Məhkəmə qərarları › İş №1(102)-1502/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1502/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1502/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(105)-16/ 2022 nömrəli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, ailəli, himayəsində beş azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Yeni Quşçuluq massivində yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. 2. 13 iyul 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.2, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən idman zalını icarəyə verdiyi X1 ilə həmin idman zalında baş vermiş su sızması ilə bağlı mübahisə edərək ondan zalı tərk etməsinə dair tələbi ilə əlaqədar sonuncunun bu barədə məlumat verdiyi tanışı Şahid7 həmin məsələyə aydınlıq gətirmək məqsədilə görüşmək təklifindən sonra 28 noyabr 2019-cu il tarixdə, saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 26-cı km-də yerləşən “Avropa” kafesində görüşüb ikilikdə mübahisəyə aydınlıq gətirilməsi üçün kafenin 4 nömrəli otağında etdikləri söhbət əsnasında yüksək səslə mübahisə edərək açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə kafenin normal iş fəaliyyətini və həmin vaxt kafedə olan müştərilərin istirahət hüququnu pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər qismində xuliqanlıq edərək, səs-küyə daha əvvəl Şahid7la birlikdə kafeyə gəlib həyətdə gözləyən və otağa daxil olan xx xxx 1991-ci il təvəllüdlü, Abşeron rayonu, Nübar qəsəbəsində yaşamış Zərərçəkmiş şəxs zor tətbiq edib ona sol gözün üst qapağının, burun və sol almacıq nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, eyni zamanda sağ gözün ü st qapağının hematoma fonunda əzilmiş yarası xəsarəti ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs onun mübahisəsinə müdaxilə etməsini bəhanə edib qərəzli xuliqanlıq hərəkətlərinin davamı olaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini ətrafdakıların fövqündə qoymaqla qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan odlu silahı şalvarının kəmər hissəsinin arxa tərəfindən çıxarıb qəsdən xuliqanlıq niyyəti ilə öldürmək məqsədi ilə bir metrdən artıq məsafədən Zərərçəkmiş şəxs ürək nahiyəsinə bir dəfə atəş açaraq sonuncuya giriş dəliyi döş qəfəsinin sol yarısının ön səthində, çıxış dəliyi döş qəfəsinin sol yarısının arxa səthində yerləşən, dəlib-keçən, yara kanalı boyunca ürək kisəsini, ürəyi və sol ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 (bir) ədəd dəlib-keçən odlu silah yaralanması ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək onu odlu silahdan istifadə etməklə xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir..

3. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum qarşı verilmiş ittihamla tam razılaşıb, 1(101)-214/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2, 221.3, 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirl i bilib, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və cəzaçəkmə müddətinin əvvəlinin 29 noyabr 2019-cu tarixdən hesablanmasını hökm etmişdir.

4. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cina yətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2, 221.3 və 228.1-ci maddələri ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci tarixli, 1(105)-16/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-214/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 10 (on) il 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən yeni qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-21 4/2021 nömrəli 17 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1.ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 11 (on bir) il 6 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(105)-16/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

7. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş və tədqiq edilməmiş, bunun nəticəsi olaraq məhkəmə Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsində, habelə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə verilmiş ittihamın hökmdən xaric edilməsində səhvə yol vermişdir. Dövlət ittihamçısı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci tarixli, 1(105)-16/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

8. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunveri ciliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdir ilə bilər.

13. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğunu, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür v ə bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(105)-16/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq kassasiya şikayətini əsassız hesab edir.

15. Belə ki, Azərbaycan Respublikası CPM-nin 413.1 və 413.1.4-cü maddələrinin ümumi məzmununa görə, kassasiya protestini verən şəxsin mülahizəsinə görə, hökmün və ya qərarın qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması kassasiya protestində öz əksini tapmalıdır.

16. Kassasiya protestinin mətni kassasiya müraciətinin məzmununa dair CinayətProsessual Məcəllənin başlıca tələbi ilə müqayisə edildikdə müəyyən edilir ki, protest müəllifi - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 hüquqi mövqeyini cinayət işi üzrə dindirilmiş bir sıra şəxsin ifadələrini hər hansı formada təhlilini aparmadan əks etdirməklə əsaslandırmış, həmin ifadələrin hansı hissələri ilə cinayət hadisəsinin onun fikrincə baş vermə təsvirinin təsdiq və, əksinə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin təkzib edildiyini qeyd etməmişdir.

17. Bundan başqa, Məhkum qəsdən adam öldürmə cinayətini məhz xuliqanlıq niyyəti ilə törətməsi “qərəzli xuliqanlıq hərəkətlərini kafenin kabinetində başlayan Məhkum həmin hərəkətləri kafedən bayıra, yəni kafenin həyətinə çıxandan sonra da davam etdirmiş, odlu silahdan atəşi məhz həyətə çıxandan sonra açmış, bu hərəkətləri ilə eyni zamanda kafenin normal fəaliyyətini pozmuş, işçilərin arasında çaxnaşma və qorxu yaratmış, kafe maddi ziyan çəkmiş, yəni ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişdir qərəzli xuliqanlıq hərəkətlərini kafenin kabinetində başlayan Məhkum həmin hərəkətləri kafedən bayıra, yəni kafenin həyətinə çıxandan sonra da davam etdirmiş, odlu silahdan atəşi məhz həyətə çıxandan sonra açmış, bu hərəkətləri ilə eyni zamanda kafenin normal fəaliyyətini pozmuş, işçilərin arasında çaxnaşma və qorxu yaratmış, kafe maddi ziyan çəkmiş, yəni ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən qərəzli xuliqanlıq hərəkətlərinə yol vermişdir” cümlə si ilə əsaslandırılsa da, Məhkum atəş açmasının məqsədinin təkcə qəsdən Zərərçəkmiş şəxs öldürülməsi yox, bunun xuliqanlıq niyyəti ilə edilməsinə yönəlməsini əsaslandıran obyektiv dəlil irəli sürülməmiş, hər hansı təsdiqedici sübut və ya işin həlledici halına istinad edilməmişdir.

18. Belə olan halda məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikası nın Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmışdır. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr ittiham tərəfinin təqdim etdiyi bütün iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(105)-16/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənl ərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(105)-16/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar