Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-150/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun və məhkum Məhkumnun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktya br 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumnun barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Abdullayev (sədrlik edən), E.İ.Əliyev və A.H.Hacıyevdən ibarət tərkibdə) Məhkum - 17 may 1985-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gürcüstan Respublikası, Marneuli rayonu, Ağaməmmədli kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respub likası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 318.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci m addəsinə əsasən Məhkumna cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. İşin halları: Məhkum, tamah niyyəti ilə külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirmə, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçmə cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışı, habelə, Azərbaycan Respubl ikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçməklə, qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə Azərbaycan Respublikasının ərazisinə gətirmək barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Hatəm» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, sonuncunun İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 8415,0 qram çəkidə narkotik vasitə tiryək və kustar üsulla hazırlanmış külli miqdarda 286,850 qram çəkidə narkotik vasitə heroini İran İsla m Respublikasında «Hatəm» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyaraq 11 iyun 2018-ci il tarixə keçən gecə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 27-ci sərhəd zastavasının Biləsuvar rayonu, Səmədabad kəndinin ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə həmin külli miqdarda olan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək gətirmiş, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin t arixdə saat 10 radələrində Biləsuvar rayonu, Səmədabad kəndinin ərazisində əkin sahəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, üzərində şəxsi axtarış keçirilərkən əlində olan idman çantasından ayrı-ayrılıqda təmiz çəkiləri 2290,0 qram, 2260,0 qram, 2110,0 qram və 1755,0 qram olmaqla 4 ədəd polietilen torba bağlamada külli miqdarda ümumi təmiz çəkisi 8415,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd polietilen torba bağlamada külli miqdarda təmiz çəkisi 286,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: F.K.Soltanov (sədrl ik edən və məruzəçi), İ.H.Əhmədov və K.S.Bəşirovdan ibarət tərkibdə) 18 yanvar 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayəti verərək işin ədalətli araşdırılması üçün zəruri olan bir çox halların məhkəmə araşdırılmasından kənarda qaldığını, bu məqamların isə ibtidai istintaqda dindirilmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil etdiyini, Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146- cı maddələrinin tələblərinin pozulduğunu bildirmişdir. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqini n düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxla yaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək işin ədalətli araşdırılması üçün zəruri olan bir çox halların məhkəmə araşdırılmasından kənarda qaldığını, bu məqamların isə ibtidai istintaqda dindirilmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil etdiyini, Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin tələblərinin pozulduğunu bildirmiş, odur ki, qeyd olunanları nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində təsbit olunmuş tələblərin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsində sadalanan hallara uyğun mümkünsüz sübutlara istinad edilməmişdir. Toplanmış və məhkəmənin istinad etdiyi sübutların məcmusu sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Belə ki, məhkum olunmuş şəxs X4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və təqsirliliyi onun birinci instansiya məhkəməsində tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi və bunu tamamlaya n şahid ifadələri, şəxsi axtarış, baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol, həmçinin Məhkumdan aşkar olunub götürülmüş ona məxsus “İphone 7” və “İphone 5” markalı mobil telefonlara, “İphone 5” markalı mobil telefonda bir ədəd İran İslam Respublikasının mobil operatoruna aid +98 939 *** **** saylı mobil nömrə, “İphone 7” markalı mobil telefonda isə bir ədəd İran İslam Respublikasının mobil operatoruna aid +98 930 *** **** saylı mobil nömrələrlə “Whatsapp” programı vasitəsilə aparılan yazışmalara baxış keçirilməsi haqqında protokollarla, eləcə də digər istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi sübutlarla və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində tam, hərt ərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkumna onun ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və əməli Azərbaycan Respublikası CM-nın 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif etmiş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkumnun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlil ik dərəcəsini, ağırlığını, şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirici hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Məhkumə CM-in 206.3.2-ci maddəsi ilə ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 318.2-ci maddəsi ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Azərbaycan Respublikası CM-in 52-ci maddəsində nəzərdə tutulan əlavə cəzanın təyin edilməsini, yəni Məhkum təyin olun muş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını məqsədə müvafiq hesab etmişdir. Odur ki, Məhkum həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmış, apelyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, mə hkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, məhkum Məhkumna cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğ undan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 18 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-150/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-150/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver