Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1505/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-21/2021 saylı, 12 iyul 2021-ci il tarixli (hakimlər F.N.Mahmudov (sədrlik edən və məruzəçi), E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllə rini törətməkdə təqsirli bilinərək müddətin keçməsi ilə bağlı ona CM-in 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 25 dekabr 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək həbsdə saxlandığı 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 4 (dörd) il sınaq müddəti ilə şərti hesab edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə sınaq müddəti ərzində d avranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, davranışı üzərində nəzarətin Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iş üzrə maddi sübut hesab olunan ******* və ******* nömrəli alqı-satqı müqavilələrində olan və Zərərçəkmiş şəxs2 adından tərtib edilmiş 2011-ci il tarixli razılıq ərizəsinin və özündə Şahid1la Məhkum və Şahid13 söhbətini əks etdirən və cinayət işinin istintaqı zamanı Şahid1 təqdim etdiyi 1 ədəd DVD diskin cinayət işinin istintaq materillarında saxlanılması, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən Məhkum barədə vermiş olduğu mülki iddianın baxılmamış saxlanılması və ona һəmin iddianı sonradan mülki müһa kimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olmasının izaһ edilməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiasına mülki müһakimə icraatı qaydasında baxılanadək Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə «MERO»-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verməyin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparmasına müvəqqəti olaraq qadağa qoyulması barədə qərarın qüvvədə saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 203 (iki yüz üç) manat 52 (əlli iki) qəpik məbləğində pulun təqsirləndi rilən şəxs Məhkum alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər X15 (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi X10, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmü Məhkum müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 1(104)-464/2021 saylı hökmündən Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi tərəfindən birgə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli 1(102)-629/2022 saylı qərarı ilə həmin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Eyni hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Ali Məhkəmənin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 1(102)-939/2022 saylı qərarı ilə kassasiya protesti təmin edilərək, Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hökmü ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrliyi və məruzəsi ilə), X3 və X11 ibarət tərkibdə) 1(104)-229/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Zərərçəkmiş şəxs1 nümayəndəsi X10 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm həmin apellyasiya protestinə və apellyasiya şikayətinə, habelə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəllənin 397-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlbolunma müddəti keçdiyinə görə Cinayət-Prossesual Məcəllənin 39.1.3 və 44.2-ci maddələrinə əsasən, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-229/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz veriməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum Zərərçəkmiş şəxs1 etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair üç il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və sair hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış, daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektartorpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib, həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün Şahid1 mü vəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Zərərçəkmiş şəxs1 adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşən 1.10 ha torpaq sahəsinə dair xx.xx.2007ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə, xx.xx.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib, orada Zərərçəkmiş şəxs1 nümayəndəsi kimi xx.xx.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələr əsasında torpaq sahəsini anası X1, həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, bilə-bilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə, həmin saxta müqavilələri xx.xx.2011 -ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə, oradan Rəbiyyə Hüseynovanın adına 1.10 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib, ər-arvad olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus- 1 sotunun dəyəri 1420 (bir min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni 167560 (bir yüz altmış yeddi min beş yüz altmış) manat təşkil edən 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyətlə ələ keçirməklə dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi şikayətində göstərir ki, CPM-in 419-1.1-419.1.4-cü maddələrinin tələblərindən göründüyü kimi, Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin cinayət kollegiyası bütün hakimlərindən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərarda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 419- 1.3-cü ma ddəsində nəzərdə tutulmuş qərarda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Lakin göründüyü kimi dövlət ittihamçısı tərəfindən verilmiş kasassiya protestinə baxılması zamanı yuxarıda qeyd edilən qanunu müddəaları nəzərə alınmalı olduğu halda həmin məhkəmə prosesində protestə baxılması üstüörtülü kasassiya xarakteri daşımışdır. Deməli, Ali Məhkəmənin Cinayət Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum CM-in 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmünü dəyişdirilmədən saxladıqdan sonra həmin hökmdən verilmiş apellyasiya protesti üzrə işə yenidən baxarkən xx.xx.2022-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hes ab etdiyi haida işə CPM-in 419-1.1-419.1.4-cü maddələri ilə müəyyən olunmuş qaydada baxmalı idi. Lakin Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya protestinə baxılması əsasında iş üzrə yeni, əvvəlki (xx.xx.2022-ci il tarixli) qərarında müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edildiyi xx.xx.2022-ci il tarixli qərarım qəbul edərkən işə CPM-in 419-1.1, 419.1.2-ci maddələri ilə müəyyən olunmuş qaydada baxılmadığından sonuncu qərarın CPM-in 419-1.3-cü maddəsində nəzərdə tutulmuş (yəni eyni xarakterli məsələlər üzrə hüquqi mövqeyinin tətbiqi məcburi olan) qərar kimi qəbul edilməli olub-olmaması və CPM-in 419-1.4-cü maddəsinə əsasən bu qərarda müəyyən edilmiş hüquqi mövqeyin işə yenidən baxan məhkəmə tərkiblərinin, o cümlədən apellyasiya kollegiyasının rəhbər tutmalı olub-olma ması sual doğurur. Məhkəmənin bir qərarı Apellyasiya Məhkəməsinin hökmünü qanuni hesab edib qüvvədə saxlayıb. Həmin qərar qüvvədən düşməyib. Deməli təqsirləndirilən şəxsin təqsirsiz olmasına dair qərar qüvvədədir. Həmin qərar qüvvədən düşməyib. Lakin qeyd edildiyi kimi qanunvericiliyimi tələblərini nəzərə almadan qəbul edilmiş ikinci qərarla şəxsin barəsində olan bəraət hökmü ləğv- edilib. Belə ki, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən apellyasiya protesti üzrə işə CPM-in 419-1.1-419.1.2-ci maddələri ilə müəyyən olunmuş qaydada deyil, kassasıya icraatının CPM-in 419-cu maddəsində nəzərdə tutulmuş ümumi qaydalarına uyğun baxıldığından həmin məhkəmə baxışı nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın iş üzrə əvvəl qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan üstün tu tulması düzgün (əsaslı) sayıla bilməz. CPM-in 142.1-ci maddəsinin mənası baxımından isə Ali Məhkəmənin Cinayət Kollegiyasının qeyd edilən hər iki qərarı işə yenidən baxan apellyasiya kollegiyası üçün eyni dərəcədə preyudisial xarakter daşıyır. Şərh olunanlar belə deməyə əsas verir ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının ayn-ayrı məhkəmə tərkibləri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasımn eyni hökmündən ittiham tərəfinin müxtəlif vaxtlarda vermiş olduğu kassasiya müraciətlərinə baxarkən bir- birindən fərqlənən (bir-birini inkar edən) qərarlar qəbul etmişlər. Nəticədə isə Apellyasiya Məhkəməsinin istinad etdiyi sübutlara və hüquqi əsaslandırmalara Ali Məhkəmənin Cinayət Kollegiyasının iki fərqli mövqeyi mövcuddur ki, hazırda işə yenidən apellyasiya qaydasında baxılması zamanı h ansı mövqenin üstün (rəhbər) tutulması, qərarlardan hansının preyudisiallığınm qəbul edilməsi məsələsi çətinlik yaradır. Onu da qeyd edirik ki, verilmiş hər iki kasassiya şikayətinin və protestinin məznunu eynilik təşkil etmişdir. Hər iki tərəfin əsas mübahisələndirdiyi məsələ işdə olan ərizdə olan imzanmm saxta olması ilə bağlı olmuşdur. Birinci qərqrla qeyd edilən məsələ ilə bağlı açılan mübahisə qəbul edilməmişdir. Sonradan eyni mübahisə ilə bağlı verilmiş protest təmin edilmişdir. Kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2023-cü il tarixli qərarını ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ape llyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi şikayətdə E.Ə.Güseynovun əməlində cinayət tərkibi olmadığını iddia edərək onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətl i həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində: “178.1 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə--- bu hallarda məsuliyyət nəzərdə tutulmuşdur. 178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.1. mütəşəkkil dəstə t ərəfindən törədildikdə; 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 320-ci maddəsində: 320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma; üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə; min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yü z qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərk ibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin ci nayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabata n müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-in 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olara q apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdı r. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun g əlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşara q hesab edir ki, məhkəmələr tərəfindən X2 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, müdafiəçinin kassasiya şikayətinin X2 əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin X5 cəza təyin etməməklə ittiham hökmü şıxarılmasının əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə kollegiyası onuda qeyd edir ki, cinayətlərin təsnifatına (Cinayət Məcəlləsinin 15-ci maddəsinə) əsasən Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri isə ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegiyası cinayət məsuliyyətinə cəlb olunma müddəti ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, ağır cinayətin törədildiyi gündən isə on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı Məhkum Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cəza təyin edilməmişdir. Bununla yanaşı, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 4 (dörd) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Gəncə Apellyasiya Məhkəməsinin qərarı qəbul etdiyi tarixdə yəni 06 dekabr 2023-cü ildə qüvvəyə minir. Belə olan halda, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi gündən barəsində olan hökmün qüvvəyə mindiyi anadək 12 il 5 aydan artıq vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cin ayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prossesual Məcəllənin 39.3-cü maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyi hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunmur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəllə sinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43- cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş c əzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2023cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1505/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1505/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver