Məhkəmə qərarları › İş №1(102)-1501/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1501/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1501/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) 1(005)11/2020 nömrəli, 19 mart 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Naxçıvan MR, Babək rayonu Cəhri kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.4 və 29,178.2.2-ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 may 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X4 və X3 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə tanışları X4 və X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 27.12.2017-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti məhəllə 2082 ünvanında fəaliyyət göstərən «Dərnəgül Bazarı» adlanan tikinti materiallarının satışı mərkəzinə gələrək orada dəmir dirəklərin icarəsi ilə məşğul olan Zərərçəkmiş şəxs dükanındakı satıcısı Şahid1 özləri ilə həqiqi niyyətlərini bildirmədən aldadıb gətirdikləri ahıl yaşlı Şahid3 öz qohumları kimi təqdim edərək guya onun üçün fərdi ev tikdirdiklərini yalandan deməklə sonuncunun AZE seriyalı 05174387 nömrəli şəxsiyyət vəsiqəsini girov saxlayıb, istifadələrində olan mobil telefonların nömrələrini yazdırıb və bir aylıq icarə haqqını təşkil edən 260 (iki yüz altmış) manat məbləğində pulu ödəyib etibarını qazanmaqla dükandan hər birinin dəyəri 15 (on beş) manat ola n ümumilikdə 370 (üç yüz yetmiş) ədəd dəmir dirəkləri bir aylıq icarə adı ilə götürüb ələ keçirdikdən sonra orada yükdaşıma xidməti göstərən Gəray adlı sürücünün «Foton» markalı yük avtomobilinə yüklədərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki "Avtoşkolanın Yanı” adlanan ərazidəki ünvansız boş tikinti sahəsinə daşıyıb boşaltmışlar və sonradan elə həmin günün axşamı İbrahim adlı sürücünün yük avtomobilinə yükləyib Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti məhəllə 2082 ünvanında fəaliyyət göstərən «Dərnəgül Bazarı» adlanan tikinti materiallarının satışı mərkəzinə geri qaytararaq orada dəmir dirəklərin alqı-satqısı ilə məşğul olan Şahid2 öz əmlakları kimi təqdim edib 2150 (iki min bir yüz əlli) manata sataraq əldə olunmuş pulu öz aralarında bölməklə əmlak sahibi Zərə rçəkmiş şəxs ümumilikdə 5550 (beş min beş yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişlər. Bundan başqa, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmə məqsədi ilə tanışları X4 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 27.12.2017-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti məhəllə 2082 ünvanında fəaliyyət göstərən «Dərnəgül Bazarı» adlanan tikinti materiallarının satışı mərkəzinə özləri ilə həqiqi niyyətlərini bildirmədən aldadıb gətirdikləri ahıl yaşlı Şahid3 öz qohumları kimi təqdim edərək guya onun üçün fərdi ev tikdirdiklərini yalandan deməklə sonuncunun AZE seriyalı 05174387 nömrəli şəxsiyyə t vəsiqəsini girov saxlayıb, istifadələrində olan mobil telefonların nömrələrini yazdırıb və bir aylıq icarə haqqını ödəyib etibarını qazanmaqla 370 (üç yüz yetmiş) ədəd miqdarında dəmir dirəkləri ələ keçirdikləri dükanın satıcısı Şahid1 28.12.2017-ci il tarixdə axşam saatlarında zəng vurub guya həyata keçirdikləri tikinti işlərində əlavə dirəklərə ehtiyaclarının yarandığını yalandan bildirməklə ona əlavə 170 (bir yüz yetmiş) ədəd miqdarda dəmir dirəklər sifariş verib icarə haqqını təşkil edən 119 (bir yüz on doqquz) manat məbləğində pulu dirəklər sifariş olunan ünvana çatdırdıqdan sonra ödəyəcəklərini vəd verərək dükanına özlərinin göndərdikləri, sürücüsü, markası və dövlət qeydyyat nişanı istintaqa məlum olmayan yük avtomobilinə yüklədərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsin dəki “Avtoşkolanın Yanı” adlanan ərazidəki ünvansız boş tikinti sahəsinə apartdırmışlar, lakin bir gün əvvəl göndərdikləri dirəkləri həmin ünvanda müəyyən etmədiyi üçün əmlak sahibi Zərərçəkmiş şəxsin tapşırığına əsasən Şahid1 apardığı əlavə dirəkləri onlara təhvil verməkdən imtina etdiyindən hər birinin dəyəri 15 (on beş) manat olmaqla ümumi dəyəri 2550 (iki min beş yüz əlli) manat təşkil edən 170 (bir yüz yetmiş) ədəd miqdarda dəmir dirəkləri ələ keçirməyə müvəffəq olmayaraq öz iradələrindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyib əmlak sahibi Zərərçəkmiş şəxs qarşı təkrar dələduzluğa cəhd etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Elmar Rəhimov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-573/2 020 nömrəli, 25 iyun 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2020-ci il tarixli qərarını dəyişdirərək, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona şərti məhkum etmə cəzasının təyin edilməsi haqqında qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, cəzasının çox hissəsini çəkməsini nəzərə alıb, həmçinin himayəsində az yaşlı övladının olmasını, ilk dəfə məhkum olmağını, zərərçəkmişlə barışıq əldə etməyini nəzərə alıb çəkilməmiş hissədən azad olunmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbay can Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 29,178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili məhkuma təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ha belə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərə findən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkə mə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və hə m məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları da xilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrini nəzər ə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının 25 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cinayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar