Məhkəmə qərarları › İş №1(102)-15/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-15/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-15/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – X2 iştirakları ilə Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Az ərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Tural Firuddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cəbrayılov Vüsal Adiloğlu) xx.xx.1982-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, Bakı şəhəri ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətə d övlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2016-cı ilin fevral ayında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə işə qəbul olunmaqla 05.01.2017-ci il tarixdən hazırki dövrədək həmin İdarənin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi vəzifəsində işləyərkən, qeyd edilən Bölmənin dövlət vergi müfəttişi vəzifəsində işləyən X10 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Ərazi vergilər idarələrinin Əsasnaməsində nəzərdə tutulmuş xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib, yəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarı və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq reyestrdən çıxarış olmadığı, Azərbaycan Respublikası Vergilər nazirinin “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi Qaydaları»nın və həmin qaydalara əlavələrin təsdiq ediməsi” haqqında 19.03.2013-cü il tarixli **********263400 nömrəli və “Dövlət Vergi Orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi barədə 19.10.2017-ci il tarixli **********424400 nömrəli əmrlərinə əsasən vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı qərar qəbul etmək səlahiyyətinin nəzərdə tutulmadığı, yalnız konkret əsaslar olduqda operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın vergi orqanının rəhbəri və ya onun müavini tərəfindən qəbul edilməli olduğunu bildiyi halda, vergi orqanında 30.06.2009-cu il tarixdə uçota alınmaqla Cəlilabad rayonu Üçtəpə kəndi ərazisind ə ixtisaslaşdırılmamış mağazada ********** VÖEN-lə sahibkarlıq fəaliyyəti göstərən X4 işlətdiyi obyektə 2017-ci ilin oktyabr ayında X10 ilə birlikdə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin vergi nəzarəti forması kimi operativ vergi nəzarəti tədbiri həyata keçiriləcəyini bildirərək, bununla bağlı müvafiq qərarın qəbul edilməməsi və tədbirin keçirilməməsi üçün 2017-ci ilin oktyabr ayında Cəlilabad rayonu Üçtəpə kəndi ərazisində X10 vasitəsi ilə X4dən 200 manat, 2017-ci ilin noyabr ayında isə şəxsən özü 100 manat olmaqla, cəmi 300 manat pul vəsaitini alaraq X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxs X4ün əmlak hüquqlarına və Vergilər Nazirliyinin vergi ödəyicilərinin h üquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etməklə bağlı vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə, vergi ödəyicilərinin həmin orqana olan inam və etimadına xələl gətirərək fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Bəşirov Kamil Sucəddin oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 06 may 2019-cu il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan Məhkum müdafiəçisi Hüseynov Tural Firuddin oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum vəsatəti daxil olmuş, vəsatətdə o, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əs asən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRA RA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Tural Firuddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar