Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-15/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Abıyev Zaur Əzizağa oğlunun iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və yaşamış, hal -hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə, məhkumun müdafiəçisi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Abıyev Zaur Əzizağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: İbrahim İbrahimli) Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilm iş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxxxx 2017-ci il tarixindən xx xxxxxxxx 2017-ci il tarixinədək və xx xxxxxx 2017-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək, yəni həbsdə saxlanıldığı 03 gün müddət nəzərə alınaraq ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.M.Abdulov və R.K.Səfərov) xx xxxxxx 2019-c u il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “xxxx” ASC-də girov qoyulan avtomobillərin hərraca çıxarılarkən ucuz qiymətə alınmasını təşkil edəcəyini Zərərçəkmiş şəxs8 söz verib inandırıb, yalan vəd verib aldadaraq 2015-ci ilin aprel ayının axırlarında ünvan 1 ünvanda yerləşən “Hüseyn Cavid” adına parkda Zərərçəkmiş şəxs8 20.000 manat pulunu ələ keçirib, vədinə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs8 ümumilikdə 20.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələd uzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də problemli kreditdə olan "Kia Optima" markalı avtomobili alıb baha qiymətə sataraq birlikdə qazanc əldə edəcəklərinə dair Zərərçəkmiş şəxs4 yalan vəd verib aldatmaqla 2015-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı binanın qarşısında həmin dövr üzrə Azərbaycan Respublikası milli pul vahidi ilə 10.537 manat təşkil edən 10.000 ABŞ dolları məbləğində pulunu və 2015-ci ilin may ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasının qarşısında həmin dövr üzrə Azərbaycan Respublikası milli pul vahidi ilə 5.249 manat təşkil edən 5.0 ABŞ dolları məbləğində pulun u Zərərçəkmiş şəxs4 alaraq, vədinə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs4 vahid niyyətlə ümumilikdə 15.786 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də girov qoyulan avtomobillərin hərraca çıxarılarkən ucuz qiymətə alınmasını təşkil edəcəyini Zərərçəkmiş şəxs2 söz verib inandırıb, yalan vəd verib aldadaraq 2015-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi 11/35 saylı evin qarşısında Zərərçəkmiş şəxs2 6.000 manat pulunu alıb, vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etm ə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 adına olan «Yoint Leasinq» lizinq şirkətindən daxili lizinq müqaviləsi ilə alınmış «Shacman» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşını işlədilməsi və aylıq 1.500 manat ödəniş etmək öhdəliyi ilə almış, lakin o ödəniş etmədiyi üçün lizinq şirkəti tərəfindən Zərərçəkmiş şəxs6 ödəniş cədvəli üzrə gecikmə məbləğinin 14.200 manat təşkil etdiyi bildirilərək daxili lizinq müqaviləsi ilə Zərərçəkmiş şəxs6 borclu olduğundan həmin məbləğ ondan tələb olunduğu üçün o, Abşeron rayonu Xırdalan şəhərində kreditlə aldığı bir otaqlı mənzili, sataraq 2015ci ilin avqust ayının sonlarında Səbail rayonu Badamdar şosesi 138-də yerləşən «Bulaq» restoranında 14.200 manat pulu lizinq borcunu bağlaması üçün vermi ş, lakin pulu alaraq lizinq borcunu ödəməyib ona edilən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 14.200 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" ASC-də hazır kreditdə olan 46.000 manat dəyərində ağ rəngli, 2013-cü il buraxılışlı «Toyota Land Cruiser» markalı avtomobili bankda Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirib təhvil verəcəyini vəd verib buna onu inandıraraq, xx xxxxxxxx 2015-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 11-də yerləşən ‘‘Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs3 10.0 manat pulunu, xx xxxxxxxx 2015-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Həyat» şadlıq evinin qarşısında 2.0 manat pulunu, xx xxxxxxx 2015-ci il tarixdə ünvan 5 ünvanda yerləşən Akademik Milli Dram Teatrının inzibati binasının qarşısında 4.000 manat, xx xxxxxxx 2015-ci il tarixdə ünvan 6 ünvanda yerləşən «Yeni Həyat» yaşayış kompleksinin qarşısında 5.0 manat pulunu ələ keçirib, vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs3 vahid niyyətlə ümumilikdə 21.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də problemli kreditdə olan "Land Rover" markalı avtomobili Zərərçəkmiş şəxs5 satışını təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxx 2016-cı il tarixdə ünvan 7 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin həyətində 5.600 manat pulunu ələ keçirib, vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 5.600 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də problemli kreditdə olan "Land Rover" markalı avtomobili Zərərçəkmiş şəxs11 satışını təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla 2016-cı ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanda yerləşən «3 Tac» adlı yaşayış binasının qarşısında 12.000 manat pulunu ələ keçirib, vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 12.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də problemli kreditdə olan "Land Rover" markalı avtomobili Zərərçəkmiş şəxs9 qızına satışını təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla xx xxxx 2016-cı il tarixdə ünvan 9 ünvanda yerləşən 5 saylı Notariat Kontorunda 9.500 manat pulunu ələ keçirib, vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 9.500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 məxsus "xxxx" ASC-də girovda olan əmlakın, yəni «Hyundai Grandeur» markalı avtomobilin üzərinə həbs qoyulması ilə əlaqədar bankla Zərərçəkmiş şəxs7 arasında olan problemlər i həll edəcəyinə dair yalandan söz verib aldadaraq 2016-cı ilin avqust ayının əvvəllərində ünvan 10 ünvanda yerləşən Elmi Tədqiqat Tediatriya İnstitutunun qarşısında həmin dövr üzrə Azərbaycan Respublikası milli pul vahidi ilə 5.547,85 manat təşkil edən 3.500 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 5.547,85 manat yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də girovda olan «Land Rover» markalı avtomobilin satışını təşkil edəcəyini yalan vəd verib aldadaraq xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 11 ünvanda yerləşən «3 Tac» adlı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs12 3.300 manat məbləğində pulunu pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs12 ümumilikdə 3.300 manat, yəni xeyli miqdarda maddi-ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" ASC-də girovda olan «Land Rover» markalı avtomobilin satışını təşkil edəcəyini yalan vəd verib aldadaraq xx xxxxxx 2016-cı il tarixdə ünvan 12 ünvanda yerləşən «Xəzər» Universitetinin qarşısında 13.000 manat pul alıb, vədinə əməl etməyib ələ keçirərək, Zərərçəkmiş şəxs10 ümumilikdə 13.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün «xxxx» ASC-nin problemli kreditlər departamentində işləməsini və həmin bankda hazır kredit də olan 2014-cü il buraxılışlı «Toyota Carolla» markalı avtomobili Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirib satacağına vəd verib buna onu inandıraraq 2016-cı ilin sentyabr ayının əvvəlində ünvan 14 ünvanda yerləşən Bakı Metropaliteninin «Həzi Aslanov» stansiyasının qarşısında «Dəniz» çay evində həmin dövr üzrə Azərbaycan Respublikası milli pul vahidi ilə 2.454,30 manat təşkil edən 1.500 ABŞ dolları və həmin dövr üzrə Azərbaycan Respublikası milli pul vahidi ilə 818.10 manat təşkil edən 500 ABŞ dolları dəyərində qol saatını alıb, vədini əməl etməyib ələ keçirərək, Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə 3.272.4 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətind ə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-nın 62-ci maddəsi tətbiq olunaraq ən aşağı həddə endirilməsi və ya şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ədalətsiz və əsassızdır. Belə ki, məhkəmələr ona cəza təyin edərkən barəsində olan yüngülləşdirici halları, o cümlədən cavan olmasını, ilk dəfə məhkum olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, atasının vəfat etməsini, anasının xəstə olmasını kifayət qədər nəzərə almamışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməs i və Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilərək şərti məhkum edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum vurulmuş ziyanın tam ödənilməsini təmin edərək hər bir zərərçəkmiş şəxslə barışıq əldə etmiş və zərərçəkmiş şəxslər ondan şikayət və tələblərinin olmamasına dair məhkəməyə ərizə vermişlər. Lakin məhkəmələr Məhkum qarşı heç bir iddia, tələb və şikayət olmamasını nəzərə almayaraq ağır cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya müraciətlərinin təmin edilməsi barədə müdafiəçi Z.Abıyevin, kassasiya müraciətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasə n kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblər inə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya müraciətlərində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya müraciətlərində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM- nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin bir hissəsini ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin mə hkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmi yyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin bir hissəsini ödəməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azər baycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü m addəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsaslar ın olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqd a və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu i il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavədə onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlər ə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-15/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-15/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver