Məhkəmə qərarları › İş №1(102)-1503/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1503/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1503/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 221.2.1 -ci maddələri ilə, Məhkum CM-nin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 Cavanşır qızı, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 və Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə) 16 aprel 2021-ci il tarixli hökmü ilə 9 noyabr 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Bakı şəhəri Nizami rayonu, R.Teymurov küçəsi, ev 28 B, mənzil 20-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM- nin 182.2.1, 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. 9 avqust 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Cəlilabad şəhəri M.Əzizbəyov küçəsi, ev 8-də qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu küçəsi, ev 7, mənzil 35-də kirayə yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-in 182.2.1, 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2019-cu il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 17, mənzil 7/11 -də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-in 182.2.1, 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə digər şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X6 və X2 ibarət tərkibdə) 25 noyabr 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi8, məhkum Təqsirləndirilən şəxs4 və müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2, Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərə findən verilmiş apellyasiya protesti təmin olunmamışdır. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə onlara təyin olunmuş cəzadan azad olunmuşlar. Məhkum üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə ona təyin edilmiş 7 (yeddi) il müddətin ə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 münasibətdə hökmdən xaric edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 Cavanşır qızı, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 və Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət Kollegiyasında kassasiya şikayətlərinə baxılması 11 noyabr 2022-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Məhkum ayrı-ayrılıqda ərizə ilə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 221.2.1 -ci maddələri ilə, Məhkum CM-nin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 Cavanşır qızı, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 və Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar