Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-150/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), ), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən), Əhməd Quliyev və İradə Həsənzadə) 1(101)-645/2021 nömrəli 07 may 2021-ci il tarixli hökmü ilə 10 avqust 1990-cı ildə Cəbrayıl rayonu, Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Cəbrayıl rayonu, Qumlaq kəndində pasport qeydiyyatında olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 68.1.3-cü maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş isl ah işləri cəzasının çəkilməmiş qalan 6 ay hissəsinin islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 22 iyul 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 20 iyul 2020-ci il tarixdə, təxminən saat 20 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsin də yerləşən "xxxx" MMC zavodunun yaxınlığında onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əl zərbələri və mobil telefon cihazı ilə qəsdən vurub zor tətbiq edərək sol döş qəfəsinin üzərində qançır, burnun üzərində sıyrıqla müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə qeyritəbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 1(105)468/2021 nömrəli 25 avqust 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Oqtay Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 24 yanvar 2023-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək yəni, 23 yanvar 2023-cü il tarixdə Məhkum ərizəsi (faksla) məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya k assasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-150/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-150/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver