Məhkəmə qərarları › İş №1(102)-1506/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1506/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1506/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının xx.xx.2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 1(012)-680/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli hökmü ilə (hakim C.Səfiyeva) xx.xx.2002-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılmasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsin in 1(012)-680/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimovun sədrliyi və məruzəsi, Elman Əhmədov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 20 fevral 2024-cü il tarixli, 1(105)-101/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, 04 mart 2023-cü il tarixdə saat 15:30 radələrində atası Şahid1 məxsus «Qazel» markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində A bşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsi ilə hərəkətdə olarkən qarşıda əks yolla hərəkətdə olmuş “Shagman” markalı avtomobilin həmin küçədə yolun ensiz olmasına görə yolda tıxac yaratdığından Qazel markalı avtomobil Z.Əliyeva küçəsində yerləşən 17 saylı fərdi həyət evinin giriş qapısının qarşısını kəsdiyi və həmin evin sahibi Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun küçəyə çıxmasına maneçilik yaratmasına görə sonuncu Qazel markalı avtomobilin sürücüsü Şahid1 irad bildirmiş, həmin vaxtı Qazel markalı avtomobildə sərnişin olmuş Məhkum avtomobildən düşərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyy ətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs atasına etdiyi irada görə heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə vurub sonuncunun zərbənin təsirindən müvazinətini itirib yerə yıxılıb başı yerə dəyməsi nəticəsində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Z ərərçəkmiş şəxs Fəxrəddin oğlu və nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan məhkəmə mülki iddiaya əlavə edilən sübutları ümumiyyətlə araşdırmamışdır və prosessual hüquq normasının tələbini pozmuşdur. Zərərçəkmiş hadisə baş verəndən sonra aldığı müalicələrlə bağlı həkim reseptləri və həmin reseptlər əsasında aldığı dərman vasitələrinin ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan qeyd etmişdir ki, zərərçəkənin təqdim etdiyi reseptlərin bilavasitə ona məhz həmin xəsarət və bununla əlaqədar müalicəyə aid olması müəyyən edilmir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 582 sayli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun məhkəmə tibbi müayinəsi zamanı b ədəni üzərində aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə küt əşya ilə endirilmiş zərbənin nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə saglamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs baş verən hadisədən sonra şəhər Kliniki Xəstəxanasında (Semaşko) müalicə almış, 4 ay karsetdən istifadə etmiş və 2023-cü ilin mart ayından ta bu günə qədər davamlı şəkildə müalicə almışdır. Zərərçəkmiş bu günə qədər müalicə üçün tibbi vasitələrə, о cümlədən dərman preparatlarına ümumilikdə 1587,38 AZN (bir min beş yüz səksən yeddi manat, 38 qəpik) pul sərf etmişdir (müvafiq çeklər məhkəməyə təqdim edilib). Lakin məhkəmə işin bu hallarinı nəzərə almadan və heç bir əsas olmadan maddi ziyan olaraq təqribi məbləğ - 500 manat hesablamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə ümumiyyətlə münasibət bildirməmiş, heç bir araşdırma aparmadan, heç bir dəlilə əsaslanmadan maddi və mənəvi ziyanla bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləği işin hallarına uyğun hesab etmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(105)-101/2024 nömrəli qərarının ləğv edilməsini və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş 1587,38 AZN manat məbləğdə maddi ziyanı n, həmçinin 10 000 (on min) manat məbləğində mənəvi ziyanın Məhkum (mülki cavabdeh) tutularaq Zərərçəkmiş şəxs Fəxrəddin oğluna (zərərçəkmiş şəxsə) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətini müdafiə etdilər və kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkum məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, kassasiya şikayəti əsassızdır, ziyan atası tərəfindən ödənilib, buna görə də kassasiya şikayətinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğu nun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin olunmaması barədə m əhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində ka ssasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve rib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araş dırıb, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin, dövlət ittihamçısının və məhkumun çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıq Apellyasiya Məhkəməsinin 1(105)-101/2024 nömrəli 20 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə məhkuma təyin edilmiş cəza mübahisələndirilməmiş, yalnız mülki iddianın maddi və mənəvi zərərə dair olan hissəsi mübahiləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən norm anın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş tərəf kasssaiya şikayətində mülki iddianın qismən təmin edilməsinin qanunsuzluğu barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 582 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə küt əşya ilə endirilmiş zərbənin nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 16 Əlavə saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə küt əşya ilə endirilmiş zərbənin nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun bədəni üzərində məhkəmə-tibbi müayinəsi zamanı, eləcə də X6 kliniki müayinəsi zamanı çənə nahiyəsində xəsarət aşkar edilmədi. Bu səbəbdən də qeyd edilən xəsarətin əmələ gəlmə şəraiti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, zərərçəkənin müalicəsinə təqsirləndirilən şəxs tərəfindən 1000 manat pul yardımı edildiyi bildirilsə də, zərərçəkmiş şəxs bunun 400 manat olduğunu etiraf etmişdir. Tərəflərin izahatlarından başqa işdə bu barədə sübut yoxdur. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən resep tlərin isə bilavəsitə ona məhz həmin xəsarət və bununla əlaqədar müalicəyə aid olması müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi maddi ziyan tələbinə dair iddianın qismən, yəni 500 manat məbləğində təmin edilməsini əsaslı saymışdır. Eyni zamanda, məhkəmələr baş verən cinayət hadisəsi ilə əlaqədar hesab etmişdir ki, mənəvi zərər ağlabatan məbləğdə 300 manat müəyyən edilməli, yəni cəmi 800 manat məbləğində pul məhkumdan tutulub zərərçəkmiş şəxsə verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə qənaətə gəlir maddi və mənəvi zərərin məbləği ilə bağlı birinci və apelyasiya məhkəmələrinin mövqeyi qanuni və əsaslıdır, bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(105)-101/2024 nömrəli qərarı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar