Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-15/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarından Məhkum v erdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər M.Ə.Abdullayev və A.Hacıyevdən ibarət məhkəmə tərkbi) Məhkum (xxx xxx xxx 1981-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzaına məhkum edilmiş, ünvan3-də qeydiyyatda olan və həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan mərhum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan mərhum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 31 yanvar 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X3 da Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələri ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzə çi hakim B.Müdafiəçi, hakimlər Ə.Ə.Norvuzov və A.Q.Dosiyevdən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, X3 narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə 30 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Məhkum və şəxsiyyəti istintaqla müəyyən edilməmiş XXX80nın vətə ndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və bu məqsədlə o, 31 yanvar 2015-ci il tarixdə XXX80nın XXX35ndə qrupun istintaqla müəyyən edilməmiş üzvündən 2 ədəd bükümdə külli miqdarda ümumi çəkisi 172,756 qram təşkil edən heroin narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və həmin tarixdə saat 12:00 radələrində XX85nin XXXXX65nda Azərbaycan Respublikası gömrük nəzarətindən gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu keçirmiş, həmin tarixdə saat 1430 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum içərisində narkotik vasitə olan bükümü XX85nin XXXXX65nun qarş ısında, taksi avtomobillərinin dayandığı yerdə XXXX44dan təhvil alarkən yaxalanmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə X3 ilə tanışlığı olmadığı, Biləsuvar Gğmrük İdarəsinin XXXXX55nun qarşısındakı taksi dayanacağında XXXX75 ona yaxınlaşıb narkotik vasitəni təklif edərkən bundan birmənalı olaraq imtina etdiyi, yəni narkotik vasitəyə, bu predmetlə əlaqədar olan cinayətlərə, o cümlədən qaçaqmalçılığa heç bir aidiyyatı olmadığı halda onun barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, habelə 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmışdır. Məhkum kassasiya şikayətində gös tərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışna təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq mə sələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutların düzgün tədqiq edilibqiymətləndirilmədiyini, nəticədə cinayət təqibini istisna edən halın olmasına (cinayətlərə aidiyyatının müəyyən edilməməsinə) baxmayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını, apellyasiya instansiyası məhkəməsinin isə əsassız olaraq onun təqsirli bilinməsi ilə razılaşdığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarının qanunili yini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (o cümlədən, X3 ilə) XXX80nın XXX35ndə istintaqla müəyyən edilməmiş şəxsdən 172,756 qram - külli miqdarda heroin narkotik vasitəsini satış məqəsdi ilə əldə etmələri, əvvəlcədən gəldikləri razılığa əsasən, XXXX75 həmin narkotik vasitəni XX85nin XXXXX55ndan gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməli, Məhkum özü isə narkoitk vasitəni XXXXX55nun qarşısındakı taksi dayanacağında XXXX75dan təhvil almalı olduqları, lakin XXXX44 cinsiyyət orqanın da heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirdib taksi dayanacağında narkotik vasitəni Məhkum təhvil verdiyi vaxt Məhkum yaxalanması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum qeyd olunan hərəkətləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (narkotik vasitəyə aidiyyatının olmaması barədə iddiası) apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən XXXX75nın və Məhkum özünün ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, maddi sübutlar, məhkəmə ekspertizalarını n rəyləri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi kimi, apellyasiya məhkəməsi də məhkumun sübutların qanunsuz üsullarla, o cümlədən ona təzyiq göstərilməklə əldə edilməsi barədə iddiasının araşdırılmış sübutlarla təkzib olunması barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktik məzmunu, onlardan narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Narkotik vasitənin qaçaqmalçılığı hadisəsi üzrə Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində cinayətin icra edilməsi ikimi tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, Məhkum bu əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmə lər maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-in 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qru pa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycabn Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-c i maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə heroin narkotik vasitəsinin (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitənin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran islam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi də həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Lakin, hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Məhkum XXXX75nın gömrük nəzarətindən gizli İran islam Respublikasınından Azərbaycan Respublikasına k eçirməli olduğu narkotik vasitəni Azərbaycan Respublikasının ərazisində XXXXX55nun qarşısındakı taksi dayanacağında XXXX95dan təhvil alacağını qabaqcadan vəd etmiş, lakin özü heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməmiş, bu əməli XXXX95 təkbaşına (narkotik vasitəni cinsiyyət orqanında gizlədib gömrük sərhədindən keçirməklə) icra etmişdir (irəli sürülmüş ittihamda belə qaçaqmalçılığın məhz bu şəkildə XXXX95 tərəfindən icra edilməsi təsvir edilmişdir). Qeyd olunanlar Məhkum sözügedən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin obyektiv cəhətini səciyyələndirən əlamətlərin olmadığını, onun əməlinin əsassız olaraq həmin maddə ilə tövsif olunduğunu (məhkəmələrin məh kəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 416.0.15-ci maddəsində təsbit olunmuş pozuntuya yol verdiklərini) göstərir. Məhkum hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar – narkotik vasitəni (Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) təhvil alacağını qabaqcadan vəd edərək XXXX75nı XXXXX55nun qarşısındakı taksi dayanacağında gözləməsi Cinayət Məcəlləsinin 32.5-ci maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uzlaşdığından, mübahisələndirilən qərar dəyişdirilməklə məhkumun şərh olunan hərəkətləri narkotik vasitənin qaçaqmalçılığında köməkçilik kimi qiymətləndirilməli və onun əməli daha ağır məsuliyyət müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən (ağır cinayətdən), daha yüngül məsuliyyət müəyyən edən, CM-in 15-ci maddəsində az ağır cinayət kimi təsnif edilən 32.5,206.2-ci maddələrinə tövsif edilməli və Məhkum həmin maddələrə əsasən cəzalandırılmalıdır. Məhkum Cinayət Məcəlləsinin 32.4,206.2-ci maddələrilə cəza təyin edilərkən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hal (yaşayış yerindən müsbət xarakterizə olunması) və cəzanı ağırlaşdıran hal (cinayətlərin residivi), eləcə də CM-in 58.3-cü maddəsinin təsbit etdiyi digər hallar nəzərə alınmalı, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, hökmlə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza da diqqətə alınmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan çıxış edərək, cəzaların qismən toplanılması yolu ilə Məhkum qəti cəza qismində 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarı yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Şi rvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 yanvar 2017-cı il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin ed
Məhkəmə qərarları › İş №1(102)-15/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-15/2019
22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver