Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1500/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Bəybalayev Natiq Həsənpaşa oğlu tərəfindən verilmiş kassasiya şi kayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1966-cı il tarixdə Quba rayonunun Orta Xuc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Quba rayonu Aşağ Xuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 20 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə bax ışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda yəni, 666,379 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Quba rayonu, Orta-Xuc kəndində yerləşən evdə müxtəlif hissələrə bölməklə saxlamış, 30 mart 2022-ci il tarixdə, saat 22 radələrində həmin marixuanadan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,385 qram, 0,216 qram olmaqla ümumi təmiz çəkisi 0,917 qram qurudulmuş marixuananı tanışı Şahid1 20 manat borcunun qarşılığında satmışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edərək 2022-ci ilin fevral ayının so nlarında yaşadığı Quba rayonu, Orta-Xuc kəndindəki evin həyətində dibçəklərdə əkərək həmin toxumlardan cücərmiş xeyli miqdarda yəni, 04 (dörd) ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş, 30 mart 2022-ci il tarixdə, saat 23 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Quba rayonu Orta-Xuc kəndində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin qarşısında həyətdə 04 ədəd dibçəkdə hər birində 1 ədəd olmaqla, ümumi çəkisi 35 qram olan aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkiləri, habelə yaşadığı evin qonaq otağındakı pəncərənin qarşısında bir ədəd sellofan torbanın içərisində külli miqdarda, yəni ümumi təmiz çəkisi 660 qram narkotik vasitə olan qurud ulmuş marixuana və 01 ədəd sellofan torbada 14 (on dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,320 qram, 0,430 qram, 0,411 qram, 0,388 qram, 0,415 qram, 0, 408 qram, 0,490 qram, 0,547 qram, 0,323 qram, 0,428 qram, 0,356 qram, 0,237 qram, 0,483 qram, 0,226 qram olan, ümumi çəkisi 5,462 qram, ümumilikdə külli miqdarda, yəni 665,462 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 03 (üç) ədəd qara rəngli karton kağızlarda siqaret üçün kalka kağızları, həmin pəncərədən 01 (bir) ədəd qırmızı rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-166/2023 nömrəli, 19 may 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 23 7.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhk um müdafiəçisi Bəybalayev Natiq Həsənpaşa oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-166/2023 nömrəli, 19 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum müdafiəçisi Bəybalayev Natiq Həsənpaşa oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin yeganə sübutu X2 ilkin istintaqda verdiyi ifadə olmuşdur. Sonuncu həmin ifadəni məhkəmə istintaqı zamanı təkzib etmiş və məhkumun ona narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməliyyatçılarının ifadələrində olan ziddiyyətlər araşdırılmamış, həmçinin Məhkum barəsində həbs qətimkan tədbiri seçilərkən ona polis əməkdaşları tərəfindən təzyiq olunduğunu bildirsə də, həmin hal araşdırılmamışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarının ləğv olunması, Məhkum əməlinin Azərbaycan Respublikası CM-n in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası daxilində qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa söz lə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətləri nin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə əməlinin səhv tövsif edildiyini, ona ağır cəza təyin edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbl əri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri nin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin fakti ki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar hazırda mübahisəsi edilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi (müdafiəçi kassasiya şikayətində məhkumun törətdiyi və təqsirli bilindiyi Azərbaycan Respublikası C M-nin 237.1-ci maddəsi üzrə əməlinin tövsifini mübahisələndirmir) ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri özünün qismən etirafedici ifadələri ilə yanaşı, Şahid1 ibtidai istintaqı zamanı, digər şahidlərin cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ifadələri, şəxsi axtarış keçirilməsi, mənzilə baxış keçirilməsi haqqında protokollar, ekspertiza rəyləri, eləcə də işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Kassasiya şikayətində Şahid1 ifadəsi ilə bağlı göstərilən dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul ed ilmişdir.
24. Eyni zamanda kassasiya şikayətində məhkum barəsində həbs qətimkan tədbiri seçilərkən ona polis əməkdaşları tərəfindən təzyiq olunduğu, həmin halların məhkəmələr tərəfindən araşdırılmadığı bildirilsə də, bu iddialar iş materialları ilə öz təsdiqini tapmamışdır.
25. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi mübahisəsi edilən qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı Məhkum ibtidai araşdırma dövründə etirafedici izahat və ifadələrini polis əməkdaşının qanunsuz təsiri nəticəsində verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut növünü təqdim etməmiş, əksinə müdafiə tərəfinin xahişinə əsasən Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Quba Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli məhkəmə iclas protokolu da tə dqiq edilmiş, müdafiə tərəfi təzyiq halının araşdırılması ilə bağlı konkret məlumat verməmiş, məhkuma qarşı qanunsuz hərəkət etmiş polis əməkdaşının adını, eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ona qarşı hər hansı qanunsuz hərəkət etməsini bildirməmişdir.
26. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum ibtidai istintaq dövründə ifadələrinin üzərindən aşkar edilmiş qurudulmuş marixuananın ona aid olmasını etiraf etdiyi hissələr müdafiəçisinin iştirakı ilə, hər hansı qanunsuz təsir və məcburetmə olmadan verdiyinə, bu ifadələrin məzmunu onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş təqdimata Quba Rayon Məhkəməsində baxılarkən məhkəməyə verdiyi ifadəsi ilə üst-üstə düşdüyünə və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə birinci instansiya məhkəməsinin onun məhkəməyədək icraat dövründə izahat və ifadələrinin alınmasının, o cümlədən müvafiq prosessual və istintaq hərəkətlərinin aparılmasının cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla həyata keçirilməsinə dair gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlər üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respubli kası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
28. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum cəza təyin edilməsi ilə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
29. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
30. Məhkəmələr Məhkum cəza təyin edə rkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə 06 (altı) il müddətə və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi üzrə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarını təyin edib bu cəzaları qismən toplamaqla qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
31. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
32. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Bəybalayev Natiq Həsənpaşa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-398/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı kassas