Məhkəmə qərarları › İş №1(102)-150/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-150/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-150/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(103)-222/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Azad Məcidov (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Əli Məmmədov) 01 noyabr 2023-cü il tarixli 1(101)1455/2023 nömrəli hökmü ilə xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Bakı ACM xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 315.2-ci maddələri ilə təqsirli bilinərə k 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 498 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımış, qanunsuz olaraq döyüş sursatını əldə edib, gəzdirib, daşımaqla saxlamışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 60,547 qram külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtar ış tədbirləri nəticəsində 31 yanvar 2023-cü il tarixdə saat 12:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparılıb bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 60,547 qram külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, naməlum vaxtda və mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62X39 mm kalibrli olmaqla, həmin kalibrə malik, «Kalaşnikov» konstruksiyalı, «AK(«AM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabində və s. yivli odlu döy üş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissəsi üzərində «17-66» rəqəmləri həkk edilmiş 1966-cı ildə istehsal edilmiş 02 (iki) ədəd istifadəyə (atəşə) yararlı, dib hissəsi üzərində «270-50» rəqəmləri həkk edilmiş pistonu yerində olmadığından döyüş sursatı hesab edilməyən 1950-ci ildə istehsal edilmiş 01 ədəd istifadəyə (atəşə) yararsız patronları əldə edərək yaşadığı ünvan 4 ünvana qədər üzərində gəzdirərək daşımaqla həmin ünvanda saxlamış, 03 fevral 2023-cü il tarixdə saat 20 radələrində ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı evin yataq otağında olan döşəyin altından zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62X39 mm kalibrli olmaqla, həmin kalibrə malik, «Kalaşnikov» konstruksiyalı, «AK(«AM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissəsi üzərində «17-66» rəqəmləri həkk edilmiş 1966-cı ildə istehsal edilmiş 02 (iki) ədəd istifadəyə (atəşə) yararlı, dib hissəsi üzərində «270-50» rəqəmləri həkk edilmiş pistonu yerində olmadığından döyüş sursatı hesab edilməyən 1950-ci ildə istehsal edilmiş 01 ədəd istifadəyə (atəşə) yararsız patronlar aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Anar Tanrıverdiyev və İbrahim İbrahimli) 11 yanvar 2024-cü il tarixli 1(103)-222/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 1(101)-1455/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(103)-222/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Kassator qeyd edir ki, Məhkum dindar şəxsdir o, müsəlman birliyi hərəkatının üzvüdür. O, narkotik satışı ilə məşğul olmayıb. Məhkum dindar şəxsdir və dini rituallar edir, toplantılar keçirir. MBH-nin fəal üzvüdür. Məhkəmə istintaqı zama nı Məhkum özünü təqsirli bilməmiş və aşkar edilən patron və digər əşyaların ona məxsus olmamasını bildirmişdir. Polis Bölməsində istintaq hərəkətlərindəki sənədlərə imza çəkməyini istəsələr də imza çəkməmişir. O, səhərə kimi otaqda saxlanılmış, cibindən narkotik vasitəni çıxarandan sonra bütün sənədlər ona təqdim olunmuşdur. Hüquq və vəzifələri izah olunmamış, ailəsinə məlumat verə bilməmişdir. Cibindən narkotik vasitəni çıxaranda müdafiəçi otaqda olmamış, müdafiəçi sonradan gəlmiş və bütün sənədlərə imza çəkmişdir. O, müvəqqəti saxlama yerində olarkən müstəntiq ona yaxınlaşmış, sənədləri hazırlamış amma sənədləri imzalamamışdır. Müstəntiq onun yanına gələn zaman müdafiəçi də orda imiş. Məhkəməyə qədər müdafiəçi ilə danışmamış, ayrıca söhbət etməmişdir. O, evə zəng edəndə evdən bildirmiş lər ki, mənzilə baxış keçirilmişdir. İstintaq materiallarında əməliyyat məlumatı daxil olduğu və ona əsasən də məhkumun saxlanıldığı qeyd edilib. Lakin əməliyyat-qeydiyyat işinin surəti iş materiallarına əlavə edilməyib. Ərizəçinin vəkili vəsatətlər təqdim edərək Sabunçu Rayon Polis İdarəsinin 14-cü X2 Etibar Rasim oğlu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı aparılan əməliyyat-qeydiyyat işinin surətinin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsini və əməliyyat məlumatı verən şəxsin məhkəmədə şahid kimi dindirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə vəsatətləri təmin etməmişdir. Kassator aşağıdakılara görə hesab edir ki, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Ərizəçi 31 yanvar 2023-cü il saat 12:30-da ev inin yaxınlığında tutulub. Ərizəçi heç bir istintaq sənədinə imza etməyib. Guya özü vəkillə təmin edilməsi üçün ərizə yazıb, amma imza etməyib. Ərizəçi saat 12:30-da bölməyə gətirilib. Saat 14:10-da şübhəli şəxs kimi tutulub. Saat 15:15-15:37-də şəxsi axtarışa məruz qalıb. Üstəlik, şəxsi axtarış çəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə aparılıb. Məhkum guya şəxsi axtarış zamanı vəkilin iştirakından imtina edib. Şahid4 bildirdi ki, o, yazıb-oxuya bilmir. Ərizəçi protokola imza etməyib. Digər Şahid3 isə bildirmişdir ki, şəxsi axtarışda ərizəçi deyib ki, narkotik vasitə ona aid deyil. 31 yanvar 2023-cü il tarixli izahatda ərizəçinin vəkili qeyd verib və qeyd edib ki, ərizəçi özünü təqsirli bilmir. Narkotik vasitə ona məxsus deyil. Üstəlik, o, heç bir izahat verməyib. Təhqiqatçı qeyd edi b ki, guya ərizəçi izahat verib, halbuki izahat verməyib. Ərizəçinin evində axtarış aparılıb, lakin onun iştirakı təmin edilməyib. Əslində müstəntiq nə üçün axtarış etdiyini əsaslandırmayıb. Evdən dini əşyalar və güllə “tapılıb”. Ərizəçi bildirir ki, evdə iştirak etmədiyi üçün əminliklə bildirir ki, həmin əşyaları elə polis özü qoyub. Məhkum bildirir ki, o, tutulduğu andan müdafiə hüququ pozulub. Onun öz vəkilini dəvət etməyiblər. Vəkil saat neçədə gəlməsi barədə heç bir qeyd verməyib. Konfidensial görüş keçirməyib. Dövlət hesabına vəkili belə özü seçməyib. Bundan başqa Məhkum həbs edildiyi andan heç vaxt özünə qarşı ifadə vermək, ifadə verməkdən imtina etmək hüquqları izah edilməyib və məcbur edilərək sənədlərə imza edib. Məhkum bildirir ki, iş materiallarında dövlət hesabına vəkil təyin edildiyi və ya hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildirişlərdə imzası olsa da, bu sənədlər formal idi. Məhkum bildirir ki, o, nə vəkil müdafiəsi ilə təmin olunub, nə də ki, hüquqları izah edilib, onun müdafiə hüququ təmin edilməyib. Formal olaraq dövlət hesabına vəkillə təmin edilib. Vəkilin iş materiallarında imzası olsa da, Məhkum bildirir ki, vəkili görməyib. Qeyd edilməlidir ki, dövlət hesabına vəkillə təmin olunma institutu formal xarakter daşıyır və praktikada daha çox istintaq orqanına problem yaratmayan, onlara etiraz etməyən, istintaq orqanının hərəkətlərinə etiraz, qeyd vəsatət verməyən “lal” vəkillərdən istifadə edilir və bu institut istintaq orqanlarının daha rahat işləməsinə, işgəncələrin ört-basdır edilməsinə, istintaq hərəkətlərinin formal olaraq “qanuniləşdiril məsinə” xidmət edir. Hazırkı işdə ittiham Məhkum əleyhinə heç bir sübut toplamayıb, buna cəhd də etməyib. İstintaqın yeganə məqsədi o olub ki, Məhkum ona qarşı irəli sürülmüş cinayəti etiraf etsin. Buna görə də ona ağır işgəncələr veriblər. Məhkum belə bir şəraitdən müdafiə olunmaq imkanları olmayıb, istintaq orqanı Məhkum faktiki həbsdə olsa da, onun hüquqlarının müdafiəsi, ən azı onu qanunsuz müdafiədən qoruya biləcək hər hansı bir şərait yaratmayıblar. Məhkum xarici aləmlə, onu müdafiə edəcək şəxslərlə heç bir əlaqə yaratmağa imkan verməyiblər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi m əsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalar ının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışd ır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə ə laqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5 -ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid2, Şahid1, Şahid4 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instan siyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də, onun CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməl ləri törətməsi şahidlər Şahid2, Şahid1 və E.K,Qulusadənin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi və digər sübutlarla təsdiq edilmişdir. Məhkəmələr Məhkum məhkəmə iclasında verdiyi ifadə digər sübutların məcmusu ilə təkzib olunduğundan özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət işi üzrə sübutlar əldə edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmiş, istintaq və prosessual hərəkətlər səlahiyyətlər çərçivəsində və qanunvericiliyin normalarına uyğun həyata keçirilmiş, kobud qanun pozuntularına, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verilməmişdir. Məhkəmə kollegiyası qey d olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübut ların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 214.2.1 və digər maddələri ilə, yəni xüsusi ağır cinayətlərə görə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli sərəncamı ilə əfv olunaraq, cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CPM-in 18.3.2-ci maddəsinə əsasən məhkumun əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2 -ci maddəsinin tələblərinə görə cinayətlərin xüsusilə təhlükəli residivinə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayə tin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(103)-222/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(103)-222/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar