Məhkəmə qərarları › İş №1(102)-1504/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1504/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1504/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Hüseynov Səfər Gülüm oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Səfər Gülüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin yataqxanasında yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X-də yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. 2. 31 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 noyabr 2023-cü il tarixdə Bakı A ğır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 15 mart 2023-cü il tarixdə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs və X5 ilə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı “Mağara” restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra, məclislərini davam etdirmək üçün oradan çıxıb piyada 16 mart 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 88 ünvanında olan binanın 6-cı mərtəbəsində yerləşən “Huqqa” restoranına gəlib ümumi zalda musiqiçilər üçün nəzərdə tutulmuş səhnənin yanındakı masada əyləşmiş, bi r qədər sonra tanışları Şahid2 da həmin restorana gələrək onlarla eyni stola əyləşmiş, bundan sonra spirtli içki pivə sifariş verib içmiş, sərxoş halda 01:30 radələrində qonşu masada əyləşmiş Zərərçəkmiş şəxs1 musiqi sifariş etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə edib tanışı Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan xuliqanlıq hərəkətləri etməklə, Zərərçəkmiş şəxs1 və son uncunun tanışı Zərərçəkmiş şəxs2 üz və sifət nahiyələrinə yumruqla zərbələr vurmuş, restoranın dəhlizində və restoranın yerləşdiyi binanın həyətində öz xuliqanlıq hərəkətlərini davam etdirərək, sonunculara yenidən yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs1 sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsinin əzilmiş yarası, sol almaçıq nahiyəsinin qançırı fonda sıyrıqları, sağ yanaq və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağ əlin arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 isə alın nahiyəsinin sağ yarısının, üst dodağın dəri örtüyünün sıyrıqları, sağ göz yuvası ətrafı yumşaq toxumaların, döş qəfəsinin ön səthinin, sol bazunun qançırları kimi sağlamlığa zərər vurmaya n bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuq altına salıb sıxmış, Təqsirləndirilən şəxs isə həmin vaxt məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə zərbə vuraraq döş qəfəsinin sağ yarısının ön səthində, döşyanı xətt üzrə, Vİ-Vİİ qabırğalararası sahədə, ayaqaltından 125 sm yuxarıda olan döş boşluğuna nüfuz edən ürəyi yaralayaraq kəskin qanitirmə törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara - həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti yetirməsi nəticəsində sonuncu yerə yıxılmış, o i sə, həmin vaxt təpiklə onun baş nahiyəsinə bir necə dəfə zərbə vuraraq bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüş, bundan sonra vahid qəsdi ilə əhatə olunan hərəkətlərini davam etdirməklə onların bu hərəkətlərinin qarşısını almağa çalışan və ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərərkən hər ikisi yerə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə zərbələr vuraraq döş qəfəsinin arxa səthinin sağ yarısının döş boşluğuna nüfuz edərək sağ qabırğaaltı arteriyanı v ə sağ ağciyəri zədələyən, hemopnevmotoraksla (plevra boşluğuna hava və qan toplanması) müşaiyət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edərək çənbər qabırğası zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında və ixtisaslaşmış tibbi yardım göstərildiyindən iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və ictimai borcunu yerinə yetirm əsi ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə cəhd etməklə, qəsdən iki şəxsi öldürməyə cəhd etmişdir. Bundan başqa, Məhkum 16 mart 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Papanin” adlanan məhəllədə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 3,387 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 16 mart 2023-cü il tarixdə, saat 10:30-da ünvan 1 ünvanının qarşısında olan zaman Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 1 bükümdə təmiz çəkisi 3,387 qram təşkil edən külli miqdarda kusta r üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-979/2024 nömrəli, 25 sentyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə 17 (on yeddi) il müddətə, Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 mart 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı apellyasiya şikayəti verib, hökmün ləğv olunması və Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29, 120.2.1, 29, 120.2.2, 29,120.2.3, 29,120.2.7 və 234.1-1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir.

8. Hökmdən digər Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya şikayəti verib, hökmün ləğv olunmasını, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 120.1 və 126.1-ci maddələrinə tövsif olunması və həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir.

9. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X6 da apellyasiya şikayəti verib, hökmün ləğv olunmasını və hökmlə təyin olunmuş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-979/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Hüseynov Səfər Gülüm oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Məhkum ağır maddələrlə ittiham olmasına səbəb Zərərçəkmiş şəxs2 Hafis oğlunun cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə hadisəni təhrif edilmiş formada müxtəlif tarixlərdə verdiyi ziddiyyətli ifadələri olmuşdur. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətli ifadələri araşdırarkən onlara düzgün hüquqi qiymət verməm iş, həmin ifadələrə Məhkum ziyanına hüquqi qiymət vermişdir. Məhkum öz ifadələrində özünü təqsirli bilməyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını göstərmişdir. Çoxsaylı şahid ifadəsi ilə Məhkum ifadəsi təsdiq olunmuş, hadisənin Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 qanunazidd hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmişdir. Məhkum mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirəcəyi barədə məlumatı olmamış, hətta, Təqsirləndirilən şəxs bıçaq olub-olmaması barədə məlumatsız olmuş, Zərərçəkmiş şəxs1 həyatdan məhrum etmək niyyətində olmamışdır. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli protokoldan məlum olur ki, həmin tarixdə “Huqqa” re storanın daxilini, dəhlizi və hadsənin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 88 və 66 ünvanlarının kəsişməsini qeydə alan videokamera görüntülərinə baxış keçirilmişdir. Həmin videogörüntülərdən müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 liftlə aşağı endikdən (01:47-də) beş dəqiqə sonra (01:52-də), Təqsirləndirilən şəxs isə yeddi dəqiqə sonra (01:54-də) aşağı düşmək üçün liftə minmişlər. Həmçinin, həmin video görüntüdən müəyyən olunur ki, bıçaqlanma hadisəsi zərərçəkmiş şəxslərin aşağı düşmək üçün liftə mindikdən 45 dəqiqə sonra baş vermişdir. Həmin hal Zərərçəkmiş şəxs2 “restoranda onları döyən adamların çox olmasından qorxduqlarına, həmçinin özünün və Cəsarətin içkili vəziyyətdə olmasına görə ordan getmək məqsədilə liftlə aşağı düşüb, gəldik ləri avtomobilə minmək istəyərkən Məhkum, Təqsirləndirilən şəxs və digər 20 nəfərə yaxın şəxs onların qarşısını kəsərək getməyə imkan verməməsi” barədə dedikləri həqiqəti əks etdirməyərək, əksinə həyətə düşdükdən sonra belə münaqişənin davam etməsinə və hadisənin baş verməsinə səbəbkar olmuşlar. Məhkum zərərçəkmiş şəxsin müqavimətini qırmağa hər hansı bir cəhd göstərməmiş, bunu arzu etməmiş və belə bir hərəkətə yol verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2, Şahid4 ifadələrində Məhkum mərhum Cəsarətin boynundan tutmasına dair və bu halda onun bıçaqlanması ifadələri öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs2 verdiyi ifadələrində 700 qram araq və pivə içdiklərini həmin vaxt sərxoş olmadıqlarına dair ifadəsi əslində həqiqəti əks etdirmir. Belə ki, digər şahidlər ifadələrində zərəçəkmiş şəxslərin son dərəcə sərxoş olmaları, qaba söyüşlər söymələri, savaşmağa cəhd etmələri içkili olmaları səbəbindən ayaq üstə səngərləmələrini bildirmişlər. Göründüyü kimi, zərərçəkmiş şəxslərin müqavimətini qırmağa heç bir lüzum olmamış, buna görə də ikinci şəxsin bu məqsədlə hər hansı bir dəstəyinə ehtiyac olmamışdır. İbtidai istintaqda keçirilən qeyri-obyektiv qərəzli araşdırma birinci instansiya məhkəməsində, daha sonra isə apellyasiya instansiyası məhkəməsində də kifayət qədər araşdırılmamış, nəticədə əsassız ittihamedici hökm çıxarılmışdır. Bu özünü eyni zamanda məhkumun əməlinin əlavə olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə də tövsif edilməsində öz əksini tapır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətinə dair yazılı etiraz verərək, kassasiya şikayətinin heç bir hüquqi əsası olmadığından rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təş kil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi mə sələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Kassasiya şikayətində müdafiəçi Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. O dur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-o lmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh ed ilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarı).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, Məhkum müdafiəçisinin və digər məhkum edilmiş şəxs olan Təqsirləndirilən şəxs müdafiəçisinin, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29, 120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri digər məhkum Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, zərərçəkmiş şəxsin, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, hadisə yerinə və avtomobilə baxış protokolu, hadisə yeri hesab olunan “Huqqa” restoranında, restoranın yerləşdiyi binanın arxa tərəfindəki yaşayış binasın ın qarşısında quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxış protokolu, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və baxış protokolu, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

26. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29, 120.2.3, 29,120.2.7, 221.2.1, 221.2.2 və 234.1-1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətind ə isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlləriinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndiri lmişdir.

29. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Hüseynov Səfər Gülüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömr əli, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hüseynov Səfər Gülüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-186/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar