Məhkəmə qərarları › İş №1(102)-1500/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1500/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1500/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkumun müdafiəçisi X2, maraqlı şəxs Şahid2 və maraqlı şəxsin vəkili Müdafiəçi2 iştirakları ilə xx xxx 1980-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan R espublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-914/2024 nömrəli 8 may 2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxs Şahid2 vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 1(101)-107/2024 nömrəli hökmünə əsasən (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), T.Q.Hüseynov və Ə.İ.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.4-cü ma ddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 20 iyul 2022-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum Müseyb qızına məxsus olub üzərinə həbs qoyulmuş “Daewoo Nubira” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər və Məhkum Müseyb qızının və onun əri Şahid2 adına qeydiyyata alınmış, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin ¼ hissəsi xüsusi müsadirə edilmiş, müsadirə edilmiş əmlakların dəyəri zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilmişdir. Birinci instansiya məhkəmə sinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs, onun müdafiəçisi və maraqlı şəxs Şahid2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 may 2024-cü il tarixli 1(103)914/2024 nömrəli qərarı ilə (hakimlər Q.X.Babayev (sədrlik edən), S.X.Bəhrəmzadə və M.A.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 177.4-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il azadlıqdan məhrum etmə cəzanın müddəti 10 (on) ilə endirilmişdir. Apellyasiya məhkəməsinin qeyd edilən qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasını n 1(102)-276/2025 nömrəli 5 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər T.L.Kazımov (sədrlik edən), T.A.Muxtarov və N.R.Mövsümov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum qanunsuz olaraq saxlanc yerinə daxil olub xüsusilə külli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə xadimə kimi işlədiyi ünvan 3 ünvanında yerləşən evin müxtəlif otaqlarından Zərərçəkmiş şəxs2 məxsus 1 əd əd dəyəri 2500 manat təşkil edən “Perrelet” markalı saatı, 1 ədəd dəyəri 500 manat təşkil edən “Apple watch 6 seriya” markalı saatı, 1 ədəd dəyəri 950 manat təşkil edən “İphone 11 pro ” markalı mobil telefonu, 01 ədəd “Perrelet” markalı Azərbaycan məzənnəsi ilə qiyməti 25500 manat təşkil edən 15 min ABŞ dolları dəyərində qol saatını, 01 ədəd ağ rəngli dəyəri 120 manat təşkil edən “Apple” markalı simsiz qulaqcığı, eləcə də Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd üzərində gözmuncuğu elementləri olan kilidində “750” damğası olan 3 ədəd brilyant, hər biri 0,029 karat olan, çəkisi 5,47 qram təşkil edən, dəyəri 680 manat olan boyunbağını, qulaqcığında “750” damğası olan gümüşü rəngli dəyəri 220 manat olan 01 ədəd boyunbağını, üzərində 16 ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kilidində 750 damğası olan üzərində 16 ədəd olmaqla, hər biri 0,031 karat olmaqla dəyəri 920 manat olan boyunbağını, mərkəzində bir ədəd damla cilalı bənövşəyi rəngli qaş, kənarlarında 109 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl-sarı rəngli 1 ədəd kulon, asılqan hissəsində “750” damğası olan, üzərində 1 ədəd 0,040 karat, 108 ədəd hər biri 0,006 karat olan çəkisi 11,85 qram, dəyəri 1950 manat təşkil edən boyunbağını, üzərində “925” damğası olan gümüşü rəngli çəkisi 4,76 qram dəyəri 30 manat təşkil edən 1 ədəd kulonu, üzərində “Hugo Boss” yazısı olan, gümüşü rəngli, çəkisi 7,19 qram, dəyəri 20 manat təşkil edən 1 ədəd qol düyməsini, ipə düzülmüş 22 ədəd ağ rəngli muncuqdan ibarət çəkisi 26,89 qram, dəyəri 80 manat təşkil edən muncuğu, 1 ədəd üzərində “Baga 925” yazısı olan, çəkisi 29,54 qram, dəyəri 70 manat təşkil edən qolbağı, 1 ədəd qara rəngli ipə düzülmüş kürə formalı, qəhvəyi rəngli muncuqlardan və metal elementlərdən ibarət çəkisi 49,61 qram, dəyəri 80 manat olan təsbehi, 1 ədəd üzərində “Granat” yazısı olan çəkisi 20,47 qram gümüş tərkibli dəyəri 500 manat təşkil edən qol saatını, 01 ədəd “Tissot” markalı 158 ədəd brilyant daş olan, hər biri 0,013 karat olan çəkisi 44,34 qram, dəyəri 2500 manat təşkil edən qol saatını, 1 ədəd “Rado” markalı, üzərində 40 ədəd brilyant daş olmaqla, hər biri 0,004 karat təşkil edən, çəkisi 61,15 qram, dəyəri 3500 manat təşkil edən qol saatını, üzərində “Paris” yazısı olan, çəkisi 50 qram, dəyəri 50 manat təşkil edən rəngli qələmi, üzərində “Dupont Paris” yazıları olan, çəkisi 500 qram, dəyəri 500 manat təşkil edən qələmi, 01 ədəd üzərində “Hugo Bo ss” yazıları olan dəyəri 10 manat təşkil edən qolsuz köynəyi, 01 ədəd “John Galliano” markalı, dəyəri 10 manat təşkil edən qolsuz köynəyi, 1 ədəd “Ferragama Made in İtaly” yazıları və rəng qopuqları olan, dəyəri 10 manat təşkil edən dəri kəməri, 01 ədəd “Svatch İrony” markalı, dəyəri 60 manat olan qol saatını, 1 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1190 manat təşkil edən, 700 ABŞ dolları dəyərində “DİOR” markalı sabo ayaqqabını, 01 ədəd dəyəri 3700 manat təşkil edən “Stella McCartney” markalı kostyumu, 1 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1972,5 manat təşkil edən 1000 avro dəyərində “Georgio Armani” markalı qarar rəngli donu, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 986,25 manat təşkil edən 500 avro dəyərində “Escada” markalı şalvarı, 1 ədəd dəyəri 7000 ma nat təşkil edən “Erdem” markalı kostyumu, 1 ədəd dəyəri 500 manat təşkil edən “Vakko” markalı şalvarı, 1 ədəd dəyəri 500 manat təşkil edən “Gucci” markalı köynəyi, 1 ədəd dəyəri 4370 manat təşkil edən “Dolce Gabbana” markalı çəhrayı rəngli paltarı, 1 ədəd dəyəri 2500 manat təşkil edən “Ermano Scervino” markalı mavi rəngli köynəyi, 1 ədəd dəyəri 1000 manat təşkil edən “Vakko” markalı paltarı, 1 ədəd dəyəri 300 manat təşkil edən “Twinset” markalı köynəyi, 1 ədəd dəyəri 4000 manat təşkil edən “Ermano Scervino” markalı paltarı, 1 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1700 manat təşkil edən, 1000 ABŞ dolları dəyərində “Dior” markalı çantanı oğurluq yolu ilə ələ keçirdikdən sonra, eyni qəsdlə 2022ci ilin may ayının sonlarında həmin evin 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs1 məxsus yataq otağında yerləşən televizorun alt hissəsində quraşdırılmış dolabın üzərindəki rəsm çərçivəsinin arxa hissəsindən asılmış vəziyyətdə olan 1 ədəd saxlanc yeri hesab edilən seyfin açarını gizli yolla ələ keçirib həmin seyfin üzərində olan digər açarı və ələ keçirmiş olduğu açarı daxil etməklə seyfi açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 01 ədəd halqa formalı sarı rəngli “Au 750” damğası olan 21 ədəd brilyant olmaqla, hər biri 0,102 karat olan çəkisi 4,31 qram, dəyəri 3400 manat təşkil edən üzüyü, 1 ədəd üzərində “Bvlgari” yazısı olan halqa formalı içəri hissəsində “PC3YM2”, “Au 750 Made in İtaly” yazılar olan, çəkisi 11,45 qram, dəyəri 3000 manat təşkil edən üzüyü, 1 ədəd üzərində “Bvlgari” yazısı, “Au 750” damğası olan 7 ədəd brilyant olmaqla hər biri 0,032 karat olan, çəkisi 9, 30 qram, dəyəri 1330 manat təşkil edən üzüyü, 1 ədəd üzərində 54 qaş olan, içərisində “750” və “18K” damğaları olmaqla 1 ədəd 0,031 karat 53 ədədin hər biri 0,017 karat təşkil edən, çəkisi 7,59 qram, dəyəri 1740 manat olan üzüyü, 1 ədəd 102 ədəd daş olmaqla “750” damğası olan brilyant üzük olmaqla 102 ədəd hər biri 0,003 karat çəkisi 9,55 qram, dəyəri 1360 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 145 ədəd rəngsiz şəffaf qaş olan, sarı rəngli “750” damğası olan brilyant, 40 ədəd hər biri 0,003 karat, 16 ədəd, hər biri 0,028 karat, 89 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 8,24 qram, dəyəri 2230 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, gümüşü rəngli “750” damğası olan brilyant, 1 ədəd 1,847 karat, 2 ədəd hər biri 0,490 karat, 6 ədəd hər biri 0,070 karat, 6 ədəd hər biri 0,028 karat, 6 ədəd hər biri 0,014 karat, 12 ədəd hər biri 0,003 karat olan, çəkisi 6,61 qram, dəyəri 22000 manat təşkil edən üzüyü, 1 ədəd 52 ədəd rəngsiz şəffaf qaş olan brilyant 52 ədəd hər biri 0,024 karat təşkil edən, çəkisi 12,29 qram, dəyəri 2560 manat təşkil edən üzüyü, 01 ədəd üzərində yaşıl rəngli daş, kənarlarında 62 ədəd rəngsiz şəffaf qaş olan brilyant, 2 ədəd hər biri 0,276 karat, 20 ədəd hər biri 0,003 karat, 40 ədəd hər biri 0,005 karat olan, çəkisi 7,60 qram, dəyəri 1835 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 171 ədəd rəngsiz, şəffaf qaş olan “14 kt” damğası olan brilyant, 1 ədədi 3,994 karat, 10 ədədin hər biri 0,0006 karat, 160 ədəd hər biri 0,003 karat olan, çəkisi 7,05 qram, dəyəri 35000 manat təşkil edən üzüyü, 1 ədəd üzərində 77 ədəd rəngsiz, şəffa f qaş olan sarı rəngli “750” damğası olan brilyant, 1 ədəd 0,077 karat, 10 ədəd hər biri 0,020 karat, 66 ədəd hər biri 0,012 karat olmaqla, çəkisi 8,03 qram, dəyəri 1760 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 69 ədəd rəngsiz şəffaf qaş olan, “Au 750” damğası olan brilyant 32 ədəd hər biri 0,018 karat, 12 ədəd hər biri 0,008 karat, 25 ədəd hər biri 0,012 karat olmaqla, çəkisi 8,94 qram, dəyəri 2000 manat təşkil edən üzüyü, 1 ədəd üzərində 153 ədəd qaş olan brilyant 128 ədəd hər biri 0,013 karat, 25 ədəd hər biri 0,018 karat çəkisi, 15,55 qram, dəyəri 3630 manat təşkil edən üzüyü, 1 dəst olmaqla hər birində bir ədəd olmaqla üzərilərində ümumilikdə 3 ədəd oval cilalı, narıncı rəngli qaş “585” damğası olan (sırğa tayının birinin üzərində olan narıncı qaşın kənarında qırıq hissə var) sarı rəngli çəkisi 18,27 qram, dəyəri 1550 manat təşkil edən sırğa cütü- üzüyü, 01 dəst üzərində 105 ədəd rəngsiz şəffaf qaş olan brilyant 105 ədəd hər biri 0,007 karat olmaqla çəkisi 11,67 qram, dəyəri 2000 manat təşkil edən sırğa cütüüzüyü, 1 dəst hər birinin üzərilərində ümumilikdə 4 ədəd açıq mavi rəngli və bir neçə ədəd rəngsiz şəffaf qaş “750” damğası olan, çəkisi 24,37 qram, dəyəri 2680 manat təşkil edən sırğa cütü-üzüyü, 01 ədəd “585” damğası olan şunur toxunuşlu, çəkisi 5,62 qram, dəyəri 480 manat təşkil edən boyunbağını, 01 ədəd “Xarı bülbül” təsvirli “585” damğası olan, çəkisi 2,83 qram, dəyəri 240 manat təşkil edən yaxa sancağını, 01 ədəd üzərində 32 ədəd rəngsiz şəffaf qaş olan brilyant 32 ədəd hər biri 0,161 karat olmaqla 19,25 qram, 8500 manat təşkil edən qolbağı, 01 ədəd üzərind ə 275 ədəd şəffaf qaş olan sarı rəngli 1 ədəd qolbaq iç tərəfində “750” damğası olan brilyant, 70 ədəd hər biri 0,019 karat olmaqla, çəkisi 18,36 qram, dəyəri 3300 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli iç tərəfində “Cartier” yazısı və “Au 750” damğası olan brilyant 56 ədəd hər biri 0,008 karat, 219 ədəd hər biri 0,003 karat olmaqla, çəkisi 19,06 qram, dəyəri 3170 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 32 ədəd şəffaf qaş olan kilidində “EFE model 750” damğası olan qırıq vəziyyətdə brilyant 32 ədəd hər biri 0,165 karat olmaqla, çəkisi 13,39 qram, dəyəri 8100 manat təşkil edən qolbağı, 1 ədəd üzərində 3 ədəd ağ rəngli mirvari muncuq və 272 ədəd şəffaf qaş, “750” damğası olan brilyant 128 ədəd hər biri 0,011 karat, 144 ədəd hər biri 0,019 karat, çəkisi 45,59 qram, dəyəri 8000 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 70 ədəd şəffaf qaş olan brilyant 37 ədəd hər biri 0,041 karat, 33 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 14,48 qram, dəyəri 3350 manat təşkil edən qızıl qolbağı, 1 ədəd kulonun üzərində 01 ədəd rəngsiz şəffaf qaş olan 1 ədəd kulonlu boyunbağı, boyunbağının qulacığında “750” damğası olan brilyant 1 ədəd 3,513 karat olmaqla, çəkisi 9,84 qram, dəyəri 25000 manat təşkil edən qızıl boyunbağını, 1 ədəd üzərində 55 ədəd tünd çəhrayı rəngli qaş olan kilidində “750” damğası olan, çəkisi 21,84 qram, dəyəri 2500 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 66 ədəd rəngsiz şəffaf qaş olan (iki qaş yeri boş) sarı rəngli qulaqcığında “18k” damğası olan brilyant 66 ədəd hər biri 0,0047 karat çəkisi 8,39 qram, dəyəri 3 500 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərində “Bvlgari” yazısı olan mərkəzində qara rəngli hissədən, kənarları qırmızımtıl-sarı rəngli hissədən ibarət, dəstin elementlərinin hər birində “Au 750” damğası olan, çəkisi 23,01 qram, dəyəri 5000 manat təşkil edən sırğa cütü-üzük- kulonu, 1 cüt üzərində ümumilikdə 2 ədəd rəngsiz şəffaf qaş və yaşıl rəngli hissələr olan kilidlərində “Bvlgari” yazısı və “Au 750” damğası olan brilyant 2 ədəd hər biri 0,034 karat olmaqla, çəkisi 5,72 qram, dəyəri 1500 manat təşkil edən qızıl sırğaları, 1 ədəd mərkəzində dördkünc cilalı, tünd göy rəngli qaş, kənarlarında 32 ədəd rəngsiz, şəffaf qaş olan brilyant 16 ədəd hər biri 0,018 karat, 16 ədəd hər biri 0,010 karat olmaqla, çəkisi 4,31 qram, dəyəri 950 manat təşkil edən qızıl kulonu, 01 dəst üzəriləri ndə qara rəngli hissələr, 21 ədəd rəngsiz şəffaf qaş olan qırmızımtıl-sarı rəngli, dəstin hər birinin üzərində “Cartier” yazısı və “Au 750” damğası olmaqla çəkisi 19,42 qram, dəyəri 2520 manat təşkil edən qızıl sırğa cütü-kulonlu boyunbağını, 01 ədəd kulonun üzərində 51 ədəd rəngsiz şəffaf qaş olan, boyunbağının qulaqcığında “750” damğası olan, brilyant 51 ədəd hər biri 0,007 karat olmaqla, çəkisi 6,20 qram, dəyəri 1050 manat təşkil edən qızıl boyunbağını, 1 ədəd səthi boyunca 81 ədəd rəngsiz şəffaf qaş düzülmüş kilidində “585” damğası olan brilyant 1 ədəd 0,893 karat, 6 ədəd hər biri 0,478 karat, 6 ədəd hər biri 0,404 karat, 10 ədəd hər biri 0,369 karat, 10 ədəd hər biri 0,306 karat, 48 ədəd hər biri 0,144 karat olmaqla, çəkisi 40,76 qram, dəyəri 55000 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərilərində qırmızı rəngli daşlar və 24 ədəd rəngsiz şəffaf qaş olan sarı rəngli dəstin elementlərində “750” damğası olan brilyant 1 ədədi 0,048 karat, 2 ədəd hər biri 0,025 karat, 11 ədəd hər biri 0,008 karat, 10 ədəd hər biri 0,016 karat olmaqla, çəkisi 34,09 qram dəyəri, 4050 manat təşkil edən qızıl sırğa cütü-üzük-kulonu, dairəvi cilalı 1 ədəd 0,991 karat çəkisi 0,22 qram, dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşı, dairəvi cilalı 1 ədəd 0,977 karat, çəkisi 0,20 qram dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşı, oval cilalı narıncı rəngli, çəkisi 1,83 qram, dəyəri 40 manat təşkil edən 1 ədəd qaşı, 1 ədəd qara rəngli muncuqlardan ibarət 3 qat düzülüşlü 01 ədəd boyunbağı və həmin boyunbağıya birləşdirilmiş 1 ədəd kulonu, kənarlarında 115 ədəd rən gsiz, şəffaf qaş olan boyunbağının kilidində “Primavera” yazısı və “585” damğası olan brilyant 102 ədəd hər biri 0,003 karat, 2 ədəd hər biri 0,035 karat, 11 ədəd hər biri 0,160 karat olmaqla, çəkisi 22,69 qram, dəyəri 4400 manat təşkil edən qızıl boyunbağını, 01 cüt mərkəzlərində 2 ədəd bənövşəyi rəngli qaş, kənarlarında 84 ədəd rəngsiz qaş, kilidində “750” damğası olan brilyant 84 ədəd hər biri 0,004 karat olmaqla, çəkisi 11,51 qram, dəyəri 1600 manat təşkil edən sırğaları, 1 ədəd üzərində 176 ədəd şəffaf qaş olan dairəvi formalı asılqan hissəsində “750” damğası olan brilyant 176 ədəd hər biri 0,005 karat olmaqla çəkisi 7,25 qram, dəyəri 1500 manat təşkil edən qızıl kulonu, 01 ədəd kulonunun üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, qulaqcığında “750” damğası olan brilyant 1 ədəd 0,108 k arat, 7 ədəd hər biri 0,055 karat, 25 ədəd hər biri 0,034 karat olmaqla, çəkisi 7,93 qram dəyəri 2000 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərində ümumilikdə 3 ədəd qara rəngli daş və 108 ədəd rəngsiz şəffaf qaş olan brilyant 6 ədəd hər biri, 0,074 karat, 102 ədəd hər biri 0,023 karat, çəkisi 32,21 qram, dəyəri 6000 manat təşkil edən qızıl sırğa cütü-üzüyü, 1 ədəd üzərində 386 ədəd rəngsiz, şəffaf qaş olan qırıq vəziyyətdə, klidində “750” damğası olan brilyant 220 ədəd hər biri, 0,003 karat, 152 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat, çəkisi 18,46 qram, dəyəri 5600 manat təşkil edən qızıl boyunbağını, 1 ədəd üzərində 429 ədəd rəngsiz şəffaf qaş olan boyunbağı hissəsi qırıq vəziyyətdə brilyant 220 ədəd, hər biri 0,003 karat, 195 ədəd hər biri 0,021 karat, 14 ədəd h ər biri 0,055 karat, çəkisi 22,84 qram, dəyəri 6100 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd kilidində “750” damğası olan çəkisi 78,77 qram, dəyəri 400 manat təşkil edən ipə düzülmüş metal hissəsi qızıl olan mirvari boyunbağını, 01 ədəd ipə düzülmüş 308 ədəd çəhrayı rəngli qaşdan ibarət çəkisi 24,35 qram, dəyəri 350 manat təşkil edən boyunbağını, 01 ədəd “Bvlgari” markalı üzərində 42 ədəd şəffaf rəngli brilyant daşlar olan hər biri 0,020 karat olmaqla çəkisi 109,70 qram, dəyəri 10000 manat təşkil edən qızıldan hazırlanmış hissələri olan qol saatını, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Franck Müller” və “Geneve” yazıları olan gümüşü rəngli, kənarlarında 124 ədəd rəngsiz şəffaf qaş düzülmüş brilyant 124 ədəd hər biri 0,012 karat, çəkisi 99,48 qram, dəyəri 30000 manat təşkil edən qızıl qol s aatını, 01 cüt “Graff” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə 161.500 (yüz altmış bir min beş yüz) manat təşkil edən dəyəri 95000 ABŞ dolları olan qızıl sırğanı, 1 cüt “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 7101 manat təşkil edən 3600 avro olan qızıl sırğanı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 6120 manat təşkil edən 3600 ABŞ dolları dəyərində qızıl boyunbağını, 1 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5917,5 manat təşkil edən 3000 avro dəyərində qızıl qolbağını, 1 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5523 manat təşkil edən 2800 avro dəyərində qızıl üzüyü, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5865 manat təşkil edən 3450 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 7890 manat təşkil edən 4000 avro dəyərində qızıl üzüyü, 1 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 10651,5 manat təşkil edən 5400 avro dəyərində qızıl boyunbağını, 1 cüt keyfiyyət göstərici 1,7 karat olmaqla Azərbaycan manatının məzənnəsi ilə qiyməti 37400 manat təşkil edən 22000 ABŞ dolları dəyərində qızıl tək qaş sırğa, 1 cüt keyfiyyət göstərici 1 karat olmaqla Azərbaycan manatının məzənnəsi ilə qiyməti 20400 manat təşkil edən 12.000 ABŞ dolları dəyərində qızıl tək qaş sırğanı, 01 ədəd “Cartier” markalı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 29587,5 manat təşkil edən 15000 avro dəyərində qı zıl qol saatını, 1 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində qızıl boyunbağını, 1 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 29587,5 manat təşkil edən 15000 avro dəyərində qızıl boyunbağını, 01 ədəd paxlava formalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 11900 manat təşkil edən 7000 ABŞ dolları dəyərində qızıl üzüyü, 01 ədəd Sibir brilyantlarından hazırlanmış gül formalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5100 manat təşkil edən 3000 ABŞ dolları dəyərində qızıl üzüyü, 01 cüt zümrüd daşlarından hazırlanmış 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində qızıl sırğanı, zümrüd daşlarından hazırlanmış 1 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbaq 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 25500 manat təşkil edən 15000 ABŞ dolları dəyərində 1 dəst olmaqla qızıl komplekti, 1 ədəd “Behrad” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində uzun qızıl boyunbağını, 01 ədəd “Behrad” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində uzun qızıl boyunbağını, 01 ədəd 750 əyarlı “Chopard” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 1700 manat təşkil edən 1000 ABŞ dolları dəyərində qızıl boyunbağını, 1 ədəd 750 əyarlı qızıl sırğa və 01 ədəd 750 əyarlı qızıl üzük olmaqla Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində qızıl komplekti, 01 ədəd rubin daşlarından hazırlanmış Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 8500 manat təşkil edən 5000 ABŞ dolları dəyərində brilyant boyunbağını, 01 ədəd 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 5100 manat təşkil edən 3000 ABŞ dolları dəyərində brilyant üzüyü, 1 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 4931,25 manat təşkil edən 2500 avro dəyərində topaz kulon başlığı olan qızıl boyunbağının zəncirini, 3.200 manat nağd pulu, Azərbaycan manatının məzənnəsi ilə dəyəri 1360 manat təşkil edən 800 ABŞ dolları nağd pulu, Azərbaycan manatının məzənnəsi ilə dəyəri 15780 manat təşkil edən 8 min avro nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 59570 (əlli doqquz min beş yüz yetmiş) manat, Zərərçəkmiş şəxs1 74 3.548 (yeddi yüz qırx üç min beş yüz qırx səkkiz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 803.118 (səkkiz yüz üç min yüz on səkkiz) manat məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlarına toxunan şəxsin vəkili tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-914/2024 nömrəli 8 may 2024-cü il tarixli qərarının xüsusi müsadirəyə aid hissədə ləğv edilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələr “Daewo Nubira” markalı **-HJ*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin 1/4 hissəsinin tam həcmdə məhkum edilmiş Məhkum qızma məxsus olması ilə bağlı yanlış hüquqi nəticəyə gəlmişlər. Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən mənzil və ya mənzilin 1/4 hissəsi heç vaxt Məhkum məxsus olmamışdır. Həmin mənzil Məhkum əri, yəni hazırkı şikayəti verən maraqlı şəxs Şahid2 və onun bacıqardaşlarına birgə mülkiyyətinə qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Belə olan halda Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən mənzilin 1/4 hissəsi maraqlı şəxs Şahid2 xüsusi mülkiyyətində olmuş, M əhkum həmin hissəyə hətta ümumi mülkiyyət hüququ mövcud olmamışdır. “Daewoo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə birgə nikah dövründə alındığı üçün maraqlı şəxs Şahid2 həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. “Daewoo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər Məhkum ilə birgə nikahları müddətində alındığı üçün ümumi birgə mülkiyyətdir və hər birinin bərabər payı var. Ona görə də maraqlı şəxs Şahid2 payı üzərinə həbs qovula və nəticədə müsadirə oluna bilməzdi. Hüquqi məsələlər: M əhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə maraqlı şəxs Şahid2, məhkumun müdafiəçisi V.Adıgözəlovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mənzilin xüsusi müsadirəsinə dair hissədə ləğv edilməli və iş üzrə həmin hissədə yeni apellyasiya baxışı təyin edilməlidir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiy a müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydası nda ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Odur ki, kollegiya kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşd ur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstər ilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində əməlin hüquqi tövsifi və işin faktiki halları mübahisələndirilmir. İş üzrə yalnız xüsusi müsadirə mübahisələndirilir. Aşağı instansiya məhkəmələrinin qərarlarından görü nür ki, məhkum tərəfindən törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxslərin 803.118 (səkkiz yüz üç min bir yüz on səkkiz) manat məbləğində əmlakları oğurluq yolu ilə ələ keçirilmiş, oğurlanmış əmlakların bir hissəsi geri qaytarılmış, lakin 485.373 manat məbləğində ziyan zərər çəkmiş şəxslərə ödənilməmişdir. Zərər çəkmiş şəxslər və mülki iddiaçıların iddia tələbinə görə 485.373 manat məbləğində əşyaların dəyəri Məhkum tələb edilir. Kassasiya məhkəməsi qeyd edir ki, kassasiya şikayəti Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin ¼ hissəsinin xüsusi müsadirə ləğv olunması hissəsində təmin olunmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri publik şəxsiin 13 oktyabr 2022-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 23 ünvanda yerləşən 39 nömrəli mənzilin 3 otağından ¼ hissəsi Şahid2 adına qeydiyyata alınmışdır. Cinayət işinin materiallarından görünür ki, maraqlı şəxs Şahid2 Məhkum əridir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 5(009)-4257/2022 nömrəli və 5(009)-4258/2022 nömrəli qərarları ilə, Məhkum Müseyb qızına məxsus “Daewoo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Şahid2 adına qeydiyyata alınmış Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin ¼ hissəsinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 f evral 2024-cü il hökmündə Məhkum Müseyb qızının və onun əri Şahid2 adına qeydiyyata alınmış, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin ¼ hissəsinin xüsusi müsadirə edilməsi qərara alınmışdır. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1-un hansı hissəsinin konkret olaraq Şahid2 məxsus olması aydınlaşdırılmamışdır. İş materiallarına mübasihələndirilən mənzilin Şahid2 məxsus olmasına dair çıxarış, yaxud digər hər hansı təsdiqedici sənədlər əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən mənzilin Məhkum Müseyb qızının və onun əri Şahid2 adına qeydiyyata alınmasını hökmdə göstərsə də, bu, iş materialları ilə sübut edilməmiş və apellyasiya məhkəməsi sözügedən hala qiymət verməmişdir. Kassasiya şikayətində isə göstərilmişdir ki, mübahisələndirilən Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən mənzilin ¼ hissəsi maraqlarına toxunan şəxs Şahid2 vərəsəlik qaydasında keçmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi mübahisələndirilən mənzilin hansı əsasla Şahid2 adına qeydiyyata alınmasını (və həmin mənzilin, yaxud ona payın bir hissəsinə Məhkum da hüquqlarının olub-olmamasını) əsaslandırmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsiin 13 oktyabr 2022-ci il tarixli **********14 nömrəli məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 23 ünvanda yerləşən 39 nömrəli mənzilin 3 otağından ¼ hissəsinin Şahid2 adına qeydiyyata alınması göstərilsə də, hökmdə həmin ünvanda yerləşən 3 otaqlı mənzilin ¼ hissəsinin xüsusi müsadirə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan apellyasiya şıkayətinə əlavə edilmiş ******* nömrəli çıxarışda qeyd olunmuşdur ki, həmin mənzilin 1 payı X4, 3 otaq isə X1 məxsusdur (cild 4, i.v.149). Göründüyü kimi, iş materiallarında və məhkəmə qərarlarında mənzilin kimə və hansı həcmdə məxsus olmasına dair ziddiyyətli məqamlar mövcuddur və bu ziddıyyətlər aradan qaldırılmadan məhkəmə qərarlarının düzgün olması qənaətinə gəlmək mümkün deyil. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Məhkum Müseyb qızına məxsus “Daewo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin xüsusi m üsadirə olunması barədə mövqeyi ədalətli və düzgündür. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgə ninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma məxsus olub, üzərinə həbs qoyulmuş əmlaklar “Daewoo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin xüsusi müsadirə edilməsi və müsadirə edilmiş əmlakların dəyərinin zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi ilə bağlı aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən mübahisəli mənzillə bağlı yuxarıda göstərilən halları araşdırmamışdır və cinayət işinin həmin hissədə yenidən araşdırılmasına zərurət vardır. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühü m əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Şahid2 vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 may 2024-cü il tarixli qərarı Bakı şəhəri, Sabunçu rayonu, Zab rat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən əmlakın ¼-nin xüsusi müsadirə edilməsi hissəsində ləğv edilsin və həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar