Məhkəmə qərarları › İş №1(102)-1502/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1502/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1502/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qə rarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cavid Hüseynov, hakimlər Eldar İsmayılov və Samir Əliyev) 1(101)-162/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, CM-in 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, C M-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 21 fevral 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub 23 fevral 2015-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə et mə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi nemətin təklif olunması, vəd edilməsi və ya verilməsinə təhrik etmə cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı Zərərçəkmiş şəxs2 külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq hissə-hissə öz mülkiyyətinə keçirməkdən ötrü Zərərçəkmiş şəxs2 müxtəlif vədlərlə aldadaraq son uncunun etibarından sui-istifadə edib hissə-hissə olmaqla, yəni əvvəlcə 05 iyul 2014-cü il tarixdə ünvan 3 ünvanında bir həftə ərzində geri qaytaracağına dair yalan vəd verərək borc adı ilə özündən əlbəəl 10 000 (on min) manat, 15 iyul 2014-cü il tarixdə Tərtər şəhəri, Ə.Paşayev küçəsində yerləşən “Elektromexanika” zavodunun yaxınlığında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan ilkin olaraq aldığı 10 000 manat pul ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib özündən əlbəəl 12 000 (on iki) manat, 25 iyul 2014-cü il tarixdə Tərtər şəhəri, Ə.Paşayev küçəsində yerləşən “Elektromexanika” zavodunun yaxınlığında guya x arici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan daha əvvəl aldığı 22 000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı X5 vasitəsilə 7 000 (yeddi) manat, 03 avqust 2014cü il tarixdə tanışı ünvan 3 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 29 000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Cavid Əliyevin vasitəsilə 8000 (səkkiz min) manat, 10 avqust 2014-cü il tarixdə tanışı ünvan 3 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 37 000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Cavid Əliyevin vasitəsilə 4.000 (dörd min) manat, 20 avqust 2014-cü il tarixdə ünvan 3 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 41.000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcə yini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Şahid13 Əlövsət oğlunun vasitəsilə 7.000 (yeddi min) manat, sonuncu dəfə isə 24 avqust 2014-cü il tarixdə ünvan 3 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 48.000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun qızı Şahid11 vasitəsilə 2600 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2039,44 (iki min otuz doqquz manat qırx dörd qəpik) vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 50039,44 (əlli min otux doqquz manat qırx dörd qəpik) manat məbləğində pulu alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən, tanışı X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət təqibi aparılmasını və Bakı şəhər Yasamal rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsini bilib, sonuncunun arvadı Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ötrü, Zərərçəkmiş şəxs3 hüquq-mühafizə və məhkəmə orqanlarında işləyən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə X7 rayon Məhkəməsində cəzadan azad etmək kimi imkana malik old uğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Fərrux Bayramovun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni cəzadan azad edilməsi üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat pulun verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncunun xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ötrü özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin məqsədlə hissə-hissə olmaqla, yəni 2015-ci ilin fevral ayının əvvəllərində müəyyən edilməmiş gündə Bərdə şəhəri, Bakı küç əsində yerləşən “Təzə məhəllə”də fərdi yaşayış evində 2.500 (iki min beş yüz) manat pulu özündən əlbəəl, daha sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə hiss-hissə olmaqla, 2015-ci ilin mart ayının əvvəllərində müəyyən edilməmiş gündə həmin fərdi yaşayış evində 5.500 (beş min beş yüz) manat pulu özündən əlbəəl, 2015-ci ilin mart ayının sonlarında müəyyən edilməmiş gündə həmin fərdi yaşayış evində 8.000 (səkkiz min) manat pulu özündən əlbəəl, 2015-ci ilin aprel ayında istintaqla müəyyən edilməmiş gündə həmin fərdi yaşayış evində 5900 (beş min doqquz yüz) manat pulu özündən əlbəəl, 29 may 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 sonuncunun oğlu X3 adından "xxxx" ASC-nin Bərdə rayon filialından öz adına pul köçürmə sistemi vasitəsilə göndərilmiş 4.100 (dörd min yüz) manat pulu, sonuncu dəfə isə 06 avqust 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 sonuncunun tanışı X2 adından "xxxx" ASC-nin Bərdə rayon filialından öz adına pul köçürmə sistemi vasitəsilə göndərilmiş 3.000 (üç min) manat pulu, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 29.000 (iyirmi doqquz min) manat məbləğində pulu ələ keçirib, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Fərrux Bayramovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan 29.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 təhrik etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən, tanışı Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ötrü, guya dayısının Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda bina tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumat verib Zərərçəkmiş şəxs1 inandırdıqdan sonra sonuncuya oğlu Şahid1 üçün Bakı şəhərində və Abşeron rayonunda yeni tikilən binalardan real bazar dəyərindən daha ucuz qiymətə mənzil almağa köməklik edəcəyinə dair yalan vəd verib aldatmış, etibardan sui-istifadə edərək həmin məqsədlə hissə-hissə olmaqla, əvvəlcə 2015-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 5 ünvanda yerləşən “Diqlas” ticarət mərkəzində ilkin ödəniş adı ilə 7.000 manat əlbəəl özündən, daha sonra eyni məqsədlə 2017-ci ilin yay aylarına qədər olan müddət ərzində müxtəlif vaxtlarda və yerlərdə hər dəfə 1800 manat olmaqla 21.000 manat əlbəəl özündən, sonuncu dəfə isə 2017-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Atəş” restoranında Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Şahid1 vasitəsilə 15.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 43.000 (qırx üç min) manat məbləğində pulu alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 11 may 2023-cü il tarixli, 1(103)-83/2023 nömrəli qərarı ilə Bakı Ağır C inayətlər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 1(101)-162/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirərək dələduzluq etməsi epizodu üzrə və CM-in 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası CM-in 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, barəsində Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə verilmiş ittihamın bu epizodu üzrə və Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsind ə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibinə xitam verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 21 fevral 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub 23 fevral 2015ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona təy in edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun barəsində ədalətsiz nəticəyə gəlinmişdir. Belə ki, məhkum öz ifadələrində zərərçəkmiş şəxsə dəymiş ziyanın müəyyən bir qismini ödədiyini (13900 manat məbləğində pul, 1600 manat məbləğində qızıl zinət əşyası, "xxxx" vasitəsilə hissə-hissə göndərilmiş pullar) dəfələrlə bildirsə də, məhkəmə qeyd olunanları nəzərə almamışdır. O, təqsirli olduğunu etiraf etmiş, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini qeyd etmişdir. Eyni zamanda iddia olunan maddi zərərin məbləğinin şişirdilmiş miqdarda olduğunu, beləliklə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu bi ldirmişdir. Həmçinin ağır ürək çatışmazlığından əziyyət çəkməsi, həyat yoldaşı və qardaşının Qarabağ müharibəsi qazisi olmaları, himayəsində 3 övladının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumun kassasiya şikayətinin başlıca dəlili irəli sürülmüş ittihamda göstərilən ziyan məbləğlərinin əsassız artırılması və onun tərəfindən ziyanın qismən ödənilməsi, habelə onun şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona ədalətsiz ağır cəzanın təyin edilməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, c inayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyini müəyyən edərkən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları və digər sübutlarla məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə Məhkum cinayət törətməməsinə dair məhkəmədə verdiy i ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun məhkəmədə verdiyi ifadəsinin işin hallarına uyğun olmaması və iş üzrə digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətinin əsasını təşkil edən dəlillər, yəni Məhkum cinayət törədilməsində iştirakının olub-olmaması araşdırılmış, sübutlara və işin hallarına hüquqi qiymət verilmiş, həmin məsələyə tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış, qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum CM-in 178.3.2-ci madd əsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma za manı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bun unla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü his səsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və “xroniki virus hepatiti C” diaqnozu ilə xəstə olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngül ləşdirən və ya ağırlaşdıran hər hansı digər hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya ş ikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirm ə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhk um barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar