübahisələndirilməsi üzrə dəlillər birinci instansiya məhkəməsinin məhkəmə iclasında dövlət ittihamını müdafiə etmiş prokuror T.H.Nəbiyev tərəfindən verilmiş eyni məzmunlu apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış və məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) araşdırılmış sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin cinayət təqibinin bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Hazırkı iş üzrə Məhkum ibtidai araşdırma orqanı tərəfindən ittiham olunduğu CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə münasibətdə iş üzrə müəyyən edilmiş faktiki hal ondan ibarətdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 0,725 qram, 1 ədəd yaşıl rəngli sellofan kəsiyi və 9 ədəd gümüşü rəngli kağız bükümdə, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,018 qram, 0,032 qram, 0,033 qram, 0,023 qram, 0,020 qram, 0,013 qram, ümumi təmiz çəkisi 0,139 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, eləcədə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,021 qram, 0,014 qram, 0,532 qram, ümumi təmiz çəkisi 0,586 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, lakin 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,139 qram və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,586 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 24 noyabr 2021-ci il tarixdə saat 20:10-da o, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın yanında saxlanılıb 3-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli və ağ rəngli zolaqlı şalvarının sol yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən cəmi 10 ədəd bükümdə narkotik vasitə olan heroi n aşkar edilərək götürülmüşdür. Məhkəmələr Məhkum istinad olunan cinayətin obyektiv cəhətinə aid olan bu əməllərin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşaraq eyni zamanda həmin cinayətin subyektiv cəhətinə aid olan və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda əksini tapmış halı, yəni məhkum olunmuş şəxsin yuxarıda göstərilən miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamaqla həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etməmiş və buna görə təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab etmişlər. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsin əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması haqda nəticəyə gəlmək üçün isə CM-nin 234.1-ci maddəsində göstərilən əməllərin satış məqsədilə (cinayətin subyektiv cəhətinə aid olan hal) törədilməsi, yaxud da cinayətlərin predmeti sayılan narkotik vasitələri və ya psixotrop maddələri satması (cinayətin obyektiv cəhətinə aid olan digər hal) sübuta yetirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət mə suliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və daşıyaraq üzərində saxlaması ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Məhkum olunmuş şəxsin həmin narkotik v asitəni satmaq niyyətində olmaması, yəni bu vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edərək saxlaması onun məhkəmə iclasında verdiyi hər hansı sübutla təkzib edilməyən ifadələri ilə yanaşı həmçinin iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş raportdan da görünür ki, polis əməkdaşlarına Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin narkotik vasitələri daşıyaraq üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, bu məlumat əssasında əməliyyat-axtarış tədbirini həyata keçirmiş və ibtidai araşdırma və məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları T.E.Şahbazov və Ş.M.Məmmədov ayrı-yrılıqda verdikləri ifadələrində Məhkum narkotik vasitələrini hər hansı şəxsə satmasının müəyyən olunmasını, onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübutların əldə olunmasını bildirməmişlər. Bundan başqa, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması barədə əməliyyat məlumatının daxil olması barədə 24 noyabr 2021-ci il tarixli raportdan, onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında həmin tarixli qərardan və işə əlavə edilmiş eyni tarixli digər prosessual sənədlərdən məhkum olunmuş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması və ya belə vasitələri satış məqsədilə əldə etməsi və daşıması barədə hər hansı mötəbr sübutla təsdiq olunan məlumatın olması görünmür. Məhkəmə iclasında hökmün təsviri hissəsinə uyğun olan ifadələr verən Məhku m ibtidai araşdırma zamanı olduğu kimi həmin iclasda da göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir və onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni öz şəxsi istifadəsi üçün 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında olduğu zaman üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə istifadəçisi olduğunu bildiyi şəxsdən almışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 04 dekabr 2021-ci il tarixli 4879 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixotrop maddə olan menamfetaminin birgə qəbulu nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun nark omaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Məhkum narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda məqsədinin onu məhz satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmış sübutlarla təsdiq olunmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa başqa mənfəət əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə qarşı CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kə sb etmişdir. Məhkum aşkar olunaraq götürülmüş narkotik vasitənin şəxsi istehlak miqdarından 4.8 dəfə çox olması, bundan əlavə narkotik vasitənin bükümlərinin sayının 10 bükümdə qablaşdırılmasının ona elan olunmuş ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməli olması barədə kassasiya protestinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirilmiş Məhkum göstərmişdir ki, o, aşkar edilmiş narkotik vasitəni - ümumi təmiz çəkisi 0,725 qram olan 10 ədəd xırda bükümlərdə yerləşdirilmiş heroini 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında olduğu zaman üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə istifadəçisi olduğunu bildiyi şəxsdən 25 manata almış, həmin şəxs ona “Rothmans” markalı siqaret qutusu verib heroini həmin qutunun içərisində olduğunu demiş, o, qutunu açıb içərisinə baxanda 10 ədəd bükümdə heroin olduğunu görmüş, bundan sonra həmin heroini sonra istəyəndə istifadə edər deyə əynində olan şalvarının cibinə qoymuş, lakin həmin narkotik vasitəni hər hansı şəxsə satmamış və belə niyyətdə də olmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu ifadələrin təkzib edilməsi istiqamətində ibtidai araşdırma orqanı heç bir araşdırma aparmamış, əməliyyat tapşırığında məhkumun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının müəyyən edilməsi göstərilsə də, bu məlumatı da təsdiq edən sübutlar ilk növbədə ibtidai araşdırma orqanına, sonradan isə məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə kollegiyası toplanmış və birinci i nstansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların fövqündə narkotik vasitələrin və psixotrop maddələrin daimi istifadəçisi olan və buna görə narkomaniya xəstəliyindən əzab çəkən Məhkum ayrıayrı bükümlərdə qablaşdırılsa da bir dəfəyə ittihamda göstərilən miqdarda narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsini də inandırıcı hesab edir və bununla bağlı eyni zamanda həmin narkotik vasitənin, kassasiya protesti müəllifinin qeyd etdiyi kimi, təxminən 5 dəfəyə istifadə etmə mümkünlüyünü nəzərə alır. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq cinayət prosesinin iştirakçıları üçün öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaratmalarına baxmayaraq dövlət ittihamçıları da məhkəmə iclaslarında ittiham aktında göstərilən sübutlardan başqa digər sübutları, əsasən də Məhkum narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə edərək daşmasını və saxlamasını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş, məhkəmələr isə, xüsusilə də birinci instansiyası məhkəməsi yalnız təqdim olunmuş sübutları araşdırmaqla və təhlil etməklə kifayətlənmiş və həmin sübutlarla Məhkum ifadələrinin təkzib edilməməsini müəyyən etmişlər. Buna görə məhkəmə kollegiyası belə qənaət gəlir ki, bütün şərh olunanlar kassasiya protestində irəli sürülmüş dəlillərin ehtimallar üzərində qurulmasına dəlalət edir və məhkəmələr araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əm əl etməklə bütün şübhələri sonuncunun xeyrinə həll etmişlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 21.1-21.3-cü maddələrində təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş konstitusiyon normaların tələblərinə uyğun olaraq təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər b ir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillər i təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəx sin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, məhkəmələr həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etməmiş, buna görə ehtimal xarakterli məhkəmə aktlarını qəbul etməkdən imtina edib bütün şübh ələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Kassasiya protestinin Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar yüngül olması barədə dəlilinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-c maddəsində vurğulanmışdır ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bi linən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələ rində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsasla ndırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəti cəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq o laraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdi rən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müv afiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəs din obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 sayl ı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, Konstiusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhk əmənin Plenmunun izah və tövsiyələrindən çıxış edərək məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, birinci instansiyası məhkəməsi də Məhkum cəza təyini məsələsini həll edərkən bu cəzalardan daha ağırının – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq bilmiş və bu zaman iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq onun tərətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları –törətdiyi əməlini etiraf etməsini və həmin əməld ən peşman olmasını, habelə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini həm düzgün, həm də kifayət qədər nəzər almış, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu nəticəsi ilə də razılaşaraq Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül hesab edilməsini və apellyasiya protestinin dəlillərinə əsasən həmin cəzanın ağırlaşdırlmasını mümkün bilməmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeləri ilə razılaşır, buna görə kassasiya protestinin bu məsələ ilə əlaqədar də dəlillərini qəbul edilməz sayır və həmin məsələyə apellyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olan mü nasibət bildirməsini qanuni və əsaslı hesab edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edən məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tut araq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1499/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1499/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver