Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1503/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olu nmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-128/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü (X1 (sədrlik edən və məruzəçi), X11 və X9) ilə xx xxxx 1962-ci il tarixdə Gədəbəy rayonunun Kərimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 16 oktyabr 2015-ci il tarixdən 12 oktyabr 2016-ci il tarixədək tutulduğu 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət bir günə bir gün hesabı ilə cəmi 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 7 (yeddi) il 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə ma ddi sübutların taleyi də həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü Rusiya Federasiyasında fəaliyyət göstərən nüfuzlu və geniş əlaqələri olan sahibkar kimi təqdim edib etibar qazanaraq özünə inandırdıqdan sonra sonuncunun Rusiya Federasiyasının Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iş qurmaq niyyətini bilib ona məxsus maliyyə vəsaitlərini Bakı şəhərində tanışları vasitəsi ilə qəbul edib Rusiya Federasiyasının Moskva şəhərinə heç bir rüsum ödənilmədən qeyri-rəsmi üsulla köçürülməsini təmin edəcəyi və göndəriləcək pulların 0,7 faizi miqdarında gəlir əldə edəcəyi barəd ə qabaqcadan vəd verib inandıraraq Zərərçəkmiş şəxsla razılaşdıqdan sonra 26 aprel 2013-cü il tarixdə sonuncuya məxsus olan həmin dövr üçün milli məzənnə ilə 313840 (üç yüz on üç min səkkiz yüz qırx ) manat təşkil edən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu ləğv olunmuş "xxxx" ASC-in ünvan 2 ünvanda yerləşən filialında Zərərçəkmiş şəxs əlbəəl olaraq qəbul etmiş şəxsiyyəti istintaqa məlum olmayan “Roma” adlı şəxs vasitəsi ilə Moskva şəhərinə istintaqla müəyyən edilməsi mümkün olmayan üsulla köçürülməsinə nail olub əldə etdikdən sonra cinayətkar niyyətinin bir hissəsi olaraq şübhəyə səbəb olmadan etibar qazanmaq məqsədilə həmin məbləğdə pulu Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə sonuncunun tanışı Şahid7 təhvil vermiş, qeyd edilən pul köçürülməs inin həyata keçirilməsi ilə Zərərçəkmiş şəxs özünə qarşı daha da inandırmağa nail olub cinayətkar niyyətinə davam edərək eyni məqsəd üçün 2013-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs məxsus həmin dövrə münasibətdə milli məzənnə ilə 784.700 (yeddi yüz səksən dörd min yeddi yüz) manat təşkil edən 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pulu ünvan 3 ünvanda yerləşən “Maqnit” adlı məişət avadanlıqları mağazasının yanında Zərərçəkmiş şəxs əlbəəl olaraq qəbul etmiş şəxsiyyəti istintaqa məlum olmayan “Rəhim” adlı şəxs vasitəsi ilə Moskva şəhərinə istintaqla müəyyən edilməsi mümkün olmayan üsulla köçürülməsinə nail olub əldə etdikdən sonra qazanılmış etibara əsasən şübhələrə səbəb olmayacağına əmin olub sonuncu pulların köçürülməsində texniki problemlər səbəbindən yubanma olması barə də Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumat verməklə cinayətkar niyyətinə davam edərək eyni məqsəd üçün vahid niyyətlə 17 may 2013-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus həmin dövrə münasibətdə milli məzənnə ilə 439.432 (dörd yüz otuz doqquz min dörd yüz otuz iki) manat təşkil edən 560.000 (beş yüz altmış min) ABŞ dolları məbləğində pulu ləğv olunmuş "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 522 A nömrəli ünvanda yerləşən “Avtoinvest” filialında Zərərçəkmiş şəxs tanışlarından əlbəəl olaraq qəbul etmiş şəxsiyyəti istintaqa məlum olmayan xəzinədarlar vasitəsi ilə Moskva şəhərinə istintaqla müəyyən edilməsi mümkün olmayan üsulla köçürülməsinə nail olub əvvəlki pul köçürülməsi ilə birlikdə ümumilikdə həmin dövr üçün milli məzənnə ilə 1.224.132 (bir milyon iki yüz iyirmi dörd min yüz otuz iki) manat təşkil edən 1.560.000 (bir milyon beş yüz altmış min) ABŞ dolları məbləğində pulu əldə etdikdən sonra həmin pulların 548.000 (beş yüz qırx səkkiz min) ABŞ dollarını yəni milli məzənnə ilə 430.015.60 ( dörd yüz otuz min on beş manat aıtmış qəpik) manatını Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə sonuncunun tanışı Şahid7 təhvil verib, həmin dövr üçün milli məzənnə ilə 794.116.40 ( yeddi yüz doxsan dörd min yüz on altı manat qırx qəpik) manat təşkil edən 1.012.000 (bir milyon on iki min) ABŞ dolları məbləğində pulu isə verdiyi vədə əməl etməyib ələ keçirməklə Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən veri lmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X8, hakimlər: X3 və X2 ibarət tərkibdə) 25 dekabr 2023-cü il tarixli, 1(103)-1799/2023 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-128/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilib Məhkum bəraət verilməsi xahiş edilmişdir. 05 iyun 2024-cü il tarixdə Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinay ət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cina yət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1503/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1503/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver