Məhkəmə qərarları › İş №1(102)-1501/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1501/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1501/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum X2 müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ailəli, ali təhsilli, "xxxx" MMC-də həkimanestezioloq-reanimatoloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 124.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.O.Əsgərova) Məhkum - Azərbaycan Respublikası CM-in 124.1 və 320.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində c inayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), N.R.Mövsümov və H.Ə.Nəbiyev) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2019-cu il tarixli qərarı ilə (hakimlər F.A.Kərimov (sədrlik edən), G.L.Rzayeva və İ.T.Hacıqayıbov) kassasiya protesti və kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və F.Ə.Məmmədov) apellyasiya protesti və apellyasiya şikayətləri qismən təmin edilərək Məhkum Azərbaycan Respublikası CM-in 124.1 və 320.1-ci maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirli b ilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən Məhkum qarşı irəli sürülmüş mülki iddianın baxılmamış saxlanılması və ona mülki mühakimə icratı qaydasında məhkəməyə müraciət etmə hüququnun izah olunması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı), onun nümayəndəsi və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), Ə.Ə.Novruzov və İ.Ə.Rəcəbov) kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin birlikdə verdikləri kassasiya şikayəti təmin edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli il tarixli hökmü Məhkum cəza təyin edilməsi və zərərçəkmiş şəxsin (mülki iddiaçının) mülki iddiasının baxılmamış saxlanılması hissələrində ləğv edilməsi və cinayət işinin həmin hissələrdə a pellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər:R.Ə.Ağayev (sədrlik edən), V.C.Cəfərov və G.F.Tağızadə) apellyasiya protesti və apellyasiya şikayətləri qismən təmin edilərək Məhkum Azərbaycan Respublikası CM-in 124.1 və 320.1-ci maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmünün ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 124.1ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (alt ı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum barəsində «8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndi tətbiq edilməklə, Məhkum təyin edilmiş cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən Məhkum qarşı irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 (beş min) manat Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, mənəvi zərərə görə mülki iddia qalan hissədə təmin edilməməsi hökm edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 124.1, 320.1-ci maddələri ilə ittiham elan edilmişd ir ona görə ki, o, peşə vəzifələrini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 6, 8, 9-cu bəndlərinin tələblərini pozaraq xx.xx.2016-cı il tarixdə saat 10 radələrində “Adenoid 3 dərəcə, xroniki dekompense olunmuş tonzillit” dioqnozu ilə işlədiyi xəstəxanaya müraciət edən xx.xx.2013-cü il təvəllüdlü X6 üzərində icra ediləcək “adenotonzillektomiyya” (burun-boğaz nahiyyəsində artıq ət hissəsinin götürülməsi) əməliyyatından öncə elektrokardioqrafiya (EKQ) müayinəsi zamanı onda “sinoatrial blokadanın” olduğu müəyyənləşdirilib kardioloqun konsultasiyası tövsiyyə olunmasına baxmayaraq, əməliyyatın aparılmasını təxirə salmamış və xəstəni mü ayinələrdən tam keçirmədən, kəllədaxili təzyiqi qiymətləndirilmədən, mədə zondlanmadan, saat 12:10-da əməliyyata götürüb, fiziki göstəricilərini (3 yaş, 16 kq), əməliyyatın müddətini (25 dəq) nəzərə almadan əməliyyatdan öncə ona anestetik vasitə olan “Kalipsol” dərman preparatını 1-2 mq vurmaq əvəzinə, normadan xeyli artıq, yəni 150 mq dozada vena daxilinə yeritməsi anestezioloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikasını aparmamış, xəstəyə dinamik nəzarəti həyata keçirməmiş, sonuncuda müşahidə edilən qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölə biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə X9 tənəffüs yollarının qusuntu kütləsi ilə tutulmasından asfiksiya olaraq saat 21:20-də xəstəxanada onun ehtiyatsızlığından ölmüşdür. Bundan başqa, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli Əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 15, 24.4-cü bəndlərinin və xx.xx.2005-ci il tarixli 74 nömrəli əmri ilə təsdiq edilmiş “stasionar xəstənin tibb kartası haqqında Təlimat”-in tələblərini pozaraq xx.xx.2016-cı il tarixdə saat 21:20-də X6 onun ehtiyatsızlığından öldüyünü görüb məsuliyyətdən yayınmaq və baş vermış ölümün anestezioloji ağırlaşma ilə əlaqədar olmadığını göstərmək məqsədilə xəstəni əməliyyatdan sonra saat 13:50-də ekstubasiya edib palataya köçürdüyü halda, həmin vaxt saat 13:00-a kimi, p alataya gətirdiyi andan saat 18 radələrinədək xəstəyə baxışı həyata keçirib müayinə etmədiyi halda, huşunun aydın olması, boğazındakı ağrılardan şikayət etməsi, xəstədə qusma halının baş verməməsi, süd və maye qəbul etməsi, həmçinin sonuncuya anestetik vasitə olan “Kalipsol” dərman preparatını 150 mq olması barədə Arzu Qurbanlıya açılmış 482 nömrəli stasionar xəstənin tibb kartasına bilə-bilə yalan məlumatlar daxil etməklə hüquq verən və vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkum X4 cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar düzgün müəyyən olunmayaraq və onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi nəzərə alınmayaraq məhkuma yüngül cəza təyin olunmuş, həmçinin əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməmişdir. Dövlət ittihamçısının fikrincə, əlavə cəzanın təyin edilməməsi və Məhkum barəsində «8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə, onun təyin edilmiş əsas cəzadan azad edilməsi faktiki olaraq onun cəzasız qalmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi v arisi və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, məhkum X5 barəsində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməli və əsas cəzası da ağırlaşdırılmalı, həmçinin mülki iddiaçının mənəvi ziyana görə qaldırdığı 100.000 manat məbləğində olan iddiası tam təmin olunmalı idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dö vlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi Ə.Hüseynovun və Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində itt ihamın əsası deyil, yalnız məhkum barəsində təyin edilmiş cəzanın yüngül olması və onun barəsində amnistiya aktının müddəalarının düzgün tətbiq edilməməsi mübahisə edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın yüngül olması və mülki iddianın tam tamin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 124-cü maddəsinə əsasən “Ehtiyatsızlıqdan adam öldürməiki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkə məsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinay ət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların ta m olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən X3 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, onun şəxsiyyəti, əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması düzgün nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngüllə şdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya protestində və kassasiya şikayətində göstərilən Məhkum cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar düzgün müəyyən olunmayaraq, həmçinin əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməməsinə dair dəllilərlə bağlı məhkəmə kollegiyası apelya siya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə b u Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əlavə cəza təyin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, yalnız həmin əsasa görə aşağı instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddianın mənəvi zərərin tam ödənilməsi hissəsi ilə bağlı kassasiya şikayətinin dəlillərini təhlil edərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkəts izliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda onun ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilən hüquq normasına geniş şərh verərək ölmüş zərər çəkmiş şəxsin yaxın qohumunun (hüquqi varisinin) ona vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə bağlı nəticəyə gəlmişdir ki, - Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərər çəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olara q birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) mülki iddia qaldıraraq Məhkum törətdiyi cinayət əməli nəticəsində uşağının ölməsi və baş vermiş hadisə ilə əlaqədar keçirdiyi psixi və mənəvi s arsıntılara görə 100.000 (yüz min) manat məbləğində mənəvi zərərin ona ödənilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən Məhkum qarşı irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 (beş min) manat Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, mülki iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin mənəvi zərəri 5000 (beş min) manat həddində müəyyən etməsi və həmin məbləğdə vurulmuş mənəvi ziyanın mülki cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində və kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddə sində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protesti və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar